Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
  1   2   3   4   5   6   7   8   9   ...   111



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
 
Ələkbər Qurbanov, Aysəba Məmmədova, Gülzar Şadlinskaya 
 
 
 
 
 
 
 
 
Kimyanın tədrisi metodikası praktikumu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI- 2014 



 
Tərtib edənlər:          
 
Prof. Ə.N. Qurbanov,  dos. A.Z. Məmmədova,  
 
 
 
 
          b/m. G.Şadlinskaya 
 
Elmi redaktor:                         dos. A.Z. Məmmədova 
 
Rəyçilər:                                  Ə.T.Əzizov   
BDU-nun  dosenti,  kimya  üzrə  fəlsəfə  doktoru,    
Respublikanın Əməkdar müəllimi   
M.X. Fərəcov 
ARTPİ  –  nin  böyük  elmi  işçisi,  pedaqogika  üzrə  
fəlsəfə doktoru  
M.N. Hüseynov 
Ümumi  kimya  və  KTM  kafedrasının  dosenti,  kimya 
üzrə fəlsəfə doktoru   
C.B.Musayev 
Ümumi  kimya  və  KTM  kafedrasının  dosenti  kimya 
üzrə fəlsəfə doktoru 
          Ə.N.Qurbanov,  A.Z.  Məmmədova,  G.V.Şadlinskaya.  Kimya  tədrisi 
metodikası  praktikumu.  Ali  məktəblər  üçün  dərs  vəsaiti.  Bakı,  ADPU  –  nun 
nəşri, 2014,  386 s. 
 
Ali  məktəblər  üçün  nəzərdə  tutulmuş  “Kimya  tədrisi  metodikası  praktikumu”  dərs 
vəsaitində  kimya  eksperimentinin  texnikası  və  metodikasının  ümumi  məsələləri, 
təhsilin  müasir  tələblərinə  uyğun  olaraq  məktəb  kimya  kursununun  əsas  bölmələri 
üzrə  kimya  eksperimentinin  aparılması  metodikası,  kimya  fənni  kurikulumu  üzrə 
müasir  planlaşdırma  üsulları  və  qiymətləndirmə  sistemi,  inteqrasiya,  fəal  təlimin 
üsulları ilə  tərtib  edilmiş  dərs  nümunələri,  dərsin təhlili  metodikası verilir.  Vəsaitdə 
həmçinin  gələcəyin  müəllimləri  olan  tələbələrə  kömək  məqsədi  ilə  müasir  təhsildə 
aparılan  islahatlar,  kurikulum  islahatı,  kimya  fənni  kurikulumunun  məzmunu, 
quruluşu,  təlimin  təşkili  forması,  üsulları  və  sonda    müasir  kimya  müəlliminin 
funksiya  və  vəzifələri,  müasir  təhsildə  işlədilən  anlayış  və  terminlərə  aid  pedaqoji 
lüğət  verilir.  Dərs  vəsaitindən  pedaqoji  universitetlərin  müəllimləri,  magistr  və 
tələbələri, həmçinin ümümtəhsil məktəblərinin kimya müəllimləri istifadə edə bilərlər. 
 
 



 
ÖN SÖZ 
 
Azərbaycanda    ümumi  təhsilin  məzmununun  yeniləşdirilməsi  ilə  əlaqədar 
aparılan  Kurikulum  islahatının  nəticəsi  kimi  hazırlanan  yeni  fənn  kurikulumları  ilə 
tədrisin aparılması təhsil  iştirakçıları qarşısında ciddi tələblər qoyur. Belə tələblərdən 
biri  də  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”nda  
göstərildiyi  kimi  “Təfəkkür”  məktəbinin  prinsiplərinə  uyğun  yeni  dərsliklərin 
hazırlanmasıdır.  Bu  baxımdan  orta  məktəblə  bilavasitə  bağlı  olan  kimya  fənninin 
tədrisinə 
dair 
praktikum 
kitabının 
da 
müasir 
tələblər 
səviyyəsində 
təkmilləşdirilməsinə  zərurət  yaranır.  Bundan  əlavə  kimya  tədrisi  üsuluna  aid  hazırda 
tələbələrin  istifadəsində  olan  Ə.Xəllilov  və  Ə.Əzizovun  “Kimya  tədrisi  üsulu 
praktikumu” kitabının sayı kifayət qədər deyildir. 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq  ali  məktəbin  kimya  və  kimya-biologiya 
ixtisaslarının  tələbələri  üçün  ümumi  təhsilin  müasir  tələblərinə  cavab  verən  “Kimya 
tədrisi  üsuu  praktikumu”  dərs  vəsaitini  hazırlamağı  məqsədəuyğun  hesab  etdik. 
Vəsaitdə  yeni  tərtib  edilmiş  proqrama  əsasən  kimya  eksperimentinin  texnikası  və 
metodikasının  ümumi  məsələləri,  məktəb  kimya  kursunun  əsas  mövzuları  və 
bölmələri  üzrə  kimya  eksperimentinin  aparılması  metodikası,  kimya  fənni 
kurikulumunun  məzmununun  tələbləri  olan  yeni  planlaşdırma  və  qiymətləndirmə 
sistemləri,  fəal  dərsə  aid  bütün  məlumatlar,  nümunələr,  müasir  kimya  müəlliminin 
funksiya  və  vəzifələri  ətraflı  verilmişdir.  Kitabda  bəzi  məsələlərin  yazılmasında 
qüvvədə  olan  “Kimya  tədrisi  üsulu  praktikumu”  kitabından  və  rus  dilində  olan 
kitablardan  istifadə  edilmişdir.  Sonda  müasir  təhsildə  işlədilən  yeni  anlayışların 
mahiyyətinin  tələbələr  tərəfindən  öyrənilməsi  üçün  onlara  aid  pedaqoji  lüğət 
verilmişdir.  
Vəsaitdə  nəzərə  çarpa  biləcək  çatışmayan  cəhətlər,  məzmunu  və  quruluşunu 
təkmilləşdirə bilən rəy və təklifləri  yazılı şəkildə bizə göndərəcək oxuculara öncədən 
təşəkkürümüzü bildiririk. 



 
Kitabdan  kimya  istiqaməti  üzrə  pedaqoji  ixtisas  alan  tələbələr,  magistrlar, 
kimyaçı metodistlər və başqaları faydalana bilərlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə