198
yeniləşdirilməsi, hər bir şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə
təhsil sisteminin infrastrukturu və insan resuslarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasında səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara
əsaslanan infrastruktura malik, keyfiyyətli göstəricilərinə görə dünya ölkələri
sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”
təsdiq edilmişdir. Strategiyada nəzərdə tutulan geniş miqyaslı tədbirlərin həyata
keçirilməsi üçün beş strateji istiqamət müəyyənləşdirilmişdir.
Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil
məzmununun yaradılmasına yönəldilmişdir və təhsilin bütün pillələri üzrə
kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.
İkinci
strateji
istiqamət
təhsil
sahəsində
insan
resuslarının
müasirləşdirilməsini nəzərdə tutur və innovativ təlim metodlarını tətbiq edən, təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin
formalaşdırılmasına xidmət edir.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən
dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə
uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamətin
həyata keçirilməsi üçün Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulur.
Nəzərdən keçirdiyimiz on illik bir dövrə aid olan təhsil islahatı ilə bağlı
məsələlərin nəticələrini əks etdirən məlumatların təhlilindən aydın olur ki, təhsilin
demək olar ki, bütün sahələrində müvafiq dəyişikliklər aparılmış, xüsusilə, ümumi
təhsil sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni məzmunun və
199
texnologiyaların yaradılması, müəllim kadrlarının hazırlanması sahəsində tədbirlərin
həyata keçirilməsində xeyli işlər görülmüşdür. Təhsillə bağlı əsaslı tədqiqatlar aparan
mütəxəssislərin fikirlərinə istinadən demək olar ki, son on il müddətində ardıcıl və
sistemli şəkildə həyata keçirilən islahat tədbirlərində təhsilin müxtəlif pillə və
səviyyələri nəzərə alınmış, Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq
onun dünya təhsil sisteminə inteqrasiya olunması zəruri şərt kimi diqqət mərkəzində
saxlanılmışdır. Burada əsas məsələlərdən biri təhsildə inkişafetdirici amilin nəzərə
alınması və şəxsiyyətin formalaşdırılmasının ön planda saxlanılmasıdır.
Yeni təhsil proqramlarının (kurikulumlarının) hazırlanması isiqamətində
görülmüş işlər müasir təhsilin nailiyyətidir və hazırda bu tədbirlər davam etdirilir.
5.2. Müasir təhsilin əsas prinsipləri
Müasir dövrdə yaradılan Milli Təhsil sisteminin əsasında demokratikləşdirmə,
humanistləşdirmə, humanitarlaşdırma, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirmə
kimi vacib prinsiplər durur.
Demokratikləşdirmə. Bu prinsipdə əsas məqsəd təhsildə marağı olan
tərəflərin, dövlət strukturlarının, ictimaiyyətin təhsil prosesində fəal iştirakını və tədris
müəssələrində şəffaflığın təmin edilməsidir. Demokratikləşdirmə şagird şəxsiyyətinin
formalaşmasında başlıca rol oynayır. Lakin demokratiya yüksək şüurluluq və intizam
tələb edir.
Humanistləşdirmə. Təhsildə humanistləşdirmə:
şagirdə münasibətin dəyişdirilməsinin;
onun maraqlarının önə çəkilməsinin;
humanist şəxsiyyət kimi formalaşmasının;
əqli və fiziki imkanlarından, qabiliyyətindən asılı olmayaraq şəxsiyyətinə
hörmətlə yanaşılmasının;
200
istedad və bacarığının üzə çıxarılması və inkişafına şərait yaradılmasının
nəzərdə tutulmasıdır.
Bu prinsipdə şəxsiyyətin fəallığı (təşəbbüskar, fəaliyyətsevən, öz hərəkətlərində
və davranışında müstəqil olan insan nəzərdə tutulur), daxili azadlıq (insanın seçim
hüququnun olması), mənəviyyatlılıq (insana hörmət, məhəbbət, qarşılıqlı anlaşma,
inkişafa, yaradıcılığa meyletmə kimi ülvi dəyərlərə əsaslanan həyat tərzi) kimi
keyfiyyətlər əsas götürülür. Müasir təhsilin əsas məqsədi təlim-tərbiyə yolu ilə
şagirdlərdə sosial əhəmiyyətli keyfiyyətlərin və qabiliyyətlərin inkişaf etdirilməsindən
ibarətdir.
Başqa sözlə, təhsilin humanistləşdirilməsi, ilk növbədə, təhsil sistemində
obyekt dünyagörüşlülüyünün subyekt dünyagörüşlülüyü ilə əvəz olunmasını tələb
edir.
Obyekt dünyagörüşlü insan yerli-yersız başqalarından fərqlənməyə çalışır,
inkişafda olan insanları məzəmmət edir, hər cür yeniliyə neqativ münasibət bəsləyir,
laqeydliyi həyatın norması sayır, problemlərdən qorxur, ünvanına edilən tənqidi
sevmir, təşəkkür etməyi bacarmır, fikirlərini və davranışını qiymətləndirmək vərdişinə
malik olmur.
Subyekt dünyagörüşlü insan isə başqasının fəaliyyətini və qeyri-adiliyini qəbul
edir, fəal və müstəqil olmasını təqdir edir, daxili seçim hüququnu tanıyır, başqasının
mənəviyyat hüququna, yəni hörmətə layiq olmaq, anlamaq, yaradıcılıq, özünü
inkişafetdirmə hüquqlarına hörmətlə yanaşır.
Humanistləşdirmə prinsipi həmçinin dialoji münasibətlərin qurulması ilə
reallaşdırılır. Dialoji fəaliyyət forması subyekt-subyekt münasibətlərinin qurulmasıdır.
Bu halda əsas məqsəd informasiyaları əzbərliyib olduğu kimi başqasına söyləmək
yox, təhlil etmək və mənimsəməkdir.
Dialoji münasibətlər müxtəlif yollarla qurula bilər: müəllim-şagird, şagird-
şagird, şagirdin özü-özünə, şagird-təlim materialı, müəllim-valideyn, müəllim-məktəb
rəhbərliyi və s.
Dostları ilə paylaş: |