Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   36   37   38   39   40   41   42   43   ...   111

137 
 
d)
 
 Kükürd (IV)  oksidin  oksidləşdirici və reduksiyaedici  xassələri. İki sınaq 
şüşəsi  götürüb  birinə  2-3  ml  təzə  hazırlanmış  hidrogen-sulfidli  su,  ikincisinə  isə  bir 
qədər  kalium-permanqanat  məhlulu  və  3-4  damcı  duru  sulfat  turşusu  məhlulu  tökün. 
Hər  iki  sınaq  şüşəsinə  yuxarıdakı  təcrübədə  alınmış  kükürd  (IV)  oksidin  suda 
məhlulundan əlavə edin. Nə  müşahidə olunur? Nəticə çıxarın  və reaksiya tənliklərini 
yazın. 
Təcrübə 2. Sulfat turşusunun alınması və xassələri. 
a)
 
Dəmir  (II)  sulfat  kristalhidratından  sulfat  turşusunun  alınması.  Sınaq 
şüşəsinə  bir  qədər  FeSO
4
.7H
2
O  kristalhidratı  töküb,  maili 
olaraq  ştativin  pəncəsinə  bərkidin.  Sınaq  şüşəsinin  ağzını 
şaquli  vəziyyətdə  ştativə  bərkidilmiş  ikinci  sınaq  şüşəsinin 
ağzına  qoyun  və  birinci  sınaq  şüşəsini  maddə  olan  yerdən 
qızdırın  (şəkil  35).  Nə  müşahidə  olunur?  Alınan  sulfat 
turşusunu  barium-xlorid  məhlulu  ilə  yoxlayın  və  müvafiq 
reaksiya tənliklərini yazın.  
b) Qatı sulfat turşusunun ağacı kömürləşdirməsi. 
Çöpü  qatı  sulfat  turşusu  məhluluna  salın  və  onun 
kömürləşib qaraldığını müşahidə edin. 
c)    Qatı  sulfat  turşusunun  kağızı  kömürləşdirməsi.  Kağız  vərəqi  üzərində 
şüşə  çubuqun  köməyi  ilə  duru  sulfat  turşusu  məhlulu  ilə  nə  isə  yazın  və  ya  çəkin. 
Sonra həmin vərəqi spirt lampası üzərində ehtiyatla qızdırın. Bu zaman su buxarlanır, 
turşu qatılaşır və kağızı kömürləşdirir. Kağız üzərində yazı və ya şəklin göründüyünü 
müşahidə edin. 
d) Qatı sulfat turşusunun şəkəri kömürləşdirməsi. Kiçik stəkanın (50 ml-lik) 
3
2
 hissəsini şəkər tozu ilə doldurun. Buraya 1 ml su və 5 ml qatı sulfat turşusu əlavə 
edin.  Stəkanı    kristallizatorda  yerləşdirin.  Bir  əllə  stəkanı  ehtiyatla  tutaraq  (şiddətli 
qızma baş verdiyi üçün ehtiyatlı olun!), şüşə çubuqla möhkəm qarışdırın. Qarışığın 
həcmi  artmağa  başladıqda  qarışdırmanı  dayandırın.  Çubuğu  stəkanda  şaquli 
Şəkil 35. Dəmir (II) 
sulfatdan sulfat turşusunun 
alınması. 


138 
 
vəziyyətdə  tutun.  Şəkər  kömürləşir,  əmələ  gələn  kömür,  sulfat  turşusunun  kükürd 
qazınadək reduksiyası hesabına qismən karbon (IV) oksidə oksidləşir. Ayrılan qazvari 
məhsullar bütün kütləni qabardaraq stəkanı daşdırır. 
Sulfat  turşusu  ilə  şəkərin  qarşılıqlı  təsiri  reaksiyanın  tənliyi  aşağıdakı  kimi 
göstərilə bilər: 
C
12
H
22
O
11 
→ 12C + 11H
2
O ; 
C + 2H
2
SO
4
→ 2H
2
O + 2SO
2
 + CO
2
 
e)
 
Sulfat  ionunun  (SO
4
2-
)  təyini.  Üç  sınaq  şüşəsi  götürüb,  birinə  2-3  ml  duru 
sulfat turşusu məhlulu, ikincisinə 2-3 ml duru natrium-sulfat məhlulu, üçüncüsünə isə 
bir  o  qədər  mis(II)sulfat  məhlulu  tökün.  Hər  üç  sınaq  şüşəsinə  1-2  ml  barium-xlorid 
məhlulu əlavə edin. Nə müşahidə olunur? Alınmış çöküntülərin xlorid turşusunda həll 
olub–olmamasını  yoxlayın  və  müvafiq  reaksiyaların  molekulyar  və  ion–molekulyar 
tənliklərini yazın. 
 
3.8. Azot, fosfor və onların birləşmələrinin öyrədilməsi zamanı kimya 
eksperimenti. 
 
1-ci iş. Azot və ammonyak. 
 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, metal ştativ, spirt lampası, kibrit, şüşə 
silindrlər, şüşə kasa, damcı qıfı, şüşə çubuq, çini puta, çini həvəng, qazaparan borusu 
olan tıxac, yumrudib kolba, çini kasa, sivri uclu şüşə borusu olan tıxac, fenolftalein, 
qırmızı  lakmus    kağızları,    ammonium-xloridin  doymuş  məhlulu,  natrium-nitrit,  
kalium-  hidroksid  kristalları,  natronlu  əhəng,  qatı  xlorid,  nitrat  və  sulfat  turşuları 
məhlulları,  yod-nişastalı kağız, duz-buz qarışığı, 25%-li ammonyak məhlulu, kalium-
xlorat,  manqan(IV)  oksid,  ammonium-xlorid,  ammonium-bixromat  kristalları, 
natrium-hidroksid, ammonium-sulfat məhlulları 


139 
 
Təcrübə  1.  Azotun  alınması  və  xassələri.  Təcrübəni  36-ci  şəkildə  göstərilən 
cihazda  aparmalı.  Sınaq  şüşəsində  (1)  2  q  narınlaşdırılmış  natrium-nitrit  götürüb, 
üzərinə  damcı  qıfı  (2)  ilə  4-5  ml  qatı  ammonium-  xlorid  məhlulu  əlavə  edin.  Sınaq 
şüşəsini  spirt  lampası  alovunda  ehtiyatla  zəif  qızdırın.  Cihazda  olan  hava  tamamilə 
çıxdıqdan  sonra,  alınan  azotu  su  üzərində  sınaq  şüşəsinə  yığın.  Azotla  dolmuş  sınaq 
şüşəsini  sudan  çıxarın,  onun  iyini,  rəngini  və  suda  həll  olub-olmamasını  yoxlayın. 
Sınaq  şüşəsinə  yanan  çöp  daxil  edin.  Nə  müşahidə  olunur?  Nəticə  çıxarın  və 
reaksiyanın tənliyini yazın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 36. Azotun alınması. 
 
Təcrübə 2. Ammonyakın alınması və xassələri. 
a)
 
Ammonyakın  alınması.  Çini  həvəngdə  2  q  kalium-hidroksid,  yaxud 
natronlu  əhənglə  2  q  ammonium-xloridi  qarışdırıb,  sınaq  şüşəsinə  tökərək  ağzını 
qazaparan  borusu  olan  tıxacla  bağlayın.  Sınaq  şüşəsini  ağzı  bir  qədər  aşağı  olmaqla 
üfiqi  vəziyyətdə  ştativin  pəncəsinə  bərkidin  (şəkil  37,  a).  Qazaparan  borunun  uçunu 
ağzı aşağı olmaqla quru sınaq şüşəsinə və ya yumrudub kolbaya daxil edib kənarlarına 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə