Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

55 
 
4.
 
Müəllim  və  şagirdlərin  hansı  fəaliyyət növlərinin  yerinə  yetirilməsi  nəzərdə 
tutulmuşdur. 
5.
 
Hansı tədris üsulları və nə səbəbdən seçilmişdir? 
6.
 
Müəllim  tərəfindən  dərsin  nəticəsinin  qiymətləndirilməsi.  Özü  razıdırmı. 
İstifadə edilən tədris  formaları  və üsullarının effektivliyi. Nəyi öyrətmək istəyirdi  və 
nail ola bildimi? 
7.
 
Gələn dərs üçün hansı məqsədlər planlaşdırılmışdır? 
 
Kimya dərsinin tam özünütəhlil sxemi. 
1.
 
Verilmiş  dərsin  mövzuda,  bölmədə,  kursda  yeri.  Keçmiş  dərslə 
əlaqələndirilməsi. Əsaslandırılması. Gələcək dərslərə təsiri. Özünəməxsusluğu. Tipi. 
2.
 
Şagirdlərin real imkanlarının xarakteristikası. Dərsin planlaşdırılması zamanı 
sinfin, şagirdlərin nəzərə alınan xüsusiyyətləri hansılardır. 
3.
 
Dərsdə 
hansı 
məsələlər 
(tədris, 
tərbiyəvi, 
inkişafetdirici) 
həll 
edilmişdir.Onların  kompleksliyi,  qarşılıqlı  əlaqəsi  təmin  edilmişdirmi.  Hansı 
məsələlər  əsas  idi.  Burada  sinfin,  şagird  qrupunun  hansı  xüsusiyyətləri  nəzərə 
alınmışdır. 
4.
 
Seçilmiş dərs quruluşu bu məsələlərin həlli üçün nə dərəcədə rasionaldır. 
5.
 
Vurğulanan nədir (hansı anlayış, ideya, fakt). Əsas olan qeyd edilmişdirmi. 
6.
 
Yeni 
materialın 
açılması 
üçün 
hansı 
tədris 
üsulları 
komplektləşdirilmişdir.Tədris  üsullarının  seçimini,  onların  dərsin  məqsədlərinə 
uyğunluğunu əsaslandırmalı. 
7.
 
Şagirdlərə fərdi yanaşma necə həyata keçirilmişdir. 
8.
 
Bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsinə  nəzarət  necə  təşkil 
olunmuşdur. 
9.
 
Dərsdə  və  ev  tapşırığında  sinfin  idrak  fəallığı  nəyin  hesabına  və  necə  təmin 
edilmişdir.  


56 
 
10.
 
Şagirdlərin  dərs  müddətində  iş  qabiliyyətlərinin  yüksək  olması  və 
əlverişli ünsiyyət, mühit nəyin hesabına təmin edilmişdir. 
11.
 
Gözlənilməz hallar üçün ehtiyatda olan metodik yollar. 
12.
 
Bütün  qoyulan  məsələləri  tam  reallaşdırmaq  mümkün  oldumu. 
Reallaşdırılmayanları yerinə yetirməyi müəllim necə planlaşdırır. 
 
2.2.3. Kimyadan praktiki məşğələnin təhlili sxemi 
 
1.
 
Ümumi məlumatlar: tarix, sinif, məşğələnin mövzusu, müəllim. 
2.
 
Məşğələnin məzmunu: 
2.1.
 
Məşğələnin məqsədi, şagirdlərin onu anlaması; 
2.2.
 
Mövzuya uyğunluq və təcrübələrin mürəkkəblik dərəcəsi; 
2.3.
 
Eksperimentin  metodikası  və  texnikasının,  təhlükəsizlik  texnikasının 
izahatının düzgünlüyü, təlimatların (instruksiya kartlarının) mövcudluğu; 
2.4.
 
Problemli situasiyalardan istifadə; 
2.5.
 
TAVTV-nin tətbiqi; 
2.6.
 
Məşğələnin sonunda yekunlaşdırma və nəticələndirmə. 
3.
 
Kimya müəlliminin fəaliyyəti: 
3.1.
 
Məşğələnin 
təşkili, 
bilik,  bacarıq  və  vərdişlərin  inkişafı  və 
möhkəmləndirilməsi; 
3.2.
 
Hesabat formasına sual və tələblərin düzgün qoyulması; 
3.3.
 
Dərs  zamanı  nəzəri  və  eksperimental  problemlərin  həllində  iştirak 
dərəcəsi. 
4.
 
Şagirdlərin fəaliyyəti: 
4.1.
 
Sərbəstlik, fəallıq dərəcəsi; 
4.2.
 
Eksperiment bacarıqları və vərdişləri, işin estetikası; 
4.3.
 
Nəzəri biliklərin və onlardan təcrübədə istifadə bacarıqlarının  keyfiyyəti, 
eksperimentin dərk edilməsi; 


57 
 
4.4.
 
Təşkil olunmuş halda, kollektivdə işləmək bacarığı; 
4.5.
 
Məşğələyə maraq, emosional mühit. 
5.
 
Məşğələnin quruluşu, vaxt bölgüsü. 
6.
 
Müəllimin şəxsiyyəti və pedaqoji ustalığı: 
6.1.
 
Materialı bilmək, məntiqi şərh; 
6.2.
 
Mənimsəmənin təşkilinin psixoloji prinsiplərindən istifadə, emosionallıq; 
6.3.
 
Bütün şagirdləri işə cəlb etmək və hər birinin işinə nəzarət bacarığı; 
6.4.
 
Pedaqoji  etika (ədəb); 
6.5.
 
Nitq mədəniyyəti, temp, diksiya; 
6.6.
 
Müəllimin xarici görünüşü və davranışı. 
7.
 
Məşğələ haqqında ümumi  fikirlər, onun  müsbət tərəfləri, çatışmamazlıqlıarı, 
arzu olunanlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


58 
 
III FƏSİL 
MƏKTƏB KİMYA KURSUNUN ƏSAS BÖLMƏLƏRİ VƏ MÖVZULARI  
ÜZRƏ KİMYA EKSPERİMENTİ 
 
3.1. Kimyanın ilk anlayışları və qanunlarının öyrədilməsi zamanı kimya 
eksperimenti 
 
1-ci iş. Maddələrin fiziki xassələri və təmizlənməsi. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri  (6  ədəd),  şüşə  çubuq;  maddə 
nümunələri – mis məftil, kükürd, distillə suyu, naşatır spirti, xörək duzu, təbaşir. 
Stolun  üzərinə  yığılmış  mis,  kükürd,  naşatır  spirti,  xörək  duzu,  təbaşir 
maddələrinin aqreqat hallarını, rəngini, qoxusunu, suda həll olmasını yoxlayın. 
Təcrübə  1.  Maddənin  suda  həll  olmasını  yoxlamaq  üçün  onun  az  miqdarını 
sınaq şüşəsinə töküb, üzərinə su əlavə edin. Sınaq şüşəsində mayenin miqdarı şüşənin 
yarısından yuxarı olmamalıdır. Məhlulu şüşə çubuqla qarışdırın. 
 
Müşahidələri aşağıdakı cədvəldə  qeyd edin. 
 
Cədvəl 8. 
Maddələrin fiziki xassələri. 
Maddə 
Aqreqat halı 
Rəngi 
Qoxusu 
Suda həll 
olması 
Mis 
 
 
 
 
Kükürd 
 
 
 
 
Su 
 
 
 
 
Naşatır spirti   
 
 
 
Xörək duzu   
 
 
 
Təbaşir 
 
 
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə