Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə56/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

191 
 
gördüklərini  möhkəmləndirməyə,  həm də bir sıra idraki tapşırıqları  yerinə  yetirməyə 
imkan verir. Məsələn, şagirdlərə aşağıdakı tapşırıqlar  verilə  bilər: 
1.
 
Bu  təcrübələrin  müəllim  tərəfindən  dərsdə  icrası  ilə  eksperiment  aparanın 
kinostudiyada icrasını müqayisə edin. Oxşar və fərqli cəhətlərini göstərin. 
2.
 
Eksperiment aparan hansı texniki təhlükəsizlik qaydalarını pozmuşdur? Belə 
qayda pozğunluqları  real  şəraitdə hansı nəticələrə səbəb ola bilər? 
3.
 
Videoyazıdakı hansı məlumat proseslərin mahiyyətini anlamağa kömək edir, 
hansı mane olur? Nə üçün? 
            Nəzərdən  keşirilən  nümunədə  real  kimyəvi  eksperiment  videoyazının 
nümayişindən  əvvəl  aparılmış,  aralarındakı  interval  əhəmiyyətli  dərəcədədir  (dərs  – 
növbəti dərsqabağı evdə sərbəst yerinə yetirilmək üçün verilən tapşırıq ). 
Kompakt-disklə ev tapşırığı növbəti dərsdə mütləq davam etməlidir. Kompakt-
disk  üzrə  ev  tapşırığının  yoxlanılması  (məsələn,  mis  və  dəmirin  xlorda  yanmasının 
həmin  videoyazısı)  şagirdlərin  evdə  işlədikləri  fraqmentin  istifadəsini  nəzərdə  tutur. 
Verilmiş  halda  ilk  növbədə,  şagirdlərin  kimyəvi  bilikləri,  lakin  bununla  yanaşı,  həm 
də  ümumi  intellektual  bacarıqları  yoxlanılır: 
-
 
öz fikirlərini əsaslandırmaq bacarığı; 
-
 
vizual  məlumatı  analiz  etmək  və  bu  analiz  əsasında  yeni,  verbal  formada 
(fikrən aparılan analiz və sintez əməliyyatları) təqdim olunan məlumat; 
-
 
müzakirə  olunan  məsələ  üzrə  sinif  yoldaşlarının  fikirlərini  dinləmək  və 
eşitmək, bu fikirləri qəbul etmək və ya əsaslandıraraq inkar etmək bacarığı. 
Şagirdlərin bilik və bacarıqlarının yoxlanmasının metodik üsulları müxtəlifdir. 
Kabinetdə  müəllimin  avtomatlaşdırılmış  iş  yerinin  mövcud  olduğu  zaman, 
kimya dərslərində kompakt-diskdən istifadənin minimum altı variantı mümkündür. 
Kimya  kabinetində  daim  nümayiş  və  şagird  eksperimenti  aparılır  ki,  bu  da 
reaktiv  və  qurğuların  hazırlanmasını  tələb  edir.  Reaktivlər  tədricən  sərf  edildiyindən, 
yenilərinin  əldə  edilməsi  tələb  edilir.  Şagirdlər  adətən  məhlullarla  işlədiklərindən, 
daim  onların  hazırlanması  lazım  olur.  Yəni  kimya  müəllimi  həm  də  təsərrüfat 


192 
 
qayğıları  ilə  məşğul  olmağa  məcburdur.  Laborator  təsərrüfatda  ən  çətin  içi 
kompyüterə keçirtmək olar, bunun üçün “Microsoft Office” paketindən istifadə edilir. 
 
Cədvəl 9. 
Kimya dərsində kompakt-diskin istifadə variantları 
 
Kompakt-diskin 
kimyanın digər 
tədris vasitələri ilə 
uyğunluğu 
 
Həll olunmalı məsələlər 
Dərsdə kimyəvi 
eksperiment – 
evdə CD-ROM 
1.
 
Gördüklərinin yaddaşda bərpası. 
2.
 
Dərsdə  Vizual  məlumatda  əsas  olanı  seçmək  bacarığının 
inkişafı. 
3.
 
Fikri müqayisə əməliyyatının təkmilləşdirilməsi. 
Bir dərsdə 
kimyəvi 
eksperiment – 
növbəti dərsdə 
CD-ROM 
1.
 
Şagirdlərin kimyəvi biliklərinin yoxlanması. 
2.
 
Bildiklərinin təkrarı və ümumiləşdirilməsi. 
3.
 
Fikrin  əsaslandırılması,  analiz,  müqayisə,  alternativ  fikri 
qəbul etmək və ya inkar etmək bacarıqlarının yoxlanması. 
4.
 
Vizual  məlumatı oxuyub, anlamaq bacarığının  inkişafı  və 
təkmilləşdirilməsi. 
Bir dərsdə 
nümayiş cədvəli 
→real 
eksperiment→CD-
ROM 
1.
 
Mürəkkəb qurğunun qurulmasını  və çox  vaxt ayrılmasını 
tələb  edən  eksperimentə  əsaslanan  yeni  biliklərin 
şagirdlərə çatdırılması. 
2.
 
Vizual  məlumatı oxuyub, anlamaq bacarığının  inkişafı  və 
təkmilləşdirilməsi. 
3.
 
Müxtəlif  formada  təqdim  edilən  informasiyanın 
müqayisəsi. 
CD-ROM – 
laborator təcrübə 
1.
 
Fəaliyyət  üsulları  haqqında  yeni  biliklərin  şagirdlərə 
çatdırılması. 
2.
 
Ekran mətnlərini oxumaq bacarığının təkmilləşdirilməsi. 
3.
 
Texniki 
təhlükəsizlik 
qaydalarına 
aid 
biliklərin 
yoxlanması. 
Laborator təcrübə 
zamanı CD-ROM 
1.
 
Kimyəvi 
eksperimentin 
yerinə 
yetirilməsi 
zamanı 
özünükontrol. 
2.
 
Ekran mətnlərini oxumaq bacarığının təkmilləşdirilməsi. 
 
Yalnız CD-ROM  Məktəb kimya laboratoriyası şəraitində  real nümayişi prinsipial 
olaraq qeyri-mümkün olan maddə çevrilməsinin nümayişi. 


193 
 
 
Cədvəl 10. 
Kimya kabinetində kompyüterdən istifadə 
 
Proqramın adı 
Təyinatı 
Kimyanın tədrisində 
istifadə imkanları 
Microsoft Word 
İstənilən 
sənəd 
mətnlərinin  hazırlanması, 
redaktəsi, çapı və elektron 
poçtla göndərilməsi 
Paylanan 
mətnlətin 
(yoxlama 
yazı 
işləri, 
sorğu  cədvəlləri  və  s.) 
hazırlanması. 
Tematik 
və 
təqvim 
planlarının hazırlanması. 
“Bir  düyməyə  basmaqla” 
eynitipli 
sənədlərin 
yaradılmasış 
Kabinetin təşkili. 
Microsoft Excel 
Göstəricilərin 
sadə 
bazalarının yaradılması və 
işlədilməsi, 
mürəkkəb 
hesablamalar. 
Operativ 
qeydiyyat, 
reaktivlərin silinməsi. 
Məhlulların  hazırlanması 
ilə bağlı hesablamalar. 
Bütün  tədris  müddətində 
kimyanın  öyrənilməsində 
şagird 
nailiyyətlərinin 
müqayisəsi 
və 
qiymətləndirilməsi. 
Microsoft Access 
Göstəricilərin  mürəkkəb 
bazalarının yaradılması və 
işlədilməsi. 
Kimya 
kabinetinin 
inventar 
və 
material 
dəftərləri. 
Microsoft Power Point 
Prezentasiyaların 
hazırlanması 
Kimyanın tədrisinin ekran 
vasitələrinin 
(transparantlar,  diafilmlər 
və s.) yaradılması. 
Microsoft Outlook 
Vaxtın planlaşdırılması 
Dərs 
və 
dərsdənkənar 
məşğələlərin 
(dərnəklər, 
elektiv(seçmə) 
kurslar, 
ekskursiyalar) cədvəli . 
Sinif 
rəhbərinin 
işinin 
planlaşdırılması. 
Microsoft Publisher 
Stolüstü 
mini-nəşriyyat  Kabinetin təşkili. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə