162
Təcrübə 5. Sirkə aldehidinin alınması. Sınaq şüşəsinə 1 ml etil spirti töküb,
üzərinə onun udulması üçün təmiz çay qumu səpin. Sınaq şüşəsini üfiqi vəziyyətdə
ştativin pəncəsinə bərkidib, qumin qarşısına bir qədər mis(II) oksid tozu tökün. Sınaq
şüşəsinin ağzını içərisində az miqdarda su olan, qəbuledici rolunu oynayan sınaq
şüşəsinə salınmış qazaparan boru keçirilmiş tıxacla bağlayın. Sınaq şüşəsini isə
içərisində su olan stəkana salın (şəkil 49). Əvvəlcə spirt lampası alovu ilə mis(II)
oksidi şiddətli qızdırın. Sonra arabir alovu spirt hopdurulmuş qum tərəfə
yaxınlaşdırın. Nə müşahidə edilir? Hadisəni izah edin. Sirkə aldehidinin iyini
müəyyən etdikdən sonra, alınan məhlulu iki hissəyə bölün və sınaq şüşələrinə tökün.
Məhlullardan birini aldehidlərin təyini üçün xarakterik olan gümüş-güzgü reaksiyası
və ya mis (II) hidroksillə yoxlayın. İkinci sınaq şüşəsinə isə bənövşəyi rənğli lakmus
kağızı salın və mühiti təyin edin. Bundan sonra məhlula 1-2 damcı açıq rəngli kalium-
permanqanat məhlulu əlavə edin. Nə müşahidə edilir? Lakmus kağızının rənği nə
üçün dəyişdi? Sirkə aldehidi hansı maddəyə oksidləşdi? Nəticə çıxarın və baş verən
reaksiyaların tənliklərini yazın. Bu təcrübədə gedən çevrilmələrlə üzvi kimyada
hansı prosesi əyani olaraq izlədiniz?
Təcrübə 6. Aldehidlər üçün xarakterik reaksiyalar.
a) Sınaq şüşəsinə 4-5 ml 2%-li gümüş-nitrat məhlulu töküb, üzərinə əvvəlcə
əmələ gələn palıdı rəngli gümüş-oksid həll olana qədər damcı-damcı 2%-li
ammonium-hidroksid məhlulu əlavə edin. Aparılan reaksiya nəticəsində əmələ gəlmiş
gümüş-oksidin ammonyakda məhluluna, həmin miqdarda 2%-li formalin məhlulu,
yaxud sirkə aldehidi əlavə edin. Sınaq şüşəsini su hamamında ehtiyatla qızdırın. Nə
müşahidə edilir? Bu reaksiya nə üçün gümüş-güzgü reaksiyası adlanır? Baş verən
reaksiyaların tənliklərini yazın. Nə üçün gümüş-oksidin ammonyakda məhlulunu
hazılamaq tələb olunur?
b) Sınaq şüşəsinə 2-3 damcı durulaşdırılmış mis kuporosu məhlulu, bir o qədər
də natrium-hidroksid məhlulu töküb, üzərinə bir qədər sirkə aldehidi əlavə edin və
zəif qızdırın. Nə müşahidə edilir? Reaksiya tənliyini yazın.
163
c) Aldehid izini müəyyən etmək üçün fuksin sulfat turşusundan istifadə edilir.
Fuksin sulfat məhlulunu hazırlamaq üçün suda bir qədər fuksin həll edilir və alınan
məhlula rəngsizləşənə kimi kükürd (IV) oksid buraxılır. İçərisində fuksin sulfat olan
sınaq şüşəsinə bir neçə damcı durulaşdırılmış aldehid məhlulu əlavə edin. Nə
müşahidə edilir? Alınan rəngə diqqət edin və yadda saxlayın ki, bu reaksiya aldehidin
təyini üçün xarakterik reaksiyadır.
Təcrübə 7. Sirkə turşusunun alınması. Sınaq şüşəsinə 2-3 q natrium-asetat
töküb, üzərinə 1-2 ml qatı sulfat turşusu məhlulu əlavə edin. Sınaq şüşəsinin ağzını
qazaparan borusu olan tıxacla bağlayıb, ştativin pəncəsinə bərkidin. Qazaparan
borunun ucunu qəbuledici rolunu oynayan digər sınaq şüşəsinə salın və 1-2 ml sirkə
turşusu yığılana kimi qarışığı qızdırın. Sirkə turşusunun iyini müəyyən edin və şüşə
çubuqla ondan götürüb universal indikator kağızının üzərinə damcılatmaqla rəng
dəyişikliyini müşahidə edin və turşunun qüvvətliliyi barədə nəticə çıxarın. Reaksiya
tənliyini yazın.
Təcrübə 8. Sirkə turşusunun sinklə qarşılıqlı təsiri. Üç sınaq şüşəsinin hər
birinə 1-2 sink dənəsi salıb, üzərlərinə bərabər miqdarda sulfat, xlorid və sirkə turşusu
məhlulları əlavə edin. Hər üç sınaq şüşəsində reaksiyaların getmə sürətini müşahidə
edin. Hansı sınaq şüşəsində reaksiya adi şəraitdə getmirsə onu qızdırın və nəticə
çıxarın. Reaksiyaların tənliklərini yazın.
Bu reaksiyanı maqnezium-oksid və natrium-karbonatın həmin turşularla
qarşılıqlı təsiri ilə də aparın və sirkə turşusunun həmin turşulardan zəif olmasını
təsdiq edin.
2-ci iş. Mürəkkəb efirlər, yağlar və karbohidratlar
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, kibrit, yumrudib
kolbalar, metal ştativ, tutqac, çaquli borusu olan tıxac, su hamamı, etil spirti,
natrium-asetat kristalları, qatı sulfat turşusu, susuz mis(II)sulfat, efir, bitki yağı,
164
kalium-hidroksid kristalları, xörək duzunun doymuş nəhlulu, xlorit turşusu, natrium-
hidroksid, mis(II) sulfat, qlükoza məhlulları, qənd parçası, yod məhlulu.
Təcrübə 1. Efirləşmə reaksiyası. Sınaq şüşəsinə 2 q susuz natrium-asetat
töküb, üzərinə 1 ml etil spirti, bir o qədər də qatı sulfat turşusu əlavə edin və qızdırın.
Natrium-asetatın qatı sulfat turşusu ilə qarşılıqlı təsirindən alınan sirkə turşusu etil
spirti ilə reaksiyaya daxil olub, etil-asetat efirini əmələ gətirir. Müvafiq reaksiyaların
tənliklərini yazın.
Efirləşmə reaksiyasında suyun ayrılmasını nümayiş etdirmək üçün reaksiya
gedən sınaq şüşəsinin ağzına içərisində susuz mis(II) sulfat olan, iynənin ucu ilə
deşiklənmiş polietilen kisəcik yerləşdirin. Sınaq şüşəsinin 3-4 dəqiqiə
qızdırılmasndan ayrılan su ağ rəngli mis(II) sulfatı mavi rəngə çevirəsək.
Təcrübə 2.Yağların müxtəlif həlledicilərdə həll olması. Üç sınaq şüşəsi
götürüb hərəsi 1 ml olmaqla, birinə su, ikncisinə spirt, üçüncüsünə isə efir tökün.
Sınaq şüşələrinin hər birinə 3 damcı bitki yağı əlavə edin və yaxşıca çalxalayın. Nə
müşahidə edilir? Nəticə çıxarın. Efirlə yağın qarışığından bir damcı süzgəc kağızı
üzərinə salın və həlledicinin buxarlanmasından sonra qalan yağ ləkəsinə diqqət
edin.
Təcrübə 3. Yağların sabunlaşdırılması. Yumrudib kolbada 4-5 q əridilmiş
heyvan yağı götürüb, üzərinə 10 ml spirt (yağın həll olması üçün), 5 ml su tökün və 2-
3 q kalium-hidroksid əlavə edin. Kolbanın ağzına şaquli borusu olan (spirt buxarının
mayeləşməsi üçün) tıxacla bağlayın və vaxtaşırı qarışdırmaqla su hamamında qızdırın.
10 dəqiqədən sonra qarşığı içərisində su olan sınaq şüşəsinə keçirin (yağ damcıları
olmamalıdır). Alınan məhlulu içərisində 20-25 ml doymuş xörək duzu məhlulu olan
stəkana tökün və səthə yığılaraq bərkiyən sabunu nəzərdən keçirin.
Təcrübə 4. Sabunun xassəsi. Sınaq şüşəsinə yuxarıdakı təcrübədə alınmış
sabundan bir parça salın və üzərinə 1 ml distillə edilmiş su tökün. Sınaq şüşəsinin
ağzını tıxasla bağlayın və yaxşıca çalxalayın. Nə müşahidə olunur? Sabunun suda həll
Dostları ilə paylaş: |