Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Təcrübə  1.  Turşuların  manqana  təsiri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

118 
 
Təcrübə  1.  Turşuların  manqana  təsiri.  Üç  sınaq  şüşəsinin  hər  birinə  kçik 
manqan parçaları salın. Birinci sınaq şüşəsinə 2N xlorid turşusu, ikincisinə 2N sulfat 
turşusu,  üçüncüsünə  isə  qatı  sulfat  turşusu  məhlullarından  2-3  ml  əlavə  edin.  Qatı 
sulfat turşusu olan sınaq şüşəsini ehtiyatla qızdırın. Sınaq şüşələrindən hansı qazların 
ayrıldığını müəyyən edin və reaksiya tənliklərini yazın.  
Təcrübə  2.  Manqan(VII)  oksidin  alınması  və  xassələri  (təcrübələri  sorucu 
şkafta aparmalı). 
a)
 
 Çini  kasaya  1-2  q  kalium-permanqanat  kristalları  tökün  və  üzərinə  bir  neçə 
damcı qatı sulfat turşusu məhlulu əlavə edin. Nə müşahidə olunur? Alınan Mn
2
O
7
-nin  
rənginə diqqət edin və reaksiya tənliyini yazın. 
b)
 
İçərisinə  manqan(VII)  oksid tökülmüş  çini  kasaya  bir  qədər  etil  spirti  əlavə 
edin.  Nə  müşahidə  olunur?  Manqan(IV)  oksid  və  sirkə  aldehidinin  alındığını  bilərək 
reaksiya tənliyini yazın. 
c)
 
Şüşə çubuğu manqan(VII) oksidin məhluluna batırıb spirt lampasının fitilinə 
toxundurun.  Fitilin  dərhal  alışıb  yanmasını  müşahidə  edin.  Bu  reaksiyalarda 
manqan(VII) oksid hansı xassə göstərir? 
Təcrübə 3. Kalium-permanqanatın oksidləşdirici xassəsi. Sınaq şüşəsinə bir 
qədər  kalium-permanqanat  tozu  töküb  üzərinə  bir  neçə  damcı  susuz  qliserin  əlavə 
edin. Bir neçə dəqiqədən sonra qliserinin alışıb yanmasını müşahidə edin. 
 
Dəmir və onun birləşmələri. 
Təcrübə 1. Dəmirin  onun  oksidindən reduksiyası. Təcrübəni 27-cı şəkildəki 
cihazda  aparmalı.  Kipp  aparatını  içərisində  qatı  sulfat  turşusu  olan  yuma  şüşəsi  ilə 
birləşdirin.  Yuma  şüşəsini  isə  rezin  boru  vasitəsilə  20-25  sm  uzunluğu  olan,  ştativə 
maili vəziyyətdə bərkidilmiş çətin əriyən şüşə boru ilə birləşdirin. Şüşə borunun yuma 
şüşəsinə  yaxın  olan  hissəsinə  az    miqdarda  (oksid  çox  götürüldükdə  reduksiya 
prosesinə  çox  vaxt  sərf  olunar)  dəmir(III)  oksid  tökün  və  digər  ucunu  əyri  şüşə  boru 
keçirilmiş  tıxacla  bağlayın.  Kipp  aparatından  boruya  zəif  hidrogen  axını  buraxın. 


119 
 
Cihazdan  havanın  tamamilə  çıxdığını  yoxlamaq  üçün  əyri  şüşə  borunun  ucundan 
sınaq şüşəsini hidrogenlə doldurub kəınarda yandırmaqla yoxlayın. Hidrogenin təmiz 
yanmasına əmin olduqdan sonra şüşə borunun dəmir(III) oksid olan yerini qızdırın və 
reduksiya olunmuş dəmiri zəif hidrogen axınında soyudun və  sonra quru çini kasaya 
boşaldın. Reduksiya olunmuş dəmirin rənginə diqqət edin və reaksiya tənliyini yazın.  
 
Şəkil 27. Dəmirin su ilə qarşılıqlı təsiri. 
Təcrübə 2. Reduksiya yolu ilə alınmuş dəmirin xassələrinin yoxlanılması. 
a)
 
Qara toz halında alınmış dəmirə maqnit yaxınlaşdırın. Nə müşahidə olunur? 
b)
 
Dəmir  tozundan  bir  qədər  içərisində  duru  xlorid  turşusu  olan  sınaq  şüşəsinə 
tökün. Nə müşahidə olunur? Reaksiyanın tənliyini yazın. 
c)
 
İçərisində  mis(II)  xlorid  məhlulu  olan  sınaq  şüşəsinə  reduksiya  olunmuş 
dəmir tozundan bir qədər tökün. Nə müşahidə olunur? Reaksiyanın tənliyini yazın. 
Təcrübə 3. Dəmirin su ilə qarşılıqlı təsiri. Uzunluğu 0,5 m olan dəmir borunu 
ortasına iri dəmir qırıntıları yerləşdirin, hər iki tərəfdən ağzına  asbestli pambıq qoyun 
və  qazaparan  borusu  olan  tıxacla  bağlayın.  Borunu  ştativin  pəncəsinə  bərkidin, 
qazaparan borunun bir ucunu digər ştativdə yerləşdirilmiş, içərisində su olan kolba ilə, 
ikinci ucunu isə kristallizatorda olan suya daxil edilmiş su ilə dolu silindrə daxil edin. 


120 
 
Əvvəlcə dəmir qırıntılarını qaz lampası alovu ilə şiddətli qızdırın. Sonra isə kolbadakı 
suyu qaynatmalı. Suyun qaynamasından alınan su buxarı közərmiş dəmirin üzərindən 
keçdikdə  onunla  reaksiyaya  daxil  olur.  Silindrə  yığılan  hidrogen  qazını  yandırmaqla 
yoxlayın və dəmir yanığının Fe
3
O
4
 alındığını bilərək reaksiyanın tənliyini yazın.  
Təcrübə  4.  Turşuların  dəmirə  təsiri.  Üç  sınaq  şüşəsinin  hər  birinə  səthi 
təmizlənmiş  dəmir  mıx  salın.  Birinci  sınaq  şüşəsinə  xlorid  turşusunun,  ikincisinə 
sulfat turşusunun,  üçüncüsünə  isə nitrat turşusunun  2N  məhlullarından 2-3  ml əlavə 
edin. Nə müşahidə olunur? Reaksiya tənliklərini yazın. 
Xlorid  turşusu  olan  sınaq  şüşəsində  reaksiya  qurtardıqdan  sonra  alınan 
dəmir(II) xlorid məhlulunu üç hissəyə ayırıb sonrakı təcrübələr üçün saxlayın. 
Qatı  sulfat  və  nitrat  turşuları  dəmirə  soyuq  şəraitdə  təsir  edərmi?    Soyuqda 
reaksiyanın qetməməsinin səbəbini izah edin və qızdırıldıqda baş verən reaksiyaların  
tənliklərini yazın. 
Təcrübə  5.  Dəmir(II)  hidroksidin  alınması.  Sınaq  şüşəsinə  bir  qədər 
dəmir(II) xlorid məhlulu töküb, üzərinə əvvəlcədən qaynadılaraq havası çıxarılmış (nə 
üşün  hava  çıxarılmalıdır?)  natrium-hidroksid  məhlulu  əlavə  edin.  Nə  müşahidə 
olunur? Alınan çöküntünün rəngini nəzərdən keçirin, şüşə çubuqla qarışdırın, bir neçə 
dəqiqədən sonra rəng dəyişilməsinin səbəbini izah edin və reaksiyanın tənliyini yazın. 
Təcrübə 6. Dəmir(III) hidroksidin alınması və xassələri. Sınaq şüşəsində 2-3 
ml  dəmir(III)  xlorid  məhlulu  götürün,  üzərinə  çöküntü  alınana  qədər  2N  kalium-
hidroksid  məhlulu  əlavə  edin.  Alınmış  çöküntünün  rənginə  diqqət  edin  və  onu  iki 
hissəyə bölərək, birinin üzərinə 2-3 ml 2N sulfat turşusu məhlulu, ikincisinə isə bir o 
qədər  qatı  kalium-hidroksid  məhlulu  əlavə  edin.  Nə  müşahidə  olunur?  Qələvi 
götürülən  sınaq  şüşəsini  spirt  lampası  alovunda  qızdırıb  məhlulu  qaynadın.  Nə 
dəyişiklik baş verir? Reaksiyaların tənliklərini yazın. 
Təcrübə 7. Fe
2+
 və Fe
3+
 ionlarının təyini.  
a)
 
Fe
2+ 
ionunu dəmirin həll olan iki valentli duzunun  üzərinə natrium-hidroksid 
əlavə  etməklə  təyin  etmək  olar.  Bu  zaman  yaşılımtıl  çöküntü  alınır.  Fe(OH)
2
-dən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə