165
olması barədə nə deyə bilərsiniz? Əmələ gələn köpüyün yatmasını gözləyin və
məhlula bir qədər xlorid turşusu əlavə edin. Nə baş verir? Hansı maddə alınır?
Təcrübə 5. Qlükoza, saxaroza və nişastanın xassələri.
a)
Qlükozada hidroksil qrupunun müəyyən edilməsi. Sınaq şüşəsinə 1ml
mis(II)sulfat məhlulu töküb, üzərinə 2 ml qələvi məhlulu və 1 ml qlükoza məhlulu
əlavə edin. Nə müşahidə edilir? Məhllulun rənginə diqqət edin. Bu reaksiya hansı
sinif üzvi birləşmələr üşün xarakterikdir?
b)
Qlükozada aldehid qrupunun müəyyən edilməsi. Sınaq şüşəsində
mis(II)sulfatın natrium-hidroksidlə qarşılıqlı təsirindən mis(II)hidroksid alın və
üzərinə bir qədər qlükoza məhlulu tökün və zəif qızdırın. Nə müşahidə edilir? Bu
reaksiya hansı sinif üzvi birləşmələr üçün xarakterikdir?
c)
Saxarozanın quruluşunun müəyyən edilməsi. Sınaq şüşəsinə 2 ml
saxaroza məhlulu töküb, üzərinə 1 ml natrium-hidroksid və bir qədər mis(II)sulfat
məhlulu əlavə edin və qızdırın. Nə müşahidə olunur? Səbəbini izah edin.
d)
Saxarozanın hidrolizi. Yumrudib kolbanı ştativin pəncəsinə bərkidin,
içərisinə bir parça qənd və 15 ml su töküb, üzərinə 1 ml xlorid turşusu əlavə edin.
Kolbanı 3-5 dəqiqə qızdırın. Məhlul soyuduqdan sonra turşunu neytrallaşdırmaq üşün
onun üzərinə qələvi məhlulu tökün. Sonra məhlulun bir hissəsini sınaq şüşəsinə
boşaldın, üzərinə təzə hazırlanmış mis(II) hidroksid əlavə edin və qızdırın. Nə
müşahidə edilir? Saxarozanın hidrolizindən hansı maddə alınır?
e)
Nişastanın keyfiyyət reaksiyası. Sınaq şüşəsinə bir qədər nişasta məhlulu
tökün və üzərinə bir neçə damcı yod məhlulu əlavə edin. Nişastanın göyərməsini
müşahidə edin və məhlulu qızdırın. Göy rəngin itməsinə diqqət edin. Nişastanın
yodun təsitindən göyərməsi hansı şəraitdə baş verir?
f)
Nişastanın hidrolizi. Kiçik kolbada 5-8 ml nişasta məhlulunu üç həcm su ilə
durulaşdırın və üzərinə 1-2 ml sulfat turşusu məhlulu əlavə edin. Qarışıqdan az
miqdarda götürüb yodla yoxlayın və nişasta olduğunu müəyyən edin, həmçinin mis
(II)hidroksidlə yoxlayın və qlükozaya məxsys reaksiyanın baş vermədiyinə diqqət
166
edin. Sonra məhlulu 5 dəqiqə qaynadın və alınan məhluldan 1 ml sınaq şüşəsinə
tökün, turşunun neytrallaşması üçün qələvi əlavə edin. Sınaq şüşəsini qızdırın,
yenidən yod məhlulu və mis(II) hidroksidlə onu yoxlayın nə müşahidə edilir?
Nışastanın hidrolizindən hansı maddə alınır?
3.12. Azotlu üzvi birləşmələr və polimerlərin öyrədilməsi zamanı kimya
eksperimenti
1-ci iş. Aminlər və zülallar.
Ləvazimat və reaktivlər: yumrudib kolba, sınaq şüşələri, metal ştativ, spirt
lampası, kibrit, qazaparan borusu olan tıxac, buzla dolu stəkan, şüşə çubuq, ucu
əridilərək dartılmış şüşə borusu olan tıxac, tutqac, uzun soyuducu borusu olan tıxac,
kimyəvi stəkanlar, iynəsiz şpris, şor balıqdan hazırlanmış məhlul, qatı natrium-
hidroksid, sulfat, nitrat, xlorid turşuları, ammonyak, fenolftalein məhlulları, benzol,
dəmir(III) xlorid məhlulu, alüminium qırıntıları, xlorlu əhəng, neytral lakmus
məhlulu, toyuq yumurtası, etil spirti, gümüş-nitrat məhlulu, universal indikatir kağızı,
mis(II) sulfatın duru məhlulu, qurğuşun(II) asetat məhlulu.
Təcrübə 1.Aminlərin şor balıqdan (siyənəkdən) alınması. Balıqlarda kifayət
qədər aşağı alifatik aminlər, xısusilə də dimetilamin (CH
3
)
2
NH, trimetalamın (CH
3
)
2
N
vardır. Ona görə də uçucu olan həmin aminlər balıq iyi verirlər. Yumrudib kolbaya
15-20 ml şor balıqdan hazırlanmış məhlul töküb, üzərinə 6-7 ml qatı natrium-
hidroksid məhlulu əlavə edin. Sınaq şüşəsinin ağzını qazaparan borusu olan tıxacla
bağlayın və ştativə bərkidin. Qazaparan borunun ucunu buzla dolu stəkanda
yerləşdirilmiş, içərisində su olan sınaq şüşəsinə salın. Kolbanı qızdırın, bir neçə
dəqiqədən sonra qəbuledici rolunu oynayan sınaq şüşəsində yığılmış amin məhlulunu
nəzərdən keçirin və sonrakı təcrübələr üçün saxlayın.
Təcrübə 2. Aminlərin xassələri.
167
a)
İki sınaq şüşəsinin birinə 1-2 damcı ammonyak məhlulu, ikincisinə isə o
qədər amin məhlulu tökün və hər birinə bir neçə damcı fenolftalein məhlulu əlavə
edin. Nə müşahidə edilir? Nəticə çıxarın. Ammonyak və aminlərin suda
məhlullarından hansı xassəli maddələr alınır?
b)
İki sınaq şüşəsinin birinə bir neçə damcı ammonyak, digərinə isə amin
məhlulu tökün. Onların üzərinə bir qədər dəmir(III) xlorid məhlulu əlavə edin. Nə
müşahidə edilir? Nəticə çıxarın və reaksiya tənliklərini yazın.
c)
Sınaq şüşəsinə 1-2 ml amin məhlulu töküb, üzərinə bir qədər qələvi məhlulu
əlavə edin və 2-3 dəqiqə qaynadın. Sınaq şüşəsinin ağzından ayrılan buxara, qatı
xlorid turşusuna batırılmış şüşə çubuq yaxınlaşdırın. Nə müşahidə edilir?
d)
Sınaq şüşəsinə 1-2 ml amin məhlulu töküb, ağzını içərisindən ucu əritməklə
dartılıb uzadılmış şüşə boru keçirilmiş tıxacla bağlayın və ştativə bərkidin. Amin
məhlulunu qaynadın və çıxan buxarı şüşə borunun ucunda yandırın (təcrübənin
effektli alınması üçün amin məhlulu qatı götürülməlidir). Nə müşahidə edilir? Bu
təcrübə aminlərlə ammonyak arasındakı hansı fərqli xassəni göstərir? Cavabınızı
əsaslandırın və reaksiya tənliyini yazın.
Təcrübə3. Anilinin alınması. Təcrübə sorucu şkafda ehtiyatla aparılmalıdır!
Bu işi icra etmək üçün əvvəl benzoldan nitrobenzol alınır. Bu məqsədlə stəkana 15
ml qatı sulfat turşusu, 1 ml qatı nitrat turşusu məhlulu tökün. Stəkanı soyutduqdan
sonra qarışığa ehtiyatla 0,5 ml benzol əlavə edin. Sonra qarışığı iri sınaq şüşəsinə
töküb, ağzını uzun soyuducu borusu olan tıxacla bağlayın (soyuducu boru benzol və
nitrobenzol buxarlarının kondensləşməsi üçündür). Qarıçığı yaxşı çalxalayın və
tutqacla tutaraq spirt lampası alovunun üzərində (alova daxil etmədən) qarışdırmaqla
zəif qızdırın. Reaksiya şiddətli gedərsə (reaksiya şiddətli gedərsə zəhərli qaz olan
azot(IV) oksid ayrılar) sınaq şüşəsini içərisində soyuq su olan stəkana yerləşdirmək
lazımdır. Sınaq şüşəsinin çalxalamaqla zəif qızdırılmasını 10 dəqiqə davam
etdirdikdən sonra, ondakı maddəni içərisində su olan stəkana boşaldın və dibdə
toplanan nitrobenzol damcılarını müşahidə edin. Nitrobenzolun üzərindəki məıhlulu
Dostları ilə paylaş: |