Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   16   17   18   19   20   21   22   23   ...   111

74 
 
Qazometr  2-8  litr  tutumlu  qabdan,  kranlı  və 
boruşəkilli,  ucluğu  açılan  iri,  fiqurlu  qıfdan  ibarətdir 
(şəkil  14).  Qabın  iki  tubusu  var:  yuxarıdakı  –  qaz 
kranının  quraşdırılması,  aşağıdakı  isə  –  cihazı  qazla 
doldurmaq  və  sökmək  zamanı  mayeni  boşaltmaq 
üçündür.  Qazometrin  yığılması  zamanı  bir  və  ya  iki 
deşikli  iki  tıcaxdan  istifadə  edilə  bilər.  Birinci  tıxac  qaz 
kranını  cihazla  birləşdirmək,  ikinci  –  cihazın  qazla 
doldurulması  və  qaz  verilməsi  zamanı  suyun 
boşaldılması üçün istifadə edilir. 
1. Aşağı tubusu tıxacla bağlayın. 
2.  Əvvəlcə  qıfın  ucluğunu  qabla,  sonra  isə 
fiqurlu hissəni ucluqla birləşdirin. 
3.  Qıfın  maye  kranının  keçiriciliyini  yoxlayın. 
Kranı açıq vəziyyətdə saxlayın. 
4.  Qaz  kranı  üçün  tubusdan  qabı  su  ilə  doldurun.  Bunun  üçün  su  borusuna 
birləşdirilmiş rezin boru yuxarı tubusa  keçirilir və su buraxılır. Qazometri doldurmaq 
üçün  tələb  olunan  su  (6-6,5  l)  məşq  zamanı  su  borusuna  birləşdirilsə  də,  məktəb 
şəraitində bir sutka saxlanılmalıdır. Doldurulmanın sonuna yaxın qabı əyin ki, oradakı 
havanın  hamısı çıxsın. Qaz kranı olan tıxacı qoyub, kranı bağlayın, qazometri şaquli 
vəziyyətə gətirin. Qıfın kranını bağlayın.  
5.  Suyun  boşaldılması  üçün  nəzərdə  tutulan  tubusu  su  ləyənində  tıxacla 
bağlayın. Qazometri su ləyəninə yerləşdirin. Su ləyənini  su ilə elə doldurun ki, onun 
səviyyəsi  aşağı  tubusdan  yuxarıda  dursun.  İndi  cihazın  aşağı  tubusunu  açmaq  olar  – 
oradan su tökülməyəcək. 
  6. Borunu qaz  mənbəyindən (oksigen balışı, yaxud oksigen almaq üçün cihaz 
ola  bilər)  aşağı  tubusa  tərəf  yaxınlaşdırın.  Qazı  yavaş-yavaş  vermək  lazımdır  ki, 
Şəkil 14. Qazometr. 
1) qıf; 2) qıfın kranı; 3) 
qıfın ucluqla birləşməsi; 4) 
rezin tıxac vasitəsilə 
tubusla birləşən kran; 5) 
ucluğun qabla 
birləşməsi;6) aşağı tubusun 
tıxacı. 
 


75 
 
sıxışdırılan  su  bərabər  miqdarda  boşalsın.  Qabın  hündürlüyünün  təqribən    ¾-ünü 
doldurun.  
Tubusu tıxacla bağlayın. Bununla doldurma əməliyyatı bitir. 
7.  Cihaza  toplanmış  qazın  istifadəsi  üçün  qaba  qıf  vasitəsilə  su  doldurmaq 
lazımdır. Qazometrin qıfına 2 l su tökün, əvvəl qaz kranını, sonra qıfın kranını açın. 
Qazometrin sökülməsi. 
1.Qaz  kranını  çıxarın  və  qazın  qalığını  su  ilə  sıxışdırın,  bunun  üçün  yuxarı 
tubusa su tökün. 
2. Qıfı çıxarın və ucluğu açın. Aşağı tıxacı açın. Suyu boşaldın.  
3. Hissələri yuyun, qurudun. 
4.  Qazometrin  hissələrini  saxlamaq  üçün  yığın.  Bu  zaman  cilalanmış  səthlər 
arasına kağız parçaları qoyun. 
 
2-ci iş. Hidrogen, alınması və xassələri. 
 
1.  Orta  məktəbin  kimya  kursunda  hansı  mövzuların  tədrisi  zamanı  və  nə 
məqsədlə hidrogenlə təcrübələr aparılır? 
  2. Hidrogenin hansı alınma üsullarını tanıyırsınız? 
  3. Bu qazın yığılması zamanı onun hansı xassələrindən istifadə edilir? 
  4.  Qatı  turşuların  durulaşdırılması  zamanı  tələb  edilən  texniki  təhlükəsizlik 
qaydalarını yada salın! 
Ləvazimat  və  rektivlər:  sınaq  şüşələri,  spirt  lampası,  Kipp  aparatı,  silindrlər, 
kibrit,  metal  ştativ,  tənəkə  qutu,  şüşə  kasa,  tərəzi,  çəki  daşları,  şüşə  bankalar,  şüşə 
lövhələr,  qazaparan  boru,  ucu  dartılıb  uzadılmış  qısa  şüşə  borusu  olan  tıxac, 
durulaşdırılmış xlorid turşusu məhlulu, sink parçaları, sabun, qliserin, mis(II) oksid.  
Təcrübə 1. Hidrogenin alınması. 
   a)  Sınaq  şüşəsində  hidrogenin  alınması.    Sınaq  şüşəsinə  bir  qədər  duru 
sulfat  və  ya  xlorid  turşusu  töküb,  içərisinə  2-3  sink  parçası  salın.  Sınaq  şüşəsindəki 


76 
 
havanın  çıxmasını  gözlədikdən  sonra  alınan  hidrogeni  yandırın.  Reaksiyadan  sonra 
sınaq  şüşəsindəki  mayedən  bir  qədər  götürüb  buxarlandırın  və  hansı  maddənin 
alındığını müəyyən edin. Reaksiyanın tənliyini yazın. 
b)  Sinkin  turşularla  qarşılıqlı  təsirindən  hidrogenin  Kipp  aparatında 
alınması.  Xassələrini  yoxlamaq  üçün  çoxlu  miqdarda  hidrogen  almaq  tələb 
olunduqda  Kipp aparatından istifadə edilir. 
Kipp  aparatı  (şəkil15)  uzun  borusu  olan  kürəvi  qıf  və  bu  qıfın  yerləşdiyi  əsas 
hissədən  
 
 
 
 
 
 
 
Şəkil 15. Kipp aparatı: a,b, c – Kipp aparatının hissələri; 
d, e, f – Kipp apparatının doldurulması  və boşaldılması 
 
ibarətdir.  Əsas  hissə  də  öz  növbəsində,  bir-biri  ilə  birləşmiş  kürəvi  və  yarımkürəvi 
hissələrdən  ibarətdir.  Həm  kürəvi,  həm  də  yarımkürəvi  hissədə  tubus  vardır.  Kürəvi 
hissədəki  tubusa  rezin  tıxac  vasitəsilə  şüşə  kran  taxılır.  Aparatda  alınan  qaz  buradan 
çıxır. Yarımkürəvi  hissədə olan tubusa şüşə tıxac taxılır. İşlənmiş  maye bu tubusdan 
boşaldılır.  Kürəvi  qıfın  borusu  yarımkürəvi  hissənin  dibinə  çatır.  Aparat 500  ml  qaz 
tutur.  Bərk  maddələr  kran  taxılmış  tubusdan,  kürəvi  hissə  ilə  yarımkürəvi  hissə 
arasında yerləşən xırda deşikli disk üzərinə tökülür. 
1.
 
Əsas  qaba  bərk  reaktivləri  tökmək  üçün  disk  yerləşdirin  və  yarımkürəvi 
hissənin tubusunu bağlayın. 
2.
 
Qıfı quraşdırın. 


77 
 
3.
 
Qaz kranı  üçün nəzərdə tutulmuş tubusdan, şpatelin köməyilə 30 qr-a yaxın 
sink dənələri tökün. Sink dənələrinin aşağı yarımkürəyə düşməsinə imkan verməyin. 
4.
 
Qaz kranını quraşdırın və açıq saxlayın (Niyə qaz kranı açıq olmalıdır?) 
5.
 
Reaksiyanı aparmaq üçün 0,8 l turşu hazırlanmalıdır (bir qədər artıq  miqdar 
götürməli). Xlorid turşusunu (

= 1,19 q/ml) 1:1 və ya 1:2 nisbətində, sulfat turşusunu 
isə (

= 1,84 q/ml) 1:5 nisbətində su ilə durulaşdırın. 
6.
 
Əgər  hidrogen  sulfat  turşusunun  sinkə  təsirindən  alınacaqsa,  hazırlanmış 
turşu  məhluluna  5-6  ml  mis  2-sulfat və  ya  mis  2-xloridin  qatı  məhlulunu  əlavə  edin 
(Nə üçün?). 
7.
 
Qıfın  köməyilə  turşu  məhlulunu  bərk  maddənin  üstünü  1-1,5  sm  örtənədək 
tökün. 
8.
 
Kranı bağlayın. Cihaz germetikdirsə (kipdirsə), ayrılan qazın təzyiqi ilə maye 
qıfa  dolacaq.  Alınan  qaz  qarışığındakı  havanı  reaksiya  gedən  hissədən  (reaktordan)  
kənar  etmək  üçün  kranı  açın  və  2-3  dəqiqə  gözləyin.  Bu  əməliyyat  mühümdür!  (Nə 
üçün?) 
9.
 
Diqqət! Cihazın daşınması zamanı qıfdan tutmaq olmaz. 
Cihazı sökmək üçün onu hissələrinə ayırmaq  qaydalarını öyrənin. 
Kipp aparatının sökülməsi: 
1.
 
Hidrogenin  alınması  zamanı  cihazın  ətrafından  bütün  yanma  mənbələrini 
uzaqlaşdırın. 
2.
 
Turşunu  boşaltmaq  üçün  böyük  stəkan  hazırlayın.  Onu  su  ləyəninə 
yerləşdirmək yaxşı olar. 
3.
 
Cihazı əyin və tıxacı açın (rezin əlcəklərlə işləmək lazımdır). Turşunu xüsusi 
qaba boşaldın, prosesi sürətləndirmək üçün reaksiya gedən hissədəki (reaktordakı) qaz 
kranını açın.  
4.
 
Turşunu  boşaltdıqdan  sonra  qaz  kranını  çıxarın.  Qalan  sinki  yuyun,  süzgəc 
kağızında qurudub, xüsusi qaba yığın.  
5.
 
Cihazı sökün və hissələri su ilə yuyun. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə