168
ehtiyatla işlənmiş reaktivlər olan bankaya tökün. Sonra nitrobenzolu distillə edilmiş
su ilə yuyun və az miqdar su ilə digər sınaq şüşəsinə keçirin.
Nitrobenzoldan reduksiya yolu ilə anilinin alınması turş mühitdə aparılır. Bu
prosesdə anilinin turş duzu əmələ gəlir ki, onu da qələvi əlavə etmək və distilləyə
uğratmaqla anilinə çevirmək lazımdır. Belə olduqda proses çox vaxt aparır.
Təcrübəni sadləşdirmək üçün nitrobenzol olan sınaq şüşəsinə bir qədər 10 %-li
qələvi məhlulu töküb, içərisinə iri alüminium qırıntıları salın. Başlanğıcda sınaq
şüşəsini zəif qızdırın. Təcrübə zamanı sınaq şüşəsini yüngülcə çalxalamaq lazımdır.
Prosein gedişini izah edin və alınan anilinli məhluldan bir qədər digər sınaq şüşəsinə
tökərək, üzərinə xlorlu əhəng əlavə etməklə yoxlayın. Xarakterik bənövşəyi rəngin
əmələ gəlməsi məhlulda anilinin olmasını göstərir. Rəngi yaxşı müşahidə etmək üçün
sınaq şüşəsinin arxasına ağ kağız tutun.
Təcrübə 4. Anilinin xassələri.
a)
Stəkanda 100 ml suya 1 ml anilin töküb yaxşıca qarışdırın. Anilin məhlulunu
iki hssəyə ayırıb sınaq şüşələrinə tökün, birinə neytral lakmus məhllulu, diğərinə isə
fenolftalein məhlulu əlavə edin. Nə müşahidə edilir? Anilin indikatorların rəngini
dəyişirmi? Hadisəni izah edin və nəticə çıxarın.
b)
Sınaq şüşəsinə 5 ml anilin töküb, üzərinə bir o qədər də qatı xlorid turşusu
əlavə edin. Sınaq şüşəsini soyuq suda soyudun. Nə müşahidə edilir? Hansı maddə
əmələ gəlir? Bu reaksiya anilinin hansı xassəyə malik olduğunu sübut edir?
Alınan maddədən bir qədər şüşə çubuqla başqa sınaq şüşəsinə keçirn və üzərinə
qələvi məhlulu əlavə edin. Nə baş verər? Maddə qalan sınaq şüşəsinə bir qədər su
əlavə edin və qarışdırın. Nə müşahidə edilir? Nəticə çıxarın və müvafiq reaksiyaların
tənliklərini yazın.
Təcrübə 5. Zülal məhlulunun hazırlanması. İri toyuq yumurtasının ağını
sarısından ayırıb kolbaya tökün və üzərinə 100 ml distillə edilmiş su əlavə edərək
qarışdırın. Hazırlanmış zülal məhlulunu sonrakı təcrübələr üşün saxlamalı.
Təcrübə 6. Zülalların xassələri.
169
a)
Zülalların denaturasiyası. Yuxarıdakı təcrübədə hazırlanmış zülal
məhlulundan hər birinə 2 ml olmaqla, beş sınaq şüşəsinə töküb, onları nömrələyin və
ştativə yerləşdirin.
Birinci sınaq şüşəsini taxta maşa ilə tutaraq spirt lampası alovunda qızdırın. Nə
müşahidə edilir?
İkinci sınaq şüşəsinə 2 ml etil spirti əlavə edin və qarışdırın. Nə müşahidə
olunur?
Üçüncü sınaq şüşəsinə 2 ml natrium-hidroksid məhlulu əlavə edin. Nə
müşahidə olunur?
Dördüncü sınaq şüşəsinə 5 damcı gümüş-nitrat məhlulu əlavə edin və
çalxalayın. Nə müşahidə edilir?
Beşinci sınaq şüşəsinə ehtiyatla 5-6 damcı qatı nitrat turşusu əlavə edin və
çalxalayın. Nə müşahidə edilir?
Müşahidələri
dəftərinizə
yazın və müxtəlif amillərin zülalların
denaturasiyasına necə təsir etməsi barədə nəticə çıxarın.
b)
Dönən denaturasiyanın öyrənilməsi. Universal indikator kağızı vasitəsi ilə
zülal məhlulunun pH-nı təyin etdikdən somra həmin məhluldan 1 ml kiçik stəkana
tökün və üzərinə 1 ml durulaşdırılmış xlorid turşusu əlavə edin. Nə müşahidə edilir?
Alınmış məhlulun pH-nı təyin edin.
İynəsiz şprisə 2 ml natrium-hidroksid məhlulu çəkin və onu damcı-damcı, hər
dəfə çalxalamaqla stəkandakı məhlula əlavə edin. Məhlulun rəngi açıldıqça natrium-
hiroksidin əlavə edilməsini tədriçən azaldın və məhlul tam şəffaf olduqda dayandırın.
Yenə də məhlulun pH-nı təyin edin. Denaturasiya prosesinə pH-ın dəyişməsinin təsiri
barədə nəticə çıxarın.
Təcrübə 7. Zülalların rəngdəyişmə reaksiyaları.
a)
Ksantoprotein reaksiyası. Sınaq şüşəsinə 1 ml zülal məhlulu töküb, üzərinə
5-6 damcı qatı nitrat turşusu əlavə edin və ehtiyatla zəif qızdırın. Nə müşahidə
170
olunur? Bu reaksiya zülalların tərkibində hansı üzvi maddənin olduğunu
göstərir?
b)
Biuret reaksiyası. Sınaq şüşəsinə 1-2 ml zülal məhlulu töküb, üzərinə bir o
qədər qələvi məhlulu və 2-3 ml durulaşdırılmış mis(II) sulfat məhlulu əlavə edin. Nə
müşahidə olunur? Bu reaksiya zülal molekulunda hansı qrupun olduğunu
göstərir?
c)
Sınaq şüşəsinə 1-2 ml zülal məhlulu töküb, üzərinə əvvəlcə bir qədər
qurğuşun(II)asetat məhlulu, sonra isə 1- 2 ml natrium hidroksid məhlulu əlavə edib,
zəif qızdırın. Nə müşahidə edilir? Bu reaksiya zülalların tərkibində hansı elementin
olduğunu göstərir?
2-ci iş. Polimerlər.
Ləvazimat və reaktivlər: metal ştativ, stəkanlar, asbestli tor, spirt lampası,
kibrit, şüşə çubuq, çini puta, sınaq şüşələri, qazaparan borusu olan tıxac, polietilen
kəsikləri, kalium-permanqanat, qatı sulfat, nitrat turşuları, duru natrium-hidroksid,
gümüş-nitrat məhlulları, lakmus kağızı, aseton.
Təcrübə 1.Polietilenin xassələri.
a)
Kiçik polietilen kəsiyini stəkana salın və üzərinə su tökün.
b)
Polietilen borunun kiçik bir parçasını asbest toru üzərinə qoyub, ehtiyatla
qızdırın. Şüşə çubuğun köməyi ilə məmulatın formasını dəyişin. Məmulatı soyudun
və onun formasını yenidən dəyişməyə çalışın.
c)
Polietilen qırıntılarını çini putada yandırın. Nə müşahidə edilir?
d)
Sınaq şüşələrinə polietilen qırıntılarını yerləşdirib, üzərlərinə ayrı-ayrılıqda
kalium-permanqanat, qatı sulfat, qatı nitrat turşuları, duru natrium-hidroksid
məhlulları əlavə edin və ehtiyatla qızdırın. Aparılan bütün təsrübələrin müşahidələrini
qeyd edin və müvafiiq nəticələr çıxarın.
Dostları ilə paylaş: |