Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə61/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   57   58   59   60   61   62   63   64   ...   111

207 
 
Yazılı kurikulum nümunələri yaxşı formalaşdırıldıqda və diqqətlə hazırlandıqda 
istifadə üçün yararlı olur. 
Dəstəklənən  kurikulum  –  onun  çatdırılması  və  dəstəklənməsi  üçün  xüsusi 
vəsait  yaradılan  kurikulumdur.  Dəstəklənən  kurikulumların  tətbiqində  müəllimin 
həlledici rolu vardır. Dəstəklənən kurikulum digər növdən olan kurikulumlar arasında 
mərkəzi rol oynayır. 
Şərh  edilən  kurikulumlardan  biri  də  tədris  edilən  kurikulum  hesab  edilir.  Bu 
kurikulum,  əslində,  çatdırılan  kurikulumdur.  Adından  da  göründüyü  kimi,  bu 
kurikulum bilik və bacarıqların şagirdlərə çatdırılması prosesini əhatə edir. 
Tədris edilən kurikulum yazılı kurikulumla eyniyyət təşkil etmir. Başqa sözlə, 
tədris  edilən  kurikulum  yazılı  kurikulumun  davamı  kimi  yaranır.  Yazılı  kurikulum 
konkret  olaraq  məqsəd,  fəaliyyət  və  resursları  əhatə  etsə  də,  nümayiş  etdirilən 
materiallar,  sinif  otağında  aparılan  tədris  prosesinin  mahiyyəti  barədə  məlumat  verə 
bilmir. 
Tədris  edilən  kurikulum  isə  imkan  verir  ki,  müəllim  fərdi  bacarıqlara  malik 
olsun  və  onları  nümayiş  etdirə  bilsin.  Tədris  edilən  kurikulumu,  əsasən,  müəllim 
hazırlayır.  Eyni  zamanda  prosesin  sonunda  qiymətləndirmə  aparır.  İlk  növbədə 
şagirdlərin daha sonra özünün fəaliyyətini dəyərləndirir.  
Gizli  kurikulum  –  daha  çox  özünün  qapalı  tərəfləri  ilə  seçildiyindən  bu  cür 
adlanır.  Bu  məsələdən  bəhs  edən  mütəxəssislər  onu  tədqiq  edilməmiş  kurikulum, 
yaxud da şifahi nəzərdə tutulan kurikulum adlandırırlar.  
Gizli  kurikulumun  mühüm  səciyyəvi  cəhətlərindən  biri  onun  müəyyən  plana 
istinad etməməsi, situativ xarakter daşıması ilə bağlıdır. 
 
5.3.2. Fənn kurikulumlarının səciyyəvi səhətləri. 
 
Yeni fənn kurikulumları özünün aşağıdakı səciyyəvi xüsusiyyətləri ilə fərqlənir: 
Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir.  


208 
 
Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərqləndirir. 
Nəticəyönümlülük  müasir  kurikulumun  hazırlanmasında  nəzərə  alınan 
didaktik  prinsiplərdən  biri  hesab  edilir.  Təlim  prosesində  əldə  olunacaq  nəticələrin 
əvvəlcədən  müəyyən  olunması  və  onun  məzmuna  gətirilməsi  bu  prinsipin  başlıca 
cəhətidir. 
Nəticəyönümlülüyün  olması,  ilk  növbədə,  təlim  fəaliyyətinə  əsaslanır, 
bütövlükdə  təlim  prosesinin  mahiyyətini  təşkil  edən  son  nəticəni  görməyə  imkan 
verir.    Fənn  kurikulumunda  təlim  nəticələri  müxtəlifdir:  ümumi  və  xüsusi  nəticələr. 
Hər  bir  fənn  kurikulumunda  özünə  yer  tutan  bu  nəticələr  tədrisdə  həm  məzmunu 
müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyətlidir. 
Məzmunu  ifadə  edən  belə  nəticələr  hökumət  tərəfindən  təsdiq  olunur. 
Azərbaycanda  belə  bir  sənəd  hazırlanmış  və  təsdiq  edilmişdir.  Məzmun  xətləri  və 
siniflər  üzrə  hazırlanan  nəticələr  isə  ümumiyə  uyğun  xüsusi  nəticələr  kimi  təsdiq 
olunur. 
Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. 
Fənn  kurikulumlarında  öz  əksini  tapan  bütün  nəticələr  şagirdlərə,  onların 
inkişafının  izlənilməsinə  yönəldilmiş,  şagird  şəxsiyyətinin  formalaşması  və  inkişafı 
diqqət mərkəzində saxlanılmışdır. 
Fənn  kurikulumlarında  şagird  nailiyyətinin  qiymətləndirilməsi  üzrə  işin 
məzmunu  bilavasitə  bir  subyekt  kimi  təlim  alana  yönəldilmişdir.  Qiymətləndirmə 
standartlarında  şagirdlərin  fəaliyyəti,  üzərində  işlədikləri  məzmun  və  şərait 
elementləri  ilə  yanaşı,  onların  əldə  edəcəkləri  minimum  nailiyyətlər  də  ifadə 
edilmişdir.  Bu  zaman  şagirdin  minimum  təlim  şəraiti,  fizioloji  və  psixoloji  durumu 
nəzərə  alınmışdır.  Şagird  şəxsiyyətinin  bütün  parametrdə  inkişaf  istiqamətləri  diqqət 
mərkəzində saxlanılmalıdır. 
Fənn kurikulumları konseptual sənəddir. “Azərbaycan Respublikasında ümumi 
təhsilin  Konsepsiyası  (Milli  Kurrikulumu)”  sənədindəki  müddəalar  respublikada  hər 
hansı  fənn  üzrə  fəaliyyətlər  sistemini  ümumiləşdirmək  baxımından  konseptual 


209 
 
xarakter  daşıyır.  Ona  görə  də  fənn  kurikulumları  öz  növbələrində  həm  də  çərçivə 
sənədi  hesab  edilir.  Nəticələr  şəklində  olan  məzmun  təhsil  pillələri  və  siniflərə  aid 
məzmun  xətləri  üzrə  kurikuluma  daxil  edilir.  Standartlar  səviyyəsində  təqdim 
olunmuş  siniflər  üzrə  nəticələrin  sərhəddi  standartlar  və  alt  standartların  hüdudunda 
müəyyənləşir. 
Fənn kurikumları inteqrativ xarakter daşıyır. Bu ilk növbədə, onun ümumtəhsil 
məktəbləri  üçün  hazırlanması  və  şagird  şəxsiyyətinin  və  onlarda  həyati  bacarıqların 
formalaşdırılması    ilə  bağlıdır.  Ona  görə  də  kurikulumlarda  əks  olunmuş  təlim 
nəticələri  (təlim  standartları)  biri-digərini  tamamlamaq,  möhkəmləndirmək,  davam 
etdirmək  baxımından  elə  ardıcıllıqla  verilir  ki,  onların  vasitəsilə  şagird  şəxsiyyətinin 
formalaşması və inkişafını izləmək mümkün olur.  
Bu  əlaqələr  məzmun  və  istiqamətinə  görə  iki  yerə  ayrılır:  şaquli,  üfüqi 
inteqrasiya. 
Şaquli  inteqrasiya  daha  çox  fənnin  siniflər  və  mərhələlər  arasındakı  əlaqəsini, 
üfüqi  isə  müxtəlif,  lakin  uyğun  gələn  fənlərin  əlaqəsini  ehtiva  edir.  Bütün  hallarda 
şagirdlərin inteqrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri diqqət 
mərkəzində saxlanılır. 
Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. 
Bu  onun  konseptuallığından  irəli  gəlir.  Kurikulumlar  bütün  təlim  nəticələrini 
əks etdirməklə sondakı  nailiyyətləri  fərz etməyə  imkan  yaradır. Öyrənmə prosesində 
əldə edilən nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait əmələ 
gəlir. 
Bütün  bu  səciyyəvi  cəhətlər  fənn  kurikulumunu  digər  təhsil  sənədlərindən 
fərqləndirməyə  imkan  verir.  Belə  ki,  bu  sahədə  araşdırmalar  aparan  tədqiqatçıların 
fikirlərinə görə fənn proqramı ilə kurikumlarını eyniləşdirmək doğru deyildir.  
Pedaqoji  ədəbiyyatlarda  tədris  proqramları  dövlət  sənədi  kimi  dəyərləndirilir. 
Göstərilir  ki,  “Tədris  proqramı  ayrı-ayrı  fənnlərdən  bilik,  bacarıq  və  vərdişlərin, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə