179
Bu meyarlar aşağıdakılardan ibarət ola bilər:
1)
reaksiya tənliyinin sərbəst yazılması, yaxud “hazır” tənlikdən istifadə
edilməsi;
2)
məsələnin əlavə məlumatlarla mürəkkəbləşdirilməsi;
3)
əlavə hesablamalar daxil edilməsi.
Bundan əlavə, məsələ həllinə verilən tələbləri nəzərə almaq lazımdır:
məsələlərin kimyəvi məzmunu olmalı, məsələnin şərti dərsin məqsədinə
uyğun olmalı, didaktik prinsiplərə cavab verməli, şagirdlərin inkişafını təmin
etməlidir;
məsələnin şərti dəqiq ifadə olunmalıdır;
məsələlər proqram materialına uyğun seçilməlidir;
məsələnin tərtibi zamanı tətbiqi xarakterli məlumatlardan istifadə etmək olar.
4.1.2.Tədrisin müxtəlif mərhələlərində məsələ həllindən istifadə
Tədris prosesində müəllim müxtəlif hallarda məsələ həllindən istifadə edə bilər:
Yeni materialın izahı zamanı;
Biliklərin möhkəmləndirilməsi zamanı;
Ev tapşırığı kimi;
Biliklərin cari yoxlanılması zamanı;
Keçilən materialın təkrarlanması zamanı;
Yoxlama işlərinin yerinə yetirilməsi zamanı;
Sinifdənxaric iş (dərnək məşğələləri, kimya olimpiadaları) zamanı.
180
Kimya məsələlərin həlli. Onların tərtibinə verilən tələblər
Hər şeydən əvvəl məsələnin tipi müəyyən edilməlidir. Məsələ qarışıq
məsələdirsə, tərkibinə daxil olan məsələlərin tipi qeyd edilməlidir.
Kimyadan ilk məsələ həlli zamanı məsələnin şərtini analiz etməyi və onu
müvafiq qeydiyyatlar şəklində tərtib etməyi şagirdlərə öyrətmək lazımdır. Bu
qeydiyyatlar kompakt şəkildə və aydın olmalıdır.
Məsələnin şərtinin dəqiq qeydiyyatı şagirdlər üçün mühümdür, çünki bu məsələ
həlli prosesinin birinci mərhələsidir. Kəmiyyətlər müvafiq hərflərlə işarələnməli,
tərtibat zamanı kəmiyyət vahidləri və onların bir-birinə müvafiq çevrilmələri nəzərdən
qaçmamalıdır.
Sonra məsələnin həlli yolunu tapmaq lazımdır. Bunun üçün əməliyyat planı
tutulmalıdır. Plan əsasən ideyadan ibarət olur, əməliyyatların tam və dəqiq ardıcıllığı
ideyanın həyata keçirilməsi prosesində tədricən aydınlaşır. Bəzən ideya yanlış və
qeyri-dəqiq olur, bu zaman məsələnin analizinə qayıtmaq, məsələ həllinin digər
yolunu axtarmaq və ya əvvəlki fikri dəqiqləşdirmək lazımdır.
Məsələ həllinin planını qurmaq – məsuliyyətli mərhələ olub, məsələ tiplərinə
bələd olmağı tələb edir. Məsələnin tipini bilməklə, onun həlli yolunu asanlıqla tapmaq
olar. Ona görə də yeni məsələ tipini təqdim edərkən məsələni analiz etmək, onun həll
olunan əvvəlki məsələlərdən fərqini müəyyənləşdirmək lazımdır.
Məktəb kimya kursunun öyrənilməsi zamanı şagirdlər bir neçə hesablama
məsələ tiplərii ilə tanış olmalıdırlar ki, bu məsələləri şərti olaraq bir neçə qrupa
ayırmaq olar: kimyanın əsas anlayış və qanunları; məhlullar və həllolma; kimyəvi
tənliklər üzrə hesablamalar.
Məsələnin həlli metodikasını konkret nünunələr üzərində nəzərdən keçirək.
181
Kimyanın əsas anlayış və qanunlarına aid məsələ həlli
Qazların sıxlığının və nisbi sıxlığının təyini
Avoqadro qanunundan çıxan nəticəyə görə, normal şəraitdə 1 mol qazın həcmi
22,4 l-dir. 1 l qazın kütləsini bilməklə, onun molyar kütləsini hesablamaq olar:
M = 22,4 · ρ,
ρ – qazın sıxlığıdır. Qazın sıxlığını aşağıdakı düstura görə hesablamaq olar:
ρ =
V
M
M
.
Hesablamalar zamanı həmçinin qazın nisbi sıxlığından, yəni bir qazın sıxlığının
digərinkindən neçə dəfə ağır və ya yüngül olduğunu göstərən kəmiyyətdən istifadə
edilir. Nisbi sıxlığa əsasən qazın molyar kütləsini hesablamaq olar. Qazların nisbi
sıxlığı D ilə işarə edilir.
Qazın nisbi sıxlığını adətən hidrogenə görə təyin edirlər:
)
(
)
(
)
(
2
2
H
D
M
X
M
X
H
,
M(X) – təyin olunan qazın molyar kütləsi,
)
(
2
X
H
D
- qazın hidrogenə görə
nisbi sıxlığıdır.
Sıxlıq digər qaza görə təyin edilərsə, hidrogenin molyar kütləsi əvəzinə digər
qazın molyar kütləsi götürülür. Məsələn, havaya görə nisbi sıxlığın təyini zamanı
havanın orta molyar kütləsi – 29 q/mol götürülür. Bunun üçün qazların həcmi payı – φ
anlayışı daxil edilir.
Qarışıqdakı qazların həcmi payı (φ) – qarışıqdakı komponentin həcminin (K)
qarışığın ümumi həcminə nisbətidir:
φ =
)
(
)
(
q
qar
V
K
V
,
φ onluq rəqəmlərlə və ya faizlə ifadə edilir.
182
Qaz qarışıqlarının orta molyar kütləsi (M
orta
) qarışıqdakı komponentlərin
molyar kütləsinin onlardan hər birinin həcm payına hasilinə bərabərdir.
Havada oksigenin həcmi payı 0,2095, azotun payı- 0,7808, karbon qazının payı
– 0,0003, arqonun payı – 0,0090.
Havanın molyar kütləsi:
M(hava) = φ(O
2
) · M(O
2
) + φ(N
2
) · M(N
2
) + φ(CO
2
) · M(CO
2
) +
+φ(Ar) · M(Ar) = 0,2095 · 32 q/mol + 0,7808 · 28 q/mol + 0,0003 · 44 q/mol +
+ 0,0094 · 40 q/mol = 29 q/mol
Molyar, molekulyar və nisbi molekul kütlələri ədədi qiymətcə eyni olduğundan,
yuxarıdakı düstura əsasən müvafiq qazların molekulyar və nisbi molekul kütlələrini
hesablamaq olar.
Məsələ 1. Karbon qazının havaya görə nisbi sıxlığını hesablayın.
Verilir: Həlli:
CO
2
M(CO
2
) = 44 q/mol, M(hava) = 29 q/mol
--------------- D
hava
(CO
2
) =
)
(
)
(
2
hava
M
M
CO
=
mol
q
mol
q
29
44
= 1,52.
D
hava
(CO
2
) - ?
Cavab: D
hava
(CO
2
) = 1,52.
Məsələ 2. Sıxlığı 2,53 q/l olan 15 l xlor və azot qarışığında xlorun və azotun
həcmini təyin edin.
Verilir: Həlli:
V(qarışıq) = 15 l Xlorun maddə miqdarını x mol, azotunkunu – y mol-
ρ(qarışıq) = 2,53 q/l la işarə edək. Onda qarışıqdakı xlor və azotun kütləsi:
-------------------------- m(Cl
2
) = M · ν = 71x,
V(Cl
2
) - ? m (N
2
) = 28y.
V(N
2
) - ? Qarışığın kütləsi:
Dostları ilə paylaş: |