Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə58/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   54   55   56   57   58   59   60   61   ...   111

198 
 
yeniləşdirilməsi,  hər  bir  şəxsə  hərtərəfli  bilik  və  bacarıqların  verilməsi  məqsədi  ilə 
təhsil sisteminin infrastrukturu və insan resuslarının inkişaf etdirilməsi nəzərdə tutulur. 
Azərbaycan  Respublikasında  səriştəli  təhsilverənlərə,  ən  yeni  texnologiyalara 
əsaslanan  infrastruktura  malik,  keyfiyyətli  göstəricilərinə  görə  dünya  ölkələri 
sırasında qabaqcıl  mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini  yaratmaq 
məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  24  oktyabr  tarixli 
Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 
təsdiq  edilmişdir.  Strategiyada  nəzərdə  tutulan  geniş  miqyaslı  tədbirlərin  həyata 
keçirilməsi üçün beş strateji istiqamət müəyyənləşdirilmişdir. 
Birinci  strateji  istiqamət  səriştəyə  əsaslanan  şəxsiyyətyönümlü  təhsil 
məzmununun  yaradılmasına  yönəldilmişdir  və  təhsilin  bütün  pillələri  üzrə 
kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. 
İkinci 
strateji 
istiqamət 
təhsil 
sahəsində 
insan 
resuslarının 
müasirləşdirilməsini nəzərdə tutur və innovativ təlim metodlarını tətbiq edən, təhsilin 
məzmununun  səmərəli  mənimsənilməsini  təmin  edən  səriştəli  təhsilverənin 
formalaşdırılmasına xidmət edir. 
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli 
idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. 
Dördüncü  strateji  istiqamət  müasir  tələblərə  uyğun  və  ömür  boyu  təhsili 
təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. 
Beşinci  strateji  istiqamət  Azərbaycan  Respublikasında  iqtisadi  cəhətdən 
dayanıqlı  və  dünyanın  aparıcı  təhsil  sistemlərinin  standartları  ilə  eyni  səviyyəyə 
uyğun  təhsil  sisteminin  maliyyələşdirilməsi  modelinin  qurulmasıdır.  Bu  istiqamətin 
həyata keçirilməsi üçün Təhsilin İnkişaf  Fondunun yaradılması nəzərdə tutulur. 
Nəzərdən  keçirdiyimiz  on  illik  bir  dövrə  aid  olan  təhsil  islahatı  ilə  bağlı 
məsələlərin  nəticələrini  əks  etdirən  məlumatların  təhlilindən  aydın  olur  ki,  təhsilin 
demək  olar  ki,  bütün  sahələrində  müvafiq  dəyişikliklər  aparılmış,  xüsusilə,  ümumi 
təhsil  sahəsində  maddi-texniki  bazanın  möhkəmləndirilməsi,  yeni  məzmunun  və 


199 
 
texnologiyaların  yaradılması,  müəllim  kadrlarının  hazırlanması  sahəsində  tədbirlərin 
həyata keçirilməsində xeyli işlər görülmüşdür. Təhsillə bağlı əsaslı tədqiqatlar aparan 
mütəxəssislərin  fikirlərinə  istinadən  demək  olar  ki,  son  on  il  müddətində  ardıcıl  və 
sistemli  şəkildə  həyata  keçirilən  islahat  tədbirlərində  təhsilin  müxtəlif  pillə  və 
səviyyələri  nəzərə  alınmış,  Müstəqil  Azərbaycanın  təhsil  siyasətinə  uyğun  olaraq 
onun  dünya təhsil sisteminə  inteqrasiya olunması zəruri şərt kimi diqqət  mərkəzində 
saxlanılmışdır.  Burada  əsas  məsələlərdən  biri  təhsildə  inkişafetdirici  amilin  nəzərə 
alınması və şəxsiyyətin  formalaşdırılmasının ön planda saxlanılmasıdır. 
Yeni  təhsil  proqramlarının  (kurikulumlarının)  hazırlanması  isiqamətində 
görülmüş işlər müasir təhsilin nailiyyətidir və hazırda bu tədbirlər davam etdirilir.  
 
 
5.2. Müasir təhsilin əsas prinsipləri 
 
Müasir  dövrdə  yaradılan  Milli  Təhsil  sisteminin  əsasında  demokratikləşdirmə, 
humanistləşdirmə, humanitarlaşdırma,  inteqrasiya, differensiallaşdırma,  fərdiləşdirmə 
kimi vacib prinsiplər durur. 
Demokratikləşdirmə.  Bu  prinsipdə  əsas  məqsəd  təhsildə  marağı  olan 
tərəflərin, dövlət strukturlarının, ictimaiyyətin təhsil prosesində fəal iştirakını və tədris 
müəssələrində şəffaflığın təmin edilməsidir. Demokratikləşdirmə şagird şəxsiyyətinin 
formalaşmasında başlıca rol oynayır. Lakin demokratiya yüksək şüurluluq və intizam 
tələb edir. 
Humanistləşdirmə. Təhsildə humanistləşdirmə: 

 
şagirdə münasibətin dəyişdirilməsinin; 

 
onun maraqlarının önə çəkilməsinin; 

 
humanist şəxsiyyət kimi formalaşmasının; 

 
əqli  və  fiziki  imkanlarından,  qabiliyyətindən  asılı  olmayaraq  şəxsiyyətinə 
hörmətlə yanaşılmasının; 


200 
 

 
istedad  və  bacarığının  üzə  çıxarılması  və  inkişafına  şərait  yaradılmasının 
nəzərdə tutulmasıdır. 
Bu prinsipdə şəxsiyyətin fəallığı (təşəbbüskar, fəaliyyətsevən, öz hərəkətlərində 
və  davranışında  müstəqil  olan  insan  nəzərdə  tutulur),  daxili  azadlıq  (insanın  seçim 
hüququnun  olması),  mənəviyyatlılıq  (insana  hörmət,  məhəbbət,  qarşılıqlı  anlaşma, 
inkişafa,  yaradıcılığa  meyletmə  kimi  ülvi  dəyərlərə  əsaslanan  həyat  tərzi)  kimi 
keyfiyyətlər  əsas  götürülür.  Müasir  təhsilin  əsas  məqsədi  təlim-tərbiyə  yolu  ilə 
şagirdlərdə sosial əhəmiyyətli keyfiyyətlərin və qabiliyyətlərin inkişaf etdirilməsindən 
ibarətdir. 
Başqa  sözlə,  təhsilin  humanistləşdirilməsi,  ilk  növbədə,  təhsil  sistemində 
obyekt  dünyagörüşlülüyünün  subyekt  dünyagörüşlülüyü  ilə  əvəz  olunmasını  tələb 
edir. 
Obyekt  dünyagörüşlü  insan  yerli-yersız  başqalarından  fərqlənməyə  çalışır, 
inkişafda olan insanları  məzəmmət edir,  hər cür  yeniliyə neqativ  münasibət bəsləyir, 
laqeydliyi  həyatın  norması  sayır,  problemlərdən  qorxur,  ünvanına  edilən  tənqidi 
sevmir, təşəkkür etməyi bacarmır, fikirlərini və davranışını qiymətləndirmək vərdişinə 
malik olmur. 
Subyekt dünyagörüşlü insan isə başqasının fəaliyyətini və qeyri-adiliyini qəbul 
edir,  fəal  və  müstəqil  olmasını  təqdir  edir,  daxili  seçim  hüququnu  tanıyır,  başqasının 
mənəviyyat  hüququna,  yəni  hörmətə  layiq  olmaq,  anlamaq,  yaradıcılıq,  özünü 
inkişafetdirmə hüquqlarına hörmətlə yanaşır. 
Humanistləşdirmə  prinsipi  həmçinin  dialoji  münasibətlərin  qurulması  ilə 
reallaşdırılır. Dialoji fəaliyyət forması subyekt-subyekt münasibətlərinin qurulmasıdır. 
Bu  halda  əsas  məqsəd  informasiyaları  əzbərliyib  olduğu  kimi  başqasına  söyləmək 
yox, təhlil etmək və mənimsəməkdir. 
Dialoji  münasibətlər  müxtəlif  yollarla  qurula  bilər:  müəllim-şagird,  şagird-
şagird, şagirdin özü-özünə, şagird-təlim materialı, müəllim-valideyn, müəllim-məktəb 
rəhbərliyi və s.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə