153
f)
Karbon qazının oksidləşdirici xassəsi. Maqnezium lentini dəmir maşa ilə
tutub, alovda yandırın və dərhal karbon qazı ilə dolu bankaya daxil edin. Nə müşahidə
edilir? Bankaya bir qədər duru xlorid turşusu töküb, çalxalayın. Yanma məhsullarının
hansı turşuda həll olur? Reaksiyaların tənliklərini yazın.
g)
Karbon qazının qələvilərlə qarşılıqlı təsiri. Stəkanın yarısına qədər duru
natrium-hidroksid məhlulu tökün. Karbon qazı ilə dolu sınaq şüşəsinin ağzını təmiz
barmaqla örtərək ağzı aşağı olmaqla qələvi məhlulunun içərisinə salın və barmağınızı
çəkin. Sınaq şüşəsini öz oxu ətrafında fırladın və onun qələvi məhlulu ilə dolmasını
müşahidə edin. Hadisənin səbəbini izah edin və reaksiyanın tənliyini yazın.
h)
Karbon qazının təyini. İki sınaq şüşəsi götürüb. Birinə 3-4 ml əhəng suyu
Ca(OH)
2
digərinə isə barit suyu Ba(OH)
2
məhlulları tökün. Hər iki sınaq şüşəsinə
karbon qazı buraxın. Nə müşahidə edilir?
Karbon qazının buraxılmasını davam etdirin, məhlullarda baş verən dəyişikliyi
müşahidə edin və nəticə çıxarın. Reaksiyaların tənliklərini yazın.
Karbonat turşusu və onun duzları.
Təcrübə 1. Kipp aparatında karbon qazını alın və suya buraxın. Karbon qazının
suda həll olmasından alınan karbonat tuşusunu göy lakmus kağızı ilə yoxlayın.
Təcrübə 2. Az həll olan karbonatların alınması. Sınaq şüşələrində ayrılıqda
götürülmüş kalsium, stronsium və bariumun suda həll olan duzlarının üzərinə bir
qədər natrium-karbonat məhlulu əlavə edin. Nə müşahidə olunur? Alınmış çöküntlərin
sirkə turşusunda həll olub-olmamasını yoxlayın. Müvafiq reaksiyaların tənliklərini
yazın.
Təcrübə 3. Karbonatların termiki parçalanması. Dəmir maşa ilə kiçik
mərmər parçası götürüb 4-5 dəqiqə qaz lampası alovunda közərtdikdən sonra çini
kasaya qoyub, üzərinə 2-3 ml su və 1-2 damcı fenolftalein məhlilu əlavə edin. Nə
müşahidə edilir? Səbəbini izah edin və reaksiya tənliklərini yazın. Hansı karbonatlar
qızdırıldıqda parçalanmır?
154
Təcrübə 4.
a)
Karbonatların hidrolizi. Üç sınaq şüşəsi götürüb, birinə 3-4 ml natrium-
hidrokarbonat, ikincisinə natrium-karbonat, üçüncüsünə isə kalium-karbonat
məhlullarından 2-3 ml tökün və məhlulları göy lakmus kağızı ilə yoxlayın. Nə
müşahidə olunur? Səbəbini izah edin və reaksiyaların tənliklərini yazın.
b)
İki sınaq şüşəsinin birinə 2-3 ml mis (II) sulfat məhlulu, digərinə isə bir o
qədər alüminium-sulfat məhlulları tökün. Hər iki sınaq şüşəsinə bir qədər natrium-
karbonat məhlulu əlavə edin və ağızlarına əhəng suyu ilə isladılmış şüşə çubuq tutun.
Nə müşahidə olunur? Reaksiyaların tənlikləri aşağıdakı kimidir:
2CuSO
4
+ 2Na
2
CO
3
+ H
2
O → Cu
2
(OH)
2
CO
3
+ CO
2
↑+2Na
2
SO
4
Al
2
(SO
4
)
3
+ 3Na
2
CO
3
+ 3H
2
O → 2Al(OH)
3
+ 3CO
2
↑+ 3Na
2
SO
4
Təcrübə 5. Hidrokarbonatların termiki parçalanması. Sınaq şüşəsinə bir
qədər natrium-hidrokarbonat töküb, ağzına qazaparan borusu olan tıxac taxın. Sınaq
şüşəsini ştativin pəncəsinə bərkidin. Qazaparan borunun ucunu isə içərisində əhəng
suyu olan stəkana salın. Sınaq şüşəsini maddə olan yerdən qızdırın. Nə müşahidə
edilir? Qızdırılmanı davam etdirdikdən bir qədər sonra karbon qazının çıxması
dayanacaq. Səbəbini izah edin və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın.
2-ci iş. Silisium və onun birləşmələri
Ləvazimat və reaktivlər: sınaq şüşələri, metal ştativ, sınaq şüşələrini yığmaq
üçün ştativ, şini kasa, çini həvəng, metal maşa, çini puta, asbest kartonu, Kipp
aparatı, şüşə qıf, süzgəc kağızı, kvars qumu, maqnezium tozu, duru və qatı xlorid
turşusu məhlulları, 10%-li natrium-silikat məhlulu, natrium-hidroksid kristalları,
kalsium-xlorid, mis(II) sulfat, qurğuşun(II) nitrat, fenolftalein, ammonium-xlorid
məhlulları.
155
Təcrübə 1. Amorf silisiumun alınması. Narın əzilmiş 1 q kvars qumunu 1,5 q
maqnezium tozu ilə çini həvəngdə yaxşıca qarışdırıb kiçik çini putaya tökün və
ortasına maqnezium lenti taxın. Putanı asbest kartonu üzərinə qoyub maqnezium
lentini yandırın. Nə müşahidə edilir? Putanı metal maşa ilə tutub ağzı aşağı çevirməli
və silisiumu çini kasaya boşaltmalı. Bu reaksiyada maqnesium oksiddən başqa bir
qədər də maqnezium silisid Mg
2
Si əmələ gəldiyini nəzərə alaraq reaksiya tənliklərini
yazın.
Silisiumu maqnezium-silisiddən ayırmaq üçün, reaksiya məhsulları olan çini
kasaya ehtiyatla duru xlorid turşusu tökün. Maqnezium-silisidin xlorid turşusu ilə
qarşılıqlı təsirindən alınan monosilanın SiH
4
havaya çıxan kimi dərhal alışıb
yanmasına diqqət edin. Reaksiyaların tənliklərini yazın.
Təcrübə 2. Silikat turşusunun alınması.
a)
İki sınaq şüşəsi götürüb, birinə 2-3 ml 10%-li natrium-silikat məhlulu,
ikincisinə isə 2-3 ml qatı xlorid turşusu məhlulu tökün. Birinci sınaq şüşəsinə 2-3 ml
2 N xlorid turşusu məhlulu, ikincisinə isə 1-2 ml qatı natrium silikat məhlulu əlavə
edin. Sınaq şüşələrinin ağzını bağlayıb məhlulları qarışdırın. Nə müşahidə edilir?
Alınan çöküntülərin fərqi nədir? Reaksiya tənliyini yazın.
b)
Sınaq şüşəsinə 2-3 ml 10%-li natrium-silikat məhlulu töküb, içərisinə Kipp
aparatından güclü axınla karbon qazı buraxın. Nə müşahidə edilir? Reaksiyanın
tənliyini yazın.
Təcrübə 3. Həll olan silikatların alınması. Sınaq şüşəsində bir qədər narın
əzilmiş kvars qumu üzərinə bir iki natrium–hidroksid kristalları əlavə edin. Sınaq
şüşəsini maili vəziyyətdə ştativin pəncəsinə bərkidin və qaz lampası alovunda qarışığı
əridin. Sınaq şüşəsi soyuduqdan sonra onun içərisindəki kütləni az miqdar suda həll
edin və məhlulda qalan kvarsı süzməklə ayırın. Məhlulda natrium-silikatın olmasını
necə yoxlamaq olar? Reaksiyaların tənliklərini yazın.
Təcrübə 4. Az həll olan silikatlatların alınması. Üç sınaq şüşəsi götürüb
birincisinə kalsium-xlorid, ikincisinə mis(II) sulfat, üçüncüsünə isə qurğuşun(II) nitrat
Dostları ilə paylaş: |