Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   2   3   4   5   6   7   8   9   ...   111

11 
 
1.
 
Sınaq  şüşəsinə  1  ml  5%-li  natrium-sulfid  və  bir  o  qədər  də  5%-li  xlorid 
turşusu məhlulu tökün. Sınaq şüşəsinin ağzına yaş lakmus kağızı tutun. 
2.
 
Mis(II)  sulfat  məhlulu  ilə  sulfidlərin  məhlulları  və  hidrogen-sulfidli  su  qara 
rəngli çöküntü verir. 
Təcrübə 2.PO
4
3- 
 ionunun keyfiyyət reaksiyası. 
1.
 
Məktəb praktikasında fosfatların aşkar edilməsi üçün çox vaxt gümüş- nitrat 
məhlulu istifadə edilir ki, bu zaman sarı rəngli çöküntü əmələ gəlir. 
2.
 
Fosfatların  aşkar  edilməsi  üçün  dəmir  (III)  rodanid  birləşməsinin  natrium- 
fosfat məhlulunun təsirindən rəngsizləşməsi reaksiyasından istifadə edilir. 
Təcrübə 3.Spirtlərin keyfiyyət reaksiyaları. 
a)  Etil  spirtinin  təyin  edilməsi.  Spiral  halında  burulmuş  mis  məftili  tutqacın 
köməyilə spirt lampasının alovunda, qara rəngli mis(II)-oksid örtüyü əmələ gələnədək 
qızdırın.  Qızmış  məftili  etil  spirti  ilə  doldurulmuş  sınaq  şüşəsinə  salın.  Məftil  al-
çəhrayı rəng alır, sirkə aldehidinin zəif alma qoxusu hiss edilir. 
b)  Qliserinin  təyin  edilməsi.  Təcrübəni  aparmaq  üçün  əvvəlcə  5%-li  mis(II) 
sulfat  və  5%-li  natrium  və  ya  kalium-hidroksidlərinin  qarşılıqlı  təsirindən  mis(II) 
hidroksid alınır. Alınan çöküntünün üzərinə qliserin tökün və 1 ml qələvi əlavə edin. 
Çöküntü tamamilə həll olur, məhlul intensiv-göy rəng alır. 
Təcrübə 4. Zülalların keyfiyyət reaksiyaları. 
          a)  Ksantoprotein  reaksiyası.  1  ml  zülal  məhluluna  5-6  damcı  qatı  nitrat 
turşusu əlavə edin. Qızdırılma zamanı çöküntü alınır və məhlulun rəngi açıq olur. 
b) Biuret reaksiyası. 1ml zülal məhluluna bir o qədər qələvi və 2-3 damcı 1%-
li mis(II) sulfat məhlulu əlavə edin. Maye qırmızımtıl-bənövşəyi rəng alır. 
Zülal  məhlulunu  hazırlamaq  üçün  bir  yumurtanın  ağını  sarısından  ayıraraq, 
qapalı kolbada həcmi on dəfə çox olan distillə suyu ilə yaxşıca çalmalı. Məhlulu qıfa 
yerləşdirilmiş ikiqat cunadan keçirməli. 
 


12 
 
Təcrübə  5.  Nişastanın  keyfiyyət  reaksiyası.  Nişasta  məhlulu  hazırlayın. 
Bunun üçün 50 ml-lik stəkanda 10 ml soyuq su ilə 3 q nişastanı qarışdırın və alınmış 
qarışığın  üzərinə  nazik  axınla  qarışdıra-qarışdıra  50  ml  qaynar  su  tökün.  Sınaq 
şüşəsində 0,5 ml nişasta məhlulu götürün və yarısınadək su ilə durulaşdırın. 
Məhlulu  qarışdırın  və  üzərinə  yodun  spirtdə  məhlulundan  1  damcı  əlavə  edin. 
Xarakter göy rəng əmələ gələcək. 
Alınmış məhlulu iki yerə ayırın. 
Göy  rəngli  məhlulun  bir  hissəsini  qızdırın.  Rəng  tədricən  itəcək.  Mayeni 
soyutduqda rəng yenidən bərpa olunacaq. 
Şagirdlərə  eksperimental  məsələlərin  həllinin  öyrədilməsi  metodikası  bir  neçə 
mərhələdən ibarətdir. 
1.
 
Nəzəri  həlli:  məsələnin  şərtinin  analizi,  müvafiq  keyfiyyət  reaksiyalarının 
seçilməsi,  onların  yerinə  yetirilməsi  ardıcıllığının  müəyyənləşdirilməsi.  Nəticələr 
cədvəldə  qeyd  edilir  (cədvəl  2).  Birinci  bölmədə  reaktivlər  təcrübələrin  aparılma 
ardıcıllığı  ilə  yazılır,  digər  bölmələrdə  -  müvafiq  müşahidələr  (qaz,  çöküntü,  rəng, 
qoxu və s.) qeyd edilir. 
Cədvəl 2. 
Maddənin adı 
1-ci maddə 
2-ci maddə 
3-cü maddə 
4-cü maddə 
 
 
 
 
 
 
2.
 
Məsələnin  praktiki  həlli  seçilmiş  reaksiyaların  təyin  olunmuş  qaydada 
aparılmasından  ibarətdir.  Təcrübələri  apararkən  şagirdlər  bir  sıra  qaydalara  riayət 
etməlidirlər.  Birinci,  quru  maddələr  əvvəlcə  suda  həll  edilməlidir.  İkinci,əmələ  gələn 
məhlulların  rənginə  və  qoxusuna  diqqət  etməli,  çünki  bir  çox  maddələr  məhlulda, 
onları  fərqləndirən  spesifik  rəng  və  qoxuya  malikdirlər.  Üçüncü,  təcrübəni  aparmaq 
üçün    tədqiq  edilən  sınaq  şüşəsindən  eyni  nömrə  ilə  nömrələnmiş  boş,  təmiz  sınaq 
şüşəsinə 1  ml-dən artıq olmayaraq  məhlul  tökülməlidir. Dördüncü, nəticələr yenə də 
üçüncü cədvəldə göstərilən qaydada qeyd edilir. 


13 
 
Cədvəl 3. 
Reaktivlər 




 
 
 
 
 
 
            3.Eksperimental  məsələlərin  həlli  keyfiyyət  reaksiyaları  nəzərdən  keçirilən 
dərslərdə  öyrədilməlidir.  Müəllim  əvvəlcə  bir  məsələnin  həllini  göstərir,  digərlərini 
isə  şagirdlərə  müstəqil  olaraq  həll  etməyi  təklif  edir.  Bunu  həm  nümayiş,  həm  də 
laborator təcrübəsi kimi aparmaq olar. 
Hər növ eksperimentin aparılması üçün  kimya kabinetində cihaz, qurğu, qablar 
və laboratoriya avadanlıqları  həmişə istifadə üçün hazır vəziyyətdə olmalıdır. 
 
Məktəb  kimya  eksperimentinə  verilən  tələblərdən  biri  –  onun  təhlükəsizliyidir 
(etibarlılığıdır).  Eksperimentin  təhlükəsizliliyi  əsasən  cihaz  və  qurğuların  dəqiq 
quraşdırılmasından  (konstruksiyasından),  onların  dərsin  mərhələlərinə  və  tempinə 
uyğun düzgün istifadəsindən asılıdır. 
 
1.1.4. Kimya laboratoriyasında  işləyərkən təhlükəsizlik qaydaları 
 
 
Kimya  laboratoriyasında  maddələrlə  işləyən  zaman  aşağıda  göstərilən 
təhlükəszlik texnikası qaydalarına ciddi riayət edilməlidir. 

 
Maddələri əl ilə götürmək, onların dadına baxmaq, yaxından iyləmək olmaz. 

 
Maddələrin iyini aydınlaşdırmaq üçün onlardan ayrılan qazı və ya buxarı əlin 
yüngül hərəkəti ilə buruna tərəf yönəltmək lazımdır. 

 
Lazım olan reaktivin etiketinə baxıb sonra götürməli, istifadə etdikdən sonra 
ağzındakı tıxacları dəyişik salmadan bağlamalı və öz yerlərinə qoymalı. 

 
Təcrübə  apararkən,  həmişə  yalnız  təmiz  laboratoriya  qablarından  istifadə 
etməli. 

 
Təcrübə zamanı maddələrdən mümkün qədər az miqdarda istifadə etməli.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə