Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   9   10   11   12   13   14   15   16   ...   111

48 
 
14.
 
 Hidrogenin  kimyəvi  xassələri  dərsini  yada  salaraq  əsasların  alınmasına 
aid reaksiya tənliyini yazın. 
15.
 
 Sizə  metal  məlum  olsa  ona  uyğun  əsasın  kimyəvi  formulunu  yazmaq 
təklif  edilərsə  hansı  qanunauyğunluqdan  istifadə  edərdiniz?  Fikirinizi  misallarla  izah 
edin. 
III.  İnformasiya mübadiləsi. Qrup  işinə  ayrılan vaxt başa çatdıqdan sonra, iş 
vərəqləri lövhədə asılır, liderlər məlumat verir, cavablar dinlənilir. 
IV.  İnformasiyanın  müzakirəsi.  Təqdimatların  nəticələri  müzakirə  edilir.Hər 
bir  şagird  öz  yoldaşının  suallarının  cavabına  münasibət  bildirir.  Tədqiqat  sualında 
qoyulan  məsələlərə  nə  dərəcədə  cavab  tapıldığı  müəyyənlşdirilir,  lazım  gəldikdə 
müəllim yönəldici suallar verir. 
V.  Nəticə  və  ümumiləşdirmə.  Şagirdlərin  cavabları  və  müəllimin  əlavələri, 
eləcə də tədqiqat sualı  ilə bağlı  verilən cavabların  nə dərəcədə  uyğun olub-olmaması 
araşdırıldıqdan sonra ümumi nəticəyə gəlinir. Mövzu barədə əldə edilən yeni biliklərə 
aşağıdakı kimi ümumiləşdirmə vermək olar.  

 
Əsasların  tərkibində  olan  ümumi  qrup  –  OH-dır  və  ona  hidroksil  qrupu 
deyilir. 

 
Hidroksil qrupunun valenti birdir. 

 
Metalın  valentini  bilməklə onda neçə hidroksil qrupunun olmasını  müəyyən 
etmək olar. 

 
Tərkibi  metal  atomu  (yalnız  ammonium-hidroksiddən  başqa)  bir  və  ya  bir 
neçə  (metalın  valentliyi  qədər)  hidroksil  qrupundan  ibarət olan  mürəkkəb  maddələrə 
əsaslar deyilir. 

 
Əsaslar  üçün  belə  bir  ümumi  formul  təklif  etmək  olar:  Me(OH)
n
,  burada  n- 
metalın valentliyinə bərabərdir. 

 
Metalın  fəallığından  asılı  olaraq  əsaslar  suda  həll  olan  (qələvilər)  və  həll 
olmayan kimi təsnif edilir. Əgər metalın oksidi suda həll olursa ona uyğun əsaslar da 
suda həll olur. Amfoter oksidlərə uyğun olan əsaslar da amfoter əsaslar adlanır. 


49 
 

 
Suda  həll  olan  əsasları  almaq  üçün  fəal  metalın  (qələvi  və  qələvi  torpaq 
metallarının) özünə, hidridinə  və oksidinə su ilə təsir etmək lazımdır. 

 
Suda həll olmayan əsasları almaq üçün metalın suda həll olan duzuna qələvi 
ilə  təsir  edilir.  Suda  həll  olan  əsası  bu  üsulla  almaq  üçün  elə  həll  olan  duz  və  qələvi 
götürmək lazımdır ki, nəticədə həll olmayan duz  alınsın. 

 
Qələviləri  sənayedə  qələvi  metalların  xloridlərinin  suda  məhlullarının 
elektrolizindən alırlar. 
VI.  Yaradıcı  tətbiqetmə.  Şagirdlərə  əsasların  alınmasına  aid  öyrəndikləri 
reaksiya tənlikləri üzrə, təcrübə aparmaqla, onların alınması təklif olunur. 
VII. Qiymətləndirmə və refleksiya. Qrup işinin qiymətləndirilməsi müəllimin 
hazırladığı aşağıdakı cədvəl üzrə aparılır. 
Cədvəl 7. 
 
Refleksiyanı  həyata  keçirmək  üçün  şagirdlərə  əsasların  tərkibi  və  alınması 
barədə  yeni  biliklərin  əldə  edilməsinə  gətirib  çıxarmış  ardıcıllıqlara  aid  bir  neçə  sual 
vermək olar. 
Ev  tapşırığı:  Əsasların  alınmasına  aid  dərsdə  öyrəndiklərinizdən  əlavə  digər 
maddələrin iştirakı ilə reaksiya tənlikləri yazın. 
                   Qruplar 
 
Meyarlar 

qrup 
II 
qrup 
III 
qrup 
IV 
 qrup 
V  
qrup 
VI 
qrup 
1.Tapşırığa verilən 
cavabın doğruluğu 
 
 
 
 
 
 
2. Qrupun fəallığı 
 
 
 
 
 
 
3. Qrupda 
əməkdaşlıq 
 
 
 
 
 
 
4. Nəticələrin 
təqdimatı 
 
 
 
 
 
 


50 
 
 
2.2. Kimyadan dərslərin təhlilinin aparılması metodikası 
 
2.2.1. Kimyadan dərsin bütövlükdə təhlilinin təqribi sxemi 
 
I. Dərs haqqında ümumi məlumat. 
Tarix. Sinif. Tədris edilən fənnin adı. Dərsin mövzusu. Müəllimin (adı, soyadı, 
atasının adı). Dərsin tipi. 
II. Dərsin quruluşu. 
1.
 
Dərsin quruluş elementləri. Onların nəzərdə tutulan dərs tipinə uyğunluğu. 
2.
 
Dərsin ayrı-ayrı tərkib hissələri nə dərəcədə məntiqi ardıcıllıqla qurulmuşdur. 
III. Dərsin məzmunu
Məqsədin  dəqiq  qoyulması.  İdeyası,  elmiliyi,  əsas  anlayışları  və  mövzuları 
ayırmaq bacarığı, nəticələrdə, anlayışlarda dəqiqlik. Həyatla əlaqə, öyrənilən materialı 
həyati  nümunələrlə  nümayiş  etdirmək  bacarığı.  Həyati  təcrübə,  müşahidə,  konkret 
həyati  faktlar,  ədəbiyyat  əsasında  nəzəri  ümumiləşdirmələr  aparmaq  bacarığı.  Dərs 
materialının  elm  və  texnikanın  yeni  nailiyyətləri  ilə  əlaqələndirilməsi.  Keçmiş 
materialla  əlaqə  qurmaq.  Şərhlərdə  sistemlilik.  Strukturluluq.  Əlavə  materialın  cəlb 
edilməsi və ondan nə dərcədə istifadə edilməsi. Dərsin materialla zənginləşdirilməsi. 
IV. Tədris üsulları. 
1.
 
Materialın  məzmunu  üzrə  üsullar  şagirdlərin  yaş  xüsusiyyətlərinə  uyğun 
gəlirmi. 
2.
 
Şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi priyomları. 
3.
 
Materialın şərhinin emosionallığı. 
4.
 
Dərsdə problemli situasiyanın yaradılması üsulları və vasitələri. 
5.
 
Şagirdlərə verilən sualların sistemi və funksiyaları. 
6.
 
Sərbəst işlərin növləri (icraedici, qismən axtarışlı, yaradıcı). 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə