194
sistemi
Kimyanın
ayrı-ayrı
mövzularının tədrisi üzrə
şagirdlər üçün metodik
təlimatların hazırlanması.
“Microsoft Office”-in imkanları ilə ətraflı olaraq xüsusi ədəbiyyatlardan tanış
olmaq olar.
195
V FƏSİL
AZƏRBAYCAN TƏHSİLİ MÜASİR MƏRHƏLƏDƏ
5.1. Təhsil islahatı proqramı və onun mərhələləri.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra digər sahələrdə olduğu
kimi, təhsildə də məqsədyönlü islahatlar aparılmağa başlanıldı.
Bunlardan ən başlıcası dövlətin, zamanın tələblərinə görə dünya təcrübəsi əsas
tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının, Milli Kurikulum sənədinin işlənib
hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, yeni
kurikulumların yaradılmasıdır .
Həmin islahatların əsasını aşağıdakı inkişafyönümlü layihələr təşkil edir:
1999-2003-cü illəri əhatə edən Öyrədici-İnnovasiya Layihəsi.
Məqsəd: Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə, zəruri bilik
və bacarıqların formalaşdırılması, müvafiq kadr hazırlığının təmin olunması və təhsil
innovasiyalarının dəstəklənməsi.
2003-2014-cü illəri əhatə edən Təhsil sektorunun inkişafı üzrə İkinci layihə.
Məqsəd: Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi və
ümumi təhsilə ayrılmış xərclərin səmərəliliyinin artırılması.
Həmin layihələr çərçivəsində müvafiq qərarlar qəbul edilmiş sənədlər
imzalanmışdır. Bunlardan ən əsas sənəd 1998-ci ildə yaradılmış Dövlət Komissiyası
tərəfindən hazırlanmış 1999-cu ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyevin
sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat
Proqramı”dır.
İslahat Proqramının təsdiqindən sonra 1999-cu ilin iyunun 29-da Azərbaycan
Hökuməti ilə Dünya Bankının Beynəlxalq inkişaf Assosiasiyası arasında “İnkişaf
üçün kredit haqqında saziş” imzalanmış və dövlət başçısının Sərəncamı ilə təsdiq
edilmişdir.
196
Layihənin həyata keçirilməsi dövründə, ölkəmizin təhsil sistemində islahat
yönümlü işləri, mövcud prosedurlara uyğun həyata keçirən kadr potensialının
formalaşması və yeni islahat layihəsinin hazırlanmasına zəmin yaratmışdır.
Ümumilikdə Dünya Bankının ekspertləri tərəfindən alınan nəticələr yüksək
qiymətləndirildiyi üçün növbəti layihənin icrası barədə Azərbaycan Hökuməti ilə
Dünya Bankı arasında saziş bağlandı. Təhsil Sektorunun İnkişaf Layihəsi (TSİL)
adlanan və 2003-2007-ci illəri əhatə edən həmin layihədə digər islahatyönümlü işlərlə
yanaşı, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə onun real tələbatlara
uyğunluğunun təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Təhsil Sektorunun İnkişaf Layihəsi yekunlaşdırıldığı ərəfədə islahatların
müqayisəsinin genişləndirilməsi məqsədilə yeni bir layihənin – Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin hazırlanıb həyata keçirilməsi qərarlaşdırıdı. Bu layihədə
ümumi təhsilin məzmunu sahəsində islahatyönümlü işlərin davam etdirilməsi və
ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə aid tədbirlərin həyata keçirilməsi,
2007-2010-cu və 2010-2103-cü illəri əhatə edən iki mərhələ üzrə nəzərdə tutulmuşdur.
Birinci mərhələdə islahat tədbirlərinin miqyasının genişləndirilməsi, ikinci
mərhələdə Təhsil İslahat Proqramının real nailiyyətlərinin nəzərdən keçirilməsi və
təhlil edilməsi üçün münbit şəraitin yaradılması, ümumtəhsil məktəblərində təlimin
keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulmuşdur.
İkinci Layihənin əhatə etdiyi müddətdə ümumi təhsilin məzmunu ilə bağlı bir
çox islahatlar aparılmış və uğurlu nəticələr əldə edilmişdir.
Təhsil Sektorunun İnkişaf Layihəsi həyata keçirildiyi dövrdə nəzərdə tutulmuş
icra planına görə Milli Kurikulim sənədinin və bunun əsasında ümumtəhsil
məktəblərinin ibtidai təhsil səviyyəsi üçün fənn kurikulumlarının hazırlanması
məqsədilə işçi qrupu yaradıldı.
Nəticə etibarilə 30 oktyabr 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu)” sənədi qəbul olundu .
197
Bu dövrlərdə qəbul edilən dövlət proqramlarının – “Texniki-peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”, “2010-2013-cü illərdə
Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər
Proqramı”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı” həyata keçirilməsi istiqamətində xeyli işlər
görülmüşdür.
2007-ci ildə “Kurikulum” jurnalı təsis edilmiş və ardıcıl nəşr olunur.
2007-ci ildə I-IV siniflər üçün fənn kurikulumları və onlara uyğun dərsliklərin
hazırlanması ilə bağlı “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədləri qəbul
olundu.
2008/2009-cu dərs ilindən etibarən ümumtəhsil məktəblərinin ibtidai təhsil
səviyyəsində tədrisə yeni fənn kurikulumları və dərslik komplektləri ilə başlanılmışdır.
2009-cu ilin yanvarında Azərbaycan Hökuməti tərəfindən Təhsil Nazirliyinin
hazırladığı “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası” sənədi təsdiq edildi.
3 iyun 2010-cu il tarixdə yeni “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən təkmilləşdirilmiş Milli Kurikulum sənədi − “Ümumi təhsil
pilləsinin dövlət standartları və proqramları (Kurikulumları)” hökumət tərəfindən
təsdiq edilmişdir.
Bu müddətdə V-XI siniflər üçün fənn kurikulumları hazırlanmış əvvəlcə layihə
variantı, 2013-cü ildə isə tamamlanmış formada mətbuatda çap olunmuşdur.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında
ölkə həyatının bütün sahələrində, o cümlədən təhsildə də inkişaf siyasətinin əsas
strateji hədəfləri göstərilmişdir. Ümumi təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan
vəzifələrdə, 2020-ci ilə qədər 12 illik ümumi təhsil sisteminə keçidin təmin edilməsi
və bununla əlaqədar təhsil proqramları və dərsliklərin müasir tələblər baxımından
Dostları ilə paylaş: |