Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


-cü iş. Alüminium və onun birləşmələri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   28   29   30   31   32   33   34   35   ...   111

112 
 
4-cü iş. Alüminium və onun birləşmələri. 
 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, kibrit, çini kasa, distillə 
suyu,  alüminium  vərəqi,  duru  və  qatı  xlorid,  sulfat,  nitrat  turşuları  məhlulları, 
natrium-hidroksid  məhlulu,  alüminium  tozu,  yod  kristalları,  alüminium-sulfat 
məhlulu. 
Təcrübə  1.  Alüminiumun  suya  təsiri.  Sınaq  şüşəsində  distillə  suyuna 
alüminium vərəqi daxil edin. Nə müşahidə edilir? Sınaq şüşəsindın suyu boşaldın və 
alüminium vərəqinin üzərinə 2-3 ml durulaşdırılmış natrium-hidroksid məhlulu əlavə 
etdikdən  sonra,  onu  içərisindəki  məhlul  qaynayana  qədər  qızdırın.  Sonra  sınaq 
şüşəsindəki  məhlulu  boşaldın,  alüminium  vərəqini  bir  neçə  dəfə  su  ilə  yuyun  və 
üzərinə  bir  qədər  distillə  suyu  tökün.  Bir  neçə  dəqiqədən  sonra  nə  baş  verdiyini 
müşahidə edin və nəticə çıxarın. Reaksiya tənliyini yazın. 
Təcrübə  2.  Alüminiumun  turşulara  təsiri.  Üç  sınaq  şüşəsi  götürüb,  birinə 
xlorid,  ikincisinə  sulfat,  üçüncüsünə  isə  nitrat  turşularının  durulaşdırılmış 
məhlullarından  3-4  ml  tökün.  Hər  bir  sınaq  şüşəsinə  kiçik  alüminium  vərəqi  daxil 
edin.  Reaksiya  getməyən  sınaq  şüşəsini  müəyyənləşdirin  və  onu  su  hamamında 
qızdırın. Nə müşahidə edilir? Reaksiya tənliklərini yazın. 
Reaksiyaları  qatı  xlorid,  sulfat  və  nitrat  turşuları  ilə  də  aparın,  otaq 
temperaturunda  hansı  turşunun  alüminiuma  təsir  etmədiyinə  diqqət  edin  və  səbəbini 
izah  edin.  Sınaq  şüşələrini  su  hamamında  qızdırın.  Qızdırılma  alüminiumun  qatı 
turşularla  reaksiyasına  necə  təsir  göstərir?  Nəticə  çıxarın  və  reaksiya  tənliklərini 
yazın. 
Təcrübə 3. Alüminiuma qələvi məhlullarının təsiri. Sınaq şüşəsinə bir qədər 
alüminium  tozu  töküb  üzərinə  2-3  ml  2  N  natrium-hidroksid  məhlulu  əlavə  edin  və 
ayrılan qazı yandırmaqla yoxlayın.  Reaksiyanın tənliyini yazın. 
Təcrübə  4.  Alüminiumun  yodla  qarşılıqlı  təsiri.  Çini  kasada  narın  əzilmiş 
yodla    bir  qədər  alüminium  tozunu  qarışdırdıqdan  sonra,  üzərinə  2-3  damcı  distillə 


113 
 
suyu əlavə edin. Nə müşahidə olunur? Suyun rolunun nədən ibarət olduğunu müəyyən 
edin və reaksiyanın tənliyini yazın. 
Təcrübə 5. Alüminium-hidroksidin alınması və xassələri. Sınaq şüşəsində 2-
3 ml alüminium-sulfat məhlulu üzərinə, çöküntü alınana qədər, 2 N natrium-hidroksid 
məhlulu  əlavə  edin.  Alınmış  çöküntünü  iki  həssəyə  bölüb  birinə  2  N  xlorid  turşusu 
məhlululu,  digərinə  isə  2N  natrium-hidroksid  məhlulu  əlavə  edin.  Nə  müşahidə 
olunur? Baş verən hadisə alüminium- hidroksidin hansı xassəsini əks etdirir? Müvafiq 
reaksiyaların molekulyar və ion-molekulyar tənliklərini tərtib edin.   
 
5-ci iş. Mis, sink, xrom və onların birləşmələri. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  spirt  lampası,  kibrit,  su  və  qum 
hamamları,  stəkanlar,  çini  puta,  şüşə  çubuq,  çini  kasa,  tutqac,  çini  həvəng,  azbestli 
tor, mis(II)sulfat kristalhidratı, cink tozu, xlorid, nitrat, sulfat turşularının 2 N və qatı 
məhlulları,  natrium-hidroksid,  kalium-hidroksid,  mis(II)sulfat,  natrium-karbonat 
məhlulları, sink parçaları, çöp,sink-xlorid məhlulu, kükürd kristalları, xrom(III)oksid, 
alüminium  tozu,  maqnezium  lenti,  Bertole  duzu,  ammonium-bixromat  kristalları, 
xrom(III)sulfat,kalium-bixromat, natrium-bixromat, barium-xlorid, qurğuşun(II)sulfat 
məhlulları, etil spirti
 
Mis və onun birləşmələri. 
Təcrübə1. 
Misin  alınması.  Otaq  temperaturunda  5q  CuSO
4
∙5H
2

kristalhidratını  azca  suda  həll  edərək,  onun  doymuş  məhlulunu  hazırlayın  və  çini 
kasaya  tökərək  üzərinə  reaksiya  tənliyi  üzrə  hesablanmış  miqdarda  sink  tozu  əlavə 
edin.  Çini  kasanı  su  hamamında  qızdırın  və  məhlul  tam  rəngsizləşənə  kimi  şüşə 
çubuqla  qarışdırın.  Sink  tam  həll  olduqdan  sonra  qızdırılmanı  dayandırın,  ayrılan 
misin üzərindən mayeni boşaldın. Sinkin reaksiyaya girməyən hissəsini ayırmaq üçün 


114 
 
kasaya  bir  qədər  2  N  xlorid  turşusu  məhulu  əlavə  edin.  Misi  dekantasiya  etməklə 
yuyun və süzgəc kağızı üzərində qurudun. Reaksiyanın tənliyini yazın.  
Təcrübə 2. Misin turşulara təsiri (təcrübələr sorucu şkafda aparılmalıdır!). 
Üç sınaq şüşəsində bir qədər  mis yonqarı  götürüb, birinci sınaq şüşəsinə 3-4  ml 2 N 
nitrat  turşusu  məhlulu,  iknciinə  3-4  ml  qatı  nitrat  turşusu  məhlulu,  üçüncü  sınaq 
şüşəsinə  isə  3-4  ml  qatı  sulfat turşusu  məhlulu  əlavə  edin.  Reaksiya  getməyən  sınaq 
şüşəsini  zəif  qızdırın,  götürülən  turşuların  misə  təsirindən  hansı  qazların  ayrıldığını 
müəyyən edin və reaksiya tənliklərini yazın. 
Təcrübə  3.  Mis(II)  sulfidin  alınması.  Sınaq  şüşəsində  2-3  ml  mis(II)sulfat 
məhlulu  üzərinə  bir  o  qədər  hidrogen-sulfidli  su  əlavə  edin.  Nə  müşahidə  edilir? 
Reaksiyanın tənliyini yazın. 
Təcrübə 3. Mis(II)hidroksid və mis(II)oksidin alınması. Sınaq şüşəsində 2-3 
ml  mis(II)sulfat  məhlulu  üzərinə bir qədər natrium-hidroksid  məhlulu əlavə edin. Nə 
müşahidə edilir? Hansı maddə alındığını müəyyən etdikdən sonra sınaq şüşəsini maili 
vəziyyətdə ştativin pəncəsinə bərkidin və spirt lampas alovunda ehtiyatla qızdırın. Nə 
müşahidə olunur? 
Təcrübə  4.  Əsasi  mis(II)karbonatn  Cu
2
(OH)
2
CO
3
  (malaxitin)  alınması. 
Sınaq  şüşəsində  2-3  ml  mis(II)sulfat  məhlulu  götürüb  üzərinə  bir  o  qədər  natrium-
karbonat məhlulu əlavə edin. Nə müşahidə edilir? Başlanğıc maddələrdə suyun iştirak 
etdiyini və karbon qazının da alındığını bilərək reaksiyanın tənliyini yazın. 
 
Sink və onun birləşmələri. 
Təcrübə 1. Turşuların sinkə təsiri. 
a)
 
İki  sınaq  şüşəsinin  hərəsinə  bir  iki  sink  parçası  salıb  birinə  3-4  ml  duru,  o 
birinə  isə  qatı  xlorid  turşusu  məhlulu  tökün.  Duru  və  qatı  xlorid  turşularının  sinkə 
təsirinin fərqini müəyən edin və reaksiyanın tənliyini yazın. 
b)
 
İki  sınaq  şüşəsində  bir-iki  parça  sinkin  üzərinə  duru  və  qatı  sulfat  turşusu 
məhlulu  tökün.  Nə  müşahidə  edilir?  Reaksiya  getməyən  sınaq  şüşəsini  ehtiyatla 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə