Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə66/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   62   63   64   65   66   67   68   69   ...   111

224 
 
fərqini izah edin, nəticə çıxarın, isbat edin, aydınlaşdırın, yekunlaşdırın, əsas ideyanı 
göstərin və s. 
Tapşırıq nümunələri: 
1.
 
Kovalent rabitənin əmələgəlmə mexanizmini izah edin. 
2.
 
Turş duzların tərifini başqa şəkildə ifadə edin. 
3.
 
Oksidlərə aid biliklərinizi ümumiləşdirin. 
4.
 
İon kristal qəfəsli maddələrin xassələrini onlardakı kimyəvi rabitənin təbiəti 
ilə əlaqələndirin. 
5.
 
Azotun  qrupunun  nömrəsinə  bərabər  maksimum  V  valentlik  göstərə 
bilməməsini əsaslandırın. 
6.
 
Turşuların  əsas  xassələrinin  onun  tərkibində  olan  hidrogen  atomu  ilə 
əlaqədar olmasını aydınlaşdırın. 
7.
 
Nitrat turşusu ilə sulfat turşusu arasındakı oxşar və fərqli cəhətləri göstərin. 
8.
 
Məhlulların faizlə və molyar qatılığına aid təriflərini riyazi düsturlarla ifadə 
edin. 
Tətbiqetmə  -  Bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  öyrəndiklərini  konkret 
şəraitdə,  qarşılaşdığı  yeni  situasiyalarda  tətbiq  etməyi  bacarmasıdır.  Buraya  qayda, 
prosedur,  qanun,  prinsip  və  nəzəriyyələrin  tətbiqi  aiddir.  Bu  nəticələr  materialın 
anlama səviyyəsindən yüksək səviyyədə mənimsənilməsini tələb edir. 
Təlim məqsədlərinin tipləri: 

 
Şagirdin qanun, prinsip və nəzəriyyələri tətbiq etməsi. 

 
Şagirdin qayda və prosedurları düzgün tətbiq etdiyini nümayiş etdirməsi. 

 
Şagirdin öyrəndiklərini yeni situasiyalarda tətbiq etməsi. 
Müəllimin  tapşırıqları  tərtib  etməsi  üçün  feillər:  tətbiq  edin,  istifadə  edin, 
işlədin, həll edin, isbat edin, göstərin, nümayiş etdirin, təşkil edin və s. 
Tapşırıq nümunələri: 
1.
 
Kimyəvi  reaksiyada  başlanğıc  maddənin  qatılığının  zamandan  asılılıq 
qrafikini qurun. 


225 
 
2.
 
Buz, su və buxarın eyni maddə olduğunu  əsaslandırın. 
3.
 
Metalların  elektrokimyəvi  gərginlik  sırasından  istifadə  edərək  onların 
turşulara təsirini izah edin. 
4.
 
Oksigenin canlıların həyatı üçün əhəmiyyətini əsaslandırın. 
5.
 
İstənilən duzun laboratoriyada alınması üçün üsul təklif edin. 
6.
 
Üzvi  birləşmələrin  əsas  sinifləri  arasında  genetik  əlaqəni  əks  etdirən  sxem 
hazırlayın. 
7.
 
Suyun  tərkibinin  iki  hissə  hidrogen  və  bir  hissə  oksigendən  ibarət  olmasını 
təsdiq edən təcrübə aparın. 
Təhliletmə  (analız)  –  Bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  öyrəndiyi 
materialı onun strukturunu aydın şəkildə əks etdirən hissələrə bölə bilməsidir. Buraya 
tamın  (sistemin)  hissələrə  bölünməsi,  onlar  arasında  əlaqənin  müəyyən  edilməsi  və 
təşkilolunma  prinsiplərinin  başa  düşülməsi  aiddir.  Bu  mərhələnin  təlim  nəticələri 
anlama  və  tətbiqetmə  mərhələlərindən  daha  yüksək  idrak  fəaliyyəti  ilə  səciyyələnir, 
təlim  materialını  bütövlükdə  mənimsəməklə  yanaşı  onun  daxili  strukturunun  da 
mənimsənilməsi tələb olunur. 
Təlim məqsədlərinin tipləri:  

 
Şagirdlərin gizli olan və aşkar şəkildə verilməyən fikirləri müəyyən etməsi. 

 
Şagirdin faktları və nəticələri bir-birindən fərqləndirməsi. 

 
Şagirdin verilənləri əhəmiyyətlilik dərəcəsinə görə dəyərləndirməsi. 

 
Şagirdin məntiqi mühakimələrdə səhv və nöqsanları müəyyən etməsi. 
Müəllimin tapşırıqlar tərtib etməsi üçün feillər: təhlil edin, hissələrə bölün, 
müqayisə  edin,  təsnif  edin,  fərqləndirin,  müəyyən  edin,  tapın,  təkzib  edin,  yoxlayın, 
təsdiq edin, nəzarət edin, tədqiq edin, nəticə çıxarın, əsaslandırın, sadələşdirin və s. 
Tapşırıq nümunələri: 
1.
 
Bəzi metalların rütubətli havada qaldıqda səthlərində baş verən dəyişiklikləri 
təhlil edin. 
2.
 
Kimyəvi reaksiyanın sürətinə təsir edən amilləri səciyyələndirin. 


226 
 
3.
 
İnsanın dəm qazından zəhərlənməsinin səbəbini araşdırın. 
4.
 
Sulfat turşusunun kontakt üsulu ilə istehsalının əsasında duran elmi-texnoloji 
prinsipləri müəyyən edin. 
5.
 
Elektrolizin  mahiyyətini  ifadə  etmək  üçün  ona  qədər  olan  prosesləri 
hissələrlə təhlil edin. 
6.
 
Molekulyar  quruluşlu  maddələrin  xassələrini  onların  quruluşları  ilə  əlaqəli 
şəkildə müəyyən edin. 
7.
 
Valentliyi kimyəvi rabitə nəzəriyyəsi baxımından izah edin. 
8.
 
Metalların elektrokimyəvi gərginlik sırasında özündən sonra yerləşən metalı 
duzunun  məhlulundan  sıxışdırıb  çıxarması  fikirinin  bütün  metallara  aid  olmamasını 
əsaslandırın. 
9.
 
Dəmirin rütubətli havada paslanmasını kimyəvi reaksiyalarla əsaslandırın. 
10.
 
 Elementlərin  dövrlər  üzrə  soldan  sağa  doğru  getdikcə  metallıq 
xassələrinin azalmasını, onların elektron quruluşu ilə əlaqələndirin. 
Sintezetmə  -  Bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin  elementlərdən 
(hissələrdən)  kombinə  etməklə  (birləşdirməklə)  yeni  bir  bütövü  formalaşdırmasıdır. 
Belə  fəaliyyətin  məhsulu  hər  hansı bir  məlumat (məruzə, çıxış və s.), plan sxem  ola 
bilər (şifahi, yazılı  formada). Uyğun təlim  nəticələrinə nail olunması yeni struktur  və 
sxem qurmaq istiqamətində  yaradıcılıq tələb edir. 
Təlim məqsədlərinin tipləri: 

 
Şagirdin yaradıcı inşalar yazması. 

 
Şagirdin təcrübə aparılması planını tərtib etməsi. 

 
Şagirdin hər hansı bir problemin həlli planını təklif etməsi. 
Müəllimin  tapşırıqlar  tərtib  etməsi  üçün  feillər:  qurun,  düzəldin,  yazın, 
tərtib  edin,  dəyişdirin,  təklif  edin,  yaxşılaşdırın,  təkmilləşdirin,  kombinə  edin, 
layihəsini verin, inkişaf etdirin, tamamlayın, planlaşdırın. 
Tapşırıq nümunələri: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə