Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   26   27   28   29   30   31   32   33   ...   111

106 
 
d)
 
Sınaq  şüşəsinə  2-3  ml  qatı  gümüş-nitrat  məhlulu  töküb,  üzərinə  bir  damcı 
civə salın. Bir neçə dəqiqədən sonra məhlulda əmələ gələn dəyişikliyi  müşahidə edin 
və  reaksiya  tənliyini  yazın.  Apardığınız  təcrübələrə  əsasən  metalları  aktivliyinin 
artmasına görə necə düzərdiniz? 
Təcrübə  2.  Metalların  korroziyası.  Metalların  bir-biri  ilə  kontaktının 
onların turşularda həll olmasına təsiri. 
a)
 
Sınaq  şüşəsinə  az  miqdarda  duru  sulfat  turşusu  töküb,  içərisinə  1-2  sink 
parçası  salın  reaksiyanın  əvvəlcə  sürətli  getdiyini,  sonra  isə  yavaşıdığına  (qaz 
qabarcıqlarının  çıxması  sürətinə  əsasən)  diqqət  etdikdən  sonra  məhlula  mis  məftil 
salıb,  onu  sink  parçasına  toxundurun.  Nə  müşahidə  edilir?  Reaksiyanın 
sürətlənməsinin səbəbini izah edin. 
b)
 
Sınaq  şüşəsinə  azca  durulaşdırılmış  xlorid  turşusu  töküb,  içərisinə  1-2  sink 
parçası  salın  və  ona  maqnezium  məftili  toxundurun.  Nə  müşahidə  olunur?  Nəticə 
çıxarın. 
Təcrübə 3. İngibitorun köməyi ilə korroziyadan mühafizə . 
a)
 
İki kiçik stəkanın birinə 20-25 ml 2N xlorid turşusu məhlulu tökün. Onlardan 
birinə  5  ml  anilin  əlavə  edin  və  qarışdırın.  Bir  ölçüdə  iki  kiçik  dəmir  lövhəsini  sap 
vasitəsilə  şüşə  çubuqlara  bağlıyın  və  onları  stəkanların  ağzına  qoyaraq,  lövhələri 
asılmış  halda  mayenin  içərisinə  salın.  Nə  müşahidə  olunur?  İngibitor  (anilin) 
reaksiyaya necə təsir edir. 
b)
 
İki  sınaq  şüşəsinin  hər  birinə  1:5  nisbətində  olan  4-5  ml  sulfat  turşusu 
məhlulu  töküb,  içərisinə  dəmir  mıx  salın  və  qızdırın.  Sınaq  şüşələrindən  birinə 
ingibitor  kimi  2-3  damcı  kalium-yodid  məhluli  əlavə  edin.  Nə  müşahidə  olunur? 
Nəticə çıxarın. 
 
 
 
 


107 
 
2-ci iş. Natrium, kalium və onların birləşmələri.  
 
Ləvazimat  və  reaktivlər: U şəkilli boru, kömür elektrodlar, spirt lampası, qısa 
borulu  qıf,  süzgəc  kağızı,  natrium  metalı,  fenolftalein  məhlulu,  natrium-xloridin 
doymuş məhlulu, nixrom məftil, kalium-xlorid, natrium-nitrat kristalları. 
Təcrübə 1. Natrium və onun birləşmələri. 
a)
 
Natriumun  su  ilə  qarşılıqlı  təsiri.    Kiçik 
kristallizatora  yarısına  qədər  su  töküb  içərisinə  buğda 
boyda  təmizlənmiş  natrium  salın.  Nə  müşahidə  edilir? 
Baş  verən  hadisələrin  səbəbini  izah  edin  və  reaksiya 
tənliyini  yazın.  Natriumun  su  ilə  reaksiyası  başa 
çatdıqdan sonra məhlula 1-2 damcı fenolftalein məhlulu 
əlavə edin. Məhlul nə üçün moruğu rəng alır? 
b)
 
Natriumun  qatı  xlorid  turşusu  ilə  qarşılıqlı 
təsiri. Təcrübəni 24–cü şəkildəki cihazda aparmalı.Sınaq 
şüşəsinə  bir  qədər  qatı  xlorid  turşusu  töküb  (nə  üçün 
turşunu  duru  yox  qatı  götürmək  lazımdır?)  içərisinə 
kiçik natrium  parçası  atın  və  ağzını  şüşə  qıfla  bağlayın.  Çıxan  hidrogen  qazını  qıfın 
ucunda  yandırın.  Sınaq  şüşəsinin  dibində  nə  yığılır?  Reaksiyanın  tənliyini  yazın. 
Təcrübə  zamanı  qatı  xlorid  turşusundan  başqa  digərlərindən  (  sulfat,  nitrat  və  s.) 
qətiyyən istifadə etmək olmaz! Nə üçün? 
c)
 
Natrium-hidroksidin  elektroliz  üsulu  ilə  alınması.  U  şəkilli  boruya 
natrium-xloridin  doymuş  məhlulunu  töküb,  içərisinə  kömür  elektrodlar  salın. 
Elektrodlara  mis  məftil  bağlayın,  düzləndirici  ilə  birləşdirin  və  məhlula  12  volt 
gərginlikli cərəyan buraxın. Nə  müşahidə  edilr? Elektrodlarda  hansı  maddələr alınır? 
Onları  necə  təyin  etmək  olar?  Məhlula  fenolftalein  məhlulu  əlavə  etməklə  natrium-
hidroksidin alındığını müəyyən edin. Baş verən reaksiyanın tənliyini yazın. 
Şəkil 24. Natriumun qatı 
xlorid turşusu ilə qarşılıqlı 
təsiri. 
 


108 
 
d)
 
Natriumun duzunun alovu boyaması. Nixrom məftili xlorid turşusu ilə bir 
neçə  dəfə  yuyub  közərtdikdən  sonra  natrium-xloridin  qatı  məhluluna  batırıb  spirt 
lampasının  rəngsiz  alovuna  daxil  edin.  Nə  müşahidə  olunur?  Natrium  ionu  alovu 
hansı rəngə boyayır? 
Təcrübə 2. Kalium və onun birləşmələri. 
a)
 
Kalium–nitratın  alınması.  Kiçik  stəkanda  30  ml  suda  11  q  kalium-xloridi 
qaynatmaqla  həll  edin.  İsti  məhlul  üzərinə  12,5  q  narın  əzilmiş  natrium-nitrat  əlavə 
edin  və  asbestli  tor  üzərində  bir  neçə  dəqiqə  qaynadın.  Məhlulu,  qısa  borusu  olan 
qıfda  süzün.  Filtratı  soyudub,  kalium-nitrat  kristallarının  çökməsini  müşahidə  edin. 
Dekantasiya  ilə  kristalları  məhluldan  ayırın  və  süzgəc  kağızı  arasında  qurudun. 
Reaksiyanın tənliyini yazın. 
b)
 
Kalium  duzunun  alovu  boyaması.  Nixrom  məftili  xlorid  turşusu  ilə  bir 
neçə  dəfə  yuyub  közərtdikdən  sonra  kalium-nitratın  qatı  məhluluna  batırıb  spirt 
lampasının  işıqsız  alovuna  daxil  edin.  Nə  müşahidə  edilir?  Kalium  ionu  alovu  hansı 
rəngə boyayır? 
 
3-cü iş. Maqnezium, kalsium və suyun codluğu. 
 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, pipet, metal ştativ, spirt lampası, kibrit, 
çətin  əriyən  sınaq  şüşəsi,  düzbucaq  şəkilli  şüşə  borusu  olan  tıxac,  metal  ştativ, 
silindirlər,  sumbata  kağızı,  çini  puta  qapağı,  kristallizator,  nixrom  məftil,  kiçik  taxta 
parçası,  çay  qumu,  maqnezium  tozu,  maqnezium-karbonat  tozu,  əhəng  suyu, 
maqnezium-sulfat,  kalium-hidroksid,  ammonium-hidroksid,  fenolftalein  məhlulları, 
distillə  suyu,  kalsium  metalı,  kalsium-karbonat  tozu,  lakmus  kağızı,  kalsium-xlorid, 
natrium-sulfat,  kalium-sulfat  məhlulları,  50%-li  sulfat  turşusu  məhlulu,  natrium-
karbonat.  
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə