Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

100 
 
və reduksiyaedicini  müəyyən edin. Sınaq şüşələrindən birinə xlorlu su, digərinə isə 1 
ml gümüş –nitrat məhlulu tökün. Baş verən dəyişikliyi izləyin və səbəbini izah edin. 
Reaksiya tənliklərini yazın. 
Təcrübə 3. Mühitin oksidləşmə-reduksiya reaksiyalarına təsiri 
a)
 
Sınaq  şüşəsinə  1  ml  natrium-sulfit,  1  ml  kalium-permanqanat  və  2-3  damcı 
sulfat turşusu  məhlulları  əlavə  edin.  Məhlulu  azca  qızdırın.  Nə  baş  verir?  Manqanın 
+7  oksidləşmə  dərəcəsindən  +2-yə  çevrilməsini  nəzərə  alaraq,  reaksiyanın  tənliyini 
yazın.  Natrium-sulfitlə  nə  baş  verir?  Reaksiya  məhsulunda  kükürdün  oksidləşmə 
dərəcəsi neçədir? 
b)
 
Sınaq  şüşəsinə  1  ml  natrium-sulfit,  1  ml  kalium-permanqanat  əlavə  edin. 
Məhlulu  azca  qızdırın.  Nə  baş  verir?  Manqanın  +7  oksidləşmə  dərəcəsindən  +4-ə 
çevrilməsini  nəzərə alaraq, reaksiyanın tənliyini  yazın. Natrium-sulfitlə nə baş verir? 
Reaksiya məhsulunda kükürdün oksidləşmə dərəcəsi neçədir? 
c)
 
Sınaq  şüşəsinə  1  ml  natrium-sulfit,  1  ml  kalium-permanqanat  və  1  ml 
natrium-hidroksid  əlavə  edin.  Məhlulu  azca  qızdırın.  Nə  baş  verir?  Manqanın  +7 
oksidləşmə  dərəcəsindən  +6-ya  çevrilməsini  nəzərə  alaraq,  reaksiyanın  tənliyini 
yazın.  Natrium-sulfitlə  nə  baş  verir?  Reaksiya  məhsulunda  kükürdün  oksidləşmə 
dərəcəsi neçədir? 
 
3-cü iş. Elektrolitik dissosiasiya, elektrolit və qeyri-elektrolitlər. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  məhlulların  elektrik  keçiriciliyinin 
öyrənilməsi  üçün  cihaz,  kimyəvi  stəkanlar,  çini  kasa,  pinset,  mis(II)bromid,  kalium-
bromid    kristalları,  su,  Bertole  duzu,  kalium-xlorid,  natrium-xlorat  məhlulları, 
kobalt(II )xloridin spirtdə və suda məhlulları, natrium-xloridin kristalları və məhlulu, 
turşu  və  qələvi  məhlulları,  mərmər  parçaları,  sink  dənələri,  barium-xlorid, 
ammonium-xlorid,  mis(II)  sulfat,  gümüş-nitrat,  kalim-yodid,  məhlulları,  hidrogen-
sulfidli, xlorlu, bromlu və yodlu su. 


101 
 
Təcrübə 1. Eyni adlı ionların dissosiasiya və həllolmaya təsiri. 
a)
 
Sınaq şüşəsində 2-3 ml distillə edilmiş suda 0,2 q mis(II) bromid həll etməli. 
Alınmış məhlul üzərinə damcı-damcı su tökün, məhlulun əvvəlcə yaşıl, sonra da göy 
rəngə  boyanmasını  müşahidə  etdikdən  sonra  stəkana  kalium-bromidin  bir  neçə 
kristalını  atın.  Nə  müşahidə  olunur.  Məhlulun  rəngində  dəyişiklik  baş  verirmi? 
Hadisənin səbəbini izah edin. 
b)
 
Bertole  duzunun  KClO

10  ml  doymuş  məhlulunu  hazırlayın  və  iki  sınaq 
şüşəsinə  bu  məhluldan  3-4  ml  tökün.  Onlardan  birinə  1-2  ml doymuş  KCl  məhlulu, 
ikincisinə  isə  bir  o  qədər  natrium-xlorat  NaClO
3
  məhlulu  əlavə  edin.  Nə  müşahidə 
olunur? Səbəbini izah edin. 
Təcrübə  2.  Məhlulların  elektrik 
keçiriciliyinin 
öyrənilməsi.  22-ci  şəkildəki  cihazı  quraşdırın.  100  ml-lik  6 
kimyəvi stəkan götürüb  nömrələyərək, onların içərisinə  şəkər, 
qlükoza, qliserin, 0,1 N xlorid turşusu, 0,1 N natrium-hidroksid 
və 0,1 N natrium-xlorid  məhlullarından 50 ml tökün. 
Bu  məlulların  elektrik  keçiriliciyini  təyin  etmək  üçün 
onların  hər  birinə  cihazın  lampası  ilə  birləşdirilmiş  elektrodları 
daxil  edin.  Elektrodları  bir  məhluldan  çıxarıb  digərinə  daxil 
etməzdən  əvvəl  onları  distillə  edilmiş  su  ilə  yuyun.  Lampanın 
yanıb-yanmamasını  müşahidə  etməklə  maddələrdən  hansının 
elektrolit, hansının isə qeyri- elektrolit olmasını müəyyən edin. 
Tərübə 2. Elektrolitlərin elektrik keçiriciliyinin səbəblərinin öyrənilməsi. 
a)  Kristallik  natrium-xloridin,  distillə  suyunun  və  bu  maddələrin  əmələ 
gətirdikləri məhlulun elektrik keçiriciliyini yoxlayın. Nə müşahidə edilir? 
b)  Etil  spirtinin  elektrik  keçiriciliyini  yoxlayın.  Kobalt  2-xloridin  spirtdə  və 
suda  məhlullarını  hazırlayın.  Bu  məhlulların  elektrik  keçiriciliyini  yoxlayın.  Nə 
müşahidə edilir? Nəticə çıxarın. 
Şəkil 22Məhlulların 
elektrik keçiriciliyini 
yoxlamaq üçün 
cihaz. 
 


102 
 
Təcrübə  3.  Elektrolitlərin  zəif  və  qüvvətli  olmasının  yoxlanılması.  100  ml 
tutumu  olan  dörd  kimyəvi  stəkanlardan  birinə  0,1N  sulfat  turşusu,  ikncisinə  0,1N 
sirkə turşusu, üçüncüsünə 0,1N kalium-hidroksid, dördüncüsünə isə 0,1N ammonium-
hidroksid  məhlullarından  50  ml  tökün  və  elektrik  keçiriciliyini  əvvəlki  təcrübələrdə 
olduğu kimi yoxlayın. Lampanın közərməsinin parlaqlığına görə  maddələrin hansının 
zəif , hansının qüvvətli elektrolit olmasını müəyyən edin. 
Təcrübə  4.  Zəif  elektrolitlərin  dissosiasiya  dərəcəsinin  məhlulların 
qatılığından asılılığı. 
a)
 
Stəkana  sirkə  turşusunun  qatı  məhlulunu  tökün.  Buraya  məhlulların  elektrik 
keçiriciliyini təyin edən cihazın elektrodlarını salın. Cihazın lampası zəif yanacaq (və 
ya yalnız közərən spiral görünəcək). Turşunu su ilə durulaşdırdıqda lampa daha parlaq  
yanacaq. Nəticə çıxarın. 
b)
 
Stəkana  qatı  ammonium-  hidroksid  məhlulu  tökün  və  içərisinə  məhlulların 
elektrik keçiriciliyinin öyrənilməsi üçün  olan cihazın elektrodlarını salın. Lampa necə 
yanacaq?  Sonra  məhlulu  durulaşdırın  və  lampanın  necə  yanmasını  müşahidə  edin  və 
nəticə çıxarın. 
Təcrübə 5. Turşuların aktivliyinin müqayisəsi. 
a)
 
Xlorid və sirkə turşularının mərmərlə qarşılıqlı təsiri. İki sınaq şüşəsinin 
birinə 3-4 ml 2N sirkə turşusu məhlulu, digərinə isə 2N xlorid turşusu məhlulu tökün. 
Sınaq  şüşələrinin  hər  birinə  təxminən  eyni  olan  kiçik  mərmər  parçası  daxil  edin  və 
hansında  reaksiyanın  sürətli  getməsini  müşahidə  edin.  Səbəbini  aydınlaşdırın  və  baş 
verən reaksiyaların molekulyar və ion-molekulyar tənliklərini tərtib edin. 
b)
 
 Xlorid  və  sirkə  turşularının  sinklə  qarşılıqlı  təsiri.  İki  sınaq  şüşəsinin 
birinə 2 N xlorid turşusu məhlulu, ikincisinə isə 2 N sirkə turşusu məhlulu töküb, hər 
birinə təxminən eyni böyüklükdə sink parçaları daxil edin. Nə müşahidə edilir? Hansı 
sınaq şüşəsində reaksiya sürətli gedir? Səbəbini izah edin, reaksiyaların molekulyar və 
ion-molekulyar tənliklərini yazın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə