Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   40   41   42   43   44   45   46   47   ...   111

150 
 
c)
 
İonların  məhluldan  adsorbsiyası.  Sınaq  şüşəsində  0,01  N  qurğuşun(II) 
asetat məhlulu götürüb üzərinə 1-2 damcı 0,01N kalium-yodid məhlulu əlavə edin. Nə 
müşahidə olunur? Sınaq şüşəsini müqayisə üçün saxlayın. Reaksiyanın molekulyar və 
ion-molekulyar  tənliyini  yazın.  Başqa  bir  sınaq  şüşəsinə  2-3  ml  0,01  N  qurğuşun(II) 
nitrat  məhlulu  töküb,  üzərinə bir qədər aktivləşdirilmiş kömür tozu əlavə edin. Sınaq 
şüşəsinin  ağzını  bağlayıb,  2-3  dəqiqə  çalxalayın  və  sonra  məhlulu  süzün.  Alınmış 
filtirata 1-2 damcı 0,01 kalium-yodid  məhlulu əlavə edin. Nə 
müşahidə  olunur?  Aktivləşdirilmiş  kömür    məhluldan    hansı  
ionu  adsorbsiya  etmişdir? 
Təcrübə 2. Karbonun reduksiyaedici xassəsi. Mis(II) 
oksiddən  misin  kömürlə  reduksiyası.  Əsasi  mis(II) 
karbonatın parçalanmasından alınmış 1 q mis(II) oksid və 0,6 
q  yaxşı  xırdalanmış  kömür  tozu  götürün.  Maddələri  kağız 
üzərində yaxşıca qarışdırdıqdan sonra sınaq  
şüşəsinə töküb, ağzını qazaparan borusu olan tıxacla bağlayın, 
qazaparan  borunun  ucunu  içərisində  əhəng  suyu  olan  sınaq 
şüşəsinə salın (şəkil 44). Qazın ayrılması dayananadək sınaq şüşəsini şiddətli qızdırın. 
Sonra qazaparan borunu sınaq şüşəsindən çıxarın və qızdırılmanı dayandırın. Bir neçə 
dəqiqə  sınaq  şüşəsinin  soyumasını  gözləyin,  sonra  ağzını  açın.  Alınan  misi  həvəngə 
boşaldın  və  onun  səthini  metal  parıltısı  əmələ  gələnədək    yüngülvari    sürtün. 
Reaksiyanın tənliyini yazın. 
            Təcrübə  3.  Karbon(II)  oksidin  alınması  (təcrübələr  sorucu  şkafda 
aparılmalıdır). 
a)
 
 Karbon(II)  oksidin  qarışqa  turşusundan  alınması.  Təcrübəni  aparmaq 
üçün 45–cü şəkildəki cihazı yığmalı. Kolbaya 5-7 ml qarışqa turşusu, damcı qıfına isə 
10  ml  qatı  sulfat  turşusu  tökün.  Sulfat  turşusunu  damcı-damcı  qarışqa  turşusunun 
üzərinə  əlavə  edin,  havanın  çıxmasını  gözlədikdən  sonra  ayrılan  qazı  silindrdə 
toplayıb,  ağzını  suyun  altında  şüşə  lövhə  ilə  örtərək  sudan  çıxarın.  Uzun  çöpün 
Şəkil 44. 
Mis(II)oksidin kömürlə 
reduksiyası. 
 


151 
 
köməyi  ilə  ehtiyatla  qazı  silindrin  ağzında  yandırın  və  dərhal  divarı  boyu  silindrin 
içərisinə    su    tökün.  Alovun  rənginə  diqqət  edin.  Reaksiyanın  tənliyi  aşağıdakı 
kimidir: 
 
 
HCOOH  
 
 
CO + H
2

 
b)
 
Karbon (II) oksidin oksalat turşusundan alınması.Yuxarıdakı təcrübədəki 
cihazın kolbasına 5q oksalat turşusu töküb, üzərinə damcı-damcı sulfat turşusu əlavə 
edin.  Alınan  qazı  toplamaq  üçün,  onu  qələvi  məhlulundan  keçirmək  lazımdır.  Çünki 
oksalat  turşusunun  parçalanmasından  karbon (IV) oksid  də  alınır. 
Reaksiyanı tənliyi aşağıdakı kimidir: 
 
HOOC-COOH 
 
            CO + CO
2
 + H
2

 
 Sorucu  şkaf  olmadıqda  karbon(II)  oksidi  sınaq 
şüşəsində  alıb  qazaparan  borunun  ucunda  yandırmaq 
olar.  Karbon(II)  oksidin  alınması  üçün  göstərilən  hər 
iki  təcrübə  əlverişli  olsa  da,  şagirdlər  götürülən  üzvi 
maddələrlə  hələ  tanış  olmadıqları  üçün  onlara  bəzi 
məsələlər tam aydın olmur. 
c)
 
Karbon  (II)  oksidin  karbon  (IV)  oksidin 
sinklə  reduksiyasından  alınması.  Sınaq şüşəsinə bir 
hissə malaxit (əsasi mis(II) karbonat (CuOH)
2
CO
3
) və 
4  hissə  sink  tozu  töküb  ağzını  qazaparan  borusu  olan 
tıxacla  bağlayaraq  bir qədər aşağı maili olmaqla  üfiqi  vəziyyətdə ştativin  pəncəsinə 
bərkidin  və  qızdırın.  Ayrılan  qazı  suyu  sıxışdırıb  çıxarmaqla  toplayın.  Malaxitin 
H
2
SO
4(qatı)
, t 
 
H
2
SO
4(qatı)
, t 
 
Şəkil  45.  Karbon(II)  oksidin 
alınması. 
 


152 
 
parçalanmasından  ayrılan  karbon  qazının  sinklə  reduksiyasından  karbon  (II)  oksid 
alınır. Reaksiyaların  tənliklərini  yazın. 
Təcrübə 4. Karbon(II) oksidin reduksiyaedici xassəsi. Geniş şüşə boruya bir 
qədər mis(II) oksid yerləşdirib, ağzını qazaparan borusu olan tıxacla bağlayıb, ştativin 
pəncəsinə üfiqi vəziyyətdə bərkidin. Mis(II) oksidi qızdırın və borunun açıq ucundan 
karbon(II)  oksid  buraxın.  Borunun  qazaparan  borusu  olan  ucunda  reaksiyaya  daxil 
olmayan  karbon(II)  oksidi  yandırmalı.  Karbon(II)  oksid  axınında  misi  soyutduqdan 
sonra,  onun  verilməsini  dayandırın  və  reduksiya  olunmuş  metalı  müşahidə  edin 
Reaksiya tənliyini yazın. Bu reaksiyadan  harada  istifadə  olunur? 
Təcrübə 5. Karbon(IV) oksidin  (karbon qazının)  alınması  və  xassələri.  
a)
 
Karbon  qazının  alınması.  Sınaq  şüşəsinə  bir  neçə  mərmər  parçası  salıb, 
üzərinə  duru  xlorid  turşusu  tökərək,  ağzını  qazaparan  borusu  olan  tıxacla  bağlayın. 
Sınaq  şüşəsini  ştativin  pəncəsinə  bərkitdikdən  sonra,  qazaparan  borunun  ucunu  şüşə 
bankaya  daxil  edərək,  alınan  qazı  toplayın  və  ağzını  örtərək  sonrakı  təcrübə  üçün 
saxlayın. Reaksiyanın tənliyini yazın. 
 Çoxlu  miqdarda  karbon  qazı  almaq  üçün  Kipp  aparatından  istifadə  edilir. 
b)
 
Karbon  qazının  yanğını  söndürməsi.  Karbon  qazı  ilə  doldurulmuş  şüşə 
bankanın  ağzını  açaraq, ora yanar çöp daxil edin. Nə müşahidə edilir? Nəticə çıxarın. 
c)
 
Kiçik  stəkanın  dibinə  yanan  balaca  şam  qoyun  və  Kipp  aparatından  havanı 
sıxışdırıb  çıxarmaqla  karbon  qazı  ilə  doldurulmuş  iri  stəkanı  onun  üzərinə  əyin.  Nə 
müşahidə olunur? 
d)
 
Kipp  aparatından  karbon  qazı  ilə  doldurulmuş  bankanı  boş  bankanın  ağzına 
çevirib, bir neçə dəqiqə gözlədikdən sonra, bankaları bir-birindən ayırın və hər ikisinə 
yanan çöp daxil edin.Hansı bankada çöp sönür? Səbəbini izah edin və nəticə çıxarın. 
e)
 
Karbon qazını suda həll olması. Karbon qazı ilə doldurulmuş kiçik stəkana 
bir  qədər  su  tökün  və  içərisinə  göy  lakmus  kağızı  salın.  Nə  müşahidə  edilir?  Nəticə 
çıxarın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə