Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   53   54   55   56   57   58   59   60   ...   111

194 
 
sistemi 
Kimyanın 
ayrı-ayrı 
mövzularının  tədrisi  üzrə 
şagirdlər  üçün  metodik 
təlimatların hazırlanması. 
 
“Microsoft  Office”-in  imkanları  ilə  ətraflı  olaraq  xüsusi  ədəbiyyatlardan  tanış 
olmaq olar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


195 
 
V FƏSİL 
AZƏRBAYCAN TƏHSİLİ MÜASİR MƏRHƏLƏDƏ 
                  
5.1. Təhsil islahatı proqramı və onun mərhələləri. 
 
Azərbaycanda dövlət  müstəqilliyinin bərpasından sonra digər sahələrdə olduğu 
kimi, təhsildə də məqsədyönlü  islahatlar  aparılmağa başlanıldı. 
Bunlardan ən başlıcası dövlətin, zamanın tələblərinə  görə dünya təcrübəsi əsas 
tutulmaqla  ümumi  təhsilin  yeni  konsepsiyasının,  Milli  Kurikulum  sənədinin  işlənib 
hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, yeni 
kurikulumların yaradılmasıdır .  
Həmin islahatların əsasını aşağıdakı inkişafyönümlü layihələr təşkil edir: 
1999-2003-cü illəri əhatə edən Öyrədici-İnnovasiya Layihəsi.  
Məqsəd:  Dünya  Bankının  qaydaları,  prosedurları,  təlimatları  üzrə,  zəruri  bilik 
və bacarıqların  formalaşdırılması,  müvafiq kadr hazırlığının təmin olunması və təhsil 
innovasiyalarının dəstəklənməsi. 
2003-2014-cü illəri əhatə edən Təhsil sektorunun inkişafı üzrə İkinci layihə. 
Məqsəd:  Ümumtəhsil  məktəblərində  təlimin  keyfiyyətinin  yüksəldilməsi  və 
ümumi təhsilə ayrılmış xərclərin səmərəliliyinin artırılması. 
Həmin  layihələr  çərçivəsində  müvafiq  qərarlar  qəbul  edilmiş  sənədlər 
imzalanmışdır.  Bunlardan  ən  əsas sənəd  1998-ci  ildə  yaradılmış  Dövlət  Komissiyası 
tərəfindən  hazırlanmış  1999-cu  ilin  iyunun  15-də  Ulu  Öndər  Heydər  Əliyevin 
sərəncamı  ilə  təsdiq  olunmuş  “Azərbaycan  Respublikasının  təhsil  sahəsində  İslahat 
Proqramı”dır. 
İslahat  Proqramının  təsdiqindən  sonra  1999-cu  ilin  iyunun  29-da  Azərbaycan 
Hökuməti  ilə  Dünya  Bankının  Beynəlxalq  inkişaf  Assosiasiyası  arasında  “İnkişaf 
üçün  kredit  haqqında  saziş”  imzalanmış  və  dövlət  başçısının  Sərəncamı  ilə  təsdiq 
edilmişdir. 


196 
 
Layihənin  həyata  keçirilməsi  dövründə,  ölkəmizin  təhsil  sistemində  islahat 
yönümlü  işləri,  mövcud  prosedurlara  uyğun  həyata  keçirən  kadr  potensialının 
formalaşması və yeni islahat layihəsinin hazırlanmasına zəmin yaratmışdır. 
Ümumilikdə  Dünya  Bankının  ekspertləri  tərəfindən  alınan  nəticələr  yüksək 
qiymətləndirildiyi  üçün  növbəti  layihənin  icrası  barədə  Azərbaycan  Hökuməti  ilə 
Dünya  Bankı  arasında  saziş  bağlandı.  Təhsil  Sektorunun  İnkişaf  Layihəsi  (TSİL) 
adlanan və 2003-2007-ci illəri əhatə edən həmin layihədə digər islahatyönümlü işlərlə 
yanaşı,  ümumi  təhsilin  keyfiyyətinin  yüksəldilməsi  ilə  onun  real  tələbatlara 
uyğunluğunun təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 
Təhsil  Sektorunun  İnkişaf  Layihəsi  yekunlaşdırıldığı  ərəfədə  islahatların 
müqayisəsinin  genişləndirilməsi  məqsədilə  yeni  bir  layihənin  –  Təhsil  Sektorunun 
İnkişafı üzrə İkinci Layihənin hazırlanıb həyata keçirilməsi qərarlaşdırıdı. Bu layihədə 
ümumi  təhsilin  məzmunu  sahəsində  islahatyönümlü  işlərin  davam  etdirilməsi  və 
ümumi  təhsilin  keyfiyyətinin  yüksəldilməsinə  aid  tədbirlərin  həyata  keçirilməsi, 
2007-2010-cu və 2010-2103-cü illəri əhatə edən iki mərhələ üzrə nəzərdə tutulmuşdur.  
Birinci  mərhələdə  islahat  tədbirlərinin  miqyasının  genişləndirilməsi,  ikinci 
mərhələdə  Təhsil  İslahat  Proqramının  real  nailiyyətlərinin  nəzərdən  keçirilməsi  və 
təhlil  edilməsi  üçün  münbit  şəraitin  yaradılması,  ümumtəhsil  məktəblərində  təlimin 
keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulmuşdur.  
İkinci  Layihənin  əhatə  etdiyi  müddətdə  ümumi təhsilin  məzmunu  ilə  bağlı  bir 
çox islahatlar aparılmış və uğurlu nəticələr əldə edilmişdir.  
Təhsil Sektorunun  İnkişaf Layihəsi həyata keçirildiyi dövrdə nəzərdə tutulmuş 
icra  planına  görə  Milli  Kurikulim  sənədinin  və  bunun  əsasında  ümumtəhsil 
məktəblərinin  ibtidai  təhsil  səviyyəsi  üçün  fənn  kurikulumlarının  hazırlanması 
məqsədilə işçi qrupu yaradıldı.  
Nəticə  etibarilə  30  oktyabr  2006-cı  ildə  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  təsdiq etdiyi “Azərbaycan Respublikasında  ümumi təhsilin  Konsepsiyası 
(Milli Kurikulumu)” sənədi qəbul olundu . 


197 
 
Bu  dövrlərdə  qəbul  edilən  dövlət  proqramlarının  –  “Texniki-peşə  təhsilinin 
inkişafı  üzrə  Dövlət  Proqramı  (2007-2012-ci  illər)”,  “2010-2013-cü  illərdə 
Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili  sistemində  islahatlar  üzrə  Tədbirlər 
Proqramı”,  “2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali  təhsil  sistemində 
islahatlar  üzrə  Dövlət  Proqramı”  həyata  keçirilməsi  istiqamətində  xeyli  işlər 
görülmüşdür. 
2007-ci ildə “Kurikulum”  jurnalı təsis edilmiş və ardıcıl nəşr olunur. 
2007-ci  ildə I-IV siniflər  üçün  fənn kurikulumları  və  onlara  uyğun dərsliklərin 
hazırlanması  ilə  bağlı  “Ümumi  təhsil  sistemində  dərslik  siyasəti”  sənədləri  qəbul 
olundu. 
2008/2009-cu  dərs  ilindən  etibarən  ümumtəhsil  məktəblərinin  ibtidai  təhsil 
səviyyəsində tədrisə yeni fənn kurikulumları və dərslik komplektləri ilə başlanılmışdır. 
2009-cu  ilin  yanvarında  Azərbaycan  Hökuməti  tərəfindən  Təhsil  Nazirliyinin 
hazırladığı  “Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  Qiymətləndirmə 
Konsepsiyası” sənədi təsdiq edildi.  
3  iyun  2010-cu  il  tarixdə  yeni  “Təhsil  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa  əsasən  təkmilləşdirilmiş  Milli  Kurikulum  sənədi  −  “Ümumi  təhsil 
pilləsinin  dövlət  standartları  və  proqramları  (Kurikulumları)”  hökumət  tərəfindən 
təsdiq edilmişdir. 
        Bu  müddətdə  V-XI  siniflər  üçün  fənn  kurikulumları  hazırlanmış  əvvəlcə  layihə 
variantı, 2013-cü ildə isə tamamlanmış formada mətbuatda çap olunmuşdur. 
2012-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 
tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 
ölkə  həyatının  bütün  sahələrində,  o  cümlədən  təhsildə  də  inkişaf  siyasətinin  əsas 
strateji  hədəfləri  göstərilmişdir.  Ümumi  təhsilin  inkişafı  ilə  bağlı  qarşıya  qoyulan 
vəzifələrdə,  2020-ci  ilə  qədər  12  illik  ümumi  təhsil  sisteminə  keçidin  təmin  edilməsi 
və  bununla  əlaqədar  təhsil  proqramları  və  dərsliklərin  müasir  tələblər  baxımından 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə