Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   39   40   41   42   43   44   45   46   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
121 
ponentlərinə  dair  fakt  və  rəqəmlər,  şəkillər  dərsə  gətirilməli,  dərsin  müvafıq  mərhələsində 
onlardan istifadə edilməlidir. 
Vəsaitin  «Bioloji  müxtəliflik»  bölməsindən  botanika  və  zoologiyanm  tədrisində  is-
tifadə  edilməsi  çox  faydalıdır.  Biomüxtəlifliyə  dair  biliklər  ümumi  biologiya  kursunun  təd-
risində daha da genişləndirilməli və ümumiləşdirilməlidir. Mətndə verilən məlumatlara əsasən 
izah  edilməlidir  ki,  Yer    kürəsinin    ən      əhəmiyyətli      və    qiymətli      ehtiyatlarından    biri 
biomüxtəliflikdir. O, üç komponentdən ibarətdir: 
-Bu  və  ya  digər  növün  fərdləri  cərçivəsində  dəyişkənliyin  daxil  olduğu  genetik 
müxtəlifiik; 
-
 
Növlərin  müxtəlifliyi.  Bioloqların  fıkrinə  görə,  hal-hazırda  Yer  kürəsində  40-dan 
80  milyona  qədər  növ  yaşayır.  Lakin  alimlər  hələlik  onlardan  1,5  milyona  yaxm  növün 
təsvirini verə biliblər. 
-
 
Ekoloji müxtəliflik, o cümlədən meşələrin, səhraların, çayların, dənizlərin, okean-
ların, həmçinin bir-biri və qeyri-üzvi təbiətlə qarşılıqlı münasibətdə olan, canlı orqanizmlərin 
başqa birliklərinin müxtəlifliyi. 
Hal-hazırda  təbii  ekosistemlər  və  bioloji  müxtəliflik  heç  vaxt  olmadığı  kimi  ciddi 
təhlükədədir.  Bunun  mahiyyətinin  dərk  edilməsi  üçün  aşağıdakı  misallardan  istifadə 
olunmalıdır: 
-
 
Yer kürəsində  hər.  il 50000 bioloji  növ  yoxa çıxır. Planetin  bütün tarixi  boyu  ilk 
dəfə ayrıca bir bioloji  növ  insan (Homo sapiens) ekosistemləri dağıda  bilən böyük  bir gücə 
çevrilmişdir. 
-
 
Rütubətli  tropik  meşələr  və  başqa  təbii  ekosistemlər  yeni-yeni  ərazilərin  kənd 
təsərrüfatma cəlb  edilməsi,  nəqliyyatın  və ona bağlı olan  infrastrukturun  inkişafı, şəhərlərin 
böyüməsi, havanın, suyun və torpağın çirklənməsi səbəbəindən öz tamlığını getdikcə itirir. 
-
 
Bu gün dünyada məlum olan quşların bir çoxlarının növünün sayı getdikcə azalır, 
məməlilərin 4600 növünü isə bütövlükdə yoxa çıxarmaq təhlükəsi gözləyir. 
Təkamül  prosesində  bitki  və  heyvan  növləri  yaranmış  və  yoxa  çıxmış,  bəziləri 
dəyişməz  qalmış,  bəziləri  dəyişərək  yeni  növlərə,  cinslərə  və  hətta  fəsilələrə  belə  başlanğıc 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
122 
vermişdir. Təhlükəli təbiət hadisələri zamanı (vulkan püskürməsi, zəlzələ və s.) baş verənlər 
istisna  olmaqla,  bir  növün  yoxa  çıxması  və  onlarm  yerinə  yetirilməsinin  əmələ  gəlməsi 
nisbətən uzun  illər ərzində,  adətən  bir geoloji  dövrdə baş  verir.  Lakin  son    10000   ildə  
ətraf  mühitə,  insan  fəaliyyətinin  nəticəsi kimi təsirin ciddi  və dramatik olması  dəyişiklikləri 
sürətlə  və  iri  miqyasda  baş  verməsini  şərtləndirir.  Belə  ki,  hal-hazırda  Avropanın  düzən  və 
aşağı dağlıq rayonlarmda insan fəaliyyətinin təsiri hiss olunmayan ərazi tapmaq çox çətindir. 
İnsan  fəaliyyəti  nəticəsində  təbii  mühit  çox  güclü  şəkildə  dəyişə  bilər.  Bu  zaman  bir  çox 
dəyişikliklər  elə  sürətlə  baş  verir  ki,  bitki  və  heyvan  növləri  ona  uyğunlaşmağa  macal  belə 
tapmırlar. Bu da həmin orqanizmlərin sayının sürətlə azalmasma gətirib çıxarır. 
Canlı  varlıqların  hüquqlarma  dair  Deklarasiyanm  şagirdlər  tərəfmdən  hazırlanması, 
onlarm  ekoloji  biliyini  və  mədəniyyətini  inkişaf  etdirir  və  onlarda  bioloji  müxtəlifliyi 
qorumaq bacarıqlarmı formalaşdırır. 
Canlı varlıqların hüquqların Deklorasiyası canlılara aid olan bütün etik münasibətlərin, 
insanlar,  bütün  bioloji  növ  və  formaiar  arasmdakı  münasibətlərin  hüquqi  tənzimlənmə 
sisteminin formalaşmasma şərait yaradılmasını bəyan edən sənəddir. 
Canlı  varlıqların  hüququ  insanın  və  digər  canlı  varlıqların  onlara  ədalətli  münasibət 
normasıdır. Bütün canlı varlıqlar üçün müəyyən şərait və ehtiyatlar tələb olunur ki, bunlarsız 
normal və müstəqil şəkildə mövcud olmağı mümkün deyildir. Canlı varlıqlarm hüququ onlara 
istədikləri kimi yaşamaq imkanı verilməsidir. Bu hüquqların insan tərəfmdən qəbul edilməsi 
əxlaqi bir məsələ olub onlarm müdafiəsinin hüquqi əsası və mənəvi tələbidir. 
Deklarasiya bəyan edir ki, bütün canlı varlıqlar aşağıdakı hüquqlara malikdirlər: 
-
 
Yaşamaq hüququ; 
-
 
Təbii azadlıq və təbii məskunlaşma mühitində salamatlıq hüququ; 
-
 
Torpağın,  suyun,  atmosfer  havasının  və  günəşin  varından  həyat  üçün  zəruri  olan 
pay almaq hüququ; 
-
 
İnsanın təsirinə görə çəkdiyi əziyyətdən müdafıə hüququ; 
-
 
İnsan qarşısmda məsuliyyətin olmaması huququ. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
123 
           Təbii  təkamül   və  miqrasiya  prosesləri  nəticəsində   əmələ   gələn   və yayılan bütün 
növ, yarımnöv, populyasiya və canlı varlıqların başqa formaları aşağıda göstərilən hüquqlara 
malikdirlər: 
-
 
Mövcudolma hüququ; 
-
 
Məskunlaşma mühitində təbii azadlıq hüququ («vəhşilik» hüququ); 
-
 
Qanunla müdafıə hüququ. 
        Canlı varlıqlar üçün aşağıdakı hüquqlar da qəbul edilə bilər: 
A)
 
növ, yarımnöv və populyasiya səviyyəsində: 
-
 
Onlara dəyən zərərin əvəzinin ödənilməsi hüququ; 
-
 
Qəyyumluq hüququ (məsələn, «Qırmızı Kitab»a düşən növlər). 
B)
 
ayrı-ayrı orqanizmlər səviyyəsində: 
-
 
Qanunla müdafıə hüququna; 
-
 
Ləyaqət hüququna; 
-
 
Qəyyumçuluq hüququna (məsələn, ev və kənd təsərrüfatı heyvan və bitkiləri, öyrədilmiş 
vəhşi heyvanlar). 
Müxtəlif hüquqların daşıyıcıları arasında münaqişəli hallarda ilk növbədə nadir və qorunmağa 
ehtiyacı olan növ, yarımnöv və populyasiyalar müdafıə olunmalıdır. 
Canlı varlıqların hüquqlarına dair Deklorasiyanm müzakirə, debat şəklində müqayisə edilməsi 
şagirdlər tərəfindən onun öyrənilməsinə və onun müddəalarına əməl olunmasına kömək edir. 
           Biologiya  dərslərində  «Yaşıl  paket»  vəsaitindən  istifadə  edilməsi  şagirdlərdə  ekoloji 
təfəkkür və mədəniyyəti formalaşdırır, ekoloji mühitlə bağlı bacarıqları inkişaf etdirir. 
Müəllimlərin ekoloji biliklərin verilməsi işini asanlaşdırmaqla yanaşı, dərslərdə vaxta qənaət 
etməsinə,  bilik  keyfıyyətinin  yüksəldilməsinə  kömək  edir.  «Yaşıl  paketin»  müsbət 
keyfıyyətlərini  nəzərə  alaraq  məktəb  fənlərinin,  o  cümlədən  biologiyanm  tədrisində  ondan 
səmərəli istifadə edilməlidir. 
Ədəbiyyat 
1.
 
“Yaşıl paket” tədris vəsaiti. 
2.
 
Ə.M.Hüseynov. Biologiyanın tədrisi metodikası. Bakı-2009.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə