Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

187 
 
  Tənliyə görə 2 mol sink 1 mol oksigenlə reaksiyaya girərək, 2 mol sink oksid 
əmələ gətirir. Qısa yazılış bu şəkildə ola bilər: 
ν(Zn) : ν(O
2
) : ν(ZnO) = 2:1:2 
və ya 
ν(Zn) = 
2
1
 ν(O
2
) = ν(ZnO). 
Reaksiyaya girən maddə nisbətlərinin qısa yazılışindan istifadə etməklə bir çox 
hesablamaları  aparmaq  olar.  Məsələn,  5  mol  sinkin  oksidləşməsi  zamanı  5  mol  sink 
oksid əmələ gələr və 2,5 mol oksigen sərf olunar.  
Maddə kütləsinin hesablanması zamanı aşağıdakı düsturdan istifadə edilir: 
m = ν · M 
5 mol sinkin oksidləşməsindən əmələ gələn sink oksidin kütləsi: 
m(ZnO) = 5 mol · 81 q/mol = 405 q. 
Digər reaksiya iştirakçıları üçün də analoji hesablamalar aparmaq olar. 
 
Məsələ  6.  4  q  mis(II)oksid  əmələ  gəlməsi  üçün    mislə  reaksiyaya  girmiş 
oksigenin kütləsini və maddə  miqdarını  hesablayın. 
Verilir:                                                            Həlli: 
m(CuO) = 4 q                                 Reaksiyanın tənliyini yazaq: 
-------------------                                  2Cu + O
2
 = 2CuO 
ν(O
2
) - ?                                         Tənlik üzrə maddə miqdarlarının nisbəti: 
m(O
2
) - ?                                               ν(O
2
) : ν(CuO) = 1:2, 
                                                         
2
1
 ν(O
2
) = ν(CuO). 
   Mis 2-oksidin maddə miqdarı aşağıdakı düsturla hesablanır: 
                                                                   ν = 
M
m

                                                  ν(CuO)  = 
mol
qr
qr
|
80
4
  = 0,05 mol, 


188 
 
  ν(O
2
) = 
2
1
 ν(CuO) = 
2
1
 · 0,05 mol = 0,025 mol, 
m(O
2
) = ν · M = 0,025 mol · 32 q/mol = 0,8 q. 
 
Cavab:  ν(O
2
) = 0,025 mol,  m(O
2
) = 0,8 q. 
 
 
4.2. Məktəb kimya kabinetində  kompüterdən istifadə 
 
 
  Məktəb praktikasında  müasir kompyüterlərdən istifadə etməklə aşağıdakıları 
həyata keçirmək olar: 

 
xüsusi proqramların köməyilə tədris; 

 
şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasının təşkili; 

 
məsələnin mahiyyətini anlamağa kömək edən modelləşdirmə; 

 
tədris prosesinin təşkili; 

 
tətbiqi məsələlərin həllində kompyüterdən istifadə; 

 
dərs vəsaitlərinin hazırlanması. 
Kompyüterin  imkanlarının  reallaşdırılması  üçün  xüsusi  hazırlanmış 
proqramlara ehtiyac var.  
Tədris  üçün olan kompakt-disk, hər şeydən əvvəl, təlimverici  məlumat daşıyır. 
İlkin didaktik funksiya – şagirdlərə yeni biliklərin çatdırılması buradan qaynaqlanır. 
Bu  dərslərdə  aşağıdakı  didakdik  priyomlar  tətbiq  edilir:  şagirdə  birbaşa 
müraciət, ekoloji xarakterli məlumatlardan, tarixi faktlardan istifadə, ənənəvi kimyəvi 
təcrübələrin  qeyri-adi  qoyuluşu  və  s.  Kimyəvi  biliklərin  gündəlik  həyatda  praktiki 
tətbiqinə mühüm diqqət yetirilir. 
Kompakt-disk  şagirdlərin  fəaliyyət  növlərinin,  tapşırıqların  formalaşdırıl-
masının müxtəlifliyini nəzərdə tutur. 


189 
 
Kompakt-disklə  işləməyə  maraq  yaratmaq  üçün  materialın  məntiqi  açılışı 
böyük əhəmiyyət kəsb edir ki, bu da şagirdlərə tədris olunan proqram və dərsliklərin 
məntiqi ilə təyin edilir. 
 
Kompakt-disklərin didaktik imkanları 
1.
 
Şagirdlərə yeni biliklərin verilməsi. 
2.
 
Bilik və bacarıqların möhkəmləndirilməsi, təkmilləşdirilməsi və yoxlanması. 
3.
 
Kimyanın öyrədilməsi üçün müsbət motivasiyanın formalaşdırılması. 
4.
 
Şagird  (birinci  növbədə!)  və  müəllim  (ikinci  planda)  tərəfindən  kimyəvi 
biliklərin  həcminin,  dərinliyinin  və  onların  mənimsənilməsi  ardıcıllığının  seçilməsi 
imkanı, yəni fərdi tədris yolunun seçilməsi. 
5.
 
Ümumi  intellektual  bacarıqların,  hər  şeydən  əvvəl,  audiovizual  informasiya 
ilə işləmək bacarıqlarının  inkişafı. 
Kompakt-disklərin  effektiv  istifadə  şərtləri  digər  texniki  vasitələrin  effektiv 
tətbiqi şərtlərindən, o qədər də çox fərqlənmir.  
Əsas didaktik şərtlər: 
1.
 
CD-dən  istifadənin  perspektivli  planlaşdırılması,  praktikada  sistemlilik 
didaktik prinsipini reallaşdırmağa imkan verir. 
2.
 
Prosesin qedişində  metodik  analiz: 
a)
 
kompakt-diskin  hər  hansı  parçasının  tədris  proqramına  uyğunluğu  müəyyən 
edilir; 
b)
 
konkret  dərsdə    kompakt-diskin  tətbiqinin    konkret  məsələləri  nəzərdə 
tutulur; 
c)
 
bütün  şagirdlərin  işləyəcəyi  əsas  materialdan  əlavə,  həm  zəif,  həm  də 
qüvvətli şagirdlər üçün material ayrılır. 
3.
 
Tədris  vasitələrinin  kompleks  istifadəsi  məqsədəuyğundur.  Çünki,  hətta  ən 
yaxşı kompakt-disk belə, poliqrafik dərsliyi, kimyəvi eksperimenti, təbii obyektlərlə, 
modellərlə işi əvəz edə bilmir. 


190 
 
Texniki şərait bir çox hallarda işin effektivliyini müəyyən edir. 
Əgər  kabinetdə  kompyüter  yoxdursa,  onda  müəllim  kompakt-disklə  evdə 
işləməyi  şagirdlərə tapşıra bilər. 
Kompyüter  və  televizorun  olması  videofraqmentlərdən  (təcrübələrin,  tədris 
multiplikasiyasının,  atom  və  molekulların  interaktiv  modellərinin  yazılması)  bütün 
sinfə nümayiş etdirmək üçün istifadəyə imkan verir. Kimya kabinetində müəllim üçün 
avtomatlaşdırılmış iş yeri yaratmaqla, imkanları genişləndirmək olar. 
Müəllimin  avtomatlaşdırılmış  iş  yerində,  kompyüterdən  əlavə,  proyektor  da 
olmalıdır    ki,  onun  vasitəsilə  kompyüterdə  olan  məlumatlar  (təsvir)  böyük  ekranda 
nümayiş  etdirilsin.  Bunun  üçün  “Проигрыватель  Windows  Media”  proqramından 
istifadə  etmək,  yaxud  ayrı-ayrı  fraqmentlərdən  diafilm  tərtib  etmək  olar.  Diafilm 
hazırlamaq  üçün  “Power Point”  proqramından  istifadə  etmək olar. 
Laboratoriya  şəraitində  aparılması  çətin  və  təhlükəli  olan  kimyaya  aid 
təcrübələrin kompyüter vasitəsi ilə ekranda nümayiş etdirilməsi məqsədəuyğundur. 
Aparılan tədqiqatlar göstərir ki, real eksperimentin  videoyazı  ilə əvəz edilməsi 
o  vaxt  təqdirəlayiq  hesab  edilir  ki,  burada  metodik  baxımdan  orijinal  və  dəyərli 
material təqdim edilsin; məktəb kimya laboratoriyasında aparılması mümkün olmayan 
kimyəvi eksperiment nümayiş etdirilsin. Bu o demək deyil ki, kimyəvi eksperimentin 
videoyazılarından  tədris  zamanı  istifadə  edilməsin.  Maddələrin  çevrilməsini  böyük 
ekranda  hansı  anda  və  necə  göstərmək  lazım  olduğunu  müəyyən  etmək  lazımdır. 
Kompakt-diskin kimyəvi eksperimentlə və digər tədris vasitələri ilə uyğunluğunun bir 
neçə variantını nəzərdən keçirək. 
Halogenlərin  nümayəndəsi  kimi  xlorun  kimyəvi  xassələrinin  öyrədilməsi 
zamanı  müəllim  müxtəlif  maddələrin  xlorda  yanmasını  nümayiş  etdirir:  dəmirin, 
misin, stibiumun, kükürdün və b. Növbəti dərsə hazırlıq zamanı şagird dərslikdən bu 
təcrübələrin  təsvirini  oxuyur  və  dərsdə  gördüklərini  təsəvvüründə  canlandırır. 
Kompakt-diskə  yazılan  müvafiq  fraqmentdən  istifadə  edilməsi  şagirdlərə  həm 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə