Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

103 
 
Təcrübə  6.  Axıra  qədər  gedən  (dönməyən)  reaksiyaların  şərtlərinin 
yoxlanılması. 
a)
 
Çöküntünün  əmələ  gəlməsi  ilə  gedən  reaksiyalar.  İki  sınaq  şüşəsinin 
birinə  2-3  ml  duru  sulfat  turşusu,  digərinə  isə  bir  o  qədər  natrium-sulfat  məhlulları 
tökün  və  hər  birinə  bir  neçə  damcı  barium-xlorid  məhlulu  əlavə  edin.  Nə  müşahidə 
edilir? Müvafiq reaksiyaların molekulyar, ion-molekulyar və qısa ion tənliklərii yazın. 
b)
 
Qaz  və  az  dissosiasiya  edən  maddələrin  alınması  ilə  gedən  reaksiyalar. 
Sınaq şüşəsinə 2-3 ml ammonium-xlorid məhlulu töküb, üzərinə bir o qədər natrium-
hidroksid  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Ammonyakın  ayrılmasını  iyinə 
görə  və  su  ilə  isladılmış  qırmızı  lakmus  kağızı  vasitəsilə  müəyyən  edin.  Baş  verən 
reaksiyaların molekulyar, ion-molekulyar və qısa ion tənliklərini yazın. 
Təcrübə 8. Qeyri-metalların nisbi aktivliyi.  
a)
 
Sınaq şüşəsinə 2-3 ml kalium-yodid töküb üzərinə 3-4 damcı xlorlu su əlavə 
edin.  Nə  müşahidə  edilir?  Məhlulun  qırmızı-qəhvəyi  rəngə  boyanmasının  səbəbini 
izah edin və reaksiyanın tənliyini yazın. 
b)
 
Üç sınaq şüşəsi götürüb, onların hər birinə 2-3 ml hidrogen-sulfidli su tökün. 
Sınaq  şüşələrindən  birinə  3-4  damcı  xlorlu  su,  ikincisinə  bromlu  su,  üçüncüsünə  isə 
yodlu su əlavə edin. Nə müşahidə olunur? Reaksiyaların tənliklərini yazın, xlor, brom, 
yod və kükürdün nisbi aktivlikləri barədə nəticə çıxarın. 
 
3-cü iş. Duzların hidrolizi və elektroliz. 
 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, kibrit, kimyəvi stəkanlar, 
U  şəkilli  boru,  kömür  elektrodlar,  mis  məftili,  düzləndirici,  fenolftalein,  natrium-
karbonat,  natrium-sulfit,  natrium-sulfid  məhlulları,  alüminium-xlorid,  mis(II)sulfat, 
sink-xlorid , lakmus məhlulları, natrium-xlorid məhlulu, kartof  kəsikləri. 
Təcrübə 1. Duzların hidrolizi. 


104 
 
a)
 
 Üç  sınaq  şüşəsi  götürüb,  birinə  natrium-karbonat,  ikincisinə  natrium-sulfit, 
üçüncüsünə  isə  natrium-sulfid  məhlullarından  bir  qədər  töküb,  hər  birinə  bir  neçə 
damcı  fenolftalein  əlavə  edin.  Nə  müşahidə  edilir?  Baş  verən  hadisələrin  səbəbini 
aydınlaşdırın və reaksiyaların molekulyar və ion -molekulyar tənliklərini yazın. 
b)
 
Üç  sınaq  şüşəsinin  birinə  alüminium-xlorid,  ikincisinə  sink-xlorid, 
üçüncüsünə  isə  mis(II)sulfat  məhlullarından  bir  qədər  töküb,  üzərilərinə  lakmus 
məhlulu  əlavə  edin.  Baş  verən  hadisələrin  səbəbini  aydınlaşdırın  və  reaksiyaların 
molekulyar və ion-molekulyar tənliklərini yazın. 
c)
 
Sınaq  şüşəsinə  natrium-sulfitin  doymuş  məhlulundan  10  ml  töküb,  üzərinə 
bir  neçə  damcı  fenolftalein  məhlulu  əlavə  edin.  Məhlulun  bir  hissəsini  kiçik  stəkana 
tökün  və  açıq-çəhrayı  rəng  alınana  kimi  üzərinə  distillə  suyu  əlavə  edin.  Alınan 
məhlulu  iki  stəkana  tökün,  birini  qızdırın.  Qızdırılmış  stəkandakı  məhlulun  rəngi, 
soyuq  məhlulla  müqayisədə  necə  dəyişiləcək?  Stəkanarı  arxasına  ağ  vərəq  tutmaqla 
müqayisəni dəqiqləşdirin və nəticə çıxarın. 
Təcrübə 2. Mis(II) xlorid və natrium-xlorid məhlullarının elektrolizi. 
a)
 
 U  şəkilli  boruya  5%-li  mis(II)  xlorid  məhlulu  töküb,  içərisinə  kömür 
elektrodlar  saldıqdan  sonra  düzləndirici  vasitəsilə  elektrik  cərəyanı  mənbəyinə 
birləşdirin (gərginlik 12 voltdan artıq olmamalıdır) (şəkil 
23). Elektrodlarda nə müşahidə edilr? Hadisənin səbəbini 
izah edin. Hansı maddələr alınır və onları necə müəyyən 
etmək olar? Reaksiyanın tənliyini yazın. 
b)
 
Natrium-xloridin  elektrolizini  də  eyni  qayda  ilə 
aparın. Elektrodlarda və məhlulda əmələ gələn maddələri 
necə  təyin  edərdiniz?  Natrium-xloridn  elektrolizi  mis(II) 
xloridin  elektrolizindən  nə  ilə  fərqlənir?  Səbəbini  izah 
edin və nəticə çıxarın. Reaksiya tənliyini yazın. 
c)
 
Natrium-xloridin  elektrolizini  quru  kartofla  da 
aparmaq olar. Bunun üçün, uzunluğu 4-5 sm, eni 1-1,5 sm, 
Şəkil 23. Duzların suda 
məhlullarının elektrolizi 
üçün cihaz. 
 


105 
 
qalınlığı  1  sm  olan  iki  kartof  parçasının  üzərinə  natrium-xlorid  və  fenolftalein 
məhlulu sürtüb vərəq üzərinə qoyun. Sonra kartof kəsiklərinə aralarında 3 sm məsafə 
olmaqla düzləndiriciyə birləşdirilmiş iki nazik mis məftili yaxınlaşdırın. Nə müşahidə 
olunur? Hadisələri izah edin. 
 
 
3.5. Metalların öyrədilməsi zamanı kimya eksperimenti 
 
1-ci iş. Metalların elektrokimyəvi gərginlik sırası və korroziya. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  stəkanlar,  sap,  pinset,  çini  kasa, 
dəmir(II)  sulfat,  mis(II  )  sulfat,  civə(II  )  xlorid,  gümüş-nitrat  məhlulları,  civə  metalı, 
2-3  qəpiklik  pul,  durulaşdırılmış  sulfat  və  xlorid  turşusu  məhlulları,  sink  metalı,  mis 
və  maqnezium  məftilləri,  anilin  məhlulu,  dəmir  lövhələr,  dəmir  mıx,  1:  5  nisbətində 
sulfat turşusu məhlulu, kalium-yodid məhlulu. 
Təcrübə 1. Metalların nisbi aktivliyi. 
a)
 
Sınaq  şüşəsinə  onun  üçdə  biri  qədər  dəmir(II)sulfat  məhlulu  töküb,  üzərinə 
1-2  damcı  sulfat  turşusu  məhlulu  əlavə  etdikdən  sonra  3-4  parça  sink  salın.  Nə 
müşahidə  edilir?  Məhlulun  açıq  sarı  rəngi  nə  cür  dəyişir?  Sınaq  şüşəsinin  dibində 
yığılan çöküntü nədən ibarətdir?  Reaksiyanın tənliyini yazın. 
b)
 
Sınaq şüşəsinə 3-4  ml  mis(II) sulfat məhlulu tökün  və içərisinə təmizlənmiş 
kiçik mıx salın. Nə müşahidə edilir? Reaksiyanın tənliyini yazın. 
c)
 
Çini  kasaya  3-4  ml  civə(II)  xlorid  məhlulu  (zəhərlidir  ehtiyatlı  olun)  töküb, 
içərisinə efirlə  isladılmış pambıqla  yaxşıca təmizlənmiş 2 və  ya 3 qəpiklik pul salın. 
Bir neçə dəqiqədən sonra pulu pinset vasitəsilə məhluldan çıxarın, su ilə təmiz yuyun 
və  parça  ilə  silib  qurudun.  Pulun  rənginin  dəyişməsinin  səbəbini  izah  edin  və 
reaksiyanın tənliyini yazın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə