Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
107 
və şagirdlərin öyrənməsini inkişaf etdirər.” NCTM-in texnologiyadan istifadə etmə prinsipi ilə 
əlaqədar olaraq təyin etdiyi səbəb bu mövzuda aparılan araşdırmalarla və ISTE standartı ilə də 
dəstəklənməkdədir. 
İKT-nin təlim-tədris prosesinə inteqrasiyası şagird, müəllim, valideyn, rəhbər, siyasət, 
texnologiya  mənbələri,  texnologiya  əsaslı  tətbiqlər  kimi  çoxölçülü  və  dinamik  üzvləri 
saxlamaqdadır.  İKT-nin  təlim-tədris  prosesinə  inteqrasiyasında,  sistemdə  rol  alan  müxtəlif 
üzvlərin iştirakı olsa da müəllimlərin başqa bir əhəmiyyət daşıdığı düşünülməkdədir. Çünki, 
yeniliklərin yayılması və tətbiqi böyük ölçüdə müəllimlərin bu yenilikləri mənimsəməsindən 
asılıdır  (Fullan,  1991;  Van  der  Berg,  Vanderberghe,  Sleegers,  1999;  Hall  ve  Hord  1987; 
Becker, 2001). Necə ki, müəllimlin siniflərdə İKT-nin istifadəsi mövzusunda öz qayda, fikir 
və  mühakimələrini  meydana  gətirdikləri  və  bunlaın  tətbiqinə  təsir  etdiyi  araşdırmalarda  da 
ortaya qoyulmuşdur (Mumtaz, 2000; Core & Ward, 2002; Velle, McFarlene, Braawn, 2003; 
Galanouli, Murphy, Gardner, 2004; Jedeskog & Nissen, 2004). 
Bu  tədqiqatda  müəllimlərin  dərslərində  İKT-dən  istifadə  vəziyyətlərini  və  şərtlərini 
dərin  tədqiq  edə  bilmək  üçün  İbtidai  məktəb  Riyaziyyat  müəllimləri  keyfiyyətli  bir  iş 
aparılmışdır.  Müəllimlərə  Veb  üzərindən  dərslərində  İKT  istifadə  edib  etmədikləri  və 
səbəbləri açıq üçlük suallar şəklində sorulmuş, cavablar e-poçt vasitəsilə alınmışdır. 
25  müəllimdən  gələn  cavablar  kontent  analizi  metodu  ilə  həll  edilmişdir.  Nəticədə 
müəllimlərin dərslərdə İKT-dən  istifadə etmə səbəblərinin üç  başlıq altında toplana  biləcəyi 
nəticəsinə  gəlinmişdir.  Bunlar  şəxsi  keyfiyyətlər,  məktəbin  ümumi  vəziyyəti-imkanları  və 
mövcud olan öyrənmə anlayışıdır. 
Şəxsi  keyfiyyətlər:  Müəllimlərin  bəziləri  dərsdə  İKT-dən  istifadə  etməmə  səbəbini 
şəxsi keyfiyyətləri göstərmişlər. Aşağıda bunlardan bir-neçəsi verilmişdir: 
-
 
Öz tənbəlliklər; 
-
 
Nadir  hallarda  istifadə  edirəm.  Əslində  bu  məndən  qaynaqlanan  bir  problemdir. 
Çünki  öz  laptop  kompüterimdən  istifadə  edərək  və  məktəbin  multimedia  projektorundan 
faydalana  bilirəm.  Ancaq  magistr  təhsili  aldığım  üçün  kənddən  şəhərə  110  km-lik  yolu  hər 
gün gedib gəlirəm və evə gec gələ bilirəm. Bu səbəbdən çox vaxt ayıra bilmirəm. 
Məktəbin  imkanları:  Müəllimlərin  bəziləri  isə  məktəbdə  İKT-dən  istifadənin  vacib 
olmasını məktəbin imkanlarının əskiklikləri, siniflərin qələbəlik olması, məktəb rəhbərlərinin 
imkanlarını göstərmişlər. Aşağıda bunlardan bir neçə nümunə verilmişdir: 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
108 
-
 
Məktəbdə  belə  bir  imkanım  yoxdur.  Əslində  multimedia  projektoru  ilə  dərs 
anlatmaq  şagirdlərin  çox  xoşuna  gəlir.  Bunun  fərqini  slayd  aparatı  ilə  dərs  anladarkən  hiss 
etdim; 
-
 
Çox istəyirəm, ancaq bunun üçün özəl riyaziyyat sinfinə ehtiyac var; 
-
 
Dərs anladarkən istifadə edə bilmirəm, çünki məktəbdə belə vasitələr yoxdur; 
-
 
Siniflərdə  kompüterlər  olmadığı  üçün  və  kompüter  laboratoriyalarının  olmadığı 
üçün İnternetə və kompüterə yer ayıra bilmirəm; 
-
 
Siniflərdə 50-60 şagird  var. Laboratoriya  isə 30  nəfərlikdir. Siniflə  laboratoriyada 
dərs keçmək mümkün deyil; 
-
 
Çünki  3000  şagirdlik  məktəbdə  sadəcə  bir  kompüter  laboratoriyası,  bir  ədəd  də 
multimedia projektoru mövcuddur. Siniflər orta hesabla 40 şagirddən təşkil olunduğu üçün və 
oxşar hallara görə dərslərimizdə İKT-dən istifadə edə bilmirik; 
-
 
Bir neçə dəfə multimedia projektoru vasitəsilə təqdimatı apardım ancaq, fəal mühit 
qurmaq çox çətin oldu. Uşaqlar çox əyləndi. Bəzən proqramlar istifadə etmək istədim, ancaq 
hər  şagirdə  aid  kompüter  olmadığı  üçün  bu  çətin  oldu.  Kompüter  dərsləri  ilə  Riyaziyyat 
dərslərinin saatları kəsişdiyi üçün laboratoriyadan faydalı şəkildə istifadə edə bilmədim. 
Öyrənmə Anlayışı: Bir qrup müəllim isə dərslərində İKT-dən istifadə etmə səbəblərini 
ölkə  şərtlərinə  öyrənmə  anlayışlarına  və  şagirdlərin  xüsusiyyətləri  ilə  əlaqələndirmişlər. 
Aşağıda bunlardan iki nümunə verilmişdir: 
-
 
Slaydlar  hazırlayırdım,  lakin  təhsil  bir  imtahan  yarışına  döndüyü  üçün  daha  çox 
mövzu  yetişdirmək  və  test  həll  etmək  lazım  gəldiyi  üçün  artıq  bu  üsullara  artıq  yer  verə 
bilmirəm.  Məktəb  də  zatən  şagirdləri  bu  imtahana  yönəlik  hazırlamağımızı  istəyir.  Burada 
böyük bir rəqabət var; 
-
 
Şagirdlərin xüsusiyyətləri məni klassik metodlara sövq edir. 
Müəllimlər hər nə qədər istifadə etməmə səbəbi kimi ən çox sinif və məktəb şərtlərinin 
kifayət  olmadığını  qeyd  edirlərsə  də,  şərtlərin  istənilən  səviyyədə  olması  da  inteqrasiyanı 
təmin  etməkdə  kifayət  etməməkdədir.  Başqa  sözlə  infrastruktur  və  texniki  vasitələrdən 
istifadənin  təmin  edilməsi  inteqrasiyanın  həyata  keçirilməsi  üçün  əsas  şərtdir,  lakin  bu  şərt 
kifayət deyildir. Çünki, İKT-nin təlim-tədris prosesi ilə bütünləşməsində: 
-
 
müəllimlərin  İKT  ilə  dəstəkləmiş  fəal  öyrənmə  və  yaşantıları  planlaşdırıb, 
hazırlaması; 
-
 
müxtəlif  şagird ehtiyaclarını dəstəkləmək üçün İKT  ilə zənginləşdirilmiş öyrənmə 
strategiyalarını tətbiq etmədə uyğun öyrənmə imkanları verməsi; 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
109 
-
 
lazım  olan  texnologiyaları  istifadə  etmək  üçün  metodlar  və  strategiyaları  ehtiva 
edən  təlim  planlarını  həyata  keçirməsi,  anlaşılmalıdır  (Haşlaman,  Kuşkaya-Mumcu,  Usluel 
2007).  İKT  və  şagirdin  öyrənməsi  arasındakı  anlamlı  əlaqə  ancaq  bu  anlayışla  hərəkət 
edildiyində qurula bilər. 
Bu  halda  da  “təlim-tədris  proseslərində  İKT-dən  necə  istifadə  etmək  lazımdır  ki, 
şagirdin  öyrənməsinə  kömək  edə  bilsin?”  sualının  cavablanma  forması  əhəmiyyət  kəsb 
etməkdədir. Verilən cavablar inteqrasiya prosesi ilə əlaqədar əldə olunan baxış bucağına görə 
müxtəlif  ola  bilər  (Mumcu,  Haşlaman  və  Usluel  2008).  Bu  baxış  bucaqları  ümumilikdə  iki 
qrupda gözdən keçirilə  bilər. Bunlardan birincisi  texnoloji  infrastruktur və sistemlərin təhsil 
mühitlərinə  təsirini  müdafiə  edən  texnoloji  baxış  bucağı;  ikincisi  isə  İKT  vasitələrinin  və 
proqramlarının,  sosial  formalaşdırılması  öyrənmə  qaydaları  ilə  bir  bütün  halında  gözdən 
keçirilməsini  müdafiə  edən  pedaqoji  baxış  bucağıdır  (Richard,  2006).  Pedaqoji  və  texnoloji 
baxış bucaqlarının bir-birinə yaxınlaşması (convergence), təhsil mühitlərinin hazırlanmasında, 
kontentə  uyğun  texnoloji  və  pedaqoji  prinsiplər  arasındakı  əlaqələrin  fəal  olmasını 
dəstəkləməkdədir. 
Nəticə olaraq, müəllimlərin şagirdlərin fərdi xüsusiyyətlərini diqqətə alaraq hansı İKT 
mənbələrini  və  tətbiqlərini  nə  üçün  və  necə  istifadə  edəcəklərini  bilməyə  ehtiyacları  vardır. 
Bu  səbəbdən  müəllimlərin  istərsə  hizmət  öncəsi,  istərsə  də  hizməiçi  təlimlərində  bu 
ehtiyacların diqqətə alınması əhəmiyyətlidir. İKT-nin təlim-tədris prosesinə inteqrasiyasından 
gözlənilən təhsil prosesinin zənginləşdirilməsi bu ehtiyacların təmin edilməsindən asılıdır. 
 
ƏDƏBİYYAT 
1.
 
Becker, H. J. (2001). How Are Teachers Using Computers in Instruction. Paper presented at the 
2001 Meetings of the American Educational Research Association, University of California-Irvine. 
2.
 
Cope, C. & Ward, P. (2002). Integrating learning technology into classrooms: The importance of 
techers’ perceptions. Educational Technology & Society, 5(1), 67-70. 
3.
 
Fullan, M. G. (1991). The new meaning of educational change. Teachers College Pres, New York. 
4.
 
Galanouli, D., Murphy, C., Gardner, J. (2004). Teachers’ perceptions of the effectiveness of ICT-
competence training. Computers & Education, 43, 63-79. 
5.
 
Hall, G.E. & Hord, S.M.(1987).Change in Schools: Facilitating the Process. USA: Suny Press 
6.
 
Haşlaman,  T.,  Kuşkaya-Mumcu,  F.,  ve  Usluel,  Y.  K.  (2007).  Bilgi  ve  iletişim  teknolojilerinin 
öğrenme-öğretme  süreçleriyle  bütünleştirilmesine  yönelik  bir  ders  planı  örneği.  Eğitim  ve  Bilim  Dergisi, 
32(146), 54-63. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə