Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   2   3   4   5   6   7   8   9   10   ...   111

21 
 
kimyəvi  reaksiya  aparmaq  üçün  cihaz  (KRAC);  spirt  lampası;  elektrik  cərəyanı  ilə 
aparılan təcrübələr üçün  dəst; termometr dəsti (0-100
0
C; 0-360
0
C); ozonator;  maddə 
kütləsinin saxlanması qanununun nümayiş etdirmək üçün cihaz; kimyəvi reaksiyanın 
sürətinin  müxtəlif  amillərdən  asılılığını  nümayiş  etdirmək  üçün  cihaz;  qazların 
yığılması  və  saxlanması  üçün  cihaz;  həll  olan  bərk  maddələrin  alınması  üçün  cihaz; 
maddələrin distilləsi və vakuum altında süzmək üçün qurğular. 
Şagird eksperimenti üçün tələb olunan avadanlıqlar: 
Laboratoriya təcrübələri və praktiki işlərin aparılması üçün qab və ləvazimatlar 
dəsti; tərəzilər; bərk maddələrin saxlanması üçün banka dəsti (30-50 ml); məhlulların 
saxlanması  üçün  şüşə  qablar;  sınaq  şüşələri  dəsti;  qızdırıcı  cihazlar  (elektrik 
qızdırıcıları-42V-luq,  spirt  lampası-50  ml-lik);  qazların  alınması  üçün  cihaz; 
laboratoriya ştativi. 
Bu ləvazimatlar şagirdlərin, makro- və mikro- miqdarda reaktivlərdən, müxtəlif 
aqreqat  halda  olan  maddələrdən  istifadə  etməklə,  laboratoriya  və  praktiki  işləri 
təhlükəsiz yerinə yetirmələrinə imkan yaratmalıdır. 
Reaktivlərin,  qabların  və  digər  ləvazimatların  laboratoriya  stolunda 
yerləşdirilməsi,  yaxud  laboratoriya  otağında  saxlanması  sistemi,  reaktivlərin,  cihazın 
qurulması üçün lazım olan hissələrin tez və düzgün seçilməsini, iş yerində rahatlıq və 
səliqəni təmin etməlidir. 
 
Qablar və cihazlar. 
Kimya  təcrübələri  üçün  şüşədən  düzəldilmiş  laboratoriya  avadanlıqlarından 
istifadə    edilir.  Nümayiş  təcrübələrində  şüşə  qabların  tətbiqi  onların  xüsusiyyətləri: 
bərkliyi,  şəffaflığı,  kimyəvi  və  termiki  davamlılığı  ilə  əlaqədardır.  Lakin  onların 
çatışmamazlığı  kimi  kövrəkliyini  də  unutmaq  olmaz  ki,  bu  zaman  qırıntılarla 
zədələnmək təhlükəsi mövcuddur. 
 Laboratoriya  qabları  aşağıdakı  standartlarda  istehsal  edilir:  kimyəvi  davamlı 
şüşədən; termiki və kimyəvi davamlı şüşədən; termodavamlı şüşədən. 


22 
 
Kimyəvi  davamlılıq  dedikdə,  materialın  aqressiv  kimyəvi  reaktivlərə,  məsələn, 
turşu və ya qələvilərə qarşı davamlılığı başa düşülür. 
Termodavamlılıq  kəskin  temperatur  fərqlərinə  qarşı  davamlılığı  nəzərdə  tutur. 
Termodavamlılıq  şüşənin  qalınlığının  azaldılması  və  tərkibi  ilə  təmin  edilir.  Bu 
baxımdan,  KD  şüşələrin  TD  şüşələrə  nisbətən  genişlənmə  sabiti  böyük, 
termodavamlılığı  aşağıdır.  Əridilmiş  kvarsdan  hazırlanmış  şüşələr  daha 
termodavamlıdırlar.  
Şüşənin üzərində göstərilən standart ondan hansı növ təcrübələr zamanı: KD –
aqressiv  maddələrlə,  qızdırmadan;  TKD-  qızdırmaqla,  yüksək  temperaturadək 
qızdırmaqla – TD  istifadə etmək  haqqında  məlumat verir. Qalındivarlı qablar  əsasən 
KD  şüşələrdən  hazırlanır,  bunlarla  işləyərkən  temperaturun  kəskin  dəyişməsinə  yol 
vermək  olmaz.  Şüşə  borular  asan  əriyən  şüşələrdən  (mavi  və  tünd-yaşıl  başlıqlı 
borular); diametri  20  mm,  uzunluğu  500  mm  olan  çətin  əriyən  borular  (qara  başlıqlı 
və uzununa xətlənmiş) TD şüşələrdən hazırlanır. Sınaq şüşələri KD və TD şüşələrdən 
hazırlanır.  Bərk  maddələrin  sınaq  şüşəsində  qızdırılması,  qeyri-bərabər  qızdırılma 
səbəbindən  şüşədə  daxili  gərginlik  yaradır.  Təkrar  istifadə  zamanı  belə  sınaq  şüşəsi 
partlaya bilər. Termodavamlı sınaq şüşələri bərk maddələrin qızdırılmasında dəfələrlə 
istifadə edilə bilər. 
Şüşəyə nisbətən çini qabların termiki və mexaniki davamlılığı daha yüksəkdir.  
Nümayiş  təcrübələri  üçün,  bir  qayda  olaraq,  200-250  ml-k  yumrudib 
kolbalardan  istifadə  edilir,  onlar  daha  davamlı  olub,  lampanın  açıq  alovunda 
qızdırılmaya qarşı daha dözümlüdürlər. Bir çox təcrübələr üçün (mayenin qovulması, 
qazların  alınması  və  s.)  qazötürücü  borusu  olan  kolbalardan  (Vürs  kolbası)  istifadə 
etmək  rahatdır.  Kolbalar  rezin,  yaxud  şüşə  tıxaclarla  və  ya  içərisinə  xarici  hissələr 
keçirilmiş  tıxaclarla,  məsələn,  damcı  qıfı  birləşdirilmiş  tıxacla  təmin  edilməlidirlər. 
Mayelərin qovulması üçün tıxaca termometr keçirilir. 
Bəzi  nümayiş  təcrübələrinin  qoyulması  üçün  xüsusi  cihazlardan,  qurğulardan, 
aparatlardan istifadə edilir: qazların alınması üçün aparat (Kipp), qazometr, elektroliz 


23 
 
üçün cihaz, kimyəvi reaksiyanın sürətinin şəraitdən asılılığını nümayiş etdirmək üçün 
cihaz və s. 
Aşağıda  kimya  laboratoriyasında  işlədilən  avadanlıqlara  aid  nümunələrin 
şəkilləri verilmişdir. 
                                          
Şəkil1-1. Kolbalar: 
a-nazikdivarlı  kolbalar:  1-yumrudib,  2-yastıdib,  3-ikiboğazlı  yumrudib,  4-
konusvari (Erlenmeyer kolbası), 5-yandan  çıxıntısı olan  yumrudib (Vürs kolbası), b-
qalındıvarlı Bunzen kolbası. 
 
 
Şəkil 1-2.Retortlar: 
1-tubussuz, 2-tubuslu. 
 
 


24 
 
 
 
 
Şəkil 1-3. Qıflar: 
1-konusvari qıf, 2-borusu kəsilmiş qıf, 3-damcı qıfı, 4-ayrıcı qıf. 
 
Şəkil 1-4. Kalsium-xlorid boruları: 
a-bir və iki hissəsi geniçləndirilmiş borular, b-U şəkilli borular, 


25 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1-5. Soyuducular: 
1-düz borulu soyuducu, kürəcikli soyuducu,su nasosu. 
 
 
 
 
 
 
 
 
 
 
 Şəkil 1-6. Yuyucu və quruducu qablar: 
a-əldədüzəltmə şüşə yuyucu qab; b-ikiboğazlı şüşə qab, c-qazaparan borusu 
olan şüşə qab, d-Dreksel qabı, e-Tişenko qabı, f-quru maddələr üçün Tişenko qabı, g-
qazları qurutmaq üçün kalonka.    


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə