Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   2   3   4   5   6   7   8   9   ...   111

17 
 
cihazlar);  çap  halında  vəsaitlər  (cədvəllər,  didaktik  materiallar);  ekran-səs  vasitələri 
(diapozitivlər, videofilmlər və s.) və proyeksiya aparatı. 
Müəllimin iş yerinin təşkili. 
Müəllimin iş yeri təchiz edilməlidir: 

 
qaz xətti ilə; 

 
su və tullantı xətti ilə; 

 
elektrik xəttləri ilə: 220 V və 42 V; 

 
çox istifadə edilən, daim nümayiş stolu üstündə olan xüsusi reaktiv dəsti ilə; 
Nümayiş  stolunun  siyirmələrində  nümayiş  təcrübələri  üçün  lazım  olan  qablar, 
cihazların hissələri və bağları yığılır. 
Nümayiş  eksperimentinin  görüntüsünü  yaxşılaşdırmaq  üçün  köməkçi 
vasitələrlə:  

 
kiçik nümayiş stolları ilə; 

 
 fon üçün ekranlarla; 

 
 sınaq şüşələri üçün ştativlərlə; 
Xüsusi reaktiv və qab dəsti, təcrübələrin ekrana proyeksiyası üçün vasitələrlə. 
Sinif  lövhəsi təchiz edilməlidir: 

 
 cədvəllərin nümayişi üçün tutqacla; 

 
 maqnit hissələri ilə işləmək üçün yerlərlə. 
 
Tədris vasitələrinin yerləşdirilməsi və saxlanılması. 
Reaktivlərin saxlanması: 

 
uçucu və zəhərli reaktivlər sorucu şkafda saxlanılır; 

 
tez alışan reaktivlər xüsusi metal şkafda saxlanılır; 

 
digər reaktivlər şkafda:  
- kationlar üzrə; 
  - anionlar üzrə; 


18 
 
  -digər sistemlər üzrə yerləşdirilir. 
Reaktiv və materiallar şkafda bir-birinə uyğun qaydada yerləşdirilir. 
Kimyəvi qabların saxlanması 
Qablar növünə və ölçülərinə görə yerləşdirilir. 
Qablar dəstlərlə yerləşdirilir. 
Laborator və praktiki işlər üçün paylanma materialının saxlanması 
Paylanma material dəstlərdə saxlanılır: 

 
tapşırıq növlərinə görə (mövzu, bölmə göstərilir); 

 
paylanma  materialın  növünə  görə  (reaktivlər,  hissə  və  bağ  dəstləri,  cihazlar, 
avadanlıqlar). 
Sistemli  saxlanılma  əşyaların  tez  və  rahat  tapılmasına,  qeydiyyatına  və 
nəzarətinə imkan verir. 
Cihaz və qurğuların saxlanılması 
Sadə qurğular bağlar və hissələr şəklində (dəstlərdə) saxlanılır. 
Mürəkkəb qurğular: 

 
yığılmış vəziyyətdə; 

 
dəstlərdə (bağlar və hissələr şəklində) saxlanılır. 
Kolleksiya, maket və modellərin saxlanılması 
Kolleksiya təyin olunmuş sistemdə saxlanılır. 
Modellər saxlanılır: 

 
yığılmış vəziyyətdə; 

 
dəstlərdə, sənaye qablaşdırılmasında . 
Çap və ekran vasitələrinin saxlanılması 
Cədvəllər  onlar  üçün  ayrılmış  müvafiq  yerlərdə  müəyyən  sistem  üzrə 
(mövzular, siniflər üzrə), kardon, parça, laminat üzərinə yapışdırılaraq saxlanılır. 
Ekran vasitələri saxlanılır: 

 
müəyyən sistem üzrə qutularda qablaşdırılır; 

 
fabrik qablaşdırılmasında (albomlarda, kasetlərdə); 


19 
 

 
xüsusi qutularda (qeydiyyatla ). 
 
İnteryerin rasional tərtibi. 
Kabinetdə daim nümayiş olunan sorğu materialları: 

 
“Kimyəvi elementlərin dövri sistemi” cədvəli 

 
“Duzların, turşuların və əsasların suda həll olması” cədvəli 

 
“Metalların elektrokimyəvi gərginlik sırası” cədvəli 

 
Təlimat-sorğu materialları (laboratoriya avadanlığından istifadə qaydaları) 

 
Kimya kabinetində təhlükəsizlik qaydaları 

 
Kimyaçı-alimlərin şəkilləri 
Kabinetdə və ya dəhlizdə daima təzələnən materiallar nümayiş olunur: 

 
elmi-texniki tərəqqini əks etdirən; 

 
şagirdlərdə kimyaya maraq oyadan (qəzet, stend); 

 
məktəblilərin professional istiqamətini müəyyən edən materiallar. 
Müəllimin dərsə elmi-metodiki hazırlığını təmin edən materiallar. 
Müxtəlif növ kartotekalar: 

 
yoxlama yazı işləri variantları, testlər; 

 
tədris avadanlığının dərsə hazırlığı sxemi; 

 
tədris avadanlığının qeydiyyatı kartotekası; 

 
fərdi tapşırıqlar. 
Elmi-metodiki ədəbiyyat 
Müxtəlif növ didaktik materiallar 
 
Təlimin texniki vasitələrinin təşkili. 
Təlimin  texniki vasitələrinə aiddir: 

 
videoproyektor; 

 
diaproyektor; 


20 
 

 
stasionar, daşınan ekran; 

 
kompüter; 

 
multimediaproyektor; 

 
eksperiment üçün müxtəlif təyinatlı ötürücülər. 
 
Texniki təhlükəsizlik tələbləri. 
 Kimya kabinetində aşağıdakılar olmalıdır: 

 
texniki təhlükəsizlik qaydaları; 

 
təhlükəsiz iş qaydaları haqqında təlimat jurnalı; 

 
yanğına qarşı avadanlıq dəsti: 
-
 
yanğınsöndürənlər; 
-
 
qum yeşiyi; 
-
 
odadavamlı örtük; 
-
 
bel; 
-
 
vedrə; 
-
 
elektrik naqillərini kəsmək üçün qayçı; 
-
 
rezin palaz; 
-
 
rezin əlcəklər; 
-
 
oddanqoruyan parça; 
-
 
ilkin yardım üçün tibbi qutu. 
Nümayiş eksperimenti üçün tələb olunan avadanlıqlar : 

 
adi  şəraitdə  reaksiyaların  aparılması  üçün  lazım  olan  qablar,  qurğu  və 
cihazların  quraşdırılması üçün hissələr və birləşdiricilər; 

 
nümayiş  təcrübələrinin  aparılmasında  istifadə  edilən  cihaz  və  qurğuların 
yığılması üçün lazım olan hissələr və birləşdiricilər (bağlar); 

 
qaldırıcı masa; nümayiş cihazları üçün ştativ; metallik ştativ; fon üçün ekran; 
məhlulları  saxlamaq  üçün  250-300  ml-lik  şüşə  qablar;  qazları  almaq  üçün  cihaz; 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə