Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə64/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

217 
 
mərhələsinin  təşkili  üçün  çox  vacibdir.  Deklorativ  biliklərdən  şagirdin  idraki 
fəaliyyətinin təşkilində düzgün istifadə edilməlidir.  
•  Prosedural  bilik  prosesi  ehtiva  edir.  Bu  bilik  növü  hər  hansı  fənn  üzrə 
mühüm  vərdiş  və  proseslər  kimi  qəbul  edilə  bilər.  Problemin  həlli  zamanı  istifadə 
edilən  biliklər  prosedural  biliklər  hesab  edilir.  Prosedural  biliyin  deklorativ  bilikdən 
fərqi ondan ibarətdir ki, bu biliklər tapşırığın yerinə yetirilmə prosesində tətbiq edilir. 
Bu  səbəbdən  prosedural  biliyi  Blumun  taksonomiyasında  tətbiq  mərhələsi  ilə 
əlaqələndirmək olar. 
•   Kontekstual  bilik  hər  hansı  prosesdə  əldə  edilən  yeni  informasiya  və  ya 
müəyyən  informasiyalara  tətbiq  edildikdə  yeni  məna  alan  informasiyalar  kimi 
dəyərləndirilir. Kontekstual nəzəriyyəyə əsasən, təlim o zaman baş verir ki, şagird öz 
bilik  dairəsi  çərçivəsində  yeni  informasiyalar  və  ya  biliklər  emal  etsin. 
İnformasiyaların  emalı  məzmunda  yeni  məna  axtarmaqla  və  həmin  mənaları 
inandırıcı şəkildə əlaqələndirməklə həyata keçirilir. 
Bilik  kateqoriyalarının  standartlar  üzrə  uyğun  nisbətlərə  bölgüsü  aşağıdakı 
məsələlərin nəzərə çatdırılmasına və həyata keçirilməsinə xidmət edir: 
a) informasiyalar  sadəcə  yaddaşda  mühafizə  olunmalı  deyil,  onlar  problemin 
həllində səmərəli istifadə edilməlidir. 
b) informasiyalar  şagirdlər  tərəfindən  yeni  informasiyaların  yaradılmasına 
yardımçı olmalıdır. 
Fəaliyyətin xüsusiyyətləri. Məzmun standartlarında fəaliyyət taksonomiyaların 
köməyi  ilə  sistemləşdirilir.  Müxtəlif  taksonomiyalardan  yalnız  üçü  –  idraki 
(koqnutiv), emosional və psixomotor taksonomiyalar mütəxəssislər tərəfindən təhsil 
üçün əhəmiyyətli hesab edilmişdir. 
İdraki  fəaliyyəti  əks  etdirən  standartlar,  ilk  növbədə,  intellektual  bacarıq  və 
vərdişlərin  inkişaf  etdirilməsinə  istiqamətlənir.  B.Blumun  adı  ilə  bağlı  olan 
fundamental idraki taksonomiyalarda düşünmə bacarıqları sadədən mürəkkəbə doğru 
mərhələlərə  görə  təsnif  edilir.  Bu  taksonomiya  ona  görə  fundamentaldır  ki,  sonrakı, 


218 
 
daha mürəkkəb idraki bacarıqların (problem həlletmə, mühakimə yürütmə, isbatetmə, 
əlaqələndirmə)  əsasını  təşkil  edir.  Fənn  üzrə  məzmun  standartlarının  fəaliyyət 
(bacarıq) komponentinin tərtibində  idraki  bacarıqlar sistemli şəkildə  işlənir. Standart 
mütəxəssisləri hesab edirlər ki, idraki taksonomiyaların bütün mərhələləri hər bir sinif 
üzrə standartlarda öz əksini tapmalıdır. Lakin həmin mərhələlər hər sinifdə şagirdlərin 
yaş  həddi  nəzərə  alınmaqla  sinifdən-sinfə,  sadədən  mürəkkəbə  doğru  inkişaf 
etdirilməlidir.  Həmçinin  hər  üç  taksonomiyaların  bütün  mərhələlərini  ifadə  edən 
feillər  də  müəyyənləşdirilmişdir.  Feil  idraki  bacarığın  taksonomiyanın  hansı 
mərhələsinə  aid  olduğunu  əks  etdirir.  N.  Gronland  bu  məsələ  ilə  bağlı 
araşdırmalarında  taksonomiyaların  mərhələlərinin  səciyyəvi  xüsusiyyətlərini    və 
onları əks etdirən feilləri müəyyən etmişdir. 
Cədvəl 11. 
Blumun taksonomiyasının mərhələlərinin səciyyəvi xüsusiyyətləri. 
 
Mərhələ 
Şagird davranışının xüsusiyyətləri 
Bilmə 
Yadda saxlama; xatırlama, tanıma; yadıma salma 
Anlama 
İzahetmə; məsələni bir ifadə vasitəsindən digər ifadə 
vasitəsinə çevirmə; öz sözləri ilə təsviretmə 
Tətbiqetmə 
Problem həlletmə; müəyyən nəticələr əldə etmək 
üçün informasiyaları tətbiqetmə 
Təhliletmə 
Bir yerdə necə mövcud olduğunu göstərmək üçün 
parçalama, bölmə; ünsiyyətin əsasını təşkil edən strukturu 
tapma; motivləri müəyyənləşdirmə 
Sintezetmə 
Həm şifahi formada, həm də fiziki obyekt ola bilən 
unikal (yeganə), orijinal (ilkin) məhsulun yaradılması 
Dəyərləndirmə 
Məsələ haqqında mühüm qərarlar çıxarma; 
mübahisələri və ya fikir müxtəlifliklərini həlletmə 
 
 
 


219 
 
Cədvəl 12. 
Blumun taksonomiyasının mərhələlərini ifadə edən feillər 
 
Mərhələ 
Fəaliyyət göstəriciləri olan feillər 
Bilmə 
Müəyyən edir, təsvir edir, sadalayır, sıralayır, seçir 
Anlama 
Fərqləndirir, izah edir, nümünələr gətirir 
Tətbiqetmə 
Dəyişir, hesablayır, istifadə edir, işlədir, nümayiş etdirir 
Təhliletmə 
Ayırır, hissələrə bölür, əlaqələndirir, fərqləri əsaslandırır, 
müəyyən edir 
Sintezetmə 
Yaradır, tərtib edir, yazır, ifadə edir 
Dəyərləndirmə 
Müqayisə edir, qarşılaşdırır, mühakimə yürüdür 
 
Taksonomiyalar  standartların  həm  tərtibində,  həm  tətbiqində,  həm  də 
qiymətləndirilməsində mühüm rol oynayır. 
Standartlarda  nəzərdə  tutulan  ikinci  əsas  məsələ  şagirdlərin  dəyərlərə 
münasibətini  inkişaf  etdirməkdən  ibarətdir.  Bu  məsələnin  həllində  affektiv 
(emosional)  taksonomiyaların  rolu  əvəzsizdir.  Affektiv  taksonomiyalar  şagirdlərin 
hiss,  yanaşma,  dəyər  və  emosiyalarının  inkişafının  təşkilində  böyük  əhəmiyyətə 
malikdir. 
D.Krasvol  1964-cü  ildə  affektiv  taksonomiyasının  təsnifat  sistemini 
yaratmışdır. Bu taksonomiyanın beş mərhələsi müəyyən olunmuşdur. 
N.Gronland  affektiv  taksonomiyalarla  bağlı  araşdırmalarında  hər  mərhələnin 
səciyyəvi xüsusiyyətlərini və onları əks etdirən feillər sırasını vermişdir. 
 
 
 
 
 


220 
 
Cədvəl 13. 
Affektiv taksonomiyanın mərhələləri və onların səciyyəvi xüsusiyyətləri 
 
Mərhələ 
Şagird davranışının xüsusiyyətləri 
Məqbulsayma 
Şagird hər hansı bir təlim prosesində iştirak etmək üçün 
stimullaşdırılır. Bu standartlarda məsələlər əşyanın 
mövcudluğunu anlamadan ona seçimli yanaşmaya qədər 
inkişaf etdirilir. 
Reaksiyavermə 
Şagird təlim prosesində fəal iştirak edir, suallara cavab, 
hadisələrə reaksiya verir. Bu standartlarda şagirdin zövq və 
maraqlarının axtarılması və fəaliyyətdə tətbiqi vurğulanır. 
Dəyərləndirmə 
Şagirdin hər hansı əşya və ya hadisəni dəyərləndirməsinə 
xidmət edir. Bu standartlar baş verənlərə münasibətin təhlil 
edilməsi üçün şərait yaradır 
Təşkiletmə 
Şagirdin dünyagörüşünün formalaşmasına xidmət edən 
standartlar bu mərhələyə əsaslanır. 
Dəyər və ya 
dəyərlər sistemini 
xarakterində 
əksetdirmə 
Bu mərhələdə fərd davranışlarını nəzarətdə saxlayan və 
həyat tərzini müəyyənləşdirən dəyərlər sisteminə malikdir. 
Bu məzmun standartları şagirdin şəxsi, ictimai və 
emosional davranışının formalaşmasına yardımçı olur. 
 
Cədvəl  14. 
Affektiv taksonomiyanın mərhələlərini əks etdirən feillər 
Mərhələ 
Şagird davranışının xüsusiyyətləri 
Məqbulsayma 
Soruşur, cavab verir, dəstəkləyir, riayət edir 
Reaksiyavermə 
Kömək edir, müzakirə edir, nümayiş etdirir, 
təqdim edir, oxuyur, şeir söyləyir, danışır 
Dəyərləndirmə 
Oxuyur, məruzə edir, fikir mübadiləsi edir, 
dəvət edir, öyrənir, çalışır, münasibətini 
bildirir, izah edir 
Təşkiletmə 
İcra edir, dəyişir, müqayisə edir, müdafiə 
edir, təşkil edir, hazırlayır 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə