147
qədər mis yonqarı əlavə etdikdən sonra onu zəif qızdırın. Nə müşahidə olunur?
Reaksiyanın tənliyini yazın.
3-cü iş. Fosfor və onun birləşmələri.
Ləvazimat və reaktivlər: sınaq şüşələri, metal ştativ, sınaq şüşələrini yığmaq
üçün ştativ, spirt lampası, kibrit, şüşə qıf, asbestli tor, çini kasa, şüşə çubuq, qırmızı
fosfor, göy lakmus kağızı, qatı nitrat turşusu, gümüş-nitrat, kalsium-xlorid, dəmir(III)
xlorid, alüminium-sulfat, natrium-dihidroortofosfat, natrium-hidroortofosfat, natrium
-ortofosfat məhlulları.
Təcrübə 1. Qırmızı fosforun ağ fosfora çevrilməsi. Quru sınaq şüşəsini şaquli
vəziyyətdə ştativin pəncəsinə bərkidib, şüşə çubuğun ucunda buğda boyda quru
qırmızı fosforu onun dibinə qədər olmaqla içərisinə daxil edin. Sınaq şüşəsinin dibini
güclü qızdırın. Əvvəlcə ağ duman kimi fosfor(V)oksidin çıxmasına diqqət edin.
Qızdırılma davam etdikdə sınaq şüşəsinin soyuq divarında və şüşə şubuqda sarımtıl
rəngli ağ fosfor damcılarının yığılmasına müşahidə edin.
Qızdırılmanı dayandırın və sınaq şüşəsi soyuduqdan sonra, içərisində olan şüşə
çubuğu çıxarın. Nə müşahidə olunur?
Təcrübə 2. Ağ fosforun öz-özünə alışıb yanması. Yuxarıdakı təcrübədəki
sınaq şüşəsindəki ağ fosfor soyuduqdan sonra, onun üzərinə 4-5 ml karbon(IV) sulfid
əlavə edin. Sınaq şüşəsinin ağzını tıxacla bağlayıb möhkəm çalxalayın və ağ fosforu
karbon(IV) sulfiddə həll edin. Süzgəc kağızı zolağını metal maşa ilə tutaraq, sınaq
şüşəsindəki məhlul ilə isladın və sorucu şkafda yellədin. Nə müşahidə edilir? Nəticə
çıxarın və reaksiya tənliyini yazın.
Təcrübə 3. Fosfat anhidridinin alınması və suda həll olması (təcrübə
sorucu şkafda aparılmalıdır). Ştativin halqasında olan asbestli tor üzərinə qoyulmuş
kiçik çini kasaya təqribən 0,5 q qırmızı fosfor yerləşdirin. Çini kasanın üzərində
148
qurudulmuş şüşə qıfı ağzı aşağı olmaqla ştativin pəncəsində
elə bərkidin ki, qıf qapaqdan 0,5 sm yuxarıda durmuş olsun
(şəkil 42).
Qızdırılmış şüşə çubuğu fosfora toxundurun. Nə
müşahidə olunur? Bir neçə dəqiqədən sonra fosfat
anhidridinin yaşarması onun hansı xassəyə malik olduğunu
göstərir? Reaksiyanın tənliyini yazın.
Sınaq şüşəsinə bir qədər distillə edilmiş su tökün və
içərisinə təcrübədə alınmış fosfat anhidridindən salın. Nə
müşahidə olunur? Alınmış məhlulu göy lakmus kağızı ilə
yoxlayın və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın.
Təcrübə 4. Ortofosfat turşusunun alınması. Sorucu
şkafda sınaq şüşəsinə buğda boyda qırmızı fosfor qoyub,
üzərinə 4-5 damcı qatı nitrat turşusu əlavə edin və maili
vəziyyətdə ştatvin pəncəsinə bərkidərək spirt lampası alovunda zəif qızdırın. Sınaq
şüşəsində qaz ayrılmağa başladıqda qızdırmanı dayandırmalı. Sınaq şüşəsi
soyuduqdan sonra məhlul üzərinə bir neçə damcı gümüş-nitrat məhlulu əlavə edin. Nə
müşahidə edilir? Reaksiyaların tənliklərini yazın.
Təcrübə 4. Ortofosfatların alınması. Ayrı-ayrı sınaq şüşələrində kalsium-
xlorid, dəmir(III)xlorid və alüminium-sulfat məhlullarından 3-4 ml tökün. Birinci
sınaq şüşəsinə 1-2 ml natrium-hidroortofosfat, ikincisi sınaq şüşəsinə 1-2 ml natrium-
dihidroortofosfat, üçüncü sınaq şüşəsinə isə 1-2 ml natrium-ortofosfat məhlullarını
əlavə edin. Nə müşahidə edilir? Sınaq şüşələrində alınan duzlardan hansı suda həll
olur? Reaksiyaların tənliklərini yazın.
Təcrübə 5. PO
4
3-
ionunun təyini. Sınaq şüşələrinə fosfat turşusu və natrium-
ortofosfat məhlullarından 1-2 ml töküb üzərinə bir neçə damcı gümüş-nitrat məhlulu
əlavə edin. Nə müşahdə olunur?
Şəkil 42. Fosfat
anhidridinin
alınması.
149
3.9. Karbon, silisium və onların birləşmələrinin öyrədilməsi zamanı kimya
eksperimenti.
1-ci iş. Karbon və onun birləşmələri.
Ləvazimat və reaktivlər: metal ştativ, kolba, büret, rezin boru, tıxac, sınaq
şüşələri, şüşə qıf, silindirlər, stəkanlar, şüşə bankalar, kristallizator, çini həvəng, şüşə
boru, Kipp aparatı, dəmir maşa, şüşə çubuq, yumrudib kolba, aktivləşdirilmiş kömür,
mis(II)oksid tozu, mürəkkəb, fuksin məhlulları, xlorla dolu banka, 0,01N qurğuşun(II)
asetat, 0,01N kalium-yodid, qurğuşun(II) nitrat, qarışqa turşusu, , qatı sulfat turşusu
məhlulları,
oksalat turşusu, əsasi mis(II) karbonat, mərmər kristalları,
durulaşdırılmış xlorid turşusu məhlulu, şam, göy lakmus kağızı, maqnezium lenti,
duru natrium-hidroksid məhlulu, əhəng və barit suyu, natrium-karbonat, barium,
kalsium və stronsiumun həll olan duzlarının məhlulları, sirkə turşusu, kalium-
karbonat, alüminium-sulfat, kalium-sulfat, fenolftalein, mis(II) sulfat məhlulları.
Təcrübə 1. Aktivləşdirilmiş kömürün adsorbsiya qabiliyyəti.
a)
Rəngli maddələrin məhluldan adsorbsiyası. İçərisində distillə suyu olan
kolbaya bir neçə damcı bənövşəyi mürəkkəb və ya
fuksin (C
20
H
20
N
3
Cl-rozanilin) məhllulu əlavə edib,
içərisinə 2-3 çay qaşığı aktivləşdirilmiş kömür tökün
və qarışdırın. Bir neçə dəqiqədən sonra məhlulun
rəngini müşahidə edin və nəticə çıxarın.
b)
Qazların adsorbsiyası. İçərisində xlor qazı
olan bankaya 1-2 çay qaşığı aktivləşdirilmiş kömür
töküb, ağzını dərhal, rəngli suya salınmış büretlə
rezin boru ilə birləşdirilmiş tıxacla bağlayın (şəkil 43).
Bankanı silkələyin, rəngli suyun büretlə yuxarı
qalxmasını müşahidə edin və səbəbini aydınlaşdırın.
Şəkil 43.Qazların kömür
vasitəsilə adsorbsiyası
Dostları ilə paylaş: |