Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   37   38   39   40   41   42   43   44   ...   111

140 
 
pambıq  taxın.  Sınaq  şüşəsini  zəif  qızdırın  və  kolbanın  ammonyakla  dolmasını 
yoxlamaq  üçün  ağzına  su  ilə  isladılmış  fenolftalein  kağızı  tutun.  Kolba  dolduqdan 
sonra  qızdırmağı  dayandırın,  qazaparan  borununu  çıxarın  və  ucuna  qatı  xlorid 
turşusuna batırılmış şüşə çubuq tutun. Nə müşahidə olunur? Kolbanın ağzını bağlayıb 
sonrakı  təcrübə  üçün  saxlayın.  Ammonyakın  iyini,  rəngini  müəyyən  edin  və 
reaksiyanın tənliyini yazın. 
Şəkil 37. a-ammonyakın alınması; b-ammonyakın suda həll olması. 
 
b)
 
Ammonyakın  suda  həll  olması.  İri  şüşə  stəkana  yaxud  kristallizatora  bir 
qədər  su  töküb,  üzərinə  1-2  damcı  fenolftalein  məhlulu  əlavə  edin.  Yuxarıdakı 
təcrübədə ammonyakla doldurulmuş kolbanın ağzına içərisində sivri ucu içəri olmaqla 
şüşə  boru  keçirilmiş  tıxac  taxın  və  stəkandakı  suya  salın.  Suyun  altında  borunun 
ucunu  baş  barmaqla  örtüb,  çıxarın  və  bir-iki  damcı  suyun  kolbaya  keçməsinə  nail 
olduqdan sonra onu yenidən suya salın və öz oxu ətrafında fırladın. Suyun fantan kimi 
kolbaya keçməsini müşahidə edin və ammonyakın suda necə həll olması barədə nəticə 
çıxarın (şəkil 36, b). 


141 
 
c)
 
Ammonyakın  oksigendə  yanması.  Təcrübəni  38–ci  şəkildəki  cihazda 
aparmalı.  Sınaq  şüşəsinə  (1)  2-3  ml  25%-li  ammonyak  nəhlulu  töküb,  ağzını 
qazaparan borusu olan tıxacla bağlayın. Başqa quru sınaq şüşəsində (2) 0,3 q kalium-
xloratla  bir  qədər  manqan(IV)  oksid  tozu  qarışığı  götürün  və 
spirt  lampası  alovunda  ehtiyatla  qızdırın.  Oksigen  ayrılmağa 
başlayanda  ammonyak  məhlulu  olan  sınaq  şüşəsini  zəif 
qızdırın  və  qazaparan  borunun  ucunda  ayrılan  ammonyakı 
yandırın.  Alovun  rənginə  diqqət edin  və  reaksiyanın  tənliyini 
yazın. 
Təcrübə 3. Ammonium duzlarının alınması. 
a)
 
 İki  şüşə  çubuq  götürüb,  birini  25%-li  ammonyak 
məhluluna,  ikincisini  isə  qatı  xlorid  turşusu  məhluluna 
batırıb,  dərhal  uclarını  bir-birinə  yaxınlaşdırın.  Nə  müşahidə 
edilir?  
b)
 
Ayrı-ayrı sınaq şüşələrində 10 ml 25%-li ammonyak məhlulu götürüb, birinə 
damcı-damcı qatı nitrat turşusu, ikincisinə isə qatı sulfat turşusu məhlulları əlavə edin. 
Nə müşahidə olunur? Reaksiyaların tənliklərini yazın. 
Təcrübə 4. Ammonium duzlarının parçalanması. 
a)
 
Ammonium-xloridin  parçalanması.15-20  sm  uzunluğunda  şüşə  borunun 
ortasına  bir  qədər  ammonium-xlorid  töküb,  maili  olaraq  ştativin  pəncəsinə  bərkidin. 
Borunun yuxarı ucuna su ilə isladılmış qırmızı lakmus kağızı, aşağı ucuna isə yaş göy 
lakmus kağızı yerləşdirməli. Spirt lampasını əldə tutaraq duzu qızdırın. Nə müşahidə 
olunur?  Borunun  yuxarı  və  aşağı  ucundan  hansı  qazlar  çıxır?  Ammonium-xloridin 
termiki dissosiasyasının tənliyini yazın. 
b)
 
Ammonium-bixromatın  parçalanması. Çini putaya bir qədər ammonium –
bixromat  (NH
4
)
2
Cr
2
O
7
  töküb  iri  asbest  kartonu  üzərinə  qoyun.  Şüşə  çubuğu  qızdırıb 
putadakı  maddəyə  toxundurun.  Nə  müşahidə  edilir?  Baş  verən  prosesi  izah  edin  və 
reaksiyanın tənliyini yazın. Nə üçün bu reaksiyanı “Kimyəvi vulkan”adlandırırlar? 
Şəkil 38.Ammonyakın 
oksigendə yandırılması. 


142 
 
Təcrübə 5. Ammonium ionunun təyini. İki sınaq şüşəsinin birinə ammonium-
xlorid, digərinə isə ammonium-sulfat məhlulu töküb, onların üzərinə 2-3 ml natrium-
hidroksid  məhlulu əlavə edin. Sınaq şüşələrini qızdırıb, ağzına qırmızı  lakmus kağızı 
tutun. Nə müşahidə edilir?  Ayrılan qazın iyini  müəyyən edin və reaksiyanın tənliyini 
yazın. 
 
2-ci iş. Azotun oksigenli birləşmələri. 
 
Ləvazimat  və  reaktivlər:  metal  ştativ,  Vürs  kolbası,  damcı  qıfı,  spirt  lampası, 
şüşə silindrlər, kibrit, çöp, çini həvəng, şüşə parçası, metal qaşıq, deşiksiz tıxac, şüşə 
çubuq, asbestli tor, yumrudib kolba, tubusu olan retort, qumla dolu kasa, pambıq,mis 
yonqarı,  qırmızı  fosfor,  qurğuşun(II)nitrat  kristalları,  qum,  sink  dənələri,  qalay 
vərəgi,  kükürd  parçaları,    kalium-nitrat  ,  qatı  sulfat  turşusu  məhlulu,  natrium-nitrat, 
gümüş-nitrat kristalları, kömür. 
Təcrübə 1. Azot(II) oksidin alınması və xassələri. 
a)
 
Azot  (II)  oksidin  alınmasına  aid  təcrübəni  aparmaq  üçün  39–cu  şəkildəki 
cihazı  quraşdırın.  Kolbaya  5  q  mis  yonqarı,  damcı 
qıfına  isə  30  ml  33%-li  nitrat  turşusu  tökün.  Damcı 
qıfından  misin  üzərinə  bir  qədər  turşu  əlavə  edin  və 
reaksiya  başlamazsa  kolbanı  zəif  qızdırın.  Qazaparan 
borunun  ucundan  çıxan  rəngsiz  qaz  havada  qırmızı-
qonur  rəng  almağa  başladıqda,  borunun  ucunu  su  ilə 
dolu  silindrə  daxil  edin.  Silindr  qazla  dolduqdan  sonra 
borunun  ağzını    suyun  altında  şüşə  parçası  ilə  örtüb 
kasadan  çıxarın.  Bu  qayda  ilə  daha  iki  silindri  qazla  doldurun.  Azot  (II)  oksidin 
alınması reaksiyasının tənliyini yazın. 
b)
 
Yuxarıdakı təcrübədə qazla doldurulmuş silindrlərdən birinə yanan çöp daxil 
edin. Nə müşahidə edilir? Səbəbini izah edin və nəticə çıxarın. 
Şəkil 39. Azot(II)oksidin 
alınması. 


143 
 
c)
 
Dəmir  qaşıqda  bir  qədər  qırmızı  fosforu  yandırıb,  içərisində  azot(II)oksiid 
olan ikinci silindrə daxil edin. Nə müşahidə edilir? Nəticə çıxarın. 
d)
 
 İçərisində azot(II)oksid olan ikinci silindrin ağzını açın və ağ kağız fonunda 
rəngsiz  qazın  qırmızı-qonur  rəng  almasını  müşahidə  edin  və  səbəbini  izah  edin. 
Reaksiyanın tənliyiniu yazın. 
Təcrübə 2. Azot(IV)oksidin alınması və xassələri. 
a)
 
Azot(IV) oksidi almaq üçün sorucu şkafda 40–cı şəkildəki cihazı quraşdırın. 
Çini həvəngdə 5-7 q qurğuşun (II) nitratı narın əzərək, çini kasaya töküb, üzərinə 1-2 
q  yuyulmuş  və  qurudulmuş  qum  əlavə  edin  (qum  qazın  aramla  çıxmasını  tənzim 
etmək  üçün  götürülür.  Qarışığı  şüşə  çubuqla  qarışdırmaqla,  asbestli  tor  üzərində  qaz 
lampası  alovunda  qırmızı  qonur  rəngli  qaz  alınana  qədər  qızdırın  (sorucu  şkafda!). 
Sonra  qarışığı  soyudun,  sınaq  şüşəsinə  tökün  və  ştativin  pəncəsinə  bərkidin.  İkinci 
sınaq  şüşəsi  yerləşmiş  qaba  duz-buz  qarışığı  (1:2)  doldurmalı.  Sınaq  şüşəsindəki 
qarışığı  qızdırın  və  alınan  azot  (IV)  oksidin  ikinci  sınaq  şüşəsində  mayeləşməsini 
müşahidə edin. Sınaq şüşəsində bir qədər maye azot (IV) oksid yığıldıqda qazaparan 
borunun ucunu sudan çıxarın və qızdırılmanı dayandırın. İkinci sınaq şüşəsinin ağzını 
deşiksiz  tıxacla  bağlayın  və  sonrakı  təcrübələr  üçün  saxlayın.  Silindrin  ağzını  su 
altında  bağlayıb  çıxarın  və  ağzını  açaraq,  içərisinə  közərmiş  çöp  daxil  edin.  Nə 
müşahidə edilir? Nəticə çıxarın. 
 
 
 
 
 
 
 
 
Şəkil 40. Azot (IV) oksidin alınması. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə