METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
86
PowerPoint proqramında həmin hərflər və onlara müvafiq şəkillər slaydlar vasitəsilə nümayiş
etdirilməlidir:
-M
-S
-h
-O
Bağçalar üzərində müxtəlif hərflər və xalq nağıllarının şəkilləri olan kubiklərlə zəngin
olmalıdır. Tərbiyəçi saitlər haqqında ilkin təsəvvür yaratmaqdan ötrü müxtəlif heyvanların
çıxardıqları səslərdən ibarət oyunlar da təşkil edə bilər. Məsələn, canavar “U u u u”, ceyran
“Üüüü” deyə səs çıxarır. Bir səsdən ibarət olan bu çığırtıları yuxarı yaş qruplarında daha
mürəkkəbləri ilə əvəz etmək olar. Əlbəttə bu məşğələlər sadədən mürəkkəbə keçməklə ardıcıl
aparılmalıdır. İki səsli məşğələlər: camışın “mooo”, pişiyin “myau”, çətin məşğələlər ulağın
“ia ia”, lap çətin məşğələlər bildirçinin “bıpbılıt, bıpbılıt” səslərinin yamsılaması ola bilər.
Məşğələlər prosesində saitlərin xüsusi bir avazla uzadılması vərdişi aşılanmalıdır. Bu vərdiş
məktəbdə sait səslərin asanlıqla qavranılmasına, sözlərin sətirdən sətrə keçirilməsini
öyrənməsinə xidmət göstərəcəkdir.
Birsəsli məşğələlər üçün:
--uuuuuu
---üüüüü
-zzzz
İkisəsli məşğələlər üçün:
-mooo
-qa-qa-qa
-məəəə
--ia-ia və s
Samit səslərini də oyun prosesində uşaqlara anlatmaq mümkündür. Meşə, dəniz və s
səslərin təqlidi yolu ilə “Xoşşş”, “Xışşş”, Traktor “Trrr”, Saat “Din-dan”, Dalğa “dam-dum”
kimi səslərin təqlidi ilə oyunlar təşkil etmək samitlərin anlaşılmasına xidmət göstərə bilər.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
87
----trrrrrrrr
-Din-dan
-tuk-tuk
--xışşşş, xoşşşş və s
Oyun prosesində öz hərəkətləri ilə hərflərin xarici görünüşünü göstərmək üçün
uşaqlara meydan vermək zəruridir. Onlar bu yolla həm hərfləri yadda saxlayır, həm də fiziki
imkanlarını inkişaf etdirirlər. Bu prosesdə ehtiyacı olanlara köməklik göstərmək lazımdır.
Qoy hər bir uşaq nümayiş etdirmək istədiyi hərfi müəllimin köməkliyi ilə göstərsin. Bu onun
sonrakı inkişafına müsbət təsir göstərəcəkdir.
Dramatik oyunların da əhəmiyyəti böyükdür. Uşaqlar obrazlara girməyi, müxtəlif
heyvanların səsini çıxarmağı sevirlər. “Tıq-tıq xanım” kimi xüsusi səs təqlidi ilə seçilən
əsərlərin səhnəyə qoyulması maraqlı olar. İlk öncə ya şəkillərdən, ya da cizgi filmini nümayiş
etdirmək bu işi həm asanlaşdırar, həm də uşaqlarda maraq oyadar.
vəv
Uşaqların bağçadan ibtidai məktəbə keçdiyi ərəfədə tərbiyəçi təlimə ibtidai məktəb
proqramının elementlərini daxil edərkən öz üslubunu dəyişməməlidir. Amma, bununla yanaşı
o, uşaqları yeni təlim mühitinə daxil olmağa hazırlamalıdır. Bunun ən yaxşı üsullarından biri
uşaqları ibtidai məktəbə aparıb, onları buradakı tədris mühiti ilə əyani şəkildə tanış etdikdən
sonra bağçada onlar üçün “məktəb” oyununu təşkil etməlidir. Tərbiyəçi dramatik oyunlar
guşəsində sinif otağına bənzər bir otaq düzəldə bilər. Bu zaman tərbiyəçi məktəb müəllimi,
uşaqlar isə parta arxasında oturmuş şagird rolunu oynayırlar. Oyun zamanı uşaqlar partada
oturub dinləməyi, səf qurmağı, əllərini qaldırmağı və kiçik dəftərlər üzərində işləməyi
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
88
öyrənirlər. Beləliklə, uşaqlar oyun prosesində onlara qarşı irəli sürülən yeni tələblərin bəziləri
ilə tanış olurlar.
I sinifdə əlifba təlimi dövründən başlayaraq dərsi elə qurmaq lazımdır ki, o, bağçadakı
oyunların davamı təsiri bağışlasın. Uşaq qaydalarla məhdudlaşan dil qanunlarını dilçilik
elmindən daha çox bədii ədəbiyyatdan öyrənməlidir.
Yaradıcı düşüncəyə malik olan adam mənən zəngin və azad şəxsiyyətdir. Müasir
təhsilin başlıca məqsədlərindən biri azad düşüncəli şəxsiyyət yetişdirməkdir. Əgər təhsilin, o
cümlədən ana dilinin tədrisinin qarşısında bu vəzifəni qoysaq onda məktəbin ümumi sima-
sında da tam yeni keyfiyyətlər yaranar. Bu gün məktəblərdə şagird fəallığının azalmasının
əsas səbəblərindən biri ana dili dərslərində şagird düşüncəsinin çərçivəyə alınması olmuşdur.
Məzmunun, hətta cümlələrin strukturu, az qala bir-birinin eyni olan inşa yazılar alaq otu kimi
təhsili əsas qayəsindən uzaqlaşdırmışdır. Alaq otu tarlanı elə bürümüşdür ki, əsl mahiyyət
heçə enmişdir. Uşaq təhsildən soyumuşdur.
Bəs uşağa necə kömək etmək olar? Necə edək ki, uşaq sərbəst düşüncəyə malik olsun?
Fikirlərini yazmaqda özünü kimsədən və ya hansı kitabdansa asılı hesab etməsin. Ətraf aləmi
müşahidə edərkən gördüklərini yadında saxlayıb yaza bilsin. Oxuduğu kitablarda söhbətin
nədən getdiyi, hansı fikirlər aşılandığını özü duysun. Nəticələri özü çıxarsın. Bu suallar ana
dili tədrisinin müasir mərhələsində qarşıya qoyulan və cavabı axtarılmalı olan ən aktual
problemlərdir.
Ana dili tədrisi prosesində elə suallar yaranır ki, cavabı bir sözlü olur: bəli, xeyr.
Yaxud uşaqdan belə bir sual soruşulur: isim sözü bizim dilimizdə hansı mənanı verir? Cavab
birsözlüdür: ad. Lakin bir sual başqa bir sualı doğurmağa xidmət etməlidir. Məsələn belə:
adımız olmasaydı bir-birimizi necə çağırardıq? Bu sual ənənəvi dərsliklərimizdəki təxminən
aşağıdakı sualdır: ismin əhəmiyyəti nədir? Ənənəvi sualın cavabındakı ciddiliyə fikir verin.
Sualın tonu şagirdlərin özlərini yığışdırmağa, ciddi bir görkəm almağa vadar edir. Həm də
şagird çalışır ki, qaraqabaq təsiri bağışlayan həmin suala eyni tonla cavab versin. Beləliklə
şagird-müəllim münasibətlərində qorxuya əsaslanan gözəgörünməz münasibətlər yaranır.
Lakin “adımız olmasaydı bir-birimizi necə çağırardıq” sualında şagirdlə məsləhətləşmək ruhu
Dostları ilə paylaş: |