Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


a) Turşuların maqneziumla qarşılıqlı təsiri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   22   23   24   25   26   27   28   29   ...   111

94 
 
a) Turşuların maqneziumla qarşılıqlı təsiri. Sınaq şüşəsinə 1ml xlorid (sulfat 
turşusu  məhlulu)  turşusu  tökün,  içərisinə  maqnezium  yonqarı  atın.  Nə  baş  verir? 
Reaksiyanın xarakterini qeyd edin. 
b) Turşuların alüminiumla qarşılıqlı təsiri. Sınaq şüşəsinə 1ml xlorid (sulfat) 
turşusu tökün.  
Alüminiumun  oksid  təbəqəsini  qaşımaq  lazımdır.  Bunun  üçün  alüminium 
dənələrini  sumbata  kağızı  ilə  sürtmək  lazımdır  (Çalışın  nümunəni  əlinizlə 
götürməyin).  Təmizlənmiş  alüminium  parçasını  tez  içərisində  turşu  olan  sınaq 
şüşəsinə  salın.  Nə  baş  verir?  Reaksiyanın  xarakterini  qeyd  edin.  Müşahidəni  təsvir 
edin. Əvvəlki reaksiyanın xarakteri ilə müqayisə edin. 
c) Turşuların sinklə  qarşılıqlı təsiriSınaq şüşəsinə 1ml xlorid (sulfat turşusu 
məhlulu) turşusu tökün, içinə sink dənələri atın. Nə baş verir? Reaksiyanın xarakterini 
qeyd edin. Müşahidəni təsvir edin. Əvvəlki reaksiyanın xarakteri ilə müqayisə edin. 
d)  Turşuların  dəmirlərlə  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə  1ml  xlorid  (sulfat 
turşusu  məhlulu)  turşusu  tökün,  içərisinə  dəmir  parçası  atın.  Nə  baş  verir? 
Reaksiyanın  xarakterini  qeyd  edin.  Müşahidəni  təsvir  edin.  Əvvəlki  reaksiyanın 
xarakteri ilə müqayisə edin. 
e) Turşuların  mislə qarşılıqlı təsiri.Turşu məhluluna mis məftil parçası salın. 
Nə  baş  verir?  Nəticə  çıxarın,  misə  qarşı  hər  iki  turşunun  münasibəti  eynidirmi? 
sualına cavab verməyə çalışın. 
f)  Metallarla  turşuların  qarşılıqlı  təsir  məhsulunda  duzun  aşkar  edilməsi
Maqneziumun xlorid turşusu ilə reaksiyasından qalan məhluldan bir neçə damcı təmiz 
quru sınaq şüşəsinə tökün. Spirt lampası alovunda suyu tam buxarlananadək ehtiyatla 
qızdırın. Sınaq şüşəsinin divarlarında nə qalır? 
g)  Turşuların  əsasi  oksidlərlə    qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə  bir  qədər 
mis(II)  oksid  tozu  tökün  və  1  ml  5%-li  xlorid  (və  ya  sulfat  turşusu  məhlulu)  turşusu 
əlavə  edin.  Sınaq  şüşəsini  tutqacda  bərkidin  və  spirt  lampasında  ehtiyatla  qızdırın. 


95 
 
Məhlulun  rənginin  dəyişməsinə  görə  misin  həll  olan  duzunun  əmələ  gəldiyini 
söyləmək olar.  
Təcrübə  3.  Qüvvətli    turşuların  zəif  turşuları  onların  duzlarından 
sıxışdırıb çıxarması.   
a)  Stəkanda  sabun  məhlulu  hazırlayın  (şərti  olaraq  qəbul  edək  ki,  sabun  – 
natrium-stearatdır).  Buraya  2-3  ml  5%-li  xlorid  turşusu  məhlulu  əlavə  edin.  Nə  baş 
verir? Hansı nəticələr çıxarmaq olar? Reaksiyanın tənliyini yazın. 
b)  Natrium-silikat  məhluluna  2-3  ml  5%-li  xlorid  turşusu  məhlulu  əlavə  edin. 
Nə baş verir? Hansı nəticələr çıxarmaq olar? Reaksiyanın tənliyini yazın. 
 
4-cü iş. Duzlar, alınması və xassələri. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri;  10%-li  duz  məhlulları:  natrium  -
karbonat, natrium- sulfit, mis(II)sulfat, dəmir(III)xlorid, barium- xlorid, sulfat turşusu 
məhlulu  (və  ya  xlorid  turşusu),  natrium  hidroksid  məhlulu,  sink  pqrçası  və  ya  dəmir 
düyməcik, mis parçası, universal lakmus kağızı. 
Oksid,  əsas  və  turşuların  xassələrinin  öyrənilməsində,  duzların  alınmasına  aid 
təcrübələri yada salın və reaksiya tənliklərini yazın. 
Təcrübə 1. Duzların xassələri.  
a)
 
 Duzların turşularla qarşılıqlı təsiriSınaq şüşələrinə duz məhlullarının hər 
birindən  1  ml  tökün  və  üzərlərinə  tanıdığınız  turşu  məhlullarından  əlavə  edin. 
Reaksiya  gedən  sınaq  şüşəsinin  ağzına  nəm  lakmus  kağızını  yaxınlaşdırın.  Bütün 
duzlar  turşuların  hamısı  ilə  reaksiyaya  girdilərmi?  Turşu  ilə  reaksiyaya  girən  duzlar 
hansı  turşulardan  əmələ  gəlmişlər?  Turşu  ilə  reaksiyaya  girməyən  duzlar  hansı 
turşulardan  əmələ  gəlmişlər?  Duzun  turşu  ilə  qarşılıqlı  təsir  şərtini  formalaşdırın. 
Müvafiq reaksiyaların tənliklərini yazın. 
b)  Duzların  qələvilərlə  qarşılıqlı  təsiri.  Üç  sınaq  şüşəsinin  hərəsinə  1  ml 
mis(II)sulfat,  dəmir(III)xlorid,  natrium-karbonat  məhlulları  tökün.  Hərəsinə  qələvi 


96 
 
məhlulu  əlavə  edin.  Nə  müşahidə  olunur?  Bütün  hallarda  kimyəvi  reaksiya  getdimi? 
Reaksiyaya  girən  duzlar  hansı  metalların  iştirakı  ilə  əmələ  gəlmişlər?  Reaksiyaya 
girməyən  duzlar  hansı  metalların  iştirakı  ilə  əmələ  gəlmişlər?  Müşahidə  olunan 
reaksiyaların  tənliklərini  yazın.  Duzların  qələvilərlə  qarşılıqlı  təsirinə  dair  nəticələr 
çıxarın. 
          c) Duzların duzlarla qarşılıqlı təsiri. Üç sınaq şüşəsinin hərəsinə 1 ml mis(II) 
sulfat,  dəmir(III)xlorid,  natrium-karbonat  məhlulları  tökün.  Hərəsinə  0,5  ml  barium-
xlorid  məhlulu  əlavə  edin.  Nə  müşahidə  olunur?  Bütün  hallarda  kimyəvi  reaksiya 
getdimi? Müşahidə olunan reaksiyaların tənliklərini yazın. Duzların duzlarla qarşılıqlı 
təsirinə dair nəticələr çıxarın. 
d)  Duzların  metallarla  qarşılıqlı  təsiriBir  sınaq  şüşəsinə  1  ml  mis(II)sulfat 
məhlulu  tökün  və  içinə  dəmir  düyməcik  atın.  İkinci  sınaq  şüşəsinə  mis  parçası  və 
dəmir(III)  xlorid  məhlulu  əlavə  edin.  5  dəqiqədən  sonra  təcrübələrin  nəticələrinə 
baxın.  Hansı  maddələrlə  reaksiya  getdi,  hansılarla  yox?  Reaksiya  tənliyini  yazın. 
Misin  və  dəmirin  kimyəvi  aktivliyi  haqqında  nə  demək  olar?  Duzların  metallarla 
qarşılıqlı təsirinə dair nəticələr çıxarın. 
e)  Turş  duzların  alınması.  Kiçik  stəkanda  natrium-karbonatın  doymuş 
məhlulunu  hazırlayın  və  içərisinə  Kipp  aparatından  karbon  (IV)  oksid  buraxın. 
Reaksiyanın tənliyini yazın. 
f) Əsasi duzların alınması. İçərisində 2-3 ml mis(II)sulfat məhllulu olan sınaq 
şüşəsinə bir qədər natriium-karbonat məhlulu tökün. Nə müşahidə edilir? Reaksiyanın 
tənliyini yazın. 
i)  İkiqat  duzların  alınması.  Sınaq  şüşəsinə  2-3  ml  qatı  ammonium-sulfat  və 
bir qədər də dəmir(II)sulfat  məhlulu tökün və çöküntünün əmələ gəlməsini  müşahidə 
edin.  Əgər  çöküntü  əmələ  gəlmirsə,  sınaq  şüşəsinin  divarını  şüşə  çubuqla  sürtməklə 
onun  əmələ  gəlməsinə  nail  olmalı.  (NH
4
)
2
Fe(SO
4
)
2
6H
2
O  tərkibli  ikiqat  duzun 
alındığını bilərək reaksiyanın tənliyini yazın. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə