Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
76 
-
 
İşarə  (semiotik)  informasiyaları  (ikonalar,  indeksli  və  simvolik  təsvirlər).  Burada 
material-obyekt  kompleksi  formasında  danışıq  dilindən  istifadə  edilir  (Material  obyekti 
mətndir,  ideal  obyekt  isə  mətnin  məzmunu,  mənasıdır,  Metainformasiya  =  informasiya 
haqqında informasiyadır). 
Material  və  ideal  obyektlərin  qarşılıqlı  əlaqəsini  göstərən  informasiya  prosesi  fiziki 
(material  obyektlərin  qarşılıqlı  əlaqəsi),  formal  (ideal  obyektlərdəki  əlaqələr),  kompleks 
(material və ideal obyektlərdəki əlaqələr) növlərindən ibarətdir. 
Fiziki informasiya anlayışına iki material obyekti arasında qarşılıqlı əlaqə prosesində 
bu obyektlərdə gedən dəyişikliklər bir obyektin xassələrinin o birisində əks olunması (inikas 
olunur) daxildir və bu inikasa informasiya mübadiləsi kimi baxılır. 
Hər bir obyektin  müəyyən  xassələri  vardır, onların  hər  birisinə qarşı  müəyyən ədədi 
qiymət uyğundur. Obyekt insan, əşya, hadisə, yer, haqqında məlumat yazılmış bir anlayışdır. 
Beləliklə,  informasiyanın  ölçüsü  təyin  edilməlidir  ki,  bu  ölçü  ilə  çoxluğun 
xarakteristikası aparılsın. Bu çoxluğun gücü  - bit informasiya vahididir. Obrazlı informasiya 
bioloji obyektlərdə mərkəzi sinir sisteminin vəziyyətini xarakterizə edir. 
Cəmiyyət  sistemdir,  o  adamlardan  təşkil  olunur,  cəmiyyətin  mürəkkəbliyi  hər  bir 
adamın  mürəkkəbliyindən  bir  pillə  aşağıdır,  burada  elə  mürəkkəb  situasiya  yarana  bilər  ki, 
şəxsin  bu  və  ya  başqa  bir qərarın qəbul  etməsi  və qəbul etdiyi qərara  inamı  çətin ola  bilər. 
Qərarın qəbul edilməsinin elmi əsası olmalıdır, bu isə sistem  yanaşma tələb edir.  İnsana bir 
informasiya sistemi kimi baxmaq olar, bu sistem ən mürəkkəb sistem olub çox səviyyəlidir, 
irearxik  strukturlu  alt  sistemdir.  Amerikan  alimi  Viner  demişdir  ki,  o  səkkiz  il  insan 
fiziologiyası ilə məşğul olmuş, ancaq insanın fiziologiyasını 1% öyrənmişdir. Bu o deməkdir 
ki,  insan  ən  mürəkkəb  informasiya  sistemidir.  Kollektiv  kibernetik  sistemdir.  Bir  şəxs  nə 
qədər  adlı-sanlı  olursa  olsun  kollektivin  icra  etdiyi  işi  yerinə  yetirə  bilməz.  Kollektivin  hər 
birisinin beyninin məhsulu sistemin bir bloku kimi sistemdə birləşərək idarəetmənin optimal 
variantını  tapmaq  olar,  bu  isə  çox  güclü  informasiya  mübadiləsi  ilə  həyata  keçirilə  bilər, 
insanlarda  tələb  olunan  səviyyədə  informasiya  mədəniyyəti  yaranmalıdır,  ilk  növbədə  ən 
yüksək  səviyyədə  təhsil  yaradılmalıdır,  hər  bir  şəxsin  işlədiyi  sahədə  informasiya  aləmində 
(fəzasında)  sintaksis,  semantik  və  praqmatik  informasiyalarla  işləmək  biliyinə  malik 
olmalıdırlar. 
İnformasiyanın  ötürülməsi  prosesin  təsvirində  işlədilən  terminalogiyadan  baş 
çıxarmalıdır:  informasiya  daşıyıcıları,  məlumatlar,  modullaşdırma,  demodulyasiya,  modem, 
koder  (dekoder)-kodlaşdırma  (dekodlaşdırma),  filtrasiya  (-ümumi  siqnallar  blokundan 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
77 
müəyyən  siqnalları  ayırmaq),  peyeksiya  (ümumi  patok  siqnallardan  müəyyən  siqnalları  yox 
etmək),  kofidek  (koder,  filtr,  dekoder  funksiyalarını  yerinə  yetirən  struktur)  və  başqa 
terminləri misal göstərə bilərik. 
Burada ən mühüm məsələlərdən birinə xüsusi diqqəti cəlb etmək istəyirəm: insanların 
informasiya  prosesində  topladığı  bilik  insanların  xoşbəxtliyi  və  bədbəxtliyi  üçün  istifadə 
oluna  bilər  və  ya  bir  qrup  insanların  həyatını  yaxşılaşdırmağa  sərf  edilə  bilər.  Hətta 
İnformasiya  proseslərinə  dair  bilikdən  istifadə  edib  güclü  dövlət  zəif  inkişaf  etmiş  dövləti 
istismar edilə bilər, buna informasiya imperializmi də demək olar, bu həmin zəif inkişaf etmiş 
dövlətlərdə informasiya qıtlığı hesabına edilə bilər. 
Külli miqdarda informasiyaya malik insanlar da öz şəxsi mənfəətləri üçün informasiya 
qıtlığına malik olanlardan istifadə edilə bilər. 
Beləliklə,  informasiya  fəzasında  fəaliyyət  üçün  insanların  müxtəlif  istiqamətlər  üzrə 
elmi  biliklərin  ümumi  sistem  yanaşma  tələb  edilir.  Məhz  ona  görə  informologiya  elminə 
zərurət  yaranır.  Aydındır  ki,  əsas  vəzifə  informasiya  axınında  yaranan  nəzəri  və  təcrübi 
tədqiqatların  mütərəqqi  metodların  və  əmək  üsullarının  vaxtında  işlənməsindən  ibarətdir. 
Burada  ilk  növbədə  informasiya  axımını  mərkəzləşdirilmiş  şəkildə  işləyən  və  tələbatçılara 
çatdıran sistemlərə diqqət artırılmalıdır, tələbatçıların sistemdən istifadə etməsi üçün səmərəli 
şərait  yaradılmalıdır,  həm  elmdə,  həm  də  maddi  istehsalatda  tələbatçıların  informasiya 
marağını yaratmaq zəruridir, İnformatik cəmiyyətin yaradılması prosesi inkişaf etdirilməlidir. 
Cəmiyyətin  informatikləşdirilməsi  vətəndaşların,  dövlət  orqanların,  yerli  idarəetmə 
orqanların,  təşkilatların,  ictimai  birliklərin  informasiya  ehtiyatların  formalaşdırılması  və 
istifadəsində  onlar  üçün  mümkün  sosial-iqtisadi,  elmi-texniki  və  digər  optimal  şəraitin 
yaradılmasından ibarətdir. Deməli, cəmiyyətin informatikləşməsində əsas diqqət insanların ən 
müasir elmi biliklərə yiyələnməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi tələb olunur, 
çünki informatik cəmiyyətdə ən yüksək təhsil, ən yüksək elm, ən yüksək fəhlə sinfi olmalıdır 
ki, informatik cəmiyyətin tələbləri ödənilsin. 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
78 
XI SİNİFDƏ HƏNDƏCƏDƏN “KONUS VƏ ONUN MÜSTƏVİ KƏSİKLƏRİ” 
MÖVZUSUNUN MÖHKƏMLƏNDİRİLMƏSİ TƏCRÜBƏSİNDƏN 
 
Ə.Q. Pələngov 
pedaqoji elmlər namizədi, dossent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
 
Məlumdur  ki,  həndəsə  dərslərinin  kompyuterlə  tədrisinə  çoxdan  başlanılmışdır. 
Ayri-ayrı  mövzuların tədrisində  həm tətbiqi,  həm  də düzəltmə proqramlardan  istifadə etmək 
şagirdlərdə  dərsə  maraq  yaradır.  Ona  görə  də  stereometriya  kursunun  bəzi  mövzularının,  o 
cümlədən,  “Konus  və  onun  müstəvi  kəsikləri”  mövzusunun  da  kompyuterlə  tədrisini  məq-
sədəuyğun hesab edirik.  
  Mövzunun  tədrisində  əvvəlcə  ənənəvi  metodikadan  istifadə  edirik.  Dərsi  müəllimin 
şərhi ilə baçlayırıq: 
Müəllim: Uşaqlar, 

 müstəvisi üzərində dairə və müstəvinin xaricində  M nöqtəsi götürək. 
M  nöqtəsi  ilə    dairənin  bütün  nöqtələrini  birləşdirən  parçalar  cəkək.  Alınmış  fiqura  dairəvi 
konus deyirlər.  
Müxtəlif  vəziyyətlərdə,  yəni  parçalari  müxtəlif  tərəflərdən  endirməklə  dərslikdəki  43 
nömrəli şəkilə oxşar şəkillər qururuq. Sonra bu konusların hündürlükləri təyin edilir. Şagirdlər 
hündürlüyün  hansı  şərti  ödədiyini  özləri  müəyyən  edirlər.  Bir  neçə  şəkillər  içərisindən  
hündürlüyünün  oturacağı  dairənin  mərkəzinə  düşən  bəndlərin  ayrılmasını  şagirdlərə  təklif 
edirəm.  Onlar  belə  müxtəlif    formada  çəkilmiç  konusları  bir  birindən  ayırmağı  və  adlan-
dırmağı    bildikdən  sonra  konusun  dərslikdə  verilmiş  tərifi  şagirdlərə  mənimsətdirilir  və 
dərslik  üzrə  tədrisə  başlanılar.  Yeni  biliklərin  möhkəmləndirilməsi  prosesində  aşağıdakı 
biliklər tərtib etdiyimiz proqram əsasında öyrədilir. 
Дцз конусун оху онун  щцндцрлцйцнц  юзцндя сахлайан дцз хятдир. 
Конусун охундан кечян мцстяви иля кясишмяси ох кясийи адланыр. 
Конусун ох кясийи йан тяряфляри доьуран, отураъаьы ися отураъаьын диaметри 
олан бярабярйанлы цчбуъагдыр. 
Ох кясийи дцзэцн цчбуъаг олан (л=2Р) конуса бярабяртяряфли конус дейилир. 
Конусун  тяпясиндян  кечян  вя  онун  отураъаьыны  кясян  мцстяви  иля  кясишмяси 
бярабярйанлы цчбуъагдыр. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə