150
c)
İonların məhluldan adsorbsiyası. Sınaq şüşəsində 0,01 N qurğuşun(II)
asetat məhlulu götürüb üzərinə 1-2 damcı 0,01N kalium-yodid məhlulu əlavə edin. Nə
müşahidə olunur? Sınaq şüşəsini müqayisə üçün saxlayın. Reaksiyanın molekulyar və
ion-molekulyar tənliyini yazın. Başqa bir sınaq şüşəsinə 2-3 ml 0,01 N qurğuşun(II)
nitrat məhlulu töküb, üzərinə bir qədər aktivləşdirilmiş kömür tozu əlavə edin. Sınaq
şüşəsinin ağzını bağlayıb, 2-3 dəqiqə çalxalayın və sonra məhlulu süzün. Alınmış
filtirata 1-2 damcı 0,01 kalium-yodid məhlulu əlavə edin. Nə
müşahidə olunur? Aktivləşdirilmiş kömür məhluldan hansı
ionu adsorbsiya etmişdir?
Təcrübə 2. Karbonun reduksiyaedici xassəsi. Mis(II)
oksiddən misin kömürlə reduksiyası. Əsasi mis(II)
karbonatın parçalanmasından alınmış 1 q mis(II) oksid və 0,6
q yaxşı xırdalanmış kömür tozu götürün. Maddələri kağız
üzərində yaxşıca qarışdırdıqdan sonra sınaq
şüşəsinə töküb, ağzını qazaparan borusu olan tıxacla bağlayın,
qazaparan borunun ucunu içərisində əhəng suyu olan sınaq
şüşəsinə salın (şəkil 44). Qazın ayrılması dayananadək sınaq şüşəsini şiddətli qızdırın.
Sonra qazaparan borunu sınaq şüşəsindən çıxarın və qızdırılmanı dayandırın. Bir neçə
dəqiqə sınaq şüşəsinin soyumasını gözləyin, sonra ağzını açın. Alınan misi həvəngə
boşaldın və onun səthini metal parıltısı əmələ gələnədək yüngülvari sürtün.
Reaksiyanın tənliyini yazın.
Təcrübə 3. Karbon(II) oksidin alınması (təcrübələr sorucu şkafda
aparılmalıdır).
a)
Karbon(II) oksidin qarışqa turşusundan alınması. Təcrübəni aparmaq
üçün 45–cü şəkildəki cihazı yığmalı. Kolbaya 5-7 ml qarışqa turşusu, damcı qıfına isə
10 ml qatı sulfat turşusu tökün. Sulfat turşusunu damcı-damcı qarışqa turşusunun
üzərinə əlavə edin, havanın çıxmasını gözlədikdən sonra ayrılan qazı silindrdə
toplayıb, ağzını suyun altında şüşə lövhə ilə örtərək sudan çıxarın. Uzun çöpün
Şəkil 44.
Mis(II)oksidin kömürlə
reduksiyası.
151
köməyi ilə ehtiyatla qazı silindrin ağzında yandırın və dərhal divarı boyu silindrin
içərisinə su tökün. Alovun rənginə diqqət edin. Reaksiyanın tənliyi aşağıdakı
kimidir:
HCOOH
CO + H
2
O
b)
Karbon (II) oksidin oksalat turşusundan alınması.Yuxarıdakı təcrübədəki
cihazın kolbasına 5q oksalat turşusu töküb, üzərinə damcı-damcı sulfat turşusu əlavə
edin. Alınan qazı toplamaq üçün, onu qələvi məhlulundan keçirmək lazımdır. Çünki
oksalat turşusunun parçalanmasından karbon (IV) oksid də alınır.
Reaksiyanı tənliyi aşağıdakı kimidir:
HOOC-COOH
CO + CO
2
+ H
2
O
Sorucu şkaf olmadıqda karbon(II) oksidi sınaq
şüşəsində alıb qazaparan borunun ucunda yandırmaq
olar. Karbon(II) oksidin alınması üçün göstərilən hər
iki təcrübə əlverişli olsa da, şagirdlər götürülən üzvi
maddələrlə hələ tanış olmadıqları üçün onlara bəzi
məsələlər tam aydın olmur.
c)
Karbon (II) oksidin karbon (IV) oksidin
sinklə reduksiyasından alınması. Sınaq şüşəsinə bir
hissə malaxit (əsasi mis(II) karbonat (CuOH)
2
CO
3
) və
4 hissə sink tozu töküb ağzını qazaparan borusu olan
tıxacla bağlayaraq bir qədər aşağı maili olmaqla üfiqi vəziyyətdə ştativin pəncəsinə
bərkidin və qızdırın. Ayrılan qazı suyu sıxışdırıb çıxarmaqla toplayın. Malaxitin
H
2
SO
4(qatı)
, t
H
2
SO
4(qatı)
, t
Şəkil 45. Karbon(II) oksidin
alınması.
152
parçalanmasından ayrılan karbon qazının sinklə reduksiyasından karbon (II) oksid
alınır. Reaksiyaların tənliklərini yazın.
Təcrübə 4. Karbon(II) oksidin reduksiyaedici xassəsi. Geniş şüşə boruya bir
qədər mis(II) oksid yerləşdirib, ağzını qazaparan borusu olan tıxacla bağlayıb, ştativin
pəncəsinə üfiqi vəziyyətdə bərkidin. Mis(II) oksidi qızdırın və borunun açıq ucundan
karbon(II) oksid buraxın. Borunun qazaparan borusu olan ucunda reaksiyaya daxil
olmayan karbon(II) oksidi yandırmalı. Karbon(II) oksid axınında misi soyutduqdan
sonra, onun verilməsini dayandırın və reduksiya olunmuş metalı müşahidə edin
Reaksiya tənliyini yazın. Bu reaksiyadan harada istifadə olunur?
Təcrübə 5. Karbon(IV) oksidin (karbon qazının) alınması və xassələri.
a)
Karbon qazının alınması. Sınaq şüşəsinə bir neçə mərmər parçası salıb,
üzərinə duru xlorid turşusu tökərək, ağzını qazaparan borusu olan tıxacla bağlayın.
Sınaq şüşəsini ştativin pəncəsinə bərkitdikdən sonra, qazaparan borunun ucunu şüşə
bankaya daxil edərək, alınan qazı toplayın və ağzını örtərək sonrakı təcrübə üçün
saxlayın. Reaksiyanın tənliyini yazın.
Çoxlu miqdarda karbon qazı almaq üçün Kipp aparatından istifadə edilir.
b)
Karbon qazının yanğını söndürməsi. Karbon qazı ilə doldurulmuş şüşə
bankanın ağzını açaraq, ora yanar çöp daxil edin. Nə müşahidə edilir? Nəticə çıxarın.
c)
Kiçik stəkanın dibinə yanan balaca şam qoyun və Kipp aparatından havanı
sıxışdırıb çıxarmaqla karbon qazı ilə doldurulmuş iri stəkanı onun üzərinə əyin. Nə
müşahidə olunur?
d)
Kipp aparatından karbon qazı ilə doldurulmuş bankanı boş bankanın ağzına
çevirib, bir neçə dəqiqə gözlədikdən sonra, bankaları bir-birindən ayırın və hər ikisinə
yanan çöp daxil edin.Hansı bankada çöp sönür? Səbəbini izah edin və nəticə çıxarın.
e)
Karbon qazını suda həll olması. Karbon qazı ilə doldurulmuş kiçik stəkana
bir qədər su tökün və içərisinə göy lakmus kağızı salın. Nə müşahidə edilir? Nəticə
çıxarın.
Dostları ilə paylaş: |