Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Təcrübə  5.  Sirkə  aldehidinin  alınması



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   44   45   46   47   48   49   50   51   ...   111

162 
 
Təcrübə  5.  Sirkə  aldehidinin  alınması.  Sınaq  şüşəsinə  1  ml  etil  spirti  töküb, 
üzərinə  onun  udulması  üçün  təmiz  çay  qumu  səpin.  Sınaq  şüşəsini  üfiqi  vəziyyətdə 
ştativin pəncəsinə bərkidib, qumin qarşısına bir qədər mis(II) oksid tozu tökün. Sınaq 
şüşəsinin  ağzını  içərisində    az  miqdarda  su  olan,  qəbuledici  rolunu  oynayan  sınaq 
şüşəsinə  salınmış  qazaparan  boru  keçirilmiş  tıxacla  bağlayın.  Sınaq  şüşəsini  isə 
içərisində  su  olan  stəkana  salın  (şəkil  49).  Əvvəlcə  spirt  lampası  alovu  ilə  mis(II) 
oksidi  şiddətli  qızdırın.  Sonra  arabir  alovu  spirt  hopdurulmuş  qum  tərəfə 
yaxınlaşdırın.  Nə  müşahidə  edilir?  Hadisəni  izah  edin.  Sirkə  aldehidinin  iyini 
müəyyən etdikdən sonra, alınan məhlulu iki hissəyə bölün və sınaq şüşələrinə tökün. 
Məhlullardan  birini  aldehidlərin  təyini  üçün  xarakterik  olan  gümüş-güzgü  reaksiyası 
və ya  mis (II) hidroksillə  yoxlayın. İkinci  sınaq şüşəsinə isə bənövşəyi rənğli  lakmus 
kağızı salın və mühiti təyin edin. Bundan sonra məhlula 1-2 damcı açıq rəngli kalium-
permanqanat  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Lakmus  kağızının  rənği  nə 
üçün  dəyişdi?  Sirkə  aldehidi  hansı  maddəyə  oksidləşdi?  Nəticə  çıxarın  və  baş  verən 
reaksiyaların  tənliklərini  yazın.  Bu  təcrübədə    gedən    çevrilmələrlə  üzvi  kimyada 
hansı prosesi əyani  olaraq  izlədiniz? 
Təcrübə 6. Aldehidlər üçün xarakterik reaksiyalar. 
a)  Sınaq  şüşəsinə  4-5  ml  2%-li  gümüş-nitrat  məhlulu  töküb,  üzərinə  əvvəlcə 
əmələ  gələn  palıdı  rəngli  gümüş-oksid  həll  olana  qədər  damcı-damcı  2%-li 
ammonium-hidroksid məhlulu əlavə edin. Aparılan reaksiya nəticəsində əmələ gəlmiş 
gümüş-oksidin  ammonyakda  məhluluna,  həmin  miqdarda  2%-li  formalin  məhlulu, 
yaxud  sirkə  aldehidi  əlavə  edin.  Sınaq  şüşəsini  su  hamamında  ehtiyatla  qızdırın.  Nə 
müşahidə  edilir?  Bu  reaksiya  nə  üçün  gümüş-güzgü  reaksiyası  adlanır?  Baş  verən 
reaksiyaların  tənliklərini  yazın.  Nə  üçün  gümüş-oksidin  ammonyakda  məhlulunu 
hazılamaq tələb olunur? 
b) Sınaq şüşəsinə 2-3 damcı durulaşdırılmış mis kuporosu məhlulu, bir o qədər 
də  natrium-hidroksid  məhlulu  töküb,  üzərinə  bir  qədər  sirkə  aldehidi  əlavə  edin  və 
zəif qızdırın. Nə müşahidə edilir? Reaksiya  tənliyini  yazın.  


163 
 
c) Aldehid izini müəyyən  etmək üçün fuksin sulfat turşusundan  istifadə edilir. 
Fuksin  sulfat  məhlulunu  hazırlamaq  üçün  suda  bir  qədər  fuksin  həll  edilir  və  alınan 
məhlula  rəngsizləşənə kimi kükürd (IV) oksid buraxılır. İçərisində fuksin sulfat olan 
sınaq  şüşəsinə  bir  neçə  damcı  durulaşdırılmış  aldehid  məhlulu  əlavə  edin.  Nə 
müşahidə edilir? Alınan rəngə diqqət edin və yadda saxlayın ki, bu reaksiya  aldehidin  
təyini  üçün  xarakterik  reaksiyadır. 
Təcrübə  7.  Sirkə  turşusunun  alınması.  Sınaq  şüşəsinə  2-3  q  natrium-asetat 
töküb,  üzərinə  1-2  ml  qatı  sulfat  turşusu  məhlulu  əlavə  edin.  Sınaq  şüşəsinin  ağzını 
qazaparan  borusu  olan  tıxacla  bağlayıb,  ştativin  pəncəsinə  bərkidin.  Qazaparan 
borunun ucunu qəbuledici rolunu oynayan digər sınaq şüşəsinə salın və  1-2 ml sirkə 
turşusu  yığılana  kimi qarışığı  qızdırın.  Sirkə  turşusunun  iyini  müəyyən  edin  və  şüşə 
çubuqla  ondan  götürüb  universal  indikator  kağızının  üzərinə  damcılatmaqla  rəng 
dəyişikliyini  müşahidə  edin  və  turşunun  qüvvətliliyi  barədə  nəticə  çıxarın.  Reaksiya 
tənliyini yazın. 
Təcrübə  8.  Sirkə  turşusunun  sinklə  qarşılıqlı  təsiri.  Üç  sınaq  şüşəsinin  hər 
birinə 1-2 sink dənəsi salıb, üzərlərinə bərabər miqdarda sulfat, xlorid və sirkə turşusu 
məhlulları  əlavə  edin.  Hər  üç  sınaq  şüşəsində  reaksiyaların  getmə  sürətini  müşahidə 
edin.  Hansı  sınaq  şüşəsində  reaksiya  adi  şəraitdə  getmirsə  onu  qızdırın  və  nəticə 
çıxarın. Reaksiyaların  tənliklərini  yazın. 
Bu  reaksiyanı  maqnezium-oksid  və  natrium-karbonatın  həmin  turşularla 
qarşılıqlı  təsiri  ilə  də  aparın  və  sirkə  turşusunun    həmin    turşulardan  zəif  olmasını 
təsdiq  edin. 
 
2-ci iş. Mürəkkəb efirlər, yağlar və karbohidratlar 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  spirt  lampası,  kibrit,  yumrudib 
kolbalar,  metal  ştativ,  tutqac,  çaquli  borusu  olan  tıxac,  su  hamamı,  etil  spirti, 
natrium-asetat  kristalları,  qatı  sulfat  turşusu,  susuz  mis(II)sulfat,  efir,  bitki  yağı, 


164 
 
kalium-hidroksid  kristalları,  xörək  duzunun  doymuş  nəhlulu,  xlorit  turşusu,  natrium-
hidroksid, mis(II) sulfat, qlükoza  məhlulları, qənd  parçası, yod  məhlulu. 
Təcrübə  1.  Efirləşmə  reaksiyası.  Sınaq  şüşəsinə  2  q  susuz  natrium-asetat 
töküb, üzərinə 1 ml etil spirti, bir o qədər də qatı sulfat turşusu əlavə edin və qızdırın. 
Natrium-asetatın  qatı  sulfat  turşusu  ilə  qarşılıqlı  təsirindən  alınan  sirkə  turşusu  etil 
spirti  ilə reaksiyaya daxil  olub, etil-asetat  efirini əmələ  gətirir. Müvafiq reaksiyaların 
tənliklərini yazın.  
Efirləşmə  reaksiyasında  suyun  ayrılmasını  nümayiş  etdirmək  üçün  reaksiya 
gedən  sınaq  şüşəsinin  ağzına  içərisində  susuz  mis(II)  sulfat  olan,  iynənin  ucu  ilə 
deşiklənmiş  polietilen  kisəcik    yerləşdirin.  Sınaq  şüşəsinin  3-4  dəqiqiə 
qızdırılmasndan  ayrılan  su  ağ  rəngli  mis(II) sulfatı  mavi  rəngə  çevirəsək. 
Təcrübə  2.Yağların  müxtəlif  həlledicilərdə  həll  olması.  Üç  sınaq  şüşəsi 
götürüb  hərəsi  1  ml  olmaqla,  birinə  su,  ikncisinə  spirt,  üçüncüsünə  isə  efir  tökün. 
Sınaq  şüşələrinin  hər  birinə  3  damcı  bitki  yağı  əlavə  edin  və  yaxşıca  çalxalayın.  Nə 
müşahidə  edilir?  Nəticə  çıxarın.  Efirlə  yağın  qarışığından  bir  damcı  süzgəc  kağızı 
üzərinə  salın  və  həlledicinin  buxarlanmasından    sonra    qalan    yağ    ləkəsinə  diqqət 
edin. 
Təcrübə  3.  Yağların  sabunlaşdırılması.  Yumrudib  kolbada  4-5  q  əridilmiş 
heyvan yağı götürüb, üzərinə 10 ml spirt (yağın həll olması üçün), 5 ml su tökün və 2-
3 q kalium-hidroksid əlavə edin.  Kolbanın ağzına şaquli borusu olan  (spirt buxarının 
mayeləşməsi üçün) tıxacla bağlayın və vaxtaşırı qarışdırmaqla su hamamında qızdırın. 
10  dəqiqədən  sonra  qarşığı  içərisində  su  olan  sınaq  şüşəsinə  keçirin  (yağ  damcıları 
olmamalıdır).  Alınan  məhlulu  içərisində  20-25  ml  doymuş  xörək  duzu  məhlulu  olan 
stəkana  tökün  və  səthə  yığılaraq  bərkiyən  sabunu  nəzərdən  keçirin. 
Təcrübə  4.  Sabunun  xassəsi.  Sınaq  şüşəsinə  yuxarıdakı  təcrübədə  alınmış 
sabundan  bir  parça  salın  və  üzərinə  1  ml  distillə  edilmiş  su  tökün.  Sınaq  şüşəsinin 
ağzını tıxasla bağlayın və yaxşıca çalxalayın. Nə müşahidə olunur? Sabunun suda həll 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə