191
gördüklərini möhkəmləndirməyə, həm də bir sıra idraki tapşırıqları yerinə yetirməyə
imkan verir. Məsələn, şagirdlərə aşağıdakı tapşırıqlar verilə bilər:
1.
Bu təcrübələrin müəllim tərəfindən dərsdə icrası ilə eksperiment aparanın
kinostudiyada icrasını müqayisə edin. Oxşar və fərqli cəhətlərini göstərin.
2.
Eksperiment aparan hansı texniki təhlükəsizlik qaydalarını pozmuşdur? Belə
qayda pozğunluqları real şəraitdə hansı nəticələrə səbəb ola bilər?
3.
Videoyazıdakı hansı məlumat proseslərin mahiyyətini anlamağa kömək edir,
hansı mane olur? Nə üçün?
Nəzərdən keşirilən nümunədə real kimyəvi eksperiment videoyazının
nümayişindən əvvəl aparılmış, aralarındakı interval əhəmiyyətli dərəcədədir (dərs –
növbəti dərsqabağı evdə sərbəst yerinə yetirilmək üçün verilən tapşırıq ).
Kompakt-disklə ev tapşırığı növbəti dərsdə mütləq davam etməlidir. Kompakt-
disk üzrə ev tapşırığının yoxlanılması (məsələn, mis və dəmirin xlorda yanmasının
həmin videoyazısı) şagirdlərin evdə işlədikləri fraqmentin istifadəsini nəzərdə tutur.
Verilmiş halda ilk növbədə, şagirdlərin kimyəvi bilikləri, lakin bununla yanaşı, həm
də ümumi intellektual bacarıqları yoxlanılır:
-
öz fikirlərini əsaslandırmaq bacarığı;
-
vizual məlumatı analiz etmək və bu analiz əsasında yeni, verbal formada
(fikrən aparılan analiz və sintez əməliyyatları) təqdim olunan məlumat;
-
müzakirə olunan məsələ üzrə sinif yoldaşlarının fikirlərini dinləmək və
eşitmək, bu fikirləri qəbul etmək və ya əsaslandıraraq inkar etmək bacarığı.
Şagirdlərin bilik və bacarıqlarının yoxlanmasının metodik üsulları müxtəlifdir.
Kabinetdə müəllimin avtomatlaşdırılmış iş yerinin mövcud olduğu zaman,
kimya dərslərində kompakt-diskdən istifadənin minimum altı variantı mümkündür.
Kimya kabinetində daim nümayiş və şagird eksperimenti aparılır ki, bu da
reaktiv və qurğuların hazırlanmasını tələb edir. Reaktivlər tədricən sərf edildiyindən,
yenilərinin əldə edilməsi tələb edilir. Şagirdlər adətən məhlullarla işlədiklərindən,
daim onların hazırlanması lazım olur. Yəni kimya müəllimi həm də təsərrüfat
192
qayğıları ilə məşğul olmağa məcburdur. Laborator təsərrüfatda ən çətin içi
kompyüterə keçirtmək olar, bunun üçün “Microsoft Office” paketindən istifadə edilir.
Cədvəl 9.
Kimya dərsində kompakt-diskin istifadə variantları
Kompakt-diskin
kimyanın digər
tədris vasitələri ilə
uyğunluğu
Həll olunmalı məsələlər
Dərsdə kimyəvi
eksperiment –
evdə CD-ROM
1.
Gördüklərinin yaddaşda bərpası.
2.
Dərsdə Vizual məlumatda əsas olanı seçmək bacarığının
inkişafı.
3.
Fikri müqayisə əməliyyatının təkmilləşdirilməsi.
Bir dərsdə
kimyəvi
eksperiment –
növbəti dərsdə
CD-ROM
1.
Şagirdlərin kimyəvi biliklərinin yoxlanması.
2.
Bildiklərinin təkrarı və ümumiləşdirilməsi.
3.
Fikrin əsaslandırılması, analiz, müqayisə, alternativ fikri
qəbul etmək və ya inkar etmək bacarıqlarının yoxlanması.
4.
Vizual məlumatı oxuyub, anlamaq bacarığının inkişafı və
təkmilləşdirilməsi.
Bir dərsdə
nümayiş cədvəli
→real
eksperiment→CD-
ROM
1.
Mürəkkəb qurğunun qurulmasını və çox vaxt ayrılmasını
tələb edən eksperimentə əsaslanan yeni biliklərin
şagirdlərə çatdırılması.
2.
Vizual məlumatı oxuyub, anlamaq bacarığının inkişafı və
təkmilləşdirilməsi.
3.
Müxtəlif formada təqdim edilən informasiyanın
müqayisəsi.
CD-ROM –
laborator təcrübə
1.
Fəaliyyət üsulları haqqında yeni biliklərin şagirdlərə
çatdırılması.
2.
Ekran mətnlərini oxumaq bacarığının təkmilləşdirilməsi.
3.
Texniki
təhlükəsizlik
qaydalarına
aid
biliklərin
yoxlanması.
Laborator təcrübə
zamanı CD-ROM
1.
Kimyəvi
eksperimentin
yerinə
yetirilməsi
zamanı
özünükontrol.
2.
Ekran mətnlərini oxumaq bacarığının təkmilləşdirilməsi.
Yalnız CD-ROM Məktəb kimya laboratoriyası şəraitində real nümayişi prinsipial
olaraq qeyri-mümkün olan maddə çevrilməsinin nümayişi.
193
Cədvəl 10.
Kimya kabinetində kompyüterdən istifadə
Proqramın adı
Təyinatı
Kimyanın tədrisində
istifadə imkanları
Microsoft Word
İstənilən
sənəd
mətnlərinin hazırlanması,
redaktəsi, çapı və elektron
poçtla göndərilməsi
Paylanan
mətnlətin
(yoxlama
yazı
işləri,
sorğu cədvəlləri və s.)
hazırlanması.
Tematik
və
təqvim
planlarının hazırlanması.
“Bir düyməyə basmaqla”
eynitipli
sənədlərin
yaradılmasış
Kabinetin təşkili.
Microsoft Excel
Göstəricilərin
sadə
bazalarının yaradılması və
işlədilməsi,
mürəkkəb
hesablamalar.
Operativ
qeydiyyat,
reaktivlərin silinməsi.
Məhlulların hazırlanması
ilə bağlı hesablamalar.
Bütün tədris müddətində
kimyanın öyrənilməsində
şagird
nailiyyətlərinin
müqayisəsi
və
qiymətləndirilməsi.
Microsoft Access
Göstəricilərin mürəkkəb
bazalarının yaradılması və
işlədilməsi.
Kimya
kabinetinin
inventar
və
material
dəftərləri.
Microsoft Power Point
Prezentasiyaların
hazırlanması
Kimyanın tədrisinin ekran
vasitələrinin
(transparantlar, diafilmlər
və s.) yaradılması.
Microsoft Outlook
Vaxtın planlaşdırılması
Dərs
və
dərsdənkənar
məşğələlərin
(dərnəklər,
elektiv(seçmə)
kurslar,
ekskursiyalar) cədvəli .
Sinif
rəhbərinin
işinin
planlaşdırılması.
Microsoft Publisher
Stolüstü
mini-nəşriyyat Kabinetin təşkili.
Dostları ilə paylaş: |