Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə59/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   55   56   57   58   59   60   61   62   ...   111

201 
 
Dialoq  eyni  zamanda  çoxaspektli  –  şaquli,  üfüqi,  intellektual,  emosional 
ünsiyyət formasıdır.  
Humanitarlaşdırma.  Təhsildə  humanitarlaşma  –  təhsilin  məzmununa  yeni 
baxış, tədris edilən  fənlərdə bəşəri dəyərlərə geniş yer verilməsi,  milli-mədəni, tarixi 
dəyərləri dərindən öyrənməklə dünyəvi dəyərlərdən bəhrələnməyin əsas götürülməsi, 
bunların şəxsiyyətin inkişafının vacib şərti hesab edilməsidir.  
Fəlsəfi və didaktik səviyyədə təhsilin humanitarlaşdırılması hər hansı fənnə aid 
tədris materiallarında ümumbəşəri dəyərlərin və şəxsiyyətə aid mənəvi keyfiyyətlərin 
insana yönəldilməsi mahiyyətinin olmasını tələb edir. 
Humanitarlaşma,  əslində  humanistləşmənin  vasitəsi  olub,  təbii-texniki 
mədəniyyətin  humanitarlaşmasının  təmin  olunmasında  istifadə  edilir.  Təhsilin 
humanitarlaşması,  eyni  zamanda  humanitar  problematikaya,  humanitar  mədəniyyətə 
dönüşdür.    Bu  təkcə  humanitar  fənlərin  öyrədilməsi  deyil,  həm  də  ümumelmi  və 
ümumtexniki  fənlərin  məzmununda  olan  humanitar  dəyərlərin  istifadəsi  hesabına 
təhsilin  təbii-texniki  və  sosial-humanitar  hissələri  arasında  müvafiqliyin  saxlanılması 
üçün təlim prosesinin yenidən qurulmasıdır. 
İnteqrasiya.  Təhsilin  inteqrasiyası  müxtəlif  fənnlərin  tədrisi  zamanı  onların 
arasında  təbii  mövcud  olan  əlaqələrdən  istifadə  edərək  şagirdlərdə  qlobal  düşüncə 
tərzinin,  həmrəylik  və  məsuliyyətin  formalaşdırılmasının  mümkünlüyünün  nəzərdə 
tutulmasıdır. İnteqrasiya latınca “inteqratio” sözündən olub, “bərpaetmə, tamamlama” 
kimi məna daşıyır. 
İnteqrasiya  tədris  prosesində  dərs  materialının  zənginləşdirilməsi  məqsədilə  
fəndaxili və fənlərarası əlaqələrdən bacarıqla və səmərəli istifadə edilməsidir. 
Fərdiləşdirmə. Təhsilin fərdiləşdirilməsi ayrıca götürülmüş hər bir fərdin şəxsi 
maraq,  arzu  və  istəyinin,  onun  tələbatının  əsas  götürülməsidir.  Bu  prinsipə  görə 
müəllim şagirdə fərd, şəxsiyyət kimi baxır, onunla əməkdaşlıq edir. 


202 
 
5.3.  Kurikulum islahatı. 
 
5.3.1. Kurikulum anlayışı  və  kurikulumların növləri. 
 
Müstəqil  Azərbaycanın  təhsilinin  məzmunu  ilə    bağlı  apardığı  islahatların  ən 
mühümü Kurikulum islahatı və onun uğurlu nəticəsi kimi hazırlanan  Milli Kurikulum 
konsepsiya  sənədidir.  Kurikulum  latın  sözü  olub,  lüğəti  mənası  “kurs”,  “elm” 
deməkdir.  Bu  söz  ingiliscə-rusca  lüğətlərdə  “təlim  kursu”,  “tədris  planı”  kimi  izah 
olunur.  Bəzi  mənbələrdə  kurikulumun  latın  mənşəli  söz  olub  “yol”,  “istiqamət” 
mənasını verməsi göstərilir. 
Azərbaycan təhsil sistemində “Kurikulum “ yeni bir anlayış olub, təlim prosesi 
ilə  bağlı  bütün  fəaliyyətlərin  təşkilini  və  həyata  keçirilməsini  əks  etdirən  konseptual 
sənəd  kimi  başa  düşülür.  Bu  sənəddə  dünya  təhsil  sisteminin  ən  mütərəqqi  cəhətləri 
nəzərə  alınmış,  milli  və  bəşəri  dəyərlərdən  müntəzəm,  sistemli  istifadə  olunması 
zərurəti diqqət mərkəzində saxlanılmışdır.  
Ümumi  ölkə  səviyyəsində  qəbul  olunmaqla  geniş  miqyasda  tətbiq  edilən 
kurikulumlar milli xarakter daşıdığı üçün Milli Kurikulum adlanır. Ayrı-ayrı fənlərin 
bütövlükdə  xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları adlanır. 
Nəticə  etibari  ilə  Azərbaycan  Respublikası  Nazirlər  kabinetinin  30  oktyabr 
2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası 
Milli  Kurikulumu”  konseptual    sənədi  təstiq  edilmiş,  əməli  fəaliyyət  üçün  əsas 
götürülmüşdür. 
Milli  kurikulum  konseptual  xarakterli  çərçivə  sənədi  kimi  ümumi  təhsil  üzrə 
təlim 
nəticələrini 
və 
məzmun  standartlarını,  təhsil  alanlar 
üçün  zəruri 
kompetensiyaları,  ümumi  təhsilin  hər  bir  pilləsində  nəzərdə  tutulan  fənləri,  həftəlik 
dərs  və  dərsdənkənar  məşğələ  saatlarının  miqdarını,  şagirdə  və  onun  hazırlıq 
səviyyəsinə  verilən  tələbləri,  hər  bir  dərsin  inkişafetdirici  məqsədlərini,  pedaqoji 
prosesin  təşkili,  təlim  nailiyyətlərinin  qiymətləndiriliməsi  və  monitorinq  üzrə  əsas 


203 
 
prinsipləri,  fənn  kurikulumlarının  strukturunu  əhatə  edir,  müəllim  və  məktəb 
qarşısında  duran vəzifələri və onların konkret həlli yollarını göstərir. 
Milli  Kurikulum  ictimai-siyasi,  mədəni  və  sosial  həyatın  qloballaşdığı,  
informasiya-kommunikasiya  texnologiyalarının  rolunun  artdığı,  rəqabətin  gücləndiyi 
müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi 
nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və 
bacarıqlara  malik  olmasına,  cəmiyyətin  inkişafının  əsas  hərəkətverici  qüvvəsi  olan 
insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir. 
Milli  Kurikulum sənədinin əsasında əvvəlcə ibtidai siniflər, sonradan  isə V-XI 
siniflər üçün fənn kurikulumları hazırlandı. 
Kurikulumların  hazırlanması  ideyası  ölkəmizdə  təhsil  sahəsində  aparılan 
araşdırmaların  nəticəsi  kimi  meydana  çıxmışdır.  Fənn  üzrə  bütün  fəaliyyətləri 
istiqamətləndirə  biləcək  bir  sənəd  kimi  vacib  hesab  edilən  kurikulumda  ilkin  olaraq 
fənnin  məzmununa  yer  ayrılır.  Şagirdlərin  əldə  edəcəkləri  nəticələr  təhsil  pillələri  və 
siniflər  üzrə  müəyyənləşdirilir.  Onlar  zəruri  məzmun  standartları  kimi  kurikulumlara 
daxil edilir və şagirdlərin nailiyyətlərinin müəyyən olunmasında əsas vasitə kimi çıxış 
edir. 
Kurikulumlar  hazırlanarkən  məzmuna  uyğun  müvafiq strategiyaların  müəyyən 
olunmasına  diqqət  yetirilir.  Gözlənilən  nəticələrin  daha  uğurlu  əldə  olunması 
baxımından bu, əhəmiyyətli hesab edilir. 
Prinsiplər fənlər üzrə təlimin mühüm didaktik əsası kimi şərh olunur. Bu zaman 
hər  bir  fənnin  özünəməxsus  cəhətləri,  ümumi  təhsil  sistemində  rolu  və  əhəmiyyəti 
nəzərə  alınır.  Prinsiplərə  həmçinin  fənn  üzrə  strateji  fəaliyyətin  özülünü  təşkil  edən 
bir anlayış kimi də yanaşılır və müxtəlif forma və üsulların mütəhərrik mexanizminin 
pedaqoji təminatçısı kimi baxılır.  
Müasir  təhsildə  şagirdin  bir  şəxsiyət  kimi  fəaliyyətə  cəlb  olunması,  onun 
ehtiyac və maraqlarının əsas götürülməsi, pedaqoji problemlərin həllində müəllimlərlə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə