Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə60/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   56   57   58   59   60   61   62   63   ...   111

204 
 
əməkdaşlığı, yaradıcı və təşəbbüskar rolu xüsusi olaraq nəzərə alınır. Bunlar yeni fənn 
kurikulumlarında özünə  yer tutmuş təlim strategiyalarının məğzini təşkil edir. 
Qiymətləndirmə  mexanizmiləri  kurikulumun  məzmununda  xüsusi  yer  tutur. 
Hər  bir  fənn  kurikulumunda  sonuncu  bölmə  kimi  təqdim  olunan  qiymətləndirmə 
hissəsi  mahiyyət  etibarilə,  Azərbaycan  təhsilində  yeni  yanaşma  tərzidir.  Burada 
qismən  ənənəvi  təhsilin  qiymətləndirmə  fəaliyyəti  ilə  bağlı  təcrübələrinə  istinad 
olunsa  da,  qlobal  dünyanın  mütərəqqi  xüsusiyyətlərindən  istifadə  edilərək 
Respublikamız  üçün  tamamilə  yeni  olan  qiymətləndirmə  sistemi  yaradılmışdır.  Bu 
sistemdə  qiymətləndirmənin  müxtəlif  növləri,  formaları  və  vasitələrinin  özünəməx-
susluğu  nəzərə  alınmışdır.  Ən  başlıcası,  məzmun  standartlarını  tamamlayan,  onu 
müxtəlif  səviyyələrdə şərh edən qiymətləndirmə standartları verilmişdir. 
Təhsil  kurikulumları  xarakterinə  görə  iki  yerə  ayrılır.  Onlardan  birincisi 
fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulumlar adlanır. 
Fənyönümlü  kurikumlar  məzmun  etibarilə  elm  sahəsini,  onun  mükəmməl 
anlayışlar  sistemini  əhatə  etməklə  bilavasitə  bu  anlayışların  mənimsənilməsinə 
istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas 
rol  oynayır.  Bütün  praktik  bacarıqların  yerinə  yetirilməsində  məqsəd  biliklərin 
möhkəmliyini,  davamlılığını  artırmağa  xidmət  göstərməkdən  ibarət    olur.  Praktik 
əhəmiyyət  daşıyan  bacarıq,  vərdiş  arxa  plana  keçir,  fənnin  elmi  potensialı  artır, 
məlumatlılıq  səviyyəsi  çoxalır.  Şagirdlər  özlərinə  praktik  cəhətdən  lazım  olmayan 
fundamental  bilikləri  öyrənmək  məcburiyyətində  qalırlar. 
Belə  kurikulumlardan  daha  çox  ixtisaslar  və  təmayüllər  üzrə  təhsilalma 
prosesində  istifadə  olunur.  Həmçinin  onlara  ali  təhsilin  bakalavr  və  magistr 
pillələrində  məzmunun  formalaşdırılması,  müxtəlif  elm  sahələrinə  aid  fənlərin 
məzmununun müəyyənləşdirilməsi zamanı müraciət edilir. 
Şəxsiyyətyönümlü  kurikulumlar  bilavasitə  həyati  bacarıq  və  vərdişlərə 
üstünlük verməklə, insanın əqli fəaliyyəti ilə bağlı qabiliyyətlərinin formalaşmasını ön 
plana çəkir. 


205 
 
Şəxsiyyətyönümlü kurikulumlar  inteqrativ məzmunu ilə seçilir ki, bu da onun 
bir neçə cəhətdən keyfiyyətinin yüksəlməsinə təsir göstərir: 
1.  Fənlərin  inteqrasiyası  onların  saylarının  azalması  ilə  nəticələnir.  Məzmunca 
yaxın fənlər sintez edilir. 
2.  Fənlərin  inteqrasiyası  həftəlik  saatların  minimum  səviyyəyə  endirilməsinə 
imkan yaradır. Bu da öz  növbəsində məşğələlərin sayının azalmasına gətirib çıxarır. 
 3. Şagirdlərin həyati əhəmiyyəti olan bilik, bacarıq və vərdişlər qazanmalarına, 
onların şəxsiyyətinin formalaşması üçün ən zəruri praktik işlərin həyata keçirilməsinə 
imkan yaranır. 
Bütün  bunlar  bütövlükdə  təhsilin  humanist  prinsip  əsasında  qurulmasına 
təminat verir. 
Kurikulumlar  maddi  vəziyyəti  və  istifadə  olunması  baxımından  da  iki  cür 
qruplaşdırılır: 
1. Planlaşdırılmış  kurikulum. 
2. Həyata keçirilən və ya tətbiq olunan kurikulum. 
Kurikulum  Mərkəzinin  direktoru  Ə.Abbasovun  araşdırmalarında    tədqiqatçı-
ların fikirlərinə istinadən kurikilumun növlərinin  təsnifatının aşağıdakı kimi verildiyi 
göstərilir: 
a. rəsmi kurikulum; 
b. qeyri-rəsmi kurikulum; 
c. inteqrasiya olunmuş kurikulum; 
d. nəticələrə əsaslanan kurikulum; 
e. fənlərə əsaslanan kurikulum. 
Bəzi  mənbələrdə  kurikulumları  şərh  olunan  və  gizli  kurikulum  kimi  də  təsnif 
edirlər. Şərh olunan kurikulumu də aşağıdakı növlərə ayırırlar: 
•  Tövsiyə olunan kurikulum. 
•  Yazılı kurikulum. 
•  Dəstəklənən kurikulum. 


206 
 
•  Tədris edilən kurikulum. 
Tövsiyə  olunan  kurikulum,  fərdi  tədqiqatçılar,  peşə  assosiasiyaları,  islahat 
komissiyaları  tərəfindən  tövsiyyə  edilir.  Belə  kurikulumlar  daha  ümumi 
xüsusiyyətlərə  malik  olmaqla  səciyyəvi  xarakter  daşıyır,  üstün  şərtlər  toplusunun 
daşıyıcısı  kimi  çıxış  edir.  Azərbaycanda  yaradılmış  Milli  Kurikulum  və  fənn 
kurikulumları tövsiyə olunan kurikulumlar kimi qəbul edilir. 
Tövsiyə  olunmş  kurikulumların  formalaşmasında  bir  neçə  faktor  təsiredici 
qüvvəyə  malik  olur.  Onlardan  birincisi  ictimai  meyillərdir.  İkincisi  texnologiyalar 
sahəsində  əldə  edilmiş  nailiyyətlər  və  onların  məktəblərə  müdaxilə  etməsidir. 
Tövsiyyə  olunan  kurikulum    tələbəyönümlülük    prinsipi  əsasında  qurulmaqla  daha 
çox demokratik mahiyyət kəsb etmiş olur.  
Dünya  ölkələrində  təhsil  təcrübəsindən  məlum  olduğu  kimi,  tövsiyyə  olunan 
kurikulumların  müəyyən  zəif  cəhətləri  də  vardır.  Qeyd  etmək  lazımdır  ki,  tövsiyyə 
olunan  kurikulumlar  birbaşa  dərslik  müəlliflərinin,  təhsil  menecerlərinin  yaxın 
köməkçisinə çevrilsə də,  müəllimlərə praktik kömək  göstərmək  baxımından  məhdud 
imkanlara malikdir. 
Yazılı  kurikulum  –  dövlət  və  yerli  kurikulum  rəhbərliyi  səviyyəsində  qəbul 
edilmiş  kurikuluma  deyilir.  Bu  kurikulum başlıca  olaraq,  təhsilin  hər  hansı  pilləsinə 
aid  sistemin  təlim  məqsədlərinin  yerinə  yetirildiyinə  təminat  vermək  üçün  nəzərdə 
tutulmuşdur.  Yazılı  kurikulum  ona  dəstək  verən  əsaslandırmanı,  yiyələnməsi  vacib 
olan  səciyyəvi  məqsədləri,  bu  məqsəd  və  vəzifələrin  tədqiq  edilməsi  ardıcıllığını  və 
istifadə  ediləcək  təlim  fəaliyyəti  növlərini  göstərməklə  daha  səciyyəvi  və  müfəssəl 
xüsusiyyətlərə malikdir. 
Yazılı  kurikulumların  qarşısında  duran  əsas  vəzifələr  bunlardır:  vasitəçilik, 
nəzarət.  Bu  kurikulumlar,  ilk  növbədə  tövsiyyə  olunan  kurikulumların  ideallarını  və 
sinif otağının reallıqlarını əlaqələndirir.  
Yazılı  kurikulumlardan  bir  qayda  olaraq,  rayon  məktəblərində  nəyin  tədris 
ediləcəyini bilmək üçün idarəetmə vasitəsi kimi istifadə edilir.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə