Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

78 
 
6.
 
Hissələri  qurutduqdan  sonra,  birləşdirici  hissələrə  kağız  parçaları  qoymaqla 
aparatı yığın. 
1.
 
Kipp aparatında sinkin duru sulfat turşusu ilə qarşılıqlı təsirindən  hidrogeni 
alın. 
2.
 
Hidrogenlə  işləməyə  başlamazdan  əvvəl  onun  təmizliyini  yoxlamaq 
lazımdır!  
Bunun  üçün sınaq şüşəsini  hidrogenlə doldurub, spirt lampasına  yaxınlaşdırın. 
Spirt  lampası  Kipp  aparatından  aralıda  olmalıdır.  Sınaq  şüşəsini  ağzı  aşağı  olmaqla 
şaquli vəziyyətdə tutmaq lazımdır. Gurultulu səs hidrogenin hava ilə qarışıq olduğunu 
göstərir. Bu halda hidrogeni birbaşa Kipp aparatına birləşdirilmiş qazaparan borunun 
ucunda yandırmaq olmaz, çünki güclü partlayış baş verə bilər. Qazın təmizliyi yüngül 
“pax”  səsi  eşidilənədək  yoxlanılmalıdır.  Bu  şəraitdə  hidrogenlə  iş  tamamilə 
təhlükəsizdir. 
3.
 
Hidrogeni lazımi təmizlikdə aldıqdan sonra onun xassələrinə aid təcrübələrə 
başlamaq olar.  
Təcrübə 2. Hidrogenin xassələri. 
a)
 
Hidrogenin  havadan  yüngül 
olmasının  yoxlanılması.  Nazik  məftillə 
iki  eyni  çəkili  stəkanları  texniki-kimyəvi 
tərəzinin  qollarına  bərkitməli  və  birinə 
Kipp aparatından hidrogen qazı buraxmalı 
(şəkil  16).  Bir  qədər  keçdikdən  sonra 
tərəzinin  hidrogenlə  doldurulmuş  stəkan 
olan gözünün yuxarı qalxdığını müşahidə edin 
və nəticə çıxarın. 
b)
 
Hidrogenin  bir  qabdan  başqa  qaba  keçirilməsi.  Silindiri  hidrogenlə 
doldurub  ağzına    ondan  kiçik  həcmli  hava  ilə  dolu  ikinci  silindri  söykəyin  və 
hidrogenlə  dolu  silindiri  ağzı  yuxarı  qaldırın.  Hidrogenin  ikinci  silindrə  keçməsini 
Şəkil 16. Hidrogenin havadan 
yüngül olmasının yoxlanılması. 


79 
 
yoxlamaq üçün onu alova yaxınlaşdırın. Birinci silindri də alova yaxınlaşdırın və hər 
ikisində nə baş verdiyini müşahidə edin. 
c)
 
Sabun köpüklərinin hidrogenlə doldurulması. 
1.
 
Sabunlu  məhlul  hazırlayın.  Bunun  üçün    sabun  bıçaqla  narın  doğranılır  və 
distillə suyunda həll edilir. Əmələ gələn sabun köpüyünə bir neçə damcı qliserin əlavə 
edilir. 
2.
 
Kipp  aparatının  qazaparan  borusuna  enli  şüşə  boru  parçası  birləşdirin. 
Borunu içində sabunlu məhlul olan kasaya salın.  
3.
 
Kasada  sabun  köpüklərinin  əmələ  gəlməsi  üçün  hidrogen  axını  buraxın. 
Yanar  çöpü  hidrogenlə  doldurulmuş  köpüklərə  yaxınlaşdırın.  Nəticələri  müşahidə 
edin və səbəbini aydınlaşdırın.  
d)
 
Hidrogenin oksigendə yanması. 
1.
 
17-cü  şəkildəki  cihazı  quraşdırın.  Kipp  aparatının  qazaparan  borusuna  ucu 
əridilərək dartılıb uzadılmış şüşə boru birləşdirin və ştativin pəncəsində bərkidin. 
2.
 
Kimyəvi  stəkana  (100  ml)  oksigen  doldurun  və  qazaparan  borunun  ucunda 
yandırılmış hidrogeni (təmizliyi yoxlanıldıqdan sonra) stəkana daxil edin. Bu zaman 
eşidilən  uğultu  səsi  yanmaya  sərf  olunan  oksigenin  əvəzinə  bankaya  havanın 
sorulması  ilə  izah  edilir.  Stəkanın  divarlarında  su 
damcılarının yığılmasını müşahidə edin. 
e) Hidrogenin havada yanması. 
1.
 
Bundan  əvvəlki  təcrübədə  istifadə  edilən  cihazı 
quraşdırın. 
2.
 
Kipp  aparatından  zəif  axınla  hidrogen  cərəyanı 
buraxaraq  (təmizliyi  yoxlanıldıqdan  sonra),    borunun 
uzadılmış ucunda onu yandırın. 
3.
 
Ucunda  hidrogen  yanan  borunu  250  ml-lik  maili 
vəziyyətdə  tutduğunuz  stəkana  salın.  Hidrogenin  yanması  zamanı  əmələ  gələn  su 
buxarlarının stəkanın daxili səthində mayeləşdiyini müşahidə edin. 
Şəkil 17. Hidrogenin 
yanması. 


80 
 
f) Guruldayıcı qarışığın partladılması. 
I variant. Guruldayıcı qarışığın silindirdə partladılması. 
Guruldayıcı qarışıq hidrogeni oksigenlə 2:1 nisbətində qarışdırmaqla hazırlanır.  
Əvvəlcədən  işarə  edilmiş  silindri  suyun  sıxışdırılması  üsulu  ilə  1/3  hissə 
oksigen və 2/3 hissə hidrogenlə doldurun.  
Suyun  altında  silindrin  ağzını  şüşə  lövhə  ilə  qapayın,  stolun  üstünə  qoyun  və 
dəsmala bükün. 
30-40  sm-lik  çöpü  spirt  lampasından  yandırın.  Lövhəni  silindrin  ağzından 
götürün, yanar çöpü silindrin ağzına yaxınlaşdırın. 
Silindrdə  aparılan  təcrübə  tamamilə  təhlükəsiz  olsa  da,  ehtiyat  üçün  dəsmalla 
bükmək  vacibdir.  Çünki  silindrdə  nəzərdən  qaçmış  çat,  cızıq  ola  bilər  ki,  bu  da 
bədbəxt hadisə törədər. 
II variant. Guruldayıcı qarışığın tənəkə qutuda partladılması 
Bu  məqsədlə  mümkün  qədər  nazik  və  uzun  tənəkə  qutusu  seçilməlidir.  Nazik 
mıxla  qutunun  dibindən  kiçik  bir  deşik  açıb,  onu  yaş  kağız  yaxud  kibrit  çöpü  ilə 
bağlayaraq, ağzı aşağı olmaqla stolun üzərinə qoymalı və Kipp aparatından rezin boru 
vasitəsilə  onu  hidrogenlə  doldurmalı.  2-3  dəqiqədən  sonra  rezin  borunu  çıxarmalı, 
Kipp  aparatını  bağlayaraq  stoldan  kənarlaşdırmalı  və  qutunun  deşiyini  açaraq  çıxan 
hidrogeni  yandırmalı.  Bu  zaman  əvvəlcə  hidrogen  sakit  yanır,  bir  neçə  dəqiqədən 
sonra  qutuya  hava  dolması  hesabına  partlayış  baş  verir  və  qutu  tavana  qədər  qalxır. 
Qutu hidrogenlə tam dolmadıqda partlayış dərhal baş verəcək.  
Diqqət: Hər hansı səbəbdən partlayış dərhal baş verməsə qutunu ələ  götürmək 
yaxud  ona  yaxınlaşmaq  olmaz.  Qutudan  çıxan  hidrogeni  uzun  çöplə  yandırmaq 
lazımdır. 
g)  Mis  (II)  oksidin  hidrogenlə  reduksiyası.  18-ci  şəkildəki cihazı quraşdırın. 
Təmizliyi  yoxlanılmış  hidrogeni  közərmiş  mis(II)  oksid  üzərindən  keçirməli.  Sınaq 
şüşəsi, ağzı bir qədər aşağı  meyilli olmaqla ştativə bərkidilir ki, reaksiya  nəticəsində 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə