Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
113 
mexanizmlərini  bir  araya  gətirməyi  hədəfləyir.  Qarışıq  öyrənmə,  öyrənmə  mühitini,  yeni 
informasiya  axını  və  rabitə  strukturları  ilə  genişlədərək,  həm  formalaşmış,  həm  də 
formalaşmamış  öyrənmə  fəaliyyətlərinə  imkan  verir,  fərdin  və  qrupun  maraqlarının  kəşf 
edilməsini  təmin  edər.  Fəal  öyrənmə  sayəsində  şagirdlərin  öyrənmə  proseslərini  əvvəlcədən 
təyin olunmuş biliklər qəliblərinin kənarına çıxmasını təmin edər. 
Qarışıq öyrənmə anlayışı, sinifdə verilən ənənəvi təlimin  sadə  bir  şəkildə e-öyrənmə 
fəaliyyətləri ilə dəstəklənilməsi şəklində ifadə edilir. Şagirdlərin dərs xaricində də, istədikləri 
hər hansı bir zamanda dərs materiallarını əldə edə bilmələri və öz sürətlərində çalışa bilmələri 
üçün bərabərzamanlı olmadan öyrənmə mühitinin olması buna nümunədir. Mühit daxilində və 
mühit  xaricində  öyrənmənin  harmonlaşması,  öz  sürətində  və  məlumat  paylaşmalı,  birgə 
öyrənmənin  harmonlaşması,  öyrənmənin,  tətbiqin  və  müvəffəqiyyət  dəstəyinin  harmon-
laşması  ilə  meydana  gəlir.  Mühit  daxilində  və  mühit  xaricində  öyrənmənin  harmonlaşması, 
öyrənmə  imkanlarını  təmin  edən  öyrənmə  mühitləri,  İnternet,  ya  da  lokal  şəbəkə  vasitəsilə 
mümkün olur; mühit xaricində öyrənmə isə sinif mühitində verilən təhsilə əks gəlməkdədir. 
Mühit  daxili  və  mühit  xaricində  öyrənmənin  hormonlanması  ilə  meydana  gələn 
öyrənmə mühitində, bir tərəfdən sinifdə verilən təlim əhəmiyyətli görülməkdə, digər tərəfdən 
şagirdin  özünə  Veb  üzərindən  təqdim  edilən  dərs  materiallarını  və  araşdırma  mənbələrini 
gözdən keçirməsi tələb olunmaqdadır. Öz sürətində və məlumat paylaşmalı, birgə fəaliyyətdə 
olaraq öyrənmənin harmonlanması isə öz sürətində öyrənmə, fərdin tək başına, öz ehtiyacına 
görə öyrənməsini vurğulayır. Qrup şəklində öyrənmə isə, şagirdlər arası dinamik bir məlumat 
paylaşmasını nəzərdə tutar. Ən yaxşı qarışıq öyrənmə tətbiqi, bir işi öyrənməyi işlə əlaqədar 
işlər,  ya  da  işə  modelləri  kimi  tətbiqlərlə  dəstəkləmək  və  işə  istiqamətlənmiş  fəaliyyətlərin 
uyğun  şəkildə  icra  edilməsini  asanlaşdıran  və  anında  dəstəkləyən  vasitələr  təqdim  etməkdir 
(Khan, 2007). 
Burada  haqqında  söhbət  açılan  İKT-dən  istifadə  edilərək  xarici  dil  tədrisi  və 
müəllimlərin  təlimi  proseslərini  necə  reallaşdıracağımızı  qeyd  etməzdən  əvvəl  Türkiyədə 
xarici dil tədrisi və müəllimlərinin təlimi üzərində qısaca dayanmaq məqsədəuyğundur. 
Türkiyədə Xarici dil tədrisi və müəllimlərin təlimi 
Türkiyə  təhsil  sistemində  ilk  və  orta təhsil  pilləsində  təxminən  16  milyon  şagird  və 
600  min  müəllim  iştirak  etməkdədir.  Bu  müəllimlərdən  təxminən  40.000-ni  xarici  dil 
müəllimidir.  İbtidai  təhsil  və  orta təhsil  müəssisələrində  xarici  dil  olaraq  İngilis,  Fransız  və 
Alman dilləri öyrədilməkdədir. Bu  xarici dillərlə  yanaşı  məktəblərdə  ikinci  xarici dil olaraq 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
114 
Yapon,  Çin,  İspan,  İtalyan  və  Rus  dilləri  də  tədris  olunmaqdadır.  Təhsil  sistemində  geniş 
şəkildə iştirak edən xarici dil müəllimlərinin dağılımı dillərə görə aşağıda verilmişdir. 
Türkiyə Milli Təhsil Sistemində xarici dil müəllimlərinin ədədi dağılımı 
Xarici dil 
 
Kişi    
Qadın   
 
Cəmi 
Alman dili 
 
1.150   
810 
 
 
1.960 
Fransız dili   
777 
 
403 
 
 
1.180 
İngilis dili 
 
10.336  
22.840  
 
33.176 
Cəmi   
 
12.263  
24.053  
 
36.316 
MEB:2007 
Xarici  dil  müəllimlərinin  təkmilləşdirilməsi  ehtiyacları  Milli  Təhsil  Nazirliyi 
tərəfindən təşkil  edilən seminar  və kurslar  vasitəsi  ilə ödənməkdədir. Yeni  biliklərin sürətlə 
yayıldığı indiki zamanda müəllimlərin, hər üç ildən bir təlim keçməsi düşünüldüyündə bunun 
ənənəvi  təhsillə  olmasının  çətinliyi  qarşımıza  çıxmaqda  və  alternativ  təhsil  imkanları 
araşdırılmaqdadır. Bu məqsədlə, problemin ən yaxşı həllərindən biri, distant təhsil və İKT-dən 
istifadə etməklə təhsil formalarının təqdim edilməsi əhəmiyyət kəsb etməkdədir. 
Müəllimlərin  təlimində  İKT  daxilində  video  ilə  təlim  ilə  veb  əsaslı  təlim  ən 
əhəmiyyətli yollar olduğu görülməkdədir. Bu yolla ediləcək müəllimlərin təlimində müxtəlif 
texnoloji  mənbələrdən  istifadə  edilməsi  nəzərdə  tutulmaqdadır.  Bu  yanaşma,  müəllimin 
rolunu  və  təkmilləşdirmə  proqramının  məzmununa  da  təsir  etməkdədir.  Bu  yolla  təlim 
görəcək  müəllimlər  üçün  bundan  sonra  həyat  boyu  davam  edəcək  bir  öyrənmə  modeli  də 
mənimsəmiş  olacaq.  Bu  yolla  təlim  görən  müəllimlər,  digər  həmkarları  ilə  məlumat 
paylaşmaqda və rəqəmsal mühitdə ünsiyyətləri gedərək artmaqdadır. 
Bu yanaşmalar xarici dil müəllimlərinə həm dil öyrənmə üçün, həm də dil tədrisi üçün 
texnologiyadan faydalanma imkanları təmin edilməkdədir. Xüsusilə təməl dil bacarıqları olan 
dinləmə,  danışma,  oxuma  və  yazma  bacarıqlarının  təhsildə  çox  faydalı  olduğunu  söyləmək 
olar. 
Bacarıqlarının inkişaf etdirilməsində və öyrədilməsində  İKT müxtəlif  imkanlar verir. 
Bunlarla bağlı görüşlər və texnoloji tətbiqlər aşağıda verilmişdir. 
Dinləmə bacarığı üçün bütün CD-lər, görünüşlü videolar, Ipodlar və MP3, hətta MP4-
lər,  bu  texnologiyaları  istifadə  etməkdə  əhəmiyyətli  vasitələr  olaraq  qarşımıza  çıxmaqdadır. 
Bundan  başqa  çox  fərqli  dillərdə  səsləndirilmiş  DVD-ləri  də  gözdən  keçirmək  imkanı 
olmaqda,  beləcə  dinlədiyini  anlamaq  bacarığını  inkişaf  etdirmə  fəaliyyətləri  mümkün 
olmaqdadır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə