Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Təcrübə  2.  Polistirolun  xassələri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   47   48   49   50   51   52   53   54   ...   111

171 
 
Təcrübə  2.  Polistirolun  xassələri.  Polietilenə  aid  olan  təcrübələri  polistirolla 
da aparın və onların kimyəvi xassələri  arasındakı  fərqi  müəyyən  edin. 
Təcrübə 3. Polivinilxloridin  xassələri.  
a)
 
Polivinilxloriddən  olan  materialın  kiçik  parçasını  alova  tutun,  yanma 
məhsullarının  iyini  və  rəngini  müşahidə  edin.  Polivinilxloridin  yanma  xarakterini 
polietileninki  ilə  müayisə  edin. 
b)
 
Polivinilxloriddən  olan  materialın  qırıntılarını  sınaq  şüşəsinə  töküb,  ağzını 
qazaparan borusu olan tıxacla bağlayıb, uçunu içərisində 1-2 ml gümüş-nitrat məhlulu 
olan digər sınaq şüşəsinə daxil edin (qazaparan borunu məhlulun səthindən 1 sm aralı 
qoyun)  və  güclü  qızdırın. Nə  müşahidə  edilir? Nəticə  çıxarın. 
Təcrübə 4. Sintetik liflərin alınması  və  xassələri. 
a)
 
Mis-ammonyak  ipəyinin  alınması.  Stəkana  20-30  ml  ammonyakın  suda 
mıhlulunu  töküb,  üzərinə  təzə  hazırlanmış  əsasi  mis(II)  karbonatı    qarışdırmaqla 
hissə-hissə  əlavə  edin.  Duz,  onun  son  hissəsinin  daha  həll  olmamamasınadək  əlavə 
edilir.  Bir  az  sakit  saxladıqdan  sonra  məhlulu  başqa  stəkana  boşaldın.  Alınan  mis-
ammonyak məhlulunda şüşə çubuqla qarışdırmaqla, bir qədər pambığı tünd göy rəngli 
kütlə alınana kimi həll edin. Məhlulda qalan həll olmamış pambıq hissələrini ayırmaq 
üçün  onu  Büxner  qıfından  süzün.  Bu  məqsədlə  süzgəc  kağızı  əvəzinə  şüşə  süzgəc, 
yaxud  dörd qat  bükülmüş  kapron  corab  parçasından  istifadə  edin. 
b)
 
Kapron lifini çini putada alovda  yandırın və üzərinə yaş lakmus kağızı tutun. 
Nə  müşahidə  edilir? 
c)
 
Bir  qədər  kapron  lifini  çini  kasada  qızdırın  və  şüşə  çubuqla  lif  ərintisindən 
sap  ayırmağa  çalışın. 
d)
 
Dörd  sınaq  şüşəsinin  hər  birinə  bir  qədər  kapron  lifi  yerləşdirib,  birinə  qatı 
nitrat,  ikncisinə  qatı  sulfat,  üçüncüsünə  duru  natrium-hidroksid  məhlulları, 
dördüncüyə  isə  aseton  tökün  və  10  dəqiqədən  sonra  içərilərindəkini  şüşə  çubuqla 
qarışdırın.  Nə  müşahidə  edilir?  Götürülən  maddələrin  kaprona  təsiri  barədə  nəticə 
çıxarın. Kapron  lifini  lavsan  lifindən  necə  fərqləndirərdiniz? 


172 
 
IV FƏSİL 
MƏSƏLƏ HƏLLİNİN ÖYRƏDİLMƏSİ METODİKASI VƏ 
KOMPÜTERDƏN İSTİFADƏ 
 
Bu fəsli öyrənənlər:  
BİLİR: 

 
məsələləri təsnifatlandırmağı (növlərinə ayırmağı); 

 
məsələlərdən kimya dərslərində istifadə etməyi; 
BACARIR: 

 
məsələnin tipini müəyyən etməyi; 

 
məsələləri müxtəlif  yollarla həll etməyi; 

 
məsələlərin həllini  metodik  tələblərə  uyğun tərtib etməyi; 

 
müxtəlif  tipli və qarışıq  məsələləri tərtib etməyi; 

 
məsələlərin fərqli variantlarını tərtib etməyi; 

 
tədrisdə  kompyüterdan  istifadə  etməyi. 
 
4.1. Məsələlərin qruplaşdırılması. 
 
Məsələnin tipinin müəyyən edilməsi 
 
Kimya məsələlərinin vahid təsnifatı yoxdur. Ümumi olaraq məsələləri iki qrupa 
ayırırlar: keyfiyyət və hesablama məsələləri. Hesablama məsələləri də öz növbəsində, 
üç  qrupa  ayrılırlar:  kimyəvi  formullara  görə  hesablamalar,  kimyəvi  tənliklər  üzrə 
hesablamalar, məhlullarla bağlı hesablamalar. Hər bir qrupun məsələləri də  bir  neçə  
növə  bölünürlər. Lakin  bu  bölgü  də  şərti  xarakter  daşıyır. 
 
 


173 
 
4.1.1. Məsələ həllinin müxtəlif üsulları 
 
Kimyanın  tədrisinin  ilkin  mərhələsində  və  yeni  məsələ  tipini  təqdim  edərkən, 
məsələ  həllinin  öyrədilməsi  adətən  alqoritm  üzrə  həyata  keçirilir.  Bu  müsbət  nəticə 
verir.  Dərslərdə  sistematik  olaraq  məsələlərdən  istifadə  zamanı  şagirdlər  məsələ  həll 
etməyin  metodikasına  tez  yiyələnirlər. 
  Lakin  eyni  növ  məsələlərin  həllində  eyni  üsuldan  istifadə  olunması  tədris 
prosesinin didaktik imkanlarını məhdudlaşdırır. Eyni bir məsələnin müxtəlif üsullarla 
həll  edilməsi  şagirdə,  öz  hazırlıq  səviyyəsinə  və  idrak    xüsusiyyətlərinə  müvafiq 
olaraq  düşünmək  imkanı verir. 
  İki nümunə üzərində məsələnin müxtəlif  üsullarla  həlli  göstərilmişdir. 
  Məsələ  1.  300  q  kalsium-karbonatın  parçalanması  zamanı  alınan  kalsium- 
oksidin kütləsini hesablayın. 
Verilir:                                                                     Həlli: 
m (CaCO
3
) = 300 q                                          1-ci üsuı 
m (CaO) - ? 
   
1.
 
Kimyəvi reaksiyanın tənliyini yazaq: 
CaCO
3  
 →   CaO + CO
2
.        
 
2.
 
Reaksiya  tənliyinə  əsasən  reaksiyaya  girən  və  reaksiya  nəticəsində  alınan 
maddələrin miqdarını  təyin edək: 
CaCO

 →   CaO   +   CO
2

ν = 1 mol         ν = 1 mol 
3. Kalsium-karbonatın  maddə  miqdarını  ümumi  düstura görə tapaq: 
ν=
M
m

M (CaCO
3
) = 100 q/mol, 


174 
 
                                      ν (CaCO
3
) = 
mol
q
q
|
100
300
 = 3 mol. 
 
4. Reaksiya tənliyinə əsasən 3 mol kalsium-karbonatın parçalanmasından alınan 
kalsium- oksidin miqdarını tapaq:                    
                                             3 mol           x mol 
CaCO
3
  →   CaO  + CO
2

                                            1 mol           1 mol 
1
3
 = 
1
x
 
x= 3 
ν (CaO)= 3 mol. 
 
5.
 
3 mol kalsium- oksidin kütləsini tapaq 
m = ν  · M,    M(CaO) = 56 q/mol, 
m (CaO) = 3 mol · 56 q/mol = 168 q. 
C a v a b:   m (CaO) = 168 q. 
 
2-ci üsul 
  1. Kimyəvi reaksiyanın tənliyini yazaq: 
            CaCO
3   
→ CaO + CO
2

M (CaCO
3
) = 100 q/mol,    M(CaO)= 56 q/mol 
   
2. Tənasüb quraq: 
             100 q CaCO

 parçalanmasından – 56 q CaO alınarsa 
              300 q CaCO
3
-dan                      -   x q CaO alınar 
 
                                                       x =  
100
56
300

 = 168 q CaO 
Cavab: m (CaO) = 168 q. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə