Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   18   19   20   21   22   23   24   25   ...   111

81 
 
alınan  su  asanlıqla  axa  bilsin.  Reaksiyanı  reduksiya  prosesi  qurtarana  kimi  davam 
etdirməli, alınan metalın rəngini müşahidə etməli və reaksiyanın tənliyini yazmalı. 
Diqqət:  Reduksiya  olunmuş  misi  hidrogen  axınında  soyutmaq  lazımdır  ki,  o, 
yenidən oksidləşməsin.  
 
 
 
 
 
 
 
Şəkil 18. Mis(II)oksidin hidrogenlə reduksiyası. 
 
 
3-cü iş. Su. Məhlullar 
 
Suyun təmizlənməsi və kimyəvi xassələri. 
Təcrübə 1. Suyun distillə üsulu ilə təmizlənməsi. 
Ləvazimat  və  reaktivlər:  metal  ştativ,  Vürs  kolbası,  allonj,  Libix  soyuducusu, 
qəbuledici  kolba,  qaz  lampası,  termometr,  kapilyar  borular,  saat  şüşəsi,  kibrit, 
kalium-permanqanat kristalları, su. 
19-cu  şəkildəki  cihazı  quraşdırın.Vürs  kolbasına  adi  su  töküb  içərisinə  3-4 
kalium-permanqanat  kristalları  (sudakı  üzvi  birləşmələrin  oksidləşməsi  üçün)  və  bir 
neçə  şüşə  kapilyar  borular  (suyun  sakit  qaynamasını  təmin  etmək  üçün)  atmalı. 
Kolbanı  asbestli  tor  üzərində  qızdırmalı  və  su  buxarını  mayeləşərək  qəbuledicidə 
yığılmasını  müşahidə  edin.  Distillə  olunmuş  sudan  az  miqdarda  saat  şüşəsinə  töküb 
buxarlandırın və nəticə çıxarın. 


82 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 19. Suyu distillə etmək üçün cihaz. 1-yumrudib kolba; 2-Libix 
soyuducusu; 3-allonj; 4-qəbuledici. 
 
Təcrübə 2 Suyun kimyəvi xassələri. 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, ştativ, şüşə çubuq, konusvari kolba (50 
ml),  tıxac,  qurğuşunlu  kağız  parçası,  kiçik  düz  qazaparan  borusu  olan  tıxac,  pinset,  
spirt  lampası,  kibrit,  sınaq  şüşələri  üçün  tutqac,  maddəni  yandırmaq  üçün  qaşıq, 
stəkan,  şpatel,  kristallizator,  pipet,    distillə  suyu,  fenolftalein  məhlulu,  lakmus  və  ya 
metilnarıncı  məhlulu,  qırmızı  fosfor,  mis  2-oksid,  maqnezium–oksid,  kalsium-oksid, 
alüminium-oksid,  çay  qumu,  kalsium,  maqnezium  metalları,  natrium-karbonat 
məhlulu,su, susuz  mis(II) sulfat. 
a) Suyun kalsium-oksidlə qarşılıqlı təsiri. Az miqdarda kalsium- oksidi sınaq 
şüşəsinə  tökərək,  ehtiyatla  su  əlavə  edin.  Nə  baş  verir?  Məhlul  soyuduqda  ona  bir 
neçə  damcı  fenolftalein  əlavə  edin.  Nə  müşahidə  olunur?  Səbəbini  izah  edin  və 
reaksiya tənliyini yazın. 
b)  Suyun  fosfor  (V)  oksidlə  qarşılıqlı  təsiri.  Kolbaya  10-15  ml  su  tökün. 
Qaşıqda  qırmızı  fosfor  götürün,  havada  yandırıb,  tez  kolbaya  salın,  qaşığı  suya 
toxundurmayın.  Kolbanın  ağzını  qurğuşunlu  kağızla  örtün.  Nə  müşahidə  edilir? 
Yanma  tezliklə  bitəcək.  Niyə?  Qaşığı  kolbadan  çıxarıb,  xüsusi  hazırlanmış  stəkana 


83 
 
qoyun və kolbanın ağzını tez tıxacla bağlayın. Kolbanı bir neçə dəfə çevirib, maddəni 
suda həll edin. Kolbanın ağzını açıb bir neçə damcı indikator əlavə edin (lakmus və ya 
metilnarıncı). Nə müşahidə olunur? Səbəbi nədir? 
c) Bütün oksidlərin su ilə reaksiyaya daxil olub-olmamasının yoxlanılması. 
Sınaq  şüşələrinə  bir  qədər  (şpatelin  ucunda)  mis(II)  oksid,  alüminium-oksid, 
maqnezium-oksid, silisium(IV) oksid (qum) tökün. Hər birinə 1 ml su əlavə edin, şüşə 
çubuqla qarışdırın və bir damcı indikator əlavə edin (metal oksidlərinə - fenolftalein, 
silisium(IV)  oksidə  -  lakmus).  Nə  müşahidə  olunur?  Sınaq  şüşələrini  qaynatmadan 
qızdırın. Nə müşahidə olunur?  Nəticə çıxarın. 
d)  Kalsiumun  su  ilə  qarşılıqlı  təsiri.  Noxud boyda kalsium parçasını pinsetlə 
götürüb su ilə dolu sınaq şüşəsinə qoyun və ağzını qazaparan borusu olan tıxacla tez 
bağlayın.  Qazaparan  boruya  digər  sınaq  şüşəsini  keçirdib,  qurğunu  çevirin.  Ayrılan 
qaz  reaksiya məhsullarını boş sınaq  şüşəsinə sıxışdırır. 
Reaksiya  bitdikdən  sonra  ayrılan  qazın  hidrogen  olduğunu  sübut  edin.  Əmələ 
gələn  kalsium-hidroksidi  iki  hissəyə  ayırın.  Birinciyə  fenolftalein,  ikinciyə  isə 
natrium-karbonat  məhlulu  əlavə  edin.  Nəticələri  müşahidə  edin  və  reaksiya  tənliyini 
yazın. 
e)  Maqneziumun  su  ilə  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə  maqnezium  parçası 
qoyun və 2-3 ml su tökün. Reaksiyanın getmədiyini müşahidə edin.  
Pipetin  köməyilə,  divarlarını  islatmadan, 
sınaq  şüşəsinə  ehtiyatla  2  ml  su  əlavə  edin.  Sınaq 
şüşəsinə,  suyun  hamısını  özünə  çəkəcək  qədər  çay 
qumu  tökün,  ştativin  pəncəsində  üfiqi  vəziyyətdə 
bərkidin  və  qumun  yanına  bir  qədər  maqnezium 
tozu  tökün  (şəkil  20).  Sınaq  şüşəsini  qazaparan 
borusu  olan  tıxacla  bağlayın.  Spirt  lampasının 
köməyilə əvvəlcə maqneziumu, sonra qumu qızdırın. 
Şəkil 20. Maqneziumun su 
ilə qarşılıqlı təsiri. 


84 
 
Su  buxarları  maqneziumun  üzərindən  keçdikdə,  o,  gur  alovla  yanacaq.  Suyu 
sıxışdırmaq  üsulu  ilə  hidrogeni  yığın.  Reaksiya  bitən  kimi  dərhal  borunu  sudan 
çıxarın.  Hidrogenin  mövcudluğunu  məlum  üsulla  ilə  sübut  edin  (hidrogenlə  dolu 
sınaq şüşəsini dəsmalla sarımağı unutmayın!). 
e)
 
Susuz  mis  (II)  sulfat  duzunun  su  ilə  hidratlaşması.  Sınaq  şüşəsinə  bir 
qədər  ağ  rəngli  susuz  mis(II)  sulfat  duzu  töküb,  üzərinə  1-2  ml  su  əlavə  edin.  Nə 
müşahidə edilir? Alınan maddənin formulunu yazın. 
 
Məhlullar. 
Ləvazimat  və  reaktivlər:  ştativ, spirt lampası, şpatel, sınaq şüşələri, çini kasa, 
ölçü silindrləri, tıxac, şüşə üçün qələm və ya rezin halqalar, məhlulları yığmaq üçün 
qablar, iki ədəd kimyəvi stəkan, şüşə çubuq, taxta lövhəcik, termometr, 100 və ya 500 
ml-lik iki ədəd kolba, tərəzi, çəki daşları, müxtəlif həcmli ölçü kolbaları, areometr, etil 
spirti, qliserin, aseton, su, duru ammonium- nitrat, qatı sulfat turşusu məhlulları, etil 
spirti,  mis  kuporosu,  kalium-  yodid  və  qurğuşun(II  )asetat  məhlulları,  sirkə  və  ya 
nitrat  turşus məhlulları, mis(II) sulfat kristalhidratı, xörək duzu. 
Təcrübə  1.  Mayelərin  həllolması  zamanı  həcmin  dəyişməsi.  Ölçü 
silindrlərindən  birini  5  və  10  ml-ə  müvafiq  çizgi  ilə  işarələyin.  Digər  ölçü  silindrləri 
ilə  5  ml  aseton  və  5  ml  su  götürüb  işarələnmiş  silindrə  boşaldaraq,  ağzını  tıxacla 
bağlayın və mayeləri qarışdırmaq üçün bir neçə dəfə çevirin. Alınan məhlulun ümumi 
həcmini  qeyd  edin.  Məhlulu  əvvəlcədən  hazırlanmış  qaba  boşaldın.  Eyni  qayda  ilə 
spirt  və  qliserini  də  qarışdırıb,  ümumi  həcmini  qeyd  edin.  Məhlulun  həcminin  belə 
dəyişməsini nə ilə izah etmək olar? 
Spirtin suda həll olması zamanı 50 ml spirtdən və 50 ml sudan 97-98 ml məhlul 
alınır. 45 ml qliserini 43 ml su ilə qarışdırdıqda 88 ml deyil, 85 ml məhlul alınır. 60 
ml  sirkə  turşusunu  18  ml  suda  həll  etdikdə  78  ml  əvəzinə  75  ml  məhlul  alınır. 
Həllolma temperatur dəyişikliyi  ilə  müşayiət olunur. Ona görə də  yalnız  məhlul otaq 
temperaturunu  aldıqdan sonra həcmi ölçmək olar. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə