Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   8   9   10   11   12   13   14   15   ...   111

44 
 
genetik əlaqə. 
6. Praktik iş – qeyri-
üzvi birləşmələrin 
mühüm birləşmələrinə 
aid eksperimental 
məsələlər 
 
2.2.2. Mühüm 
qeyri-üzvi 
birləşmələrə aid 
reaksiya tənlik-
lərinə əsasən 
hesablamalar 
aparır. 
 
3.1.1. Mühüm 
qeyri-üzvi 
birləşmələrə aid 
müşahidə və 
təcrübələr aparır, 
nəticələrinə 
münasibət 
bildirir. 
 
Riy. VI s. 
2.1.2. 
 
 
 
 
C –  
2.1.1. 
2. 
 
 
 
 
 
2. 
 
Gündəlik  (cari  planlaşdırmada)  müəllim  məzmun  standartlarına  uyğun  təlimin 
məqsədini (məqsədlərini), onun reallaşdırılması üçün fəal təlimin forma və üsullarını, 
təlim tapşırıqlarını, qiymətləndirmə meyarlarını və vasitələrini müəyyənləşdirməlidir. 
Fəal  dərsin  planlaşdırılması  üçün  aşağıdakı  məsələlərə  diqqət  yetirilməsi 
nəzərdə tutulmuşdur: 

 
Standartların seçilməsi. 

 
Təlim məqsədlərinin müəyyənləşdirilməsi. 

 
İş forması və üsullarının seçilməsi və ondan istifadə edilməsi. 

 
İnteqrasiya imkanlarının nəzərə alınması 

 
Resursların müəyyən edilməsi. 

 
Dərsin mərhələlər üzrə təşkili. 

 
Vaxtın düzgün bölünməsi və ondan istifadə. 
Dərsin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır: 
1)
 
Mövzu: 
2)
 
Standart: 
3)
 
Məqsəd: 


45 
 
4)
 
İnteqrasiya: 
5)
 
İş forması: 
6)
 
Üsullar: 
7)
 
Resurslar: 
Dərsin mərhələləri aşağıdakı kimidir: 
1) Motivasiya, problemin qoyuluşu. 
2) Tədqiqatın aparılması. 
3)  Məlumat mübadiləsi. 
5) Nəticələrin çıxarılması. 
6) Yaradıcı tətbiqetmə 
7) Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər), 
8) Refleksiya 
Dərsin  səmərəliliyini  təmin  edən  əsas  amillərdən  biri  təlim  məqsədlərinin 
düzgün  müəyyənləşdirilməsidir.  Təlim  məqsədlərinin  məqsədəuyğun  hesab  edilən 
əsas təsnifatı aşağıdakılardır: 
1.
 
Müəllimin  fəaliyyətinin  xarakteri  üzrə:  öyrədici  (təhsil),    inkişafetdirici, 
tərbiyəedici; 
2.
 
İdrak  sahəsində  əldə  olunan  nəticələrin  səviyyəsi  üzrə  (Blumun 
taksonomiyası): bilmə, anlama, tətbiqetmə, analizetmə, sintezetmə, qiymətləndirmə;  
3.
 
İdrak  proseslərin  səviyyəsi  üzrə:  hafizə  və  təfəkkürün  müxtəlif  (məntiqi, 
tənqidi və yaradıcı) növləri (bax səhifə 301-302). 
Yadda  saxlamaq  lazımdır  ki,  dərsin  planında  standart,  məqsəd  və 
qiymətləndirmə  meyarları  bir-biri  ilə  uzlaşmalı,  tədqiqat  sualında  qoyulan  məsələlər 
tapşırıqlarda  tam  əhatə  olunmalıdır.  Fəal  dərsin  ən  mühüm  mərhələsi  olan 
motivasiyanın əsas vəzifəsi şagirdlərin təlimə  marağını problemin həllinə doğru fəal, 
canlı  şəkildə  istiqamətləndirməkdir.  Kimya  fənni  üzrə  fəal  dərsin  motivasiyanı 
müxtəlif  yollarla  yaratmaq  olar:  sualarla,  şəkil,  sxem,  video  material,  kimyəvi 
təctübələr  nümayiş  etdirməklə,  müxtəlif  xarakterli  maddələrin  özləri  ilə  yaxından 


46 
 
tanış edilməklə və s. Motivasiyanın digər vəzifəsi isə tədqiqat sualını çıxarmağa şərait 
yaratmaqdır.  Tədqiqat  sualı  ilkin  fərziyyələr  irəli  sürməyə,  onu  təşkil  etməyə  imkan 
yaradır və tədqiqat işinin həyata keçirilməsini tələb edir.  
Nümunə üçün VIII sinfin kimya kursundan bir dərsin planını veririk. 
Mövzu: Əsaslar, təsnifatı, adlandırılması və alınması. 
Standart: (dərsin planında standartın kodları yazılır və mövzudan əvvəl verilir, 
məlumat isə kurikulumdan götürülür, aydınlıq üçün biz ətraflı veririk) 
1)  1.1.1.–  Maddələri  (oksidlər,  əsaslar,  turşular,  duzlar)  tərkibinə  görə  təsnif 
edir.       
2)    2.2.1.  –  Mühüm  qeyri-üzvi  birləşmələrə  (əsaslara)  aid  reaksiya  tənliklərini 
tərtib edir. 
3)  3.1.1.  –  Mühüm  qeyri-üzvi  birləşmələrə  (əsaslara)  aid  müşahidə  və 
təcrübələr aparır, nəticələrinə münasibət bildirir. 
Məqsəd:  
1.
 
Əsaslar  barədə  əvvəlki  dərslərdən  əldə  etdikləri  bilikləri  aktuallaşdırır, 
tərkibinə görə təsnif edir və adlandırır. 
2.
 
Əsasların alınmasına aid reaksiya tənlikləri tərtib edir. 
3.
 
Əsasların  alınmasına  aid  kimyəvi  təcrübələr  aparır,  nəticələrinə  münasibət 
bildirir. 
İnteqrasiya: B-2.1.1. ; 2.1.2. ; 2.2.1. 
İş forması: Bütün siniflə (kollektiv) iş, kiçik qruplarla iş. 
Təlim  üsulları: Beyin həmləsi (əqli hücum), müşahidə, müzakirə.  
Resurslar: Əsasların alınmasına aid reaktiv və ləvazimatlar. 
I.Motivasiya, problemin qoyuluşu. 
Şagirdlərə  müraciət  olunur:  Hidrogenin  alınması  və  suda  həll  olan  əsasi 
oksidlərin su ilə qarşılıqlı təsiri reaksiyalarını yada salın və reaksiya tənliklərini yazın. 
Şagirdlər  bildikləri  reaksiya  tənliklərini  yazdıqdan  sonra  onlara  sual  verilir:  Bu 
reaksiyalarda  hidrogendən  əlavə  hansı  yeni  maddə  alınır  və  onu  necə 


47 
 
adlandırırdınız? Şagirdlər suala cavab verirlər və beləliklə dərsin mövzusunun qeyri-
üzvi birləşmələrin ikinci sinfi olan əsaslara aid olduğu müəyyən edilir. 
Tədqiqat  sualı: Bütün əsaslar üçün ümumi hissə nədir, tərkibinə görə əsaslara 
necə tərif verərdiniz? Əsasların alınması üçün daha hansı üsullar təklif edərdiniz? 
II. Tədqiqatın aparılması.  
Bu  mərhələnin  aparılması  üçün  şagirdlər  qruplara  bölünür  və  onlara  aşağıdakı 
suallar  əsasında  hazırlanmış  variantlardan  ibarət  vərəqlər  paylanılır.  Suallar 
şagirdlərin keçmiş dərslərdə qazandıqları biliklər əsasında hazırlanmalıdır. 
1.
 
Natriumun su ilə qarşılıqlı təsir reaksiyasının tənliyini yazın. 
2.
 
Kalium-oksidin  su  ilə  təsirindən  alınan  mürəkkəb  maddənin  tərkibidəki  OH 
qrupu necə adlanır və onun valenti neçədir? 
3.
 
Əsasların tərkibinə görə onlar üçün ümumi formul çıxarın. 
4.
 
KOH, NaOH, Ca(OH)
2
, Al(OH)

formullarına əsasən əsaslara tərif verin. 
5.
 
Suda həll olmayan oksidlərə misallar göstərin. 
6.
 
Amfoter oksidlərə misallar göstərin. 
7.
 
Oksidlərin  adlandırılması  qaydasını  yada  salaraq  Fe(OH)
2, 
Al(OH)
3, 
Cu(OH)
2
, Fe(OH)
3
 tərkibli əsasları adlandırın. 
8.
 
Oksidlərin  suda  həll  olmasını  yada  salaraq,  əsasların  da  suda  həllolmaları 
barədə nəticə çıxarın. 
9.
 
Hidrogenin  sənayedə  alınması  üsullarını  yada  salaraq  onlardan  hansını 
əsaslar üçün də sənayedə alınması üsulu hesab etmək olar. 
10.
 
 Sabunla əlinizi yuyanda nə hiss edirsiniz? 
11.
 
 Sabunun tərkibi barədə hansı məlumat və haradan eşitmisiniz? 
12.
 
 Suda həll olan əsaslarin qələvi adlandırıldığını  və hansı oksidlərin suda 
həll olduğunu bilərək qələvilərə misallar göstərin. 
13.
 
 Qələvilərlə duzlar arasında gedən reaksiya tənliklərinə aid misallar yazın 
və  alınan  məhsulların  hansı  sinif  mürəkkəb  maddələrə  aid  olması  barədə  nəticə 
çıxarın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə