Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   19   20   21   22   23   24   25   26   ...   111

85 
 
Təcrübə 2Həllolma zamanı istilik effektləri. 
a)  Stəkanda  120  q  ammonium-nitrat  götürün.  200  ml  su  əlavə  edin.  Stəkanın 
altına su ilə isladılmış taxta lövhəcik qoyun. Şüşə cubuqla stəkandakı mayeni ehtiyatla 
qarışdırın.  Ammonium-nitratın  suda  həll  olması  zamanı  temperatur  əhəmiyyətli 
dərəcədə aşağı düşür. Stəkan xaricdən buzlayır. Temperaturun düşməsini termometrin 
köməyilə də aşkar etmək olar. Bu zaman  maddələrin  nisbətini  nəzərə almamaq  olar. 
Bu təcrübə üçün digər maddələri də: kalium-rodanid, natrium-nitrat götürmək olar. 
b)  Həllolma  zamanı  istilik  ayrılmasını  nümayiş  etdirmək  üçün  qatı  sulfat 
turşusunu suda həll etmək olar. Nümayişi daha əyani etmək üçün içərisində 2 ml etil 
spirti olan sınaq şüşəsini ştativin pəncəsinə bərkidin və su ilə dolu stəkana elə salın ki, 
spirt  olan  hissə  suda  olsun,  amma  su  sınaq  şüşəsinə  düşməsin.  Stəkana  nazik  axınla 
ehtiyatla qatı turşunu tökün. Etil spirti tezliklə qaynayır (t
qay
 = 78
0
C). Spirt buxarlarını 
sınaq şüşəsinin ağzında yandırmaq olar. Bu təcrübənin yerinə yetirilməsi zamanı yenə 
də  xatırlatmaq  lazımdır  ki,  isti  sulfat  turşusunun  sıçramasının  qarşısını  almaq  üçün 
turşunu suyun üzərinə tökmək lazımdır!   
Təcrübə  3.  Kristallarda  suyun  müəyyən  edilməsi.  Sınaq  şüşəsinə  bir  qədər 
(şpatelin  ucunda)  mis  kuporosu  töküb,  ştativin  pəncəsində  maili  vəziyyətdə  (dibi 
yuxarı) bərkidin. 
Sınaq şüşəsini,  içindəki  maddə ağarıncayadək ehtiyatla qızdırın. Nə baş  verir? 
Səbəbini izah edin. 
Sınaq şüşəsini otaq temperaturunadək soyudun və üzərinə 2 ml etil spirti əlavə 
edərək, məhlulu şüşə çubuqla qarışdırın. Nə müşahidə olunur? Səbəbini izah edin. 
Təcrübə  4.  Həllolmanın  temperaturdan  asılılığı.  Kolbada  qurğuşun(II)  yo-
didin  doymuş  məhlulunu  hazırlayın.  Bunun  üçün  ayrıca  kiçik  stəkana  kalium-yodid 
və  qurğuşun(II)  asetat  məhlulları  tökün.  Çöküntü  ayrıldıqdan  sonra  üzərindəki  suyu 
boşaldın.  Kolbaya  qaynar  su  tökün  (nümayiş  təcrübəsi  üçün  –  400  ml,  laborator 
təcrübə üçün – 40 ml) 5-7 damcı turşu əlavə etməklə turşulaşdırın. Sonra kolbaya bir 


86 
 
qədər  qurğuşun-yodid  çöküntüsü  əlavə  edin,  şəffaf,  rəngsiz  məhlul  alınanadək  hər 
dəfə duz və ya su əlavə etməklə, qızdırmanı davam edin. 
Alınan  məhlulları  tədricən  soyudun  və  əmələ  gələn  kristalların  rəngini  və 
formasını  müşahidə  edin  (kalium-nitratın  kristalları  gözəl  uzun  prizmatik, 
qurğuşun(II) yodidin kristalları isə qızılı rəngli pulcuqlar şəklində alınmalıdır). 
Təcrübə  5.  Mis  (II)  sulfat  kristalhidratının  susuzlaşdırılması.  Çini  kasaya 
bir qədər mavi rəngli mis(II) sulfat kristalhidratı töküb, ştativin halqası üzərində spirt 
və ya qaz lampası  ilə  maddə ağarıncaya qədər közərdin. Çini kasa soyuduqdan sonra 
ondakı  maddənin  üzərinə  su  əlavə  etdikdə  yenidən  mavi  rəngli  kristalhidrat  əmələ 
gələcək. 
CuSO
4
(ağ rəngli) + 5H
2
O→ CuSO
4
.5H
2
O(mavi) 
 
Müxtəlif qatılıqda məhlulların hazırlanması. 
Təcrübə  1.  Bərk  maddələrdən  faizlə  qatılıqlı  məhlulun  hazırlanması.  Mis 
kuporosundan 400 q 50 %-li mis(II) sulfat məhlulu hazırlayın. 
Əvvəlcə  hesablama  aparmaqla  nə  qədər  duz  və  nə  qədər  su  götürmək  lazım 
olduğunu hesablayın. 
Həlli:  50  %-li  duz  məhlulunun  100  qramında  50  q  duz  varsa,  400  qramında 
100q duz olar. 
 100  qram  mis(II)  sulfatın  neçə  qram  kristalhidrata  müvafiq  olduğunu 
hesablamalı. 
M
r
(CuSO
4
) = 160; M
r
(CuSO
4
 . 5H
2
0) = 250 olduqda aşağıdakı tənlik qurulur: 
  250 q kristalhidrata  - 160 q duz uyğundursa 
         X                       -        100 q                                X = 156,25 q kristalhidratı 
tərəzidə çəkib üzərinə 243,75 ml su əlavə edin və qarışdırın. 
Təcrübə  2.  Mayelərdən  faizlə  qatılıqlı  məhlulun  hazırlanması.  Laborato-
riyada  olan  qatı  sulfat  turşusundan  250  q  10  %-li  məhlul  hazırlayın.  Bunun  üçün 
əvvəlcə  areometr  vasitəsilə  turşunun  xüsusi  çəkisini  təyin  edin  və  kitabın  sonunda 


87 
 
verilmiş  cədvəldən  ona  uyğun  faizi  tapın.  Xüsusi  çəki  1,824-dürsə  ona  uyğun  turşu 
92%-li olacaqdır. Hesaplama aşağıdakı kimi aparılır: 
100 qramda       -  10 qram turşu varsa  
250                    -         X               X=25 H
2
SO
4
    olar 
Sonra 92%-li turşudan nə qədər götürmək lazım gəldiyi hesablanılır. 
92 q    -    100 q qatı turşu olarsa 
25 q      -    X                     X = 27,2 q olar. 
Mayeləri  xüsusilə  də  qatı  turşuları  tərəzidə  çəkmək  çətin  olduğu  üçün  onu 
həcmə  çevirmək  lazımdır:  V  =  m:d  =  27,2:2,824  =  14,8  ml  turşu.    Bu  qədər  turşuya 
250- 27,2=222,8 ml su lazımdır. Həmin  miqdar su ölçülür 250 ml-lik silindrə tökülür 
və üzərinə ehtiyatla soyuq suyun altında qarışdırılmaqla digər silindrdə ölçülmüş turşu 
əlavə edilir. Məhlulun düzgün hazırlanmasına əmin olmaq üçün onun xüsusi çəkisini 
təyin etmək olar. 
Təcrübə 3. Molyar qatılıqlı məhlulun hazırlanması. Xörək duzundan 250 ml 
0,1 M  məhlul  hazırlayın. Məhlul  üçün  nə  qədər  maddə  lazım olduğunu tapmaq  üçün 
hesablamanı aşağıdakı kimi aparmalı: 
     M
r
(NaCl) = 58,5;  
1)
 
1 molyar(M)     -     58,5 qramdır 
                        0,1      -            X                         X = 5,85 q olar 
2)
 
1000 qramda   -   5,85 q duz varsa 
          250 q-da          -     X                     X=1,4625 q olar. 
Həmin  miqdar  duzu  tərəzidə  çəkin,  250  ml-lik  ölçü  kolbasına  tökərək  üzərinə 
bölgüyə qədər su əlavə edin və qarışdırın. 
 
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə