Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

70 
 
Təcrübəyə başladıqda evdiometr su ilə doldurulur və  içərisində su olan hündür 
stəkana salınaraq ştativin pəncəsinə bərkidilir. Sonra ona bərabər həcmdə hidrogen və 
oksigen  qarışığı  (hər  biri  iki  həcm  olmaqla)  yığılır.  Evdiometrə  həddindən  artıq qaz 
yığmaq olmaz, çünki qarışığın yandırılması zamanı o, partlayışdan sına bilər. 
Reaksiyadan  sonra  bir  həcm  qaz  artıq  qalır  ki,  bunun  da  oksigen  olması 
közərmiş  çöplə  yoxlanılır.  Deməli  reaksiyaya  bir  həcm  oksigenlə  iki  həcm  hidrogen 
daxil  olmüşdur.  Beləliklə  suyun  tərkibinin  sabit  olması  barədə  şagirdlərdə  tam 
əminlik  yaranır  və  tərkibin  sabitliyi  qanunu  sübut  olunur.  Bu  zaman  alınan  su 
evdiometrin bir bölgüsünü doldurur. 
Su ilə dolu evdiometrə qaz qarışığı yığmaq üçün içərisinə ucu dartılaraq əyilmiş 
hidrogen və ya oksigen alınan cihaza birləşdirilmiş qazaparan boru salınır.  
 
3.2. Oksigen, hidrogen, su və məhlulların öyrədilməsi zamanı kimya 
eksperimenti 
 
Qazvarı maddələrlə işləməyin ümumi qaydaları və onların toplanması 
üsulları 
          Qazlarla  işləmək  üçün  onların  hər  birinin  fərdi  xüsusiyyətlərini  nəzərə  almaq 
lazımdır.  Qazlar  üçün  ümumi  xassə  onların  əksəriyyətinin  adi  şəraitdə  yanmasıdır. 
Buna görə də onlarla işləməyin ümumi qaydaları təcrübə zamanı nəzərə alınmalıdır.  
Qazları  bərk  maddələrin  közərdilməsindən  aldıqda  reaksiyanı  sınaq  şüşəsində 
və  ya  retortda  aparmaq  məqsədəuyğundur.  Bərk  maddələrin  mayelərlə  qarşılıqlı 
təsirindən  qaz  aldıqda  qazaparan  borusu  olan  və  ağzı  iki  deşikli  tıxacla  bağlanmış 
kolbalardan istifadə etmək lazımdır. 
Qazları toplayarkən, onların üç mühüm xassəsini nəzərə almaq lazımdır: qazın 
havaya  görə  sıxlığı,  qazın  suda  həllolma  qabiliyyəti,  havadakı  qazlarla  reaksiyaya 
girib-girməməsi. 


71 
 
1.
 
Şəkil  12-də  qazların  yığılma  üsulları  göstərilmişdir.  Göstərilən  üç  üsuldan 
hər biri ilə hansı qazları yığmaq olar? Cavablarınızı əsaslandırın. 
2.
 
Qazların təmizlənməsi və udulması üçün hansı cihaz və qurğulardan istifadə 
edilir?  Bu    əməliyyatlar  nə  zaman  aparılır?  Qazların  qurudulmması  üçün  hansı 
maddələr tətbiq edilə bilər? Qazların  udulması  üçün  hansı  maddələrdən  istifadə edilə 
bilər?  
 
 
 
Şəkil  12.  Qazların  yığılması:  a  –  havanı  sıxışdırmaqla  qazların  yığılması;  b  – 
zəhərli qazların yığılması; c– suyu sıxışdırıb çıxarmaqla qazların yığılması. 
 
1.
 
Oksigen, onun xassələri və alınma üsulları haqqında bildiklərinizi yada salın. 
2.
 
Məktəb  praktikasında  oksigenin  alınma  üsullarından  hansı  istifadə  edilə 
bilər? 
3.
 
Əmələ  gələn  qazı  hansı  üsullarla  yığmaq  olar?  Bu  üsullar  oksigenin  hansı 
xassələrinə əsaslanırlar? 
4.
 
Qabdakı qazın oksigen olduğunu necə müəyyən etmək olar? 
 
1-ci iş. Oksigenin alınması və xassələri. 
 
Ləvazimat və reaktivlər: metal ştativ, iri sınaq şüşələri, metal qaşıq, oksigenin 
yığılması  üçün  şüşə  bankalar,  kristallizator,  yumrudib  kolba,  damcı  qıfı,  stəkan, 
kibrit,  spirt  lampası,  pambıq,  şüşə  lövhələr,  qazaparan  boru,  cüzgəc  kağızı,  polad 


72 
 
məftil,  çöp,  kalium-permanqanat,  manqan(IV)  oksid,  hidrogen-peroksid,  kükürd, 
qırmızı fosfor, kömür parçası,natrium metalı.  
Təcrübə 1.Oksigenin alınması. 
a)
 
Oksigenin 
hidrogen-peroksiddən 
alınması 
13-cü şəkildə  göstərilən cihazı quraşdırın. 
Silindri  su  ilə  doldurub,  ağzını  şüşə  lövhə 
ilə  örtün  və  içərisində  az  miqdar  su  olan 
kristallizatorda ehtiyatla başı aşağı çevirin. 
Kolbadaya 1-2 qr manqan(IV) oksid töküb, 
ağzını 
içərisində 
6%-li 
hidrogen-peroksid 
məhlulu olan damcı qıfı ilə bağlayın. 
Damcı  qıfından  hidrogen-peroksidi    damcı-
damcı  kolbaya  əlavə  edin  və  alınan  qazdan  bir 
qədər (25 ml) stəkana yığın. Oksigenin olmasını közərmiş çöplə yoxlayın. 
Qazaparan  borunu  başı  aşağı  çevrilmiş  su  ilə  dolu  silindrə  salın  və  onu 
oksigenlə  doldurun.  Oksigenin  əmələ  gəlməsi  zəiflədikdə,  kolbanı  bir  qədər 
qızdırmaq olar. 
Təcrübəni  bitirmək  üçün  əvvəlcə  qazaparan  borunu  sudan  çıxarın.  Silindrin 
ağzını suyun altında şüşə lövhə ilə bağlayaraq, düzgün vəziyyətə gətirin və közərmiş 
çöplə oksigeni yoxlayın.                                                  
b)
 
Kalium- permanqanatdan oksigenin alınması 
Məktəbdə  oksigeni  adətən  kalium-permanqanatdan  alırlar.  Onun  parçalanması 
artıq  240
0
C-də  başlayır. 
Sınaq  şüşəsinin  1/3-ni  kalium-permanqanatla  doldurun  (10q  kalium 
permanqanatın parçalanmasından 1 q-a yaxın oksigen alınır) və onun yuxarı hissəsinə 
pambıq  qoyun  (pambıq  filtr  rolunu  oynayacaq).  Pambıq  kalium  -permanqanata 
toxunmamalıdır, əks təqdirdə qızdırma zamanı alışa bilər. 
Şəkil  13.  Hidrogen-peroksiddən  
oksigenin 
alınması 
və 
suyu 
sıxışdırıb çıxarmaqla yığılması. 


73 
 
Sınaq  şüşəsini  qazaparan  borusu  olan  tıxacla  bağlayıb,  azca  maili  vəziyyətdə  
ştativin  pəncəsinə  bərkidin  və  onu  3-4  dəqiqə  qızdırın.  Alınan  qazı  yuxarıdakı 
təcrübədə göstərilən qayda ilə toplayın. 
Təcrübə 2.Oksigenin xassələri. 
a)  Kükürdün,  fosforun,  karbonun,  natriumun    oksigendə      yanması.  Dörd 
şüşə  bankanı  havanı  sıxışdırıb  çıxarmaqla  oksigenlə  doldurun.  Kolbaların  ağzına 
yerləşən  tıxaclara  dəmir  qaşıqlar  keçirin  və  onlarda  noxud  boyda  kükürd  və  qırmızı 
fosfor  qoyun.  Maddələri  havada  yandıraraq  oksigenlə  dolu  bankalara  daxil  edin  və 
tıxacla ağızlarını bağlayın. 
Kömürü, filtr kağızı ilə təmizlənmiş natriumu eyni qayda ilə qaşıqda yandıraraq 
oksigenlə dolu bankalara daxil edin. 
Maddələrin oksigendə necə yanmasını müşahidə edin və yanma başa çatdıqdan 
sonra kolbalara bir qədər distillə suyu tökərək alınan məhlulları lakmusla yoxlayın. 
Aparılan təcrübələrin nəticəsində hansı maddələrin alındığını  müəyyən edin və 
baş verən reaksiyaların tənliklərini yazın. 
b)  Dəmirin  oksigendə  yanması.  Böyük  sınaq  şüşəsinin  1/3-ni  kalium 
permanqanatla  doldurub,  üfiqi  vəziyyətdə  ştativin  pəncəsində  bərkidin  və  sınaq 
şüşəsini qızdırın. 
Nazik,  spiralvari  polad  məftilə  kibrit  çöpünü  bərkidib,  dəmir  maşa  ilə  tutaraq 
yandırın və qızdırılan sınaq şüşəsinə daxil edin. 
Sınaq  şüşəsində  alınan  oksigenin  təsirindən  əvvəl  çöpün  yanmasının 
sürətləndiyini,  sonra  isə  dəmirin  yandığını  müşahidə  edin  və  reaksiyanın  tənliyni 
yazın. 
Laboratoriyada  ehtiyat  oksigen  qazı  saxlamaq,  lazım  olduqda  ondan  istifadə 
etmək üçün qazometrdən istifadə edilir. 
Təcrübə  3.  Qazometrin  iş  prinsipinin  öyrənilməsi.  Qazometr  suda  az  həll 
olan,  hava  ilə  partlayıcı  qarışıq  əmələ  gətirməyən  qazların  yığılması  və  saxlanması 
üçündür.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə