187
Tənliyə görə 2 mol sink 1 mol oksigenlə reaksiyaya girərək, 2 mol sink oksid
əmələ gətirir. Qısa yazılış bu şəkildə ola bilər:
ν(Zn) : ν(O
2
) : ν(ZnO) = 2:1:2
və ya
ν(Zn) =
2
1
ν(O
2
) = ν(ZnO).
Reaksiyaya girən maddə nisbətlərinin qısa yazılışindan istifadə etməklə bir çox
hesablamaları aparmaq olar. Məsələn, 5 mol sinkin oksidləşməsi zamanı 5 mol sink
oksid əmələ gələr və 2,5 mol oksigen sərf olunar.
Maddə kütləsinin hesablanması zamanı aşağıdakı düsturdan istifadə edilir:
m = ν · M
5 mol sinkin oksidləşməsindən əmələ gələn sink oksidin kütləsi:
m(ZnO) = 5 mol · 81 q/mol = 405 q.
Digər reaksiya iştirakçıları üçün də analoji hesablamalar aparmaq olar.
Məsələ 6. 4 q mis(II)oksid əmələ gəlməsi üçün mislə reaksiyaya girmiş
oksigenin kütləsini və maddə miqdarını hesablayın.
Verilir: Həlli:
m(CuO) = 4 q Reaksiyanın tənliyini yazaq:
------------------- 2Cu + O
2
= 2CuO
ν(O
2
) - ? Tənlik üzrə maddə miqdarlarının nisbəti:
m(O
2
) - ? ν(O
2
) : ν(CuO) = 1:2,
2
1
ν(O
2
) = ν(CuO).
Mis 2-oksidin maddə miqdarı aşağıdakı düsturla hesablanır:
ν =
M
m
,
ν(CuO) =
mol
qr
qr
|
80
4
= 0,05 mol,
188
ν(O
2
) =
2
1
ν(CuO) =
2
1
· 0,05 mol = 0,025 mol,
m(O
2
) = ν · M = 0,025 mol · 32 q/mol = 0,8 q.
Cavab: ν(O
2
) = 0,025 mol, m(O
2
) = 0,8 q.
4.2. Məktəb kimya kabinetində kompüterdən istifadə
Məktəb praktikasında müasir kompyüterlərdən istifadə etməklə aşağıdakıları
həyata keçirmək olar:
xüsusi proqramların köməyilə tədris;
şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasının təşkili;
məsələnin mahiyyətini anlamağa kömək edən modelləşdirmə;
tədris prosesinin təşkili;
tətbiqi məsələlərin həllində kompyüterdən istifadə;
dərs vəsaitlərinin hazırlanması.
Kompyüterin imkanlarının reallaşdırılması üçün xüsusi hazırlanmış
proqramlara ehtiyac var.
Tədris üçün olan kompakt-disk, hər şeydən əvvəl, təlimverici məlumat daşıyır.
İlkin didaktik funksiya – şagirdlərə yeni biliklərin çatdırılması buradan qaynaqlanır.
Bu dərslərdə aşağıdakı didakdik priyomlar tətbiq edilir: şagirdə birbaşa
müraciət, ekoloji xarakterli məlumatlardan, tarixi faktlardan istifadə, ənənəvi kimyəvi
təcrübələrin qeyri-adi qoyuluşu və s. Kimyəvi biliklərin gündəlik həyatda praktiki
tətbiqinə mühüm diqqət yetirilir.
Kompakt-disk şagirdlərin fəaliyyət növlərinin, tapşırıqların formalaşdırıl-
masının müxtəlifliyini nəzərdə tutur.
189
Kompakt-disklə işləməyə maraq yaratmaq üçün materialın məntiqi açılışı
böyük əhəmiyyət kəsb edir ki, bu da şagirdlərə tədris olunan proqram və dərsliklərin
məntiqi ilə təyin edilir.
Kompakt-disklərin didaktik imkanları
1.
Şagirdlərə yeni biliklərin verilməsi.
2.
Bilik və bacarıqların möhkəmləndirilməsi, təkmilləşdirilməsi və yoxlanması.
3.
Kimyanın öyrədilməsi üçün müsbət motivasiyanın formalaşdırılması.
4.
Şagird (birinci növbədə!) və müəllim (ikinci planda) tərəfindən kimyəvi
biliklərin həcminin, dərinliyinin və onların mənimsənilməsi ardıcıllığının seçilməsi
imkanı, yəni fərdi tədris yolunun seçilməsi.
5.
Ümumi intellektual bacarıqların, hər şeydən əvvəl, audiovizual informasiya
ilə işləmək bacarıqlarının inkişafı.
Kompakt-disklərin effektiv istifadə şərtləri digər texniki vasitələrin effektiv
tətbiqi şərtlərindən, o qədər də çox fərqlənmir.
Əsas didaktik şərtlər:
1.
CD-dən istifadənin perspektivli planlaşdırılması, praktikada sistemlilik
didaktik prinsipini reallaşdırmağa imkan verir.
2.
Prosesin qedişində metodik analiz:
a)
kompakt-diskin hər hansı parçasının tədris proqramına uyğunluğu müəyyən
edilir;
b)
konkret dərsdə kompakt-diskin tətbiqinin konkret məsələləri nəzərdə
tutulur;
c)
bütün şagirdlərin işləyəcəyi əsas materialdan əlavə, həm zəif, həm də
qüvvətli şagirdlər üçün material ayrılır.
3.
Tədris vasitələrinin kompleks istifadəsi məqsədəuyğundur. Çünki, hətta ən
yaxşı kompakt-disk belə, poliqrafik dərsliyi, kimyəvi eksperimenti, təbii obyektlərlə,
modellərlə işi əvəz edə bilmir.
190
Texniki şərait bir çox hallarda işin effektivliyini müəyyən edir.
Əgər kabinetdə kompyüter yoxdursa, onda müəllim kompakt-disklə evdə
işləməyi şagirdlərə tapşıra bilər.
Kompyüter və televizorun olması videofraqmentlərdən (təcrübələrin, tədris
multiplikasiyasının, atom və molekulların interaktiv modellərinin yazılması) bütün
sinfə nümayiş etdirmək üçün istifadəyə imkan verir. Kimya kabinetində müəllim üçün
avtomatlaşdırılmış iş yeri yaratmaqla, imkanları genişləndirmək olar.
Müəllimin avtomatlaşdırılmış iş yerində, kompyüterdən əlavə, proyektor da
olmalıdır ki, onun vasitəsilə kompyüterdə olan məlumatlar (təsvir) böyük ekranda
nümayiş etdirilsin. Bunun üçün “Проигрыватель Windows Media” proqramından
istifadə etmək, yaxud ayrı-ayrı fraqmentlərdən diafilm tərtib etmək olar. Diafilm
hazırlamaq üçün “Power Point” proqramından istifadə etmək olar.
Laboratoriya şəraitində aparılması çətin və təhlükəli olan kimyaya aid
təcrübələrin kompyüter vasitəsi ilə ekranda nümayiş etdirilməsi məqsədəuyğundur.
Aparılan tədqiqatlar göstərir ki, real eksperimentin videoyazı ilə əvəz edilməsi
o vaxt təqdirəlayiq hesab edilir ki, burada metodik baxımdan orijinal və dəyərli
material təqdim edilsin; məktəb kimya laboratoriyasında aparılması mümkün olmayan
kimyəvi eksperiment nümayiş etdirilsin. Bu o demək deyil ki, kimyəvi eksperimentin
videoyazılarından tədris zamanı istifadə edilməsin. Maddələrin çevrilməsini böyük
ekranda hansı anda və necə göstərmək lazım olduğunu müəyyən etmək lazımdır.
Kompakt-diskin kimyəvi eksperimentlə və digər tədris vasitələri ilə uyğunluğunun bir
neçə variantını nəzərdən keçirək.
Halogenlərin nümayəndəsi kimi xlorun kimyəvi xassələrinin öyrədilməsi
zamanı müəllim müxtəlif maddələrin xlorda yanmasını nümayiş etdirir: dəmirin,
misin, stibiumun, kükürdün və b. Növbəti dərsə hazırlıq zamanı şagird dərslikdən bu
təcrübələrin təsvirini oxuyur və dərsdə gördüklərini təsəvvüründə canlandırır.
Kompakt-diskə yazılan müvafiq fraqmentdən istifadə edilməsi şagirdlərə həm
Dostları ilə paylaş: |