Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Təcrübə 2. Maddələrin diffuziyası



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

59 
 
Təcrübə 2. Maddələrin diffuziyası. 
Ləvazimat  və  reaktivlər:  Su  ilə  dolu  kimyəvi  stəkan,  süzgəc  kağızı,  kalium- 
permanqanat kristalları. 
Stəkandakı  suyun  səthinə  dairəvi  formada  kəsilmiş  süzgəc  kağızı  qoyub, 
üzərinə bir qədər kalium-permanqanat kristalları səpin. Bir neçə dəqiqədən sonra baş 
verən hadisəni müşahidə edin və səbəbini aydınlaşdırın. Diffuziyanı izah edin. 
Maddələrin təmizlənməsi 
Tapşırıq: 
1.  Saf  maddələri  və  qarışıqları  fərqləndirin.  Qarışıqların  növləri  və  onların 
ayrılması üsullarını yada salın. 
2.  Süzmək  üçün  süzgəc  kağız  hazırlayın  və  qıfa 
yerləşdirin. 
3.  Verilmiş  qarışıqları  müvafiq  üsullarla  tərkib 
hissələrinə ayırın. 
4.  Kimyəvi  birləşmə  ilə  qarışığı  fərqləndirən 
əlamətləri yada salın. 
Ləvazimat  və  reaktivlər:  Süzgəc  kağızı,  qıf,  metal 
ştativ,  şüşə  çubuq,  çini  kasa,  spirt  lampası,  kibrit, 
yandırmaq    üçün  çöp,  stəkan,  Vürs  kolbası,  şüşə  silindr, 
torpaq, mürəkkəbli su, xörək duzu,  
Təcrübə 1. Süzməklə mayelərin (suyun) təmizlənməsi.  
İçərisində  su  ilə  isladılmış  qırışlı  süzgəc  kağızı  olan  qıfı  ştativin  halqasına 
yerləşdirib, altına stəkan qoyun (qıfın ucu stəkanın iç divarına toxunmaq şərti ilə).  
Digər bir stəkanda torpaqla sudan ibarət müxtəlif cinsli qarışıq hazırlayıb, şüşə 
çubuqla yaxşıca qarışdırın. 
Hazırlanmıış  bulanıq  suyu  şüşə  çubuq  vasitəsilə  yavaş-yavaş  qıfa  boşaldın 
(şəkil 2); maye süzgəcin kənarlarından 3-5mm aşağı olmalıdır. Alınmış filtiratı 
götürülmüş bulanıq su ilə müqayisə edin. Nə müşahidə olunur? 
Şəkil 2. Süzmə. 


60 
 
 
Təcrübə 2. Bərk maddələrin yenidən kristallaşdırılmaqla təmizlənməsi. 
Ştativin  halqasına  içərisində  isladılmış  qırışlı 
süzgəc kagızı olan şüşə qif yerləşdirib altına kiçik çini 
kasa  qoyun.  Bir  qədər  çirklənmiş  xörək  duzunu 
kimyəvi  stəkana  töküb,  üzərinə  su  əlavə  edərək  ucuna 
rezin  taxılmış  şüşə  çubuqla  qarışdırdıqdan  sonra 
ştativin  halqasına  yerləşdirilmiş  qıfda  süzün.  Çini 
kasadakı  süzüntünü  (filtiratı)  bulanıq  məhlulla 
müqayisə etdikdən sonra ştativin halqası üzərində spirt 
lampası  alovunda  kristallar  əmələ  gələnə  qədər 
qızdırın (şəkil 3). Təmizlənmiş duz kristallarını müşahidə 
edin. 
 
Təcrübə  3.  Sadə  distillə  yolu  ilə  suyun  onda  həll 
olmuş qarışıqlardan təmizlənməsi. 
a) Vürs kolbasının yarısına qədər mürəkkəbli su töküb 
qəbuledici  (kolba)  olan  soyuducu  ilə  birləşdirdikdən  sonra 
kolbanı  qəbuledicidə  1-2  ml  rəngsiz  su  yığılana  qədər 
qızdırın. Alınan məhlulun rəngini əvvəlki ilə müqayisə edin 
və nəticə çıxarın. 
         b) 
Sınaq  şüşəsinə  birinci  təcrübədən  alınmış 
süzüntüdən (filtiratdan) töküb ağzını qazaparan borusu olan 
tıxacla bağlayaraq ştativin pəncəsinə bərkidin.                                    
Qazaparan borunun ucunu içərisində buzlu su olan stəkana yerləşdirilmiş digər 
sınaq şüşəsinin dibinə qədər saldıqdan sonra süzüntü olan sınaq şüşəsini spirt lampası 
alovunda su tamam buxarlanana qədər qızdırın (şəkil4). Distillə ilə təmizlənmiş sudan 
Şəkil 3. Buxarlandırma. 
Şəkil 4. Distillə. 


61 
 
və süzülmüş sudan bir neçə damcı saat şüşəsinə töküb ayrı-ayrılıqda buxarlandırın və 
nəticəni müqayisə edin. 
 
2-ci iş. Kimyəvi reaksiyalar. Kimyəvi reaksiyaların əlamətləri və tipləri. 
Kimyəvi reaksiyaların əlamətləri. 
 
Ləvazimat    və    reaktivlər:  sınaq  şüşələri,  şüşə  boru,  termometr,  şini  kasa, 
şpatel, spirt lampası, kibrit, şüşə çubuq, kiçik kolba, metal ştativ, içərisində buz olan 
stəkan, tutqaç, yumrudib kolba, buruncuğu olmayan stəkan, 5%-li natrium- hidroksid 
məhlulu,  mis(II)sulfat,  natrium-asetat,  xlorid  turşusu,  fenolftalein  məhlulları,  əhəng 
suyu  (1:1),  qatı  sulfat  turşusu  məhlulu,  kalium-permanqanat  kristalları,  su,  susuz 
mis(II)sulfat, qazlı mineral su,  yod kristalları. 
Təcrübə  1.  Sınaq  şüşəsinə  1  ml  mis(II)sulfat  məhlulu  töküb,  şəffaf  olmasına 
diqqət  yetirdikdən  sonra  üzərinə  bir  neçə  damcı  natrium-hidroksid  məhlulu  əlavə 
edin. Kimyəvi reaksiyanın hansı əlaməti müşahidə olunur? 
Təcrübə  2.  Sınaq  şüşəsinə  bir  qədər  natrium-asetat  məhlulu  töküb,  üzərinə 
həmin miqdarda xlorid turşusu əlavə edin. Ehtiyatla sınaq şüşəsində alınan  maddənin 
iyini təyin edin. Kimyəvi reaksiyanın hansı əlaməti baş verir? 
Təcrübə  3.  Sınaq  şüşəsinə  1ml  natrium-hidroksid  məhlulu  töküb  rəngini  geyd 
edin  və  sonra  bir  damcı  fenolftalein  məhlululu  əlavə  edin.  Nə  müşahidə  olunur? 
Nəticə çıxarın. 
Təcrübə  4.  Stəkana  bir  qədər  əhəng  suyu  töküb,  şüşə  boru  ilə  onun  içərisinə 
nəfəs verin. Nə müşahidə olunur? 
Təcrübə 5. Sınaq şüşəsinə 1 ml natrium-hidroksid və 1ml xlorid turşusu töküb 
qarışdırın. Nə müşahidə edilir? Həmin təcrübəni digər sınaq şüşəsində eyni qayda ilə 
aparın.  Lakin,  sınaq  şüşəsinə  dərhal  termometr  daxil  edin.  Nə  müşahidə  olunur? 
Nəticə çıxarın. 
Təcrübə 6.“Spirt lampasının kibritdən istifadə etməməklə yandırılması”. 


62 
 
Kiçik  çini  kasada  az  miqdarda  kalium-permanqanat  kristalları  ilə  bir  neçə 
damcı  sulfat  turşusunu  qarışdırın,  şüşə  çubuğun  ucunda  həmin  qarışıqdan  bir  qədər 
götürüb  spirt  lampasının  filtrinə  sürtün  və  onun  dərhal  yandığını  müşahidə  edin. 
Hadisənin səbəbini izah edin. 
Təcrübə  7.  Məhluldan  çöküntünün  ayrılması.  Kolbada  qızdırmaqla  5-6  q 
mis(II)  sulfat  həll  edin  və  alınan  məhlulu  ehtiyatla  soyudun. 
Çöküntünü məhluldan ayirin və rəngini götürülmüş maddənin rəngi 
ilə  müqayisə  edin.  Bu  halda  kimyəvi  reaksiya  baş  verirmi? 
Cavabınızı əsaslandırın və nəticə çıxarın.  
Təcrübə  3.  Yodun  sublimasiyası.  Quru  stəkanda  bir  neçə 
yod  kristalı  götürüb,  stəkanın  ağzını  içərisində  su  olan  yumrudib 
kolba  ilə  örtün  (şəkil  5).  Kolbanı  ştativdə  bərkitdikdən  sonra 
stəkanı  çox  zəif  alovda  ehtiyatla  qızdırın  və  yodun  buxarlanması 
baş  verdikdə,  ilkin  maddə  ilə  kolbanın  divarlarına  çökmüş 
maddənin  rəngini  müqayisə  edin.  Kimyəvi  reaksiya  baş  verdimi? 
Verilmiş  halda  rəngin  dəyişməsi  kimyəvi  reaksiyanın 
əlamətidirmi? Cavabı izah edin.Nəticə çıxarın. 
Təcrübə 8. Məhluldan qazın ayrılması.Sınaq şüşəsinə 1-2 ml qazlı mineral su 
töküb zəif qızdırın. Nə müşahidə edilir? Bu halda qazın ayrılması kimyəvi reaksiyanın 
əlaməti hesab edilə bilərmi? Cavabınızı əsaslandırın və nəticə çıxarın. 
 
Kimyəvi reaksiyaların tipləri. 
 Ləvazimat və reaktivlər: sınaq şüşələri, qazaparan boru, spirt lampası, şpatel, 
pəncəsi  və  halqası  olan  metal  ştativ,  kibrit,  şüşə  çubuq,  çini  kasa,  azbestli  kardon, 
kərpic parçası, kimyəvi stəkan, maqnit, dəmir mıx, əsasi mis(II) karbonat, ammonium-
bixromat  kristalları,  dəmir  tozu,  mis  (II)  xlorid,  natrium-sulfat,  barium-xlorid 
məhlulları, kükürd tozu.  
Şəkil 5. Yodun sub-
limasiyası. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə