Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
86 
PowerPoint proqramında həmin hərflər və onlara müvafiq şəkillər slaydlar vasitəsilə nümayiş 
etdirilməlidir: 
-M 
-S 
-h 
-O 
 
Bağçalar üzərində müxtəlif hərflər və xalq nağıllarının şəkilləri olan kubiklərlə zəngin 
olmalıdır.  Tərbiyəçi  saitlər  haqqında  ilkin  təsəvvür  yaratmaqdan  ötrü  müxtəlif  heyvanların 
çıxardıqları səslərdən ibarət oyunlar da təşkil edə bilər. Məsələn, canavar “U u u u”, ceyran 
“Üüüü”  deyə  səs  çıxarır.  Bir  səsdən  ibarət  olan  bu  çığırtıları  yuxarı  yaş  qruplarında  daha 
mürəkkəbləri ilə əvəz etmək olar. Əlbəttə bu məşğələlər sadədən mürəkkəbə keçməklə ardıcıl 
aparılmalıdır. İki səsli məşğələlər:  camışın “mooo”, pişiyin “myau”, çətin məşğələlər ulağın 
“ia  ia”,  lap  çətin  məşğələlər  bildirçinin  “bıpbılıt,  bıpbılıt”  səslərinin  yamsılaması  ola  bilər. 
Məşğələlər prosesində saitlərin xüsusi bir avazla uzadılması vərdişi aşılanmalıdır. Bu vərdiş 
məktəbdə  sait  səslərin  asanlıqla  qavranılmasına,  sözlərin  sətirdən  sətrə  keçirilməsini 
öyrənməsinə xidmət göstərəcəkdir. 
Birsəsli məşğələlər üçün: 
--uuuuuu 
---üüüüü 
-zzzz 
İkisəsli məşğələlər üçün: 
-mooo 
 -qa-qa-qa 
-məəəə 
--ia-ia və s 
 
Samit səslərini də oyun prosesində uşaqlara anlatmaq  mümkündür. Meşə, dəniz  və  s 
səslərin təqlidi yolu ilə “Xoşşş”, “Xışşş”, Traktor “Trrr”, Saat “Din-dan”, Dalğa “dam-dum” 
kimi səslərin təqlidi ilə oyunlar təşkil etmək samitlərin anlaşılmasına xidmət göstərə bilər. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
87 
----trrrrrrrr 
-Din-dan 
-tuk-tuk 
--xışşşş, xoşşşş və s 
 
Oyun  prosesində  öz  hərəkətləri  ilə  hərflərin  xarici  görünüşünü  göstərmək  üçün 
uşaqlara meydan vermək zəruridir. Onlar bu yolla həm hərfləri yadda saxlayır, həm də fiziki 
imkanlarını  inkişaf  etdirirlər.  Bu  prosesdə  ehtiyacı  olanlara  köməklik  göstərmək  lazımdır. 
Qoy hər bir uşaq nümayiş etdirmək istədiyi hərfi müəllimin köməkliyi ilə göstərsin. Bu onun 
sonrakı inkişafına müsbət təsir göstərəcəkdir. 
Dramatik  oyunların  da  əhəmiyyəti  böyükdür.  Uşaqlar  obrazlara  girməyi,  müxtəlif 
heyvanların  səsini  çıxarmağı  sevirlər.  “Tıq-tıq  xanım”  kimi  xüsusi  səs  təqlidi  ilə  seçilən 
əsərlərin səhnəyə qoyulması maraqlı olar. İlk öncə ya şəkillərdən, ya da cizgi filmini nümayiş 
etdirmək bu işi həm asanlaşdırar, həm də uşaqlarda maraq oyadar. 
 
 vəv 
 
 
Uşaqların  bağçadan  ibtidai  məktəbə  keçdiyi  ərəfədə  tərbiyəçi  təlimə  ibtidai  məktəb 
proqramının elementlərini daxil edərkən öz üslubunu dəyişməməlidir. Amma, bununla yanaşı 
o, uşaqları yeni təlim mühitinə daxil olmağa hazırlamalıdır. Bunun ən yaxşı üsullarından biri 
uşaqları ibtidai məktəbə aparıb, onları buradakı tədris mühiti ilə əyani şəkildə tanış etdikdən 
sonra  bağçada  onlar  üçün  “məktəb”  oyununu  təşkil  etməlidir.  Tərbiyəçi  dramatik  oyunlar 
guşəsində  sinif otağına  bənzər  bir otaq düzəldə  bilər. Bu zaman tərbiyəçi  məktəb  müəllimi, 
uşaqlar  isə  parta  arxasında  oturmuş  şagird  rolunu  oynayırlar.  Oyun  zamanı  uşaqlar  partada 
oturub  dinləməyi,  səf  qurmağı,  əllərini  qaldırmağı  və  kiçik  dəftərlər  üzərində  işləməyi 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
88 
öyrənirlər. Beləliklə, uşaqlar oyun prosesində onlara qarşı irəli sürülən yeni tələblərin bəziləri 
ilə tanış olurlar. 
 
 
I sinifdə əlifba təlimi dövründən başlayaraq dərsi elə qurmaq lazımdır ki, o, bağçadakı 
oyunların  davamı  təsiri  bağışlasın.  Uşaq  qaydalarla  məhdudlaşan  dil  qanunlarını  dilçilik 
elmindən daha çox bədii ədəbiyyatdan öyrənməlidir. 
Yaradıcı  düşüncəyə  malik  olan  adam  mənən  zəngin  və  azad  şəxsiyyətdir.  Müasir 
təhsilin başlıca məqsədlərindən biri azad düşüncəli şəxsiyyət yetişdirməkdir. Əgər təhsilin, o 
cümlədən  ana  dilinin  tədrisinin  qarşısında  bu  vəzifəni  qoysaq  onda  məktəbin  ümumi  sima-
sında  da  tam  yeni  keyfiyyətlər  yaranar.  Bu  gün  məktəblərdə  şagird  fəallığının  azalmasının 
əsas səbəblərindən biri ana dili dərslərində şagird düşüncəsinin çərçivəyə alınması olmuşdur. 
Məzmunun, hətta cümlələrin strukturu, az qala bir-birinin eyni olan inşa yazılar alaq otu kimi 
təhsili  əsas  qayəsindən  uzaqlaşdırmışdır.  Alaq  otu  tarlanı  elə  bürümüşdür  ki,  əsl  mahiyyət 
heçə enmişdir. Uşaq təhsildən soyumuşdur. 
Bəs uşağa necə kömək etmək olar? Necə edək ki, uşaq sərbəst düşüncəyə malik olsun? 
Fikirlərini yazmaqda özünü kimsədən və ya hansı kitabdansa asılı hesab etməsin. Ətraf aləmi 
müşahidə  edərkən  gördüklərini  yadında  saxlayıb  yaza  bilsin.  Oxuduğu  kitablarda  söhbətin 
nədən getdiyi,  hansı  fikirlər aşılandığını özü duysun. Nəticələri özü çıxarsın. Bu suallar ana 
dili  tədrisinin  müasir  mərhələsində  qarşıya  qoyulan  və  cavabı  axtarılmalı  olan  ən  aktual 
problemlərdir. 
Ana  dili  tədrisi  prosesində  elə  suallar  yaranır  ki,  cavabı  bir  sözlü  olur:  bəli,  xeyr. 
Yaxud uşaqdan belə bir sual soruşulur: isim sözü bizim dilimizdə hansı mənanı verir? Cavab 
birsözlüdür:  ad.  Lakin  bir  sual  başqa  bir  sualı  doğurmağa  xidmət  etməlidir.  Məsələn  belə: 
adımız olmasaydı bir-birimizi necə çağırardıq? Bu sual ənənəvi dərsliklərimizdəki təxminən 
aşağıdakı  sualdır:  ismin  əhəmiyyəti  nədir?  Ənənəvi  sualın  cavabındakı  ciddiliyə  fikir  verin. 
Sualın  tonu  şagirdlərin  özlərini  yığışdırmağa,  ciddi  bir  görkəm  almağa  vadar  edir.  Həm  də 
şagird  çalışır  ki,  qaraqabaq  təsiri  bağışlayan  həmin  suala  eyni  tonla  cavab  versin.  Beləliklə 
şagird-müəllim  münasibətlərində  qorxuya  əsaslanan  gözəgörünməz  münasibətlər  yaranır. 
Lakin “adımız olmasaydı bir-birimizi necə çağırardıq” sualında şagirdlə məsləhətləşmək ruhu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə